Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

93

olunur. Müəllim  və  tərbiyəçilər  üçün  uşaqları  təbii şəraitdə –

dərsdə, sinif  yoldaşları  ilə ünsiyyət  prosesində, ictimai-faydalı

əməkdə  öyrənmək  xüsusilə zəruridir.  Uşaq  şəxsiyyətinin  bütün

mühüm  cəhətlərini əhatə  edən pedaqoji-psixoloji xarakteris-

tikaların  onlar üçün  böyük əhəmiyyəti  vardır. Pedaqoji-psixoloji

xarakteristikanı  adətən  sinif  rəhbəri  tərtib  edir  və həmin sinifdə

dərs  deyən  müəllimlərin  hamısı  ilə  birlikdə  onun  müzakirəsini

təşkil edir. Pedaqogikada buna pedaqoji konsilium deyilir.

Uşaqların  fərdi  xüsusiyyətlərini  təhlil  edərkən  hansı

məsələlərə  diqqət  yetirmək  lazımdır?  Müəllim şagirdlərin  yaş-

cins  xüsusiyyətlərini  nəzərə  almaqla,  onların  həm  də  fərdi

psixoloji  xüsusiyyətlərini – qabiliyyətlərini,  temperamentini,

xarakterini  və  s.  diqqətlə  öyrənməlidir.  Fərdi  xüsusiyyətlərin

formalaşmasını  şərtləndirən  amillər  xüsusilə  ətraflı  tədqiq

olunmalıdır.

Beləliklə, deyilənlərdən çıxan konkret nəticələr bunlardan

ibarətdir ki, tərbiyəolunma şəxsiyyətin sosiallaşmasını təmin edir,

onu  həyatda,  cəmiyyətdə,  ictimai  fayda  verəcəyi  fəaliyyətə

hazırlaşdırma  prosesidir.  Çünki  insanın  zənginliyi  onun həqiqi,

obyektiv  münasibətlərin  zənginliyindən  asılıdır.  Məhz  tərbiyə-

olunma  sayəsində  insanlara,  əməyə,  biliklərə,  fəaliyyətə  çoxcə-

hətli  münasibətlər  yaranır.  Şəxsi  təcrübənin  qazanılmasında

başlıca  cəhət  ictimai  münasibətlərin şüurlu  dərk  olunmasından

ibarətdir.  Bu  zaman  uşaq  özünəməxsus şəxsi  tələbatının  ödənil-

məsinə  çalışır,  ictimai  münasibətlərlə şəxsi  münasibətlərin  qar-

şılıqlı əlaqədə baş verməsinə nail olur. Tərbiyəetmə çox dinamik

və didaktik  prosesdir.  Tərbiyəetmə  prosesində  müxtəlif  əlaqə  və

asılılıqlar  sosial,  psixoloji,  pedaqoji  bir-birinə  qovuşmuş  və

qarşılıqlı  şəkildə şərtlənmişdir.  Tərbiyəetmə  prosesinin  didak-

tikası  onun  ziddiyyətliyində, inkişafında,  mütəhərrikliyində,

dəyişiklirində ifadə olunur. Belə bir fəaliyyətin təşkili şəxsiyyətin

formalaşması  prosesinin  elmi əsaslarını  təşkil  edir.  Şəxsiyyət

sosial əlaqələrə və qarşılıqlı sosial münasibətlərə malik insandır.

94

ƏDƏBİYYAT

1. Abbasov A. Pedaqogika. Bakı, 2010.

2. Ağayev Ə.  Azərbaycan  ictimai-pedaqoji  fikrində

şəxsiyyətinin formalaşması problemi. Bakı, 2005.

3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.

4. Həşimov Ə.  Azərbaycan  xalq pedaqogikasının  bəzi

məsələləri. Bakı, 1970.

5. Mehrabov  A.,  Abbasov Ə.,  Zeynalov Z.,  Həsənov  R.

Pedaqoji texnologiyalar. Bakı, 2006.

6. Mərdanov  M.  Azərbaycan  təhsili  yeni  inkişaf

mərhələsində. Bakı, 2009.



95

XVII MÖVZU

TƏRBİYƏ İŞİNİN TƏŞKİLİNDƏ MƏKTƏB, AİLƏ VƏ

İCTİMAİYYƏTİN BİRGƏ FƏALİYYƏTİ

PLAN:

1. Yetişməkdə olan  nəslin  tərbiyəsində məktəbin

həlledici rolu

2. Uşağın 

həyatının 

ilk 

dövrü 

ilə

əlaqədar

valideynlərin vəzifələri

3. Cəmiyyətin  inkişafının  hazırkı  mərhələsində gənc

nəslin  tərbiyəsi  işini  hərtərəfli  təşkil  etməklə əlaqədar

dövlət və ictimai təşkilatların sıx birliyi

4. Məktəbin ailə və ictimaiyyətlə fərdi əlaqə formaları

5. Məktəbin  ailə və ictimaiyyətlə kollektiv əlaqə

formaları

Ailə cəmiyyətin  ilkin  özəyi,  onun  sosial  quruluşunun

əsasını təşkil edir.

Ailə tərbiyəsinin  məqsədi,  şəxsiyyətin  elə keyfiyyət  və

xassələrini  formalaşdırmaqdan  ibarətdir  ki,  şəxsiyyət  həyat

yolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldıra

bilir.

Ailənin  iki  mühüm  vəzifəsi  vardır:  1.  Nəslin  davam



etdirilməsi4 2. Yeni nəslin, yeni insanın tərbiyəsi

Bu  iki  vəzifə bir-birilə sıx  bağlıdır.  İnsan  öz  nəslini

artırmasa, öz nəslinə tərbiyə verməsə cəmiyyət məhv olar. Birinci

vəzifə nə qədər əhəmiyyətlidirsə,  ikinci  vəzifə daha  məsu-

liyyətlidir.  Çünki  bu  vəzifədə təbiətin  bəxş  etdiyi  xüsusiyyətlər

deyil, həm  də insanlığın  min  illər ərzində topladığı  mədəniyyət,

cəmiyyətin əlavə etdiyi  xüsusiyyətlər  də təzahür  edir.  Bir  damla

suda  günəş əks  olunduğu  kimi,  ailə münasibətlərində də

cəmiyyətin  bütün əlaqmətləri  öz  inkişafını  tapır.  Ailə özlüyündə

kiçik  bir  dövlətdir.  Ailə insani  münasibətlərin ilk  tərbiyə

məktəbidir.  Ailədə ilk əxlaqi təcrübə, fəzilət və qəbahət təşəkkül

tapır. Ailədə böyüyən  uşaqlar  tərbiyəsində övladlıq  borclarını

96

dərk edir, qocalmış  valideynlərinə qayğı  göstərməyin  zəruriliyini



dərk edirlər. Ailənin birinci və ən əsas vəzifəsi övladlarını sağlam

və gümrah  böyütməkdən,  onların  sağlam  həyat  tərzini  təşkil

etməkdən ibarətdir.

Beləliklə, ailə qarşılıqlı məhəbbət, etibar, hörmət və inama

əsaslana  yeni  həyata başlamış,  yeni  nəslin  yaradılması  və

inkişafının qayğısına qalan qrupdur.

Məktəb  gənc  nəslin  təlim-tərbiyəsi  işinin  mərkəzidir.

Hazırkı  dövrdə təhsil  sistemi  qarşısında  duran  başlıca  vəzifə –

dərin  bilikli,  fiziki  və zehni  cəhətdən  inkişaf  etmiş,  elmi

dünyagörüşünə,  yüksək mədəniyyətə,  zəngin əxlaqa  malik  olan

ahəngdar  şəxsiyyət  tərbiyəsidir.  Məktəbdə təlim-tərbiyə işi

məqsədyönlü,  planlı  və mütəşəkkil  şəkildə,  xüsusi  hazırlıqlı

pedaqoji  kadrların  rəhbərliyi  ilə həyata  keçirilir.  Müəllim  təlim-

tərbiyə işində mərkəzi  simadır,  necə deyərlər,  məktəbin  ürəyidir.

Müəllimin gənc şəxsiyyətə təsiri çox böyükdür; onu heç bir şeylə

əvəz etmək olmaz.

Uşağın  həyatının ilk dövrü valideynlər  qarşısında böyük

vəzifələr qoyur.  Valideynlər  ata-ana  olduqları  gündən  həm  də

tərbiyəçidirlər.  Bəzi  pedaqoqlar  ananı  təbii  tərbiyəçi adlan-

dırmaqda  haqlıdırlar.  Uşağa  qarşı  ağıllı  tələblə  birləşmiş ana

məhəbbəti, valideyn məhəbbəti tərbiyə işində böyük qüvvədir.

Ailə  tərbiyəsinin  müvəffəqiyyəti  üçün  bir  çox  pedaqoji

şərtlərə  əməl  etmək  lazımdır.  Həmin şərtlərdən  başlıcaları

bunlardır:

-

ailədə  sağlam  tərbiyə şəraiti  yaradılmalıdır;  uşaqların



tərbiyəsi  sağlam, normal, sakit,  səmərəli  və şən  həyat şəraitində

daha normal və asan olur. Əksinə, qeyri-normal tərbiyə şəraitində,

valideynlərin  dolğun  insani  həyatı  olmadan  tam  dəyərli  insan

tərbiyə etmək mümkün deyildir;

-

tərbiyə  işində  mütəşəkkil  ailə  kollektivi  mühüm



vasitədir.  Uşaq  dolğun  şəxsiyyət  kimi о zaman  yetişə  bilər  ki,

onun tələbat və arzuları kollektivçi tələbat və arzuları olsun. Əks

halda о

fərdiyyətçi  kimi  yetişə bilər.  Ailə



kollektivçilik

əlamətlərini itirdikdə onun tərbiyəvi təsiri də xeyli azalır;




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə