Demonstration page



Yüklə 1,23 Mb.
səhifə3/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   2   3   4   5   6   7   8   9   ...   104
Komputer şəbəkələri və şinləri

Software (hərfi mənada – «yumşaq məmulat») sözündən istifadə olunur. Bu söz maşının özünün və proqram təminatının eyni əhəmiyyətə malik olduğunu, həmçinin proqram təminatının modifikasiya olunmaq, uyğunlaşmaq və inkişaf etmək qabiliyyətini qeyd edir.
Məsələnin proqramlaşdırılmasından əvvəl həmişə onun ilkin verilənlərdən axtarılan nəticəyə aparan əməliyyatlar ardıcıllığı şəklində olan həll üsulunun işlənilməsi, başqa sözlə məsələnin həll alqoritminin işlənilməsi gəlir. İnformatikanın alqoritmlərin işlənilməsi və onların qurulmasının metod və yollarının öyrənilməsi ilə əlaqədar olan hissəsinin işarə olunması üçün Brainware (ingiliscə brain — intellekt) terminindən istifadə olunur.
Kompyuter texnikasının imkanlarının tədricən artması, informasiya şəbəkələrinin inkişafı, yeni informasiya texnologiyalarının yaranması cəmiyyətin bütün sahələrində: istehsalda, elmdə, təhsildə, tibdə və s. Mühüm dəyişikliklərə gətirir.


    1. İnformasiya anlayışı




«İnformasiya» termini məlumat, izah, şərh mənasını verən «informatio» latın sözündən törəyir. Bu terminin geniş yayılmasına baxmayaraq, informasiya anlayışı elmdə ən mübahisəli anlayışlardan biridir. İndiki zamanda elm geniş informasiya anlayışına xas olan ümumi xüsusiyyətləri və qanunauyğunluqları tapmağa cəhd edir, lakin hələlik bu anlayış əsasən intuitiv olaraq qalır və insan fəaliyyətinin müxtəlif sahələrində müxtəlif məna tutumları kəsb edir:

      • adi həyatda kimisə maraqlandıran hər hansı verilənləri və ya məlumatları informasiya adlandırırlar. Məsələn, hər hansı hadisə, kiminsə fəaliyyəti barədə məlumatı və s. Bu mənada «informasiya vermək» «öncə məlum olmayan nəyisə xəbər vermək» deməkdir;

      • texnikada informasiya dedikdə işarə və ya siqnallar formasında ötürülən xəbərlər başa düşülür;

      • kibernetikada informasiya dedikdə istiqamətlənmə, aktiv fəaliyyət, idarəetmə üçün, yəni sistemin yadda saxlanması, təkmilləşdirilməsi, inkişafı məqsədilə istifadə olunan biliklər sahəsi başa düşülür (N. Viner).

İnformasiyanın ötürülməsi, qəbulu, çevrilməsi və yadda saxlanması ilə əlaqədar olan prosesləri öyrənən elmin – informasiya nəzəriyyəsinin əsaslarını qoymuş amerika alimi Klod Şennon informasiyaya nəyinsə barəsində bizim biliklərimizin aradan qaldırılmış qeyri-müəyyənliyi kimi baxır.
Daha bir neçə tərifi göstərək:

      • İnformasiya – ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri, xüsusiyyətləri və vəziyyəti haqqında onlara dair əldə olan qeyri-müəyyənlik dərəcəsini, biliklərin natamamlığını azaldan məlumatlardır (N.V. Makarova);

      • İnformasiya – entropiyanın inkar edilməsidir (Leon Brillüen);

      • İnformasiya – strukturların mürəkkəblik ölçüsüdür (Mol);

      • İnformasiya – inikas olunmuş müxtəliflikdir (Ursul);

      • İnformasiya – inikas posesinin məzmunudur (Tuzov);

      • İnformasiya – seçim ehtimalıdır (Yaqlom).

İnformasiya barədə müasir elmi təsəvvürü kibernetikanın «atası» Norbert Viner çox dəqiq ifadə etmişdir:

İnformasiya – bizim xarici aləmə uyğunlaşmağımız prosesində xarici aləmdən alınan məzmunun və bizim hislərimizin ona uyğunlaşmasının işarə edilməsidir.


İnsanlar xəbər formasında informasiya mübadiləsi edirlər. Xəbər informasiyanın nitq, mətn, əl-qol hərəkəti, baxış, təsvir, rəqəmli verilənlər, qrafiklər, cədvəllər və s. Şəklində təqdim olunma formasıdır.
Eyni bir informasiya xəbəri (qəzetdə məqalə, elan, məktub, teleqram, arayış, hekayə, çertyoj, radio verilişi və s.) müxtəlif insanlar üçün onların əvvəlki biliklərindən, bu xəbərin başa düşülmə səviyyəsindən və ona maraqdan asılı olaraq müxtəlif miqdarda informasiyaya malik ola bilər.
Belə ki, yapon dilində tərtib olunmuş xəbər bu dili bilməyən insan üçün heç bir yeni informasiya daşımır, lakin yaponca bilən insan üçün yüksək informativ ola bilər. Əgər xəbərin məzmunu başa düşülmürsə və ya artıq məlumdursa, məlum dildə ifadə olunmuş xəbər də heç bir yeni informasiyaya malik deyil.
İnformasiya xəbərin xarakteristikası deyil, xəbərlə onun istehlakçısı arasında münasibətdir. Heç olmasa, potensial istehlakçı olmasa, informasiya haqqında danışmaq mənasızdır.
Hər hansı texniki qurğular vasitəsilə informasiya ilə avtomatlaşdırılmış iş haqqında danışarkən, adətən ilk növbədə xəbərin məzmunu ilə deyil, bu xəbərdə nə qədər simvol olması ilə maraqlanırlar.
Verilənlərin kompyuterlə emalına gəlincə, informasiya dedikdə simvolik işarələrin (hərflər, rəqəmlər, kodlaşmış qrafik təsvirlər və səslər və s.) məna yükü daşıyan və kompyuterin anladığı şəkildə təqdim olunan hər hansı ardıcıllığı başa düşülür. Belə simvol ardıcıllığında hər yeni simvol xəbərin informasiya həcmini artırır.



    1. Yüklə 1,23 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə