Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

69

texnologiyası; biliklərin tam mənimsənilməsi texnologiyası; fərdi

təlim  texnologiyası;  kopeerativ  təlim  texnologiyası;  təlimin

nəzarət-korrektə texnologiyası.

Bilik  mənbəyinin  meyarını  təşkil  edən  təlim  metodları

aşağıdakı prinsiplərə söykənir:

1. İnteraktiv təlim texnologiyası

2. Pedaqoji  texnologiyaların  ciddi  elmi əsasa,  didaktik

prinsiplərə söykənməsi

İnteraktiv  təlim  texnologiyası  differensial-inkişafetdirici

təlimi sinifdə şagirdlərin müxtəlif tərkibini nəzərə almaqla həyata

keçirir.  Fərdi  təlim  texnologiyası  isə fərdi  təhsilləndiricilik

dairəsini yaradır.

Parasentrik  təlim texnologiyası  təlimin  müxtəlif  vasitələri

ilə iş zamanı müstəqil təşkilini nəzərdə tutur.

Göründüyü  kimi,  təlim  texnologiyası  çoxdur.  Hər  biri

konkret  təlim-tərbiyə

məqsədini  həyata  keçirməyə

xidmət

göstərir.  Müxtəli  təlim  metod  və vasitələrindən  istifadə olunur.



Bütün  bunlar  son  dövrlərdə qeyri-ənənəvi  yanaşmalarla  həyata

keçirilir. Təbii ki, bunun üçün müəllimdə ciddi ixtisas-peşəkarlıq

hazırlığı və təcrübəsi, təşəbbüskarlıq və yaradıcılıq, demokratiklik

və humanizm keyfiyyətləri olmalıdır.

XX əsrin  70-80-cı  illərində Azərbaycanda  yeni  pedaqoji

texnologiyalarla  işləyən  müəllimlər  və məktəb  rəhbərləri  var  idi.

Onlar  öz  yenilikçi  və səmərəli nəticə verən  belə təcrübələrinə

xüsusi  ad  verməmişdilər.  Lakin  tətbiq  etdikləri  sistemin  üsul  və

vasitələrin  nəticələrinin  verdiyi  təlim-tərbiyə

keyfiyyətini

səciyyələndirdilər.  Bu  yeni  işlərdən  özləri  də,  jurnalistlər  də,

metodistlər  də yazırdılar. Bu  təcrübələr  məqalələrə səpələnir  və

bir  də Maarif Naziri  akademik  M.Mehdizadənin  məruzə və

kitablarında ümumiləşdirilirdi.

Beləliklə qeyd  edə bilərik  ki,  pedaqoji  texnologiyalar

əsasən  mütəxəssislər  tərəfindən  yaradılsa  da  onlar digərləri

tərəfindən  öyrənilir,  yayılmasına,  elmin  onun  tədqiqat  obyektinə

çevirməsinə böyük  ehtiyac vardır. Əks  təqdirdə,  yeniliklər

yarandığı ocaqdan kənara çıxmır, hamının yararlanmasına çatmır.

70

Bilik – təbiətin,  cəmiyyətin,  idrakın  ümuminkişaf  qanunauy-



ğunluqları,  qanunlarına dair  faktların,  rəqəmlərin,  məlumatların

və informasiyaların  məcmuudur. Vəsait – biliklərin  tətbiq  olun-

ması,  vərdiş  ilə bacarıqların  avtomatlaşdırılması  kimi  başa

düşülür.  Hər  bir  tədris  fənnində biliklər  real  predmetləri,  pro-

sesləri,  maddi  aləmin  təzahürlərini  özündə əks  etdirən  və

müəyyən  sistemdə verilən  faktlarda,  anlayışlarda,  qanunlarda  və

elmi nəzəriyyələrdə ifadə olunur.

Biliklər  həm  də praktikada  tətbiq  olunma  prosesində

bacarıqla  bağlıdır.  Bacarıq – bu  mənimsənilmiş  biliklər əsasında

şüurlu  surətdə yerinə yetirilən  praktik  fəaliyyətə insanın  bir  növ

hazır  olmasıdır.  Bacarıq  biliklərin  məzmunu  ilə

birbaşa


əlaqədardır. Bacarıqların hər biri müəyyən nəzəriyyəyə əsaslanır.

Məsələn,  riyazi  qanunların  dərk  olunmaq  bacarığı,  yaxud  oxun-

muş  mətnin  planını  tutmaq  bacarığı,  məsələləri  həll  etmək

bacarığı,  müəyyən  dərəcədə mürəkkəb  inşalar  yazmaq  bacarığı,

kimya  üzrə müşahidə və ya  təcrübə aparmağı,  musiqi  alətində

çalmaq bacarığı, rəqs etmək bacarığı və s. bu cür bacarıqlardır.

Vərdiş  bacarıqların  dəfələrlə təkrarı  nəticəsində avto-

matlaşmış  formasıdır.  Vərdiş  o  qədər  avtomatlaşmalıdır  ki,  o

sürətli  və nöqsansız  fəaliyyətə çevrilməlidir.  Məsələn,  qiraət,

məktub  yazmaq,  şifahi  hesablama  vərdişi,  alətlərdə sərbəst

çalmaq, rəsmi təxəyyüldən kağıza köçürmə, topu dəfələrlə çiləmə,

turnikdə sərbəst yellənmə, aşma, fırlanma və s.

Şagirdlərin  hadisələri  mənimsəməsi  zamanı  şüurlarında

maddi aləmin düzgün, təhrif olunmamış şəkildə əksini necə təmin

etmək qaydalarını da onlara necə dərk və tətbiq olunmasını məhz

müəllim  öyrədir.  Şagirdlərin  idrak  prosesinin  fəaliyyət  dina-

mikasını  elə tənzimləmək  lazımdır  ki,  onlar  duyduqları  predmet

və hadisələri,  yəni  elmi-nəzəri  faktları  dərindən  mənimsəyib

qavrasın,  hafizəsində saxlasın,  hifz  etsin,  sonra  təfəkkür  süz-

gəcindən keçirərək nitq vasitəsilə onu ifadə edə bilsin.




71

ƏDƏBİYYAT

1. Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Bakı, 1983.

2. Kərimov Y. Təlim metodları. Bakı, 2007.

3. Mərdanov  M.  Azərbaycan  təhsili  islahat  yollarında:

uğurlar, problemlər, vəzifələr. Bakı, 2001.

4. Mehdizadə M. Ümumtəhsil  məktəblərində təlim-

tərbiyə işinin təkmilləşdirilməsi yolları. Bakı, 1983.

5. Nəzərov A. Müəllimin pedaqoji mərifəti. Bakı, 1992.

6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.

7.

“Təhsil 



haqqında” 

Azərbaycan 

Respublikasının

Qanunu. Bakı, 2009.

72

XII MÖVZU

TƏDRİS, TƏLİM VƏ TƏRBİYƏ PROSESİNİN VƏHDƏTİ,

FUNTAMENTALLIQ VƏ MƏDƏNİYYƏTƏMÜVAFİQLİK

PLAN:

1. Pedaqoji  texnologiyaların  mahiyyəti  və didaktik

əsasları

2. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunu

3. Funtamentallıq qanunu

4. Mədəniyyətəmüvafiqlik qanunu

Təhsil  sahəsində dövlət  siyasətinin əsas  prinsipləri  Təhsil

haqqında  Azərbaycan  Respublikasının  Qanununda  aşağıdakı

kimim  müəyyənləşdirilmişdir:  humanistlik,  demikratiklik,  bəra-

bərlik,  millilik  və dünyəvilik,  keyfiyyətlilik,  səmərəlilik,  fasilə-

sizlik,  vəhdətlik,  daimilik,  varislik,  liberallaşma  (təhsil  sahəsində

və təhsil  fəliyyətinin  açıqlılığının  genişləndirilməsi),  inteqrasiya

(milli  təhsil  sisteminin  dünya  təhsil  sisteminə səmərəli  formada

qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı).

Təhsil haqqında Qanunun dördüncü maddəsində göstərilir

ki,  Azərbaycan  dövləti  qarşısında  öz  məsuliyyətini  dərk  edən,

xalqının  milli ənənələrinə və demokratikliyi  prinsiplərinə,  insan

hüquqları  və azadlıqlarına  hörmət  edən  vətənpərvərlik  və

Azərbaycançılıq  ideyalarına  sadiq  olan,  müstəqil  və yaradıcı

düşünən vətəndaş və şəxsiyyət yetişdirmək.

Tədris, təlim və tərbiyə prosesi daim vəhdətdədir. Təlimin

məqsədi  tərbiyənin  funksiyasını  yerinə yetirməkdir.  Təlim  yeni

biliyin  öyrədilməsi  prosesidir.  Təlim  vasitədir.  Təhsilləndirmə,

tərbiyəetmə məqsəddir. Təhsil və tərbiyə nəticədir. Tərbiyə ancaq

təhsillə vəhdətdədir. Yeni biliyin ancaq tərbiyəyə təsiri vardır.

Texno – “sənət”, logiya – “elm” deməkdir. Texnologiya –

sənət  haqqında  elm  anlamı  verir.  Bu  mənada pedaqoji  tex-

nologiyanın  mahiyyəti  və didaktik əsaslarını  daha  dərindən  qav-

raya  bilmək  üçün  təhsil  haqqında  dövlət  siyasərinin əsas

prinsipləri ilə ətraflı tanış olmaq lazımdır.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə