Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 37 -
Valideyn iclasında
sorğu vərəqlərinin
doldurulması;
Diaqnostik qiymətləndirmənin nəticələrindən
aşağıdakı məqsədlərlə istifadə olunur:

-
təlim prosesində fərdi yanaşmanı təmin etmək
üçün;

-
təlim prosesində qrup və cütlərin təşkilində;

-
tədris olunacaq fənn və ya mövzu ilə bağlı
maraq və ehtiyaclarının müəyyənləşdiril-
məsində.
Formativ qiymətləndirmə təlim prosesinin hər
hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr
əsasında
şagirdlərin bilik və bacarıqlarının
formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu
qiymətləndirmə tədris prosesinin düzgün istiqa-
mətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim
sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir,
şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan
yaradır. Formativ qiymətləndirmə dərsdə reallaş-
dırılması nəzərdə tutulmuş
alt-standartlardan
çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş
meyarlara əsasən aparılır. Formativ qiymətləndirmə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 38 -
rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi
qeyd dəftərində və məktəbli kitabçasında şagirdin
idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun
sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan,
“mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”,
“yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən
istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə
şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri
yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt
ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına
görə formativ qiymətləndirmə zamanı jurnalda
şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması
mütləq deyil. Şagirdlər fəaliyyətlərində potensial
imkanları daxilində həmin bacarıqlara yiyələnmənin
müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Buna
görə də formativ qiymətləndirmə zamanı şagirdlər
eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə
qiymətləndirilə bilər. [4; 5]
Formativ qiymətləndirmə aparmaq üçün
rubriklərdən istifadə olunur. Rubrik xüsusi növ
qiymətləndirmə  şkalasıdır. O, iki əsas suala cavab
verir:
–  mən nəyi qiymətləndirməliyəm (obyekt,
məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər);


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 39 -
– aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin
xüsusiyyətlərini necə bilmək olar?
Qiymətləndirmə  şkalası nailiyyət səviyyələrinə
qiymət (bal) verilməsi üçün mexanizmdir. Rubriklərin
hazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyən
olunmalıdır. Qiymətləndirmənin formalarından biri
seçilməlidir (diaqnostik, formativ və ya summativ). 

Müəllimlər üçün rubriklərin üstün cəhətləri bunlardır:
-
Rubriklər qiymətləndirmənin daha ədalətli,
obyektiv, etibarlı və ardıcıl olmasına imkan
verir.

-
Rubriklər  müəllimlərə öz meyarlarını müəy-
yənləşdirmək üçün əlverişli imkanlar yaradır.

-
Rubriklər müəllimləri tədrisin səmərəliliyi ilə
bağlı faydalı məlumatlarla təmin edir.

-
Rubriklər keyfiyyət səviyyələrinin intervalı
vasitəsilə müxtəlif qabiliyyətli
şagirdlərin
olduğunu 
 nəzərə alır. 
 Səviyyələr üzrə
təsvirlərin hazırlanması üçün təlimatda:  [4; 5]
1.
Qısa və sadə tərzdə, şagirdin anlayacağı
sadə dildən istifadə edilməlidir;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 40 -
2.
Müqayisəli və ya normativ dildən fərqli
olaraq deskriptiv dildən istifadə edilməli, pis, orta,
kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan
uzaq durulmalıdır;
3.
Səviyyə deskriptorları müşahidə oluna
bilən davranışlar və ya nəticənin xüsusiyyətləri 

baxımından mümkün dərəcədə ifadə edilməlidir;
4.
Qiymətləndirmə səviyyələri arasında
sərhəd aydın olmalıdır, üst-üstə düşməməlidir;
5.
Şkala şagird nailiyyətləri intervalını tam
əhatə etməlidir;
6.
Təsvirlərin məzmunu nailiyyət səviyyə-
ləri üzrə eyni formalı tərtib edilməlidir;
7.
Fəaliyyət səviyyələri bütün aspektlər üzrə
uyğun olmalıdır (məsələn: bir aspekt üzrə “4” 

qiyməti digər aspekt üzrə “4” qiyməti ilə müqayisə
oluna bilməlidir);
8.
Əvvəlcə “ən yüksək”, sonra “ən aşağı”
səviyyələr, sonda “aralıq” səviyyələri təsvir
edilməlidir;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 41 -
9.
Ən yüksək səviyyə: yüksək tələbkarlıqla,
dərin biliklərə malik şagirdlərə uyğun olmalıdır;
10. Ən aşağı səviyyə: yalnız çatışmazlıqları
deyil, həmçinin minimal bilik və bacarıqların az
miqdarda da olsa xüsusiyyətlərini əks etdirməlidir.
Məsələn, 3-cü sinifdə insan və informasiya
mövzusunun sonunda formativ qiymətləndirmə
meyarları aşağıdakı kimi müəyyən edilmişdir: [7]
Informasiya mənbələrini müəyyən edə bilir.
Insanın duyğu üzvlərinin rolunu müəyyən edə
bilir.
Informasiyanı hansı duyğu üzvü ilə qəbul
etməsindən asılı olaraq onun növünü müəyyən edə
bilir.
Insanların həyatında informasiyanın rolunu
başa düşür.
Insanın informasiyanı necə  əldə etməsini izah
edə bilir.
Bu meyarları nəzərə almaqla yaxşı, orta və zəif
səviyyələr müəyyən edilir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə