Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

65

XX əsrin  60-cı  illərindən  başlayaraq  təlim  prosesinə

müxtəlif  yanaşmalar  formalaşmağa  başlamışdır.  Bunlar  aşağı-

dakılardır:

1. Problemli  təlim  və ya  təlim  prosesində problemli

vəziyyətin yaradılması

2. Proqramlaşdırılmış təlim

3. Alqoritmləşdirilmiş təlim

4. Differensial təlim

Problemli təlim, yəni təlim prosesində problemin vəziyyət

yaradıb  şagirdlərin  təfəkkürünü,  düşüncə tərzini  inkişaf  etdirmək

ideyasının  kökləri  çox qədimdir. Problemli  təlim  prosesində

şagirdlər müstəqil olaraq fikri fəallıq priyomlarından istifadə edir,

eksperiment  qoyur,  müşahidələr  aparır,  onların  nəticələrini  təhlil

edir,  düşünür,  fikir  mübadiləsi  edir,  qaydaları,  qanunları,

teoremləri  özləri  üçün kəşf  edirlər.  Problemli  təlim  şagirdlərdə

dərsə maraq  oyadır,  şagirdlərin  təşəbbüskarlığını  inkişaf  etdirir,

hadisələrin  daxili  mahiyyətini,  onların  arasındakı  qarşılıqlı

əlaqələri başa düşməyə kömək edir, hadisə və proseslərin qiymət-

ləndirilməsinə dialektik  yanaşmağı  öyrədir,  prosesi  həll  etmək

yollarını tapmaq  bacarığını  formalaşdırır,  elmi  idrak  metodlarına

alışdırır.

Proqramlaşdırılmış  təlim  kibernetika  elminin  təsiri

nəticəsində yaranmışdır.  Bu  təlimin əsasını  tədris  materiallarının

məzmununun  seçilməsi  təşkil  edir.  Proqramlaşdırılmış  təlimin

xüsusiyyətləri bunlardır:

1. Tədris materialları konkret paylara bölünür.

2. Tədris  prosesi  ardıcıl  olaraq  addımlara  bölünür  və

şagird həmin addımlar üzrə fikri fəaliyyət priyomlarından

istifadə edir.

3. Hər bir şagird nəzarətlə tapşırığı tamamlayır.

Alqoritmləşdirilmiş  təlim  məktəb  həyatında  yeni  bir

məsələ deyildir. Onun indi aktuallaşmasına səbəb həyatımızın hər

sahəsinə daxil  olan  elektron-hesablayıcı  maşınların  tətbiqidir.

Alqoritm düzgün nəticələrə aparan ardıcıl hərəkətlərin sistemidir,

şagirdlərə tədris  fəaliyyətində ardıcıllığı  yerinə yetirməyə kömək

66

edir.  Öyrədici  proqram  tətbiq  etməzdən əvvəl  fikri  fəallıq



hərəkətləri  və tədris əməliyyatlarının  alqoritmini  müəyyənləş-

dirmək lazımdır ki, EHM-in tədris prosesini əhatə edə bilsin.

Differensial  təlim  şagirdlərin  inkişafını  və fərdi  xüsu-

siyyətlərini  nəzərə almağa əsaslanır.  Dərsdə şagirdlərin  qarşısına

müəyyən  idrak  vəzifələri  qoyulur  və müəllim  həmin  vəzifələrin

icra  edilməsinə,  dərk  olunmasına  nəzarət  edir.  Differensial  təlim

şagirdlərin  biliyini  dərinləşdirib  genişləndirir,  onların  fərdi

qabiliyyətlərini,  fərdi  öyrənmə üslubunu  formalaşdırır,  müxtəlif

tələbatlarının öyrənilməsinə şərait yaradır.

ƏDƏBİYYAT

1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.

2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.

3. Hüseynzadə

R.  Təlimin  humanistləşdirilməsi  və

demokratikləşdirilməsi. Bakı, 1997.

4. Nəzərov  A.  “Müasir  təlim  texnologiyaları”  fənni  üzrə

proqram. Bakı, 2010.

5. Sadıqov F. Pedaqogika. Bakı, 2006.

6. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı, 2002.

7. “Təhsil haqqında” Azəraycan Respublikasının qanunu.

Bakı, 2009.




67

XI MÖVZU

BİLİK MƏNBƏLƏRİNİN MEYARINI TƏŞKİL EDƏN

TƏLİM METODLARININ PEDAQOJİ

TEXNOLOGİYALARIN ƏSASINI TƏŞKİL ETMƏSİ

PLAN:

1. Müəllimin  şərhinin  bütün  təlim  metodlarına  daxil

olması

2. İnformasiya  texnologiyaları  bütün  dünya  birliyi

çərçivəsində vahid  təhsil  məkanının  formalaşmasına

şərait yaratması

3. Şagirdlərə

biliklərin

verilməsi, 

bacarıq 



vərdişlərin aşılanması prosesi

Yeni 


təlim 

metodlarının 

(proqamlaşdırılmış 

təlim


metodları),  təlimdə verbal  (söz)  metodlarının  təbiiliyinə,  ekoloji

cəhətdən  təmizliyinə görə bundan  sonra  da  öz əhəmiyyətini  sax-

laya  bilməsidir.  Müəllimin  şərhinin  nəqletmə,  izahetmə,  müsa-

hibə,  mühazirə,  təlimatlandırılma  formasında  həyata  keçiril-

məsidir. Bunun  təlim  prosesinin  bütün  həlqələri  ilə bağlı  olma-

sıdır.  Müəllimin  şərhinin  idraki  tapşırığı  verəndə,  hər  hansı  bir

qaydada  yeni  tədris  materialını  təqdim  edəndə,  məktəblilərin

fəaliyyətinə nəzarəti  həyata  keçirəndə və başqa  hallarda  tətbiq

olunmasıdır.  Müəllimin  şərhinin  bütün  təlim  metodlarına  daxil

olması:


1. Nəql;

2. izah;


3. məktəb mühazirəsi;

4. müsahibə;

5. təlim diskussiyası;

6. illüstrasiya metodu;

7. demonstrasiya metodu;

8. videometod;

9. çalışmalar;

10. laboratoriya metodu;

68

11. problemli-laborator metod;



12. praktik metod;

13. idraki (didaktik) oyunlar;

14. proqramlaşdırılmış təlim metodları;

15. öyrədici-nəzarət metodu;

16. situasiya metodu;

17. kitab üzərində iş metodu.

İnformasiya  texnologiyaları  bütün  dünya  birliyi  çərçi-

vəsində vahid təhsil məkanının formalaşmasına şərait yaradır.

Təlim  informasiya  texnologiyaları  uzaqdan,  yaxından,

müxtəlif  mənbələrdən,  yerlərdən  nəhayətsiz  formada  məlumat-

lanmadan  bilik  alma  şəraiti  yaradır. Təsadüfi  deyildir  ki,  ilkin

pedaqoji texnologiya anlayışı təlimdə texniki vasitələrin tətbiqi ilə

əlaqədar  olmuşdur.  Sonralar  yapon  alim  pedaqoqu  T.Sakomo-

tonun  verdiyi  səciyyəyə görə pedaqoji  texnologiya  sistemli

təfəkkür  vasitələrinin  pedaqogikaya  tətbiqi  formasında  təsəvvür

olunmağa başlamışdır.

Hazırda  pedaqoji  texnologiya  adı  altında  pedaqoji

prosesdə müsbət  nəticələrə gətirib  çıxaran  pedaqoji  ideyalar

kompleksi başa düşülür.

Dünyadakı  müxtəlif  pedaqoji  texnologiyalar  ideyası  və

praktikasını  nəzərdən  keçirən  alimlərin əksəriyyəti  belə bir

qənaətdədirlər  ki,  PT-nın əsas  elementləri  onun  mikrotexno-

logiyasındadır. PT-nın mikrotexnologiyasına bunlar daxildir:

a) məqsədlər

b) diaqnostikalar  (ilkin,  cari,  yekun)  təlim  prosesinə

subyektlərin birgə fəaliyyəti (əməkdaşlığı, müəllim-şagird,

şagird-müəllim,  şagird-şagird),  təlimin  təşkili  və forma,

metod və vasitələrinin seçilməsi;

c) refleksiyalar;

d) tədris olunan fənnin (fənlərin) məzmunu.

Bunlardan əlavə tam  və sistemli  pedaqoji  texnologiya  alt

sistem  texnologiyalarını əhatə edir.  Bir  sıra  ölkələrdə bunlardan

istifadə edilir. Məsələn, təbii təlim texnologiyaları; modul-reytinq

texnologiyaları;  interaktiv  təlim  texnologiyası;  parasentrik  təlim




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə