Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 22 -
Siniflər üzrə tədrisin nəticələri:
I sinfin sonunda şagird:
•sadə informasiyalar, informasiyaların təsvir
formaları, informasiya mənbələri haqqında təsəvvürə
malik olduğunu nümayiş  etdirir;
•oxşar obyektlər sırasından əşyaları  əlamət-
lərinə görə tanıdığını nümayiş etdirir;
•sadə hadisələr, hərəkətlər ardıcıllığını
anladığını nümayiş etdirir;
•sadə məntiqi  mühakimələri anladığını nüma-
yiş etdirir;
•kompüter haqqında sadə biliklərə malik
olduğunu  nümayiş etdirir;
•kompüterdə  sadə əməliyyatları icra edir;
•kompüterdə sadə şəkillər və füqurlar çəkir;
•kompüterdə sadə mətnlər yığır;
•cəmiyyətdə informasiya və informasiya
vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.
II sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir
formaları, informasiya mənbələri haqqında təsəvvürə
malik olduğunu nümayiş  etdirir;
•obyektlər qrupundakı  əşyaları  əlamətlərinə
görə  tanıdığını nümayiş etdirir;
•sadə hadisələr, hərəkətlər ardıcıllığını


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 23 -
anladığını nümayiş etdirir;
•sadə məntiqi mühakimələri anladığını nümayiş
etdirir;
•kompüter haqqında ümumi biliklərə malik
olduğunu nümayiş etdirir;
•kompüterdə əməliyyatları icra edir;
•kompüterdə müxtəlif  şəkillər çəkir;
•kompüterdə mətnlər yığır;
•cəmiyyətdə informasiya proseslərinin əhəmiy-
yətini anladığını nümayiş etdirir.
III sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir for-
maları, informasiya mənbələri, informasiyanın ötürül-
məsi vasitələri haqqında təsəvvürə malik olduğunu
nümayiş etdirir;
•obyektlər qrupundakı  əşyaları  əlamətlərinə
görə tanıdığını nümayiş etdirir;
•hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir
etmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir;
•məntiqi mühakimələri anladığını nümayiş
etdirir;
•kompüter haqqında ümumi biliklərə malik
olduğunu nümayiş etdirir;
•kompüterdə əməliyyatları icra edir;
•kompüterdə müxtəlif şəkillər çəkir;
•kompüterdə mətnlər yığır;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 24 -
•cəmiyyətin inkişafında informasiya prosesləri
və informasiya texnologiyalarının əhəmiyyətini
anladığını  nümayiş etdirir.
IV sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir for-
maları, informasiya mənbələri, informasiyanın ötürül-
məsi vasitələri haqqında təsəvvürə malik olduğunu
nümayiş etdirir;
•obyektlər qrupundakı  əşyaları  əlamətlərinə
görə tanıdığını nümayiş etdirir;
•sadə alqoritmləri anladığını nümayiş etdirir;
•məntiqi mühakimələri anladığını nümayiş
etdirir;
•kompüter haqqında ümumi biliklərə malik
olduğunu nümayiş etdirir;
•kompüterdə əməliyyatları icra edir;
•kompüterdə müxtəlif şəkillər çəkir;
•kompüterdə mətnlər yığır;
•cəmiyyətin inkişafında informasiya prosesləri
və informasiya texnologiyalarının əhəmiyyətini
anladığını nümayiş etdirir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 25 -
III. İbtidai siniflərdə informatika tədrisinin
xüsusiyyətləri
1. İbtidai sinif şagirdlərinin məntiqi
təfəkkürünün xüsusiyyətləri.
2. İbtidai siniflərdə informatikanın tədrisinin
əsas prinsipləri (elmilik, həyatilik, şəxsiy-
yətyönümlülük, nəticəyönümlülük, mövzu-
nun kəşf edilməsi və s.).
İbtidai sinif şagirdlərinin məntiqi təfəkkü-
rünün xüsusiyyətləri. İbtidai siniflərdə informatika
fənninin tədrisində ilk növbədə həmin yaş dövründə
şagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə almaq
lazımdır. Məktəbə qədəm qoyan şagird ilk günlər çox
sadə, bəsit təfəkkürə malik olur. Onlarda ətraf aləm
haqqında çox müxtəlif, bəzən qeyri-adi fikirlər
mövcud olur. I sinif şagirdi rəngli, onda emosiyalar
yarada biləcək maraqlı materialı çox tez və yaxşı
qavraya bilir. Onların diqqəti və yadda saxlama
bacarığı kifayət qədər yaxşı olur. Onların təfəkkürü
isə  əyani-obrazlı təfəkkürdür. Onlar gördükləri
əşyaları formaları,  eşitdikləri səslər və hissiyyatları
ilə dərk edirlər. Bu amil 1-4-cü siniflərdə infor-
matikanın tədrisi prosesində mütləq nəzərə alın-
malıdır. Təfəkkürün bu formasının abstrakt-məntiqi


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 26 -
təfəkkürə keçirilməsi prosesi yuxarı siniflərə qədər
davam edir. [18, s.401-412]
İbtidai sinif şagirdləri uzun müddət eyni
məsələnin həlli ilə məşğul ola bilməzlər – ona görə də
onlara kompüterdə müxtəlif məzmunlu işlər –
məsələn, şəkil çəkmək, didaktik oyun oynamaq,
cədvəl hazırlamaq və s. tapşırmaq olar.
İnformatika fənninin çox mühüm xüsusiyyəti
ondan ibarətdir ki, bu fənn ibtidai siniflərdə tədris
edilən bütün fənlərlə bilavasitə əlaqəlidir. İnformatika
fənni ana dili, riyaziyyat, texnologiya, musiqi, təsviri
incəsənət, həyat bilgisi və s. fənlərlə çox sıx əlaqədə
tədris olunur. Hətta bəzi mövzular zahirən təkrarlansa
da, mahiyyətcə, bu mövzuların tədrisinə yanaşma tərzi
müxtəlifdir. “Alqoritm” mövzusu izah edilərkən,
demək olar ki,
bütün fənlərdə tədris olunan
mövzulardan istifadə etmək olar. Məhz buna görə də
bu mövzuya aid çalışma və tapşırıqlar müxtəlif
fənlərlə inteqrativ formada tərtib edilmişdir. Müxtəlif
fənlərdən öyrənilən “Doğru” mülahizələri “Yalan”a
və əksinə çevirmək məqsədi ilə “İnkar” anlayışı daxil
edilmişdir.
İnformatikanın tədrisi prosesində sistemli
düşüncənin inkişafı  əsas vəzifədir. Bununla yanaşı,


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə