Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 42 -
Summativ qiymətləndirmə təhsilin hər hansı
mərhələsində (tədris vahidinin, yarımilin və ilin
sonunda)
şagirdlərin əldə etdikləri nailiyyətlərin
qiymətləndirilməsidir. Summativ qiymətləndirmə
məzmun standartlarının mənimsəmə səviyyəsinin
etibarlı göstəricisidir. 
 Summativ qiymətləndirmə
kiçik summativ və böyük summativ qiymətlən-
dirmədən ibarətdir. [7]
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və
ya bölmələrin sonunda müəllim tərəfindən, böyük
summativ qiymətləndirmə (BSQ) isə yarımillərin
sonunda məktəb rəhbərliyinin və ya məktəbdə
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni
tədris edən müəllim tərəfindən aparılır. Summativ
qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi
tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmə fənn kuriku-
lumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin
sonunda altı həftədən gec olmayaraq müəllim
tərəfindən keçirilir. Onun nəticələri yarımillik
qiymətlərin hesablanmasında nəzərə alınır. 
 Kiçik
summativ qiymətləndirmə vasitələri (test, tapşırıq,
yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən
hazırlanır.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 43 -
Böyük summativ qiymətləndirmə yarımillərin
sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni
tədris edən müəllim tərəfindən aparılır. Ona görə də
metodik vəsaitdə böyük summativ qiymətləndirmə
üçün testlərin nümunəsi verilməyib.
Şagirdin qiyməti düzgün cavabların maksimum
bala nisbəti ilə faiz göstəricisinə uyğun
müəyyənləşdirilir: [7]
Azərbaycan Respublikası Təhsil nazirinin 01
may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiq
edilmiş “Ümumi təhsil müəssisələrində  şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti
qaydalar”a əsasən, illik qiymət yarımillik qiymətlərin
ədədi ortasına bərabər tutulur. Şagirdin yarımillik
qiymətləri müxtəlif olduqda alınan rəqəmin vergüldən
sonrakı hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5
və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır.
Summativ qiymətləndirmədə  şagirdin yerinə
yertirdiyi tapşırıqların miqdarına görə  əgər 0-40%
arası 2 (qeyri-kafi), 40-60% arası 3 (kafi),  60-80%
arası 4 (yaxşı), 80-100% arası (əla) qiyməti ilə
müəyyənləşdirilir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 44 -
V.
İnformatika tədrisinin forma və  metodları
1.
Təlim metodları.
2.
Differensial təlim vasitələri.
3.
İnformatika dərslərinin təşkili formaları.
4.
İnformatika dərslərinin tipləri.
Təlim metodları. Informatikanın tədrisində
digər fənlərin tədrisində istifadə edilən metodlar tətbiq
edilir. Lakin bu metodların tətbiqinin bəzi özünə-
məxsus xüsusiyyətləri vardır.
Metodların seçilməsi və düzgün tətbiqi müəyyən
üsulların seçilməsini tələb edir. Y.K. Babanskinin
fikrincə, informatikada metodlar seçilərkən onun
kibernetik əsaslarının olduğu nəzərə alınmalıdır. Bu
nöqteyi-nəzərdən üç qrup metodlar ayırd edilir: [15,
s.93-100]
·
Tədris işinin təşkili və həyata keçirilməsi
üçün istifadə edilən metodlar;
·
Tədrisdə stimullaşdırma və motivasiyaya
sövq edən metodlar;
·
Nəzarət və özünənəzarət metodları.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 45 -
Bu qrupların hər biri altqruplardan ibarətdir.
Onlardan bir neçəsini nəzərdən keçirək.
İzahedici-illüstrativ metodlar. Bu metod
materialın şagirdlərə hazır şəkildə verilməsini
(illüstrasiya) və müəllim tərəfindən onun şagirdlərə
tam izahını  tələb edir. Məsələn, kompüterin yaddaş
qurğularının izah edilməsi zamanı müəllim bu
metodlardan istifadə edə bilər.
Reproduktiv metodlar. Bu metodlar yuxarıda
adı çəkilən metodlardan onunla fərqlənir ki, onlar
dəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir və
şagirdlərə bu formada mənimsədilir. Bu metodlar
sayəsində şagirdlər klaviatura ilə işi öyrənir, kompüter
vərdişlərinə yiyələnir.
Evristik metod yeni biliklərin axtarışı ilə
müəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismi
şagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləri
tapır.
Tədqiqat metodunun mahiyyəti ondan
ibarətdir ki, müəllim tapşırığı izah edir, bu sırada
şagirdlər müstəqil şəkildə bəzi faktları özləri aşkar
edirlər. Məsələn, məntiq bölməsinin tədrisində
müəllim şagirdlərə tapmacalar düzəltmək tapşırığını
verir və  şagirdlər əvvəlcə verilmiş tapmacaların
cavablarını tapır, sonra isə özləri tapmaca düzəldir.
Müəllimin şərhi tədris materialının ətraflı


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 46 -
izahıdır. Bu metoddan bəzi mövzuların izahında,
məsələn, kompüter texnologiyaların inkişafı tarixi,
virusların təsnifatı və s. istifadə edilir.
Söhbət  –
müəllim və  şagirdlər arasında
qarşılıqlı sual-cavaba əsaslanır. Məsələn, informasiya
anlayışının izahını qarşılıqlı sual-cavab əsasında
vermək olar.
Əyani təlim metodları – yüksək keyfiyyəti
təmin edən və praktik vərdişlərin formalaşdırılmasına
yönəldilən metodlardır.
Didaktik oyunlar – öyrənilən obyekt, hadisə
və prosesin modelləşdirilməsi məqsədilə tətbiq edilir.
Oyun şagirdi əməyə və təlimə hazırlayır.
Problemli təlim metodu – şagirdlərin məntiqi
təfəkkürünün inkişafına təkan verir. Problem o zaman
yaranır ki, ziddiyyət olsun. Ziddiyyətin həll edilməsi
problemli təlim metodu sayəsində baş verir. Məsələn,
informasiyanın ölçülməsi mövzusunu keçərkən
şagirdlərə belə bir suallarla müraciət etmək olar:
- İnformasiyanın miqdarı 1 bitdən kiçik ola bilərmi?
-  Əgər  bir  simvol  1  baytla  ölçülürsə,  onda  bəs  1  bitlə
nə ölçülür? Axı hərfin səkkizdə birini bitlə ölçmək
mümkün deyil.
Sonra isə evristik metodla problemin həlli
tapılır.
Proqramlaşdırılmış təlim metodu kompüterin


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə