Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 137 -
düzgün seçildikdə  şagirdlərin bir çox qabiliyyətlərini
– yaddaş, hafizə, təfəkkür, cəldlik kimi qabiliy-
yətlərini inkişaf etdirməklə yanaşı onlarda ətraf aləm,
bitki, heyvanlar aləmi, idman, riyaziyyat, dil və s.-lə
bağlı biliklərini artırmalıdır.
Uşaqların kompüterdə işini təşkil edərkən bir
sıra psixofiziki faktorları nəzərə almaq lazımdır: bəzi
uşaqlarda özünəməxsus kompüter qorxusu olur, bu
xüsusilə humanitar meyilli uşaqlara aiddir, onları
kompüterdə işə cəlb etmək üçün məhz oyunlardan
istifadə etmək lazımdır. Onlara kompüterin
multimedia imkanlarını, musiqi bəstələmək, kitab
oxumaq, tərcümə etmək kimi imkanlarını nümayiş
etdirmək olar. Bu zaman həmin uşaqlar kompüterdən
aldıqları bilikləri  daha dərindən mənimsəyir.
Müşahidələr göstərir ki, 7-8 yaşlı uşaqlar əsasən
monstr, avtomat silah və s. kimi oyunlara daha çox
həvəs göstərir, məntiqi və inkişafetdirici oyunları
oynayanların sayı çox azdır. Uşaqların kompüter
asılılığının qarşısını vaxtında almaq və onları virtual
aləmə daha çox bağlanmaqdan xilas etmək üçün
pedaqoq və valideynlər uşaqlarla profilaktik iş
aparmalıdırlar.  Belə hallar daha çox infantil uşaqlarda
baş verir (infantil – körpəyə, uşağa məxsus deməkdir,
normal inkişaf edən, lakin  psixi mənada uşaqlıqdan


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 138 -
çıxa bilməmiş).
Tanqram oyunu. Karton və ya plastikdən hər
iki tərfdən eyni rəngdə rənglənmiş 8*8 ölçülü kvadrat
kəsilir.  Kvadrat 7 hissəyə bölünür. Nəticədə 2 böyük,
1 orta ölçülü və 2 kiçik üçbucaq, kvadrat və
paraleloqram alınır. Bu hissələrdən istifadə etməklə,
onları bir-birinə yaxınlaşdıraraq, uşaqlar öz
fantaziyaları ilə və hazır modellərdən istifadə etməklə,
müxtəlif fiqurlar düzəldirlər. Bu yeddi fiqur Günəş,
Ay, Mars, Yupiter, Saturn, Merkuri və Veneranı
təmsil edir.
Həmin fiqurların hissələrindən isə müxtəlif yeni
fiqurlar düzəltmək olar. Onlardan bir neçəsini
göstərək.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 139 -
Sehrli kvadrat oyunu.
Hər iki tərəfdən eyni
rənglənmiş 10*10 ölşülü kvadrat kəsilir. Bu kvadrat 5
hissəyə bölünür. 1 böyük və 2 kiçik üçbucaq, kvadrat
və paraleloqram. Bütün hissələrdən istifadə etməklə,
uşaq əvvəlcə hazır modelə baxaraq, sonra isə öz
fantaziyasından müxtələr fiqurlar düzəldir.
Sehrli dairə. Dairə 7 hissəyə bölünür. Nəticədə
4 eyni üçbucaq, qalanları isə bir tərəfləri yuvarlaq
formalı üçbucağa oxşar fiqurlar alınır. Bu fiqurlardan
insan fiquru, quş, raket və s. düzəldilir. Dairə hər iki
tərəfdən eyni rənglənir ki, fiqurları düzəldərkən bütün
10 hissədən istifadə etmək mümkün olsun.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 140 -
XV. İbtidai sinif şagirdlərinə informasiya
texnologiyaları anlayışının öyrədilməsi metodikası
1.
İnformasiya texnologiyası anlayışı.
2.
Tədrisdə informasiya texnologiyalarından
istifadənin texnoloji və nəzəri aspektləri.
3.
İnformasiya texnologiyaları məzmun xəttinin
öyrədilməsi metodikası.
İnformasiya texnologiyası anlayışı. Bu günə
qədər məktəb informatika kursunun inkişafında nəzərə
çarpan ən vacib məqamlardan biri onun məzmununda
informasiya texnologiyaları (İT) həcminin artmasıdır.
Texnologiya yunanca techne-bacarıq və loqos-hazır-
lanma, istehsal mənasını verib, nəyinsə hazırlanması,
istehsalı deməkdir. [18, s.436-450]
Məktəb informatikasında İKT–nin tətbiqi
proqram mühitini mətn və qrafik redaktorlar,
verilənlər bazası, multimedia proqramları təşkil edir.
Bu proqramlar ümumi təyinatlı proqramlar olub,
praktikada geniş istifadə olunur.
Məktəbdə  İT mövzusunun tədrisinə müxtəlif
yanaşmalar mövcuddur. Kurikuluma əsasən
hazırlanmış dərsliklərdə  əsasən İT xətti şagirdlərin


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 141 -
tətbiqi proqramlarla tanış edilməsi və bu proqramlarda
praktik işlərin aparılması ilə tədris edilir. Belə
proqramlara Word Pad mətn redaktoru, PaintBrush
qrafik redaktoru, Excel cədvəl redaktoru və s. aiddir.
Son vaxtlar tədrisdə texnologiya əvəzinə infor-
masiya texnologiyaları sözü işlədilir. Texnologiyanın
tədrisi İT tədrisindən nə ilə fərqlənir? Texnologiyaya
aid hər bir mövzu keçilərkən aşağıdakıların
öyrədilməsi vacibdir:
Informasiya və informasiya texnologiyalarının
təsviri, bu sahəyə aid olan məsələlərin qoyuluşu və
texnoloji üsullarla həlli.
İnformatika kursunda əsas diqqəti İT
vasitələrinin deyil, insanın informasiya fəaliyyətinin
müxtəlif sahələrinin öyrədilməsinə yönəltmək
lazımdır.
Tədrisdə informasiya texnologiyalarından
istifadənin texnoloji və nəzəri aspektləri. İT xəttinin
hər bir mövzusunun öyrədilməsi həmin texnolo-
giyaların tətbiq sahələri ilə tanışlıqla başlamalıdır.
Məsələn, qrafik redaktorlardan hansı məsələlərin həlli
üçün istifadə edilir, onlardan gələcəkdə kimlər istifadə
edə bilər və s. kimi məsələlər şagirdlərə izah


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 142 -
edilməlidir.
 İkinci sinifdə  İT  məzmun xətinin tədrisi
kompüter və onunla tanışlıq mövzusu ilə başlayır.
Göstərilir ki, kompüter insan əməyini yüngülləş-
dirmək üçün istifadə olunan bir maşındır. Kompü-
terlərdən məktəblərdə, xəstəxanalarda, banklarda,
aeroportlarda, mağazalarda və s. yerlərdə istifadə
olunur. Bu izahatdan sonra şagirdlərə müvafiq suallar
verilərək onların kompüterin konkret olaraq nə cür
tətbiq edilməsi haqqında fikirləri dinlənilməli və
yalnız bundan sonra kompüterin texniki vasitələri ilə
tanışlığa başlanılmalıdır. Həmin qurğuların
öyrədilməsi də bu sxem üzrə yerinə yetirilməlidir.
Əvvəlcə həmin qurğuların nə işə yaradıqları, sonra isə
texniki xarakteristikaları sadalanır. Məsələn, şagirdlər
əvvəlcə əsas (təməl) qurğularla belə tanış edilirlər. [8]
· Monitor kompüterdə görülən işlərin nəticələrini
ekranda göstərir.
· Sistem blokda informasiyanın işlənməsi və
saxlanması baş verir.
· Klaviaturanın köməyilə kompüterə mətn
informasiyası və komandalar daxil edilir və s.
Sonrakı dərslərdə isə texniki xarakteristikalar –


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 143 -
məsələn, klaviaturanın düymələri, onların hər birinin
adı və istifadəsi, sican qurğusunun sag və sol düymə-
lərinin funksiyaları, yaddaş qurğuları, kompüterin iş
masası, printer və s. haqqında məlumatlar verilir.
Daha sonra isə mətn redaktorunda mətnlərin
yığılması, formatlaşdırma və redaktə  əməliyyyatları,
qrafik redaktorun alətləri və bu alətlərin köməyilə
şəkillərin çəkilməsi, kalkulyator proqramında
hesablamaların aparılması öyrədilir.
Bu günə qədər məktəb informatika kursunun
inkişafında nəzərə çarpan ən vacib məqamlardan biri
onun məzmununda İT–nın həcminin artmasıdır. İlk
informatika dərsliklərində informasiya texnologi-
yalarına bir o qədər də yer verilmirdi. Bu onunla bağlı
idi ki, o zamanlar məktəblərin kompüter texnikası ilə
təminatı çox zəif idi. Lakin yeni nəsil kompüter
texnologiyalarının tətbiqi məktəb informatika
kursunda İT mövzusuna daha çox yer verilməsinə
səbəb oldu.
Məktəb informatikasında İKT–nin tətbiqi
proqram mühitini mətn və qrafik redaktorlar, veri-
lənlər bazası, multimedia proqramları təşkil edir. Bu
proqramlar ümumi təyinatlı proqramlar olub,
praktikada geniş istifadə olunur.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 144 -
İnformasiya texnologiyaları məzmun xəttinə aid
olan mövzuların tədrisi zamanı müəllim tərəfindən
nəzəri və texnoloji məzmun ayrı-ayrılıqda izah
edilməli və aydınlaşdırılmalıdır. Nəzəri məzmuna
müxtəlif növ informasiyanın kompüterin yaddaşında
təsviri, verilənlərin strukturlaşdırılması və ya cədvəl
şəklində göstərilməsi, məsələlərin texnoloji üsullarla
həlli metodları və s. daxildir. Texnoloji məzmuna
aşağıdakılar daxildir:
- kompüterin arxitekturası, ayrı-ayrı qurğuları və
onların iş prinsipləri ilə tanışlıq;
- tətbiqi proqram təminatının – mətn və qrafik
redaktorlarda işin öyrədilməsi və s.
İnformasiya texnologiyaları məzmun xəttinin
öyrədilməsi metodikası. İT məzmun xəttinin hər bir
mövzusunun öyrədilməsinə informasiya  texnologi-
yalarının tətbiq sahələri ilə tanışlıqla başlamaq
lazımdır. Məsələn, qrafik redaktorlardan hansı
məsələlərin həlli üçün istifadə edilir, onlardan
gələcəkdə kimlər istifadə edə bilər və s. şagirdlərə
izah edilməlidir.
Məsələn, müəllim şagirdlərə belə bir sualla
müraciət edə bilər: ”Siz evdə dərslərinizi harada
hazırlayırsınız?


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 145 -
Dərslərinizi
hazırlayarkən masanızın
üzərinə nə qoyursunuz?”
Beləliklə, şagirdlərə
kompüterin iş masasının
nə olduğunu izah etmək
üçün onların cavabları
dinlənilir və məlumat
mübadiləsindən sonra belə bir ümumiləşdirmə
aparılır: ”Müəssisə və ofislərdə iş masası olur və onun
üzərində işçiyə lazım olan əşyalar, sənədlər, qovluqlar
yerləşir. İş yerlərində də kompüterdə olduğu kimi iş
masası var. Bu masada kompüterdə işləyənə lazım
olan obyektlər yerləşdirilir. Bu obyektlər ona lazım
olan sənədlər, qovluqlar, müxtəlif proqramlar və s.-
dən ibarət ola bilər. İş masasına hər bir obyektin
qrafik nişanını – simgəsini yerləşdirirlər.” [8]
Müəllim şagirdlərə aşağıdakı kimi tapşırıq verilə
bilər:
Kompüterdə hər addımı yerinə yetir və nəticəni
cədvəlin sağ tərəfinə uyğun sətirdə yaz. [8]


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 146 -
İş masasında Paint proqra-
mının simgəsini tap və onu
çıqqıldat
Simgənin rəngi dəyişdi
Paint proqramının simgəsi
üzərində iki dəfə çıqqıldat
Paint proqramının pəncərəsi
açıldı
Proqram pəncərəsinin yuxarı
sağ küncündəki (-) düyməsini
çıqqıldat
Pəncərə aşağı yığıldı
Tapşırıq zolağında yığılmış
proqram pəncərəsinin üstündə
siçanla bir dəfə çıqqıldat
Pəncərə bərpa olundu
…….
……..
Beləliklə, müəllim pəncərənin
əsas
düymələrinin funksiyalarını başa salır. Bu zaman
müəllim proyektordan istifadə edə bilər. Daha sonra
müəllim START baş menyunun əmrlərini, kompüterin
söndürmə rejimlərini və onların fərqlərini öyrədir. 2-ci
sinifdə artıq şagirdlər Paint, Word Pad və Calculyator
proqramlarında işi öyrənirlər. Onlar mətnin daxil
edilməsi, redaktəsi və formatlanması, qrafik təsvir-
lərin qurulması, hesablamaların aparılması üçün kom-
püterin imkanlarından istifadə etməyi bacarmalıdırlar.
İnformasiya texnologiyalarının tədrisi aşağıdakı
sxemlə göstərilə bilər:


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 147 -
İnformasiya texnologiyalarının göstərilən sxem
üzrə hər bir tərkib hissəsi ibtidai siniflərdə ayrı-
ayrılıqda deyil, kompleks şəkildə, bir-birilə qarşılıqlı
əlaqədə nəzərdən keçirilir. Bu, şagirdlərin yaş xüsu-
siyyətləri və informatika elmi ilə tanışlıqlarının baş-
langıc səviyyədə olmaları ilə bağlıdır. Lakin bu sahə
ilə bağlı biliklərin düzgün çatdırılması və mənim-
sədilməsi şagirdlərin informasiya texnologiyalarının,
kompüterdə iş vərdişlərinin, kompüter proqramları ilə
işləməyin səmərəliliyini və müsbət cəhətlərini ön
Informasiya texnologiyaları
Tətbiqi
proqramlar
Nəzəri
əsaslar
Tətbiq
sahələri
Aparat
təminatı
Verilən-
lər
Iş rejimi
mühit
əmrlər
sistemi


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 148 -
plana çıxarmağa kömək edir. Bu isə yeni infor-
masiyalı cəmiyyətin üzvləri olan şagirdlərin hərtərəfli
inkişafı üçün çox vacib şərtdir.
ƏDƏBİYYAT:
1. Əzimli Q. E. Yaş və pedaqoji psixologiyanın müasir
problemləri. Bakı: Nurlan, 312 s.
2. Əhmədov A., Abbasov Ə. Ümumtəhsil məktəb-
lərinin I-IV siniflər üçün fənn kurikulumları. Bakı,
2008.
3.
Гасымова Л.N., Мащмудова Р.M.  Педагоэика,
Бакы: Чашыоьлу, 2003, 278 s
.
4. Mahmudzadə R., Sadıqov I., İsayeva N. 1-ci sinif
dərslik komplekti. Bakı: Bakınəşr, 2012.
5.   Mahmudzadə R., Sadıqov I., İsayeva N. 4-cü sinif
dərslik komplekti. Bakı: Bakınəşr, 2011.
6. Pələngov Ə.Q., Abdullayeva M. İnformatikanın
tədrisi metodikası. I hissə, ADPU, 2012.
7.   Sadıqov I., Mahmudzadə R., İsayeva N. 3-cü sinif
dərslik komplekti. Bakı: Bakınəşr, 2010.
8.    Sadıqov  I.,  İsayeva.,  Əzizova  A.  və  b.  2-ci  sinif
dərslik komplekti. Bakı: Bakınəşr, 2009.
9. İnformatika və onun tədrisi metodikası. BSU,
Riyaziyyat və informatika kafedrası, bakalavr bölməsi
İSM  ixtisası  üzrə  proqram.  Abulova  S.  və  b.  ADPU,


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 149 -
2017.
rus dilində
10.
Аленский 
Н.А. БГУ. Методика
преподавания 
информатики. Лекции 
для
студентов 4-го  курса  педагогического  потока,
2009.
11. Кужелева  Г.Ф. «Методика  преподавания
информатики», Илек, 2013.
12. Леонтьев В.П. “Новейшая энциклопедия ПК”,
2003.
13. Малев  В.В. Общая  методика  преподавания
информатики: Учебное  пособие. - Воронеж:
ВГПУ, 2005.
14. Малева  А.А. Малев  В.В., Частная  методика
преподавания  информатики: Учебное  пособие.
Воронеж: ВГПУ, 2007.
15. Лапчик  М.П. и  др. Методика  преподавания
информатики:  учеб. пособие для студ. пед. вузов.
М.: Издательский центр «Академия», 2001.
16. Рыжов В.Н.  Дидактика:  Учеб.  пособие  для
студентов  пед. колледжей  и  лицеев. М.: ЮНИТИ

ДАНА, 2004.
17. Программы 
для 
общеобразовательных


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 150 -
учреждений: Информатика. 2‐11 классы. – М.:
БИНОМ. Лаборатория знаний, 2005.
18. Рыжов 
В.Н. Методика 
преподавания
информатики. Саратов, 2008.
19. Симонович 
С.В., Евсеев  Г.А. Общая
информатика: Учебное  пособие  для  средней
школы. М.:АСТ–ПРЕСС: Инфорком–Пресс, 1998.
20. Симонович  С.В., Евсеев  Г.А. Практическая
информатика: Учебное  пособие  для  средней
школы. Универсальный  курс. М.: АСТ–ПРЕСС:
Инфорком–Пресс, 1998.
21. Симонович  С.В., Евсеев  Г.А., Алексеев  А.Г.
Специальная  информатика: Учебное  пособие. –
М.: АСТ–ПРЕСС: Инфорком–Пресс, 1998.
22.
http://edu.gov.az
23.
http://informatik.gov.az
24. http://portal.edu.az


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 151 -
Mündəricat
Ön söz……………………………………………….3
Məktəb informatika kursunun  predmeti və
məzmunu....................................................................6
Ibtidai siniflərdə informatika üzrə Milli
Kurikulum................................................................15
İbtidai siniflərdə informatika tədrisinin
xüsusiyyətləri...........................................................25
Şagird nailiyyətlərinin qiymətləndirilməsi............31
İnformatika tədrisinin forma və  metodları..........44
İnformatika tədrisinin vasitələri............................63
İnformatikanın əsas anlayışlarının öyrədilməsi
metodikası ………………………………………...75
Əsas informasiya proseslərinin öyrədilməsi
metodikası................................................................83
İnformasiyanın kompüterdə təsviri.......................91
Kompüter texnologiyalarının texniki vasitələrinin
öyrədilməsi metodikası...........................................99
İnformasiyanın modelləşdirilməsinin və
alqoritmləşdirmənin tədrisi metodikası .............108
İbtidai siniflərdə məntiq elementlərinin
öyrədilməsi metodikası.........................................121
Azyaşlı məktəblilər üçün öyrədici kompüter
proqramları və inkişafetdirici oyunlar ..............129
İbtidai sinif şagirdlərinə informasiya texnologiya-
ları anlayışının öyrədilməsi metodikası……......140


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 152 -
Xumar  Tofiq  qızı  NOVRUZOVA
İNFORMATİKANIN TƏDRİSİ
METODİKASI
(1-4-cü siniflər)
Dərs vəsaiti
Чапа имзаланмыш  2/−05.2017,ci ил
Каьыз форматы 5/х73 0.05+ чап vərəqi  10
Сифариш 242+  сайы 1//
АДПУ-нун мятбяяси
Бакы+ Ц.Щажыбяйκη кцчяси+ 57
Тел9 ∋∗801( 382,63,0/
 ∆mail: Poliqrafiya@mail.ru

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə