Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 12 -
inkişafı üçün necə istifadə edilməsini şagirdlərə
aydınlaşdırmaq, onlarda informasiya mədəniyyəti
formalaşdırmaqdır. [10, s.10-11]
İnformatika kursunun məzmununa ümumi
didaktik yanaşma. İnformatika fənninə didaktik
yanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanın
məzmunu bir-birilə dialektik cəhətdən əks vəhdət
təşkil edən  iki əsas faktorlar qrupundan ibarətdir. [15,
s.61-65; 10, s.12-13]
1.
Elmilik və praktiklik. Bu o deməkdir ki,
kursun məzmunu informatika elminə  əsaslanaraq
onun müasir inkişafına, praktikaya uyğun şəkildə
qurulmalıdır.
2.
Əlyetənlik və ümumilik. Bu o deməkdir
ki, kurs şagirdlərin hamısı üçün aydın və anlaşıqlı
olmalı, həmçinin onların bilik, bacarıq və vərdiş-
lərinin ümumi inkişafını nəzərdə tutmalıdır.
Başqa sözlə, məktəb informatikası bir tərəfdən
müasir olmalıdır, digər tərəfdən isə elementar, aydın
və sadə dilə malik olmalıdır.
Informatikanın maşın və maşınsız variantı.
İnformatikanın ilk zamanlarda tədrisində üç əsas baza
anlayışı var idi – informasiya, alqoritm, EHM.
İnformatikanın ilk maşınlı variantı 1985-ci ildə
“İnformatika və hesablama texnikasının əsasları”


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 13 -
kursu üçün hazırlanmışdı. Kurs əasən yuxarı sinif
şagirdləri üçün nəzərdə tutulmuşdu. Həmin kurs
şagirdlərin kompüter siniflərində işini nəzərdə
tuturdu. Bu zaman informatika dərsi üç formada təşkil
edilirdi – kompüterdə nümayiş, laborator iş və
praktikum. Lakin bu halda da kompüterdə alqoritm və
proqramlaşdırma məsələlərinə, yəni maşınsız varianta
müəyyən yer verilirdi. Informatikanın maşın
variantında təxminən aşağıdakı mövzular nəzərdə
tutulurdu: [18, s.37-40]
EHM-lə tanışlıq;
Alqoritmləşmənin əsasları;
Hesablama texnikasının əsasları;
Proqramlaşdırmanın əsasları;
EHM-də məsələ həlli;
Cəmiyyətdə EHM.
90-cı illərdə bir çox məktəblərin maddi-texniki
bazalarının genişləndirilməsi, kompüterlə təchiz
edilməsi nəticəsində informatika dərsləri maşınlı
variantda keçilməyə başladı. Qeyd etmək lazımdır ki,
ibtidai siniflərdə informatikanın tədrisində maşınsız
varianta daha çox üstünlik verilir. Lakin son illərdə
məktəblərin kompüterlə təmin olunması, kompüter
siniflərinin yaradılması nəticəsində informatika daha
çox maşınlı variantda tədris edilir. Pedaqoq və
psixoloqların fikrincə, ibtidai siniflərdə  şagirdlərin


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 14 -
kompüter arxasında işinin müddəti 15 dəqiqədən çox
olmamalıdır. Lakin bu sahədə müxtəlif fikirlər
mövcuddur. Məsələn, digər mənbələrə görə,
şagirdlərin kompüter arxasındakı işi həftədə 2 dəfə 60
dəqiqədən çox olmamalıdır. Əgər informatika dərsinin
mövzusu kompüterdə işi nəzərdə tutursa, dərs zamanı
şagirdlərə fasilə vermək, bunu oyun formasında
aparmaq məqsədəuyğundur. Məsələn, uşaqlarla belə
bir oyun keçirmək olar:
1.
Gözlərinizi bağlayın, göz qapaqlarınızı
bərk sıxın, 1-dən 4-ə qədər sayın və sonra gözlərinizi
açın. Bunu 4-5 dəfə təkrar edin.
2.
Çiyninizə baxaraq 1-dən 4-ə qədər sayın.
Sonra isə uzağa baxaraq 1-dən 6-ya qədər sayın. Bunu
4-5 dəfə təkrar edin.
3.
Başınızı tərpətmədən sağa baxın və 4-ə
qədər sayın. Sonra uzağa baxıb 6-ya kimi sayın. Bunu
sol tərəf, yuxarı və aşağı tərəflər üçün də edin. 3-4
dəfə təkrarlayın.
4.
Gözlərinizi sürətlə diaqonal boyunca
hərəkət etdirin – sağdan yuxarıya, soldan aşağıya,
sonra uzağa baxıb 6-ya kimi sayın. 4-5 dəfə
təkrarlayın.
Kiçik yaşlı məktəblilərin uzun müddət
kompüter arxasında oturması onların əsəb sisteminin
zəifləməsinə, gözlərinin yorulmasına, yuxularının


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 15 -
pozulmasına və s. səbəb ola bilər. Ona görə də
informatika dərslərində təhlükəsizlik qaydalarına və
normalarına ciddi əməl etmək lazımdır.
II.
Ibtidai siniflərdə informatika üzrə Milli
Kurikulum
1.
İbtidai siniflər üzrə məzmun standartlarının
paylanması.
2.
İnformatika fənni üzrə ümumi təlim  nəticələri.
3.
Məzmun xəttinə görə tədrisin nəticələri.
4.
Siniflər üzrə tədrisin nəticələri.
Mənşəcə “curriculum” latın sözü olub lüğəti
mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir.
Kurikulum termini ilk dəfə Con Franklin Bobbit
tərəfindən istifadə edilmişdir. İlk fənn kurikulumları
1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Keçən əsrin
70-ci illərindən sonra kurikulum nəzəriyyəsi
formalaşmış və 90-cı illərin axırlarından başlayaraq
Azərbaycanda bu nəzəriyyədən istifadə olunmağa
başlanmışdır. Hal-hazırda Avropa ölkələrində


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 16 -
kurikulum təhsilin əsasını təşkil edən sənəd kimi
qəbul edilir. Kurikulum təhsilin məzmunu, təşkili və
qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə
əks etdirən konseptual sənəddir. Məhz bu konseptual
sənəd vasitəsilə təhsilin son məqsədini, məqsədlərə
çatmaq üçün yolları, bu yolların səmərəliliyini
yoxlamaq üsullarını, bir sözlə, təhsil prosesi ilə bağlı
bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilini
əldə etmək olar. Xarakterinə görə kurikulumlar iki
yerə ayrılır: [2]
· fənyönümlü kurikulum;
· şəxsiyyətyönümlü kurikulum.
Fənyönümlü kurikulumların keyfiyyətində
biliklərin həcmi və miqdarı  əsas rol oynayır. Belə
kurikulumların məzmununu elm sahələri, anlayışlar
sistemi və bu anlayışların mənimsənilməsi təşkil edir.
Fənyönümlü kurikulumlarda praktika, yəni bacarıq,
vərdiş və qabiliyyətlər arxa plana keçir, praktikada
lazım olmayan biliklər də şagirdlərə mənimsədilir. [2]
Şəxsiyyətyönümlü kurikulumlar fənyönümlü
kurikulumlardan həyati bacarıq və vərdişlərə üstünlük
verilməsi ilə fərqlənir. Belə kurikulumlarda
məlumatlıq səviyyəsi aşağı olur, şəxsiyyətə daha çox
həyat fəaliyyətində lazım olan bacarıq və vərdişlər


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə