Demonstration page


İNFORMATİKAYA GİRİŞ İnformatika anlayışı



Yüklə 1,23 Mb.
səhifə2/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   2   3   4   5   6   7   8   9   ...   104
Komputer şəbəkələri və şinləri

İNFORMATİKAYA GİRİŞ


    1. İnformatika anlayışı


İnformatika” termini (frans. Informatique) information (informasiya) və automatique (avtomatika) fransız sözlərindən törəyir və əsl mənada “informasiya avtomatikası” deməkdir.


Bu terminin hərfi mənası “kompyuter elmi” demək olan ingilis dilli “Сomputer science” variantı da geniş yayılmışdır.
İnformatika – kompyuter texnikasından istifadə edilməsinə əsaslanan, informasiyanın strukturunu və ümumi xassələrini, həmçinin insan fəaliyyətinin müxtəlif sahələrində onun yaranmasının, saxlanmasının, axtarışının, çevrilməsinin, ötürülməsinin və təbiqinin qanunauyğunluqlarını və üsullarını öyrənən fəndir.
1978-ci ildə beynəlxalq elmi konqress “informatika” anlayışı altında insan həyatının bütün sahələrinə kompyuter texnikasının kütləvi tətbiq olunduğu sahələri – kompyuterlər və onların proqram təminatı, həmçinin kompyuterləşdirmənin təşkilati, kommersiya, inzibati və sosial-siyasi cəhətləri daxil olmaqla informasiya emalı sistemlərinin işlənilməsi, yaradılması, istifadə edilməsi və maddi-texniki xidməti ilə əlaqədar olan sahələri rəsmi təstiq etmişdir.
Beləliklə, informatika kompyuter texnikasına əsaslanır və onsuz təsəvvüredilməzdir.
İnformatika — ən geniş tətbiq diapazonuna malik kompleks elmi fənndir. Onun əsas istiqamətləri aşağıdakılardır:

      • hesablama sistemlərinin və proqpam təminatının işlənməsi;

      • informasiyanın ötürülməsi, qəbulu, çevrilməsi və saxlanması ilə əlaqədar olan prosesləri öyrənən informasiya nəzəriyyəsi;

      • riyazi modelləşdirmə, hesablama və tətbiqi riyaziyyatın üsulları və onların müxtəlif elm sahələrində fundamental tətbiqi tədqiqatlara tətbiq edilməsi;

      • süni intellekt metodları, insanın intellektual fəaliyyətində (məntiqi nəticə, öyrənmə, nitqin başa düşülməsi, vizual qavrama, oyunlar və s.) məntiqi və analitik təfəkkürün modelləşdirici metodları;

      • müxtəlif xarakterli mürəkkəb problemlər üzrə qərarların hazırlanması və əsaslandırılması üçün istifadə olunan metodoloji vasitələri öyrənən sistem analizi;

      • bioloji sistemlərdə informasiya proseslərini öyrənən bioinformatika;

      • cəmiyyətin informasiyalaşması proseslərini öyrənən sosial informatika;

      • maşın qrafikası, animasiya metodları, multimedia vasitələri;

      • telekommunikasiya sistemləri və şəbəkələri, o cümlədən bütün bəşəriyyəti vahid informasiya cəmiyyətində birləşdirən qlobal kompyuter şəbəkələri;

      • istehsalat, elm, təhsil, tibb, ticarət, kənd təsərrüfatı və təsərrüfat və ictimai fəaliyyətin bütün digər növlərini əhatə edən müxtəlif proqramlar.

Rusiya akademiki A.A. Dorodnitsin informatikada qırılmaz surətdə və əhəmiyyətli dərəcədə əlaqəli üç hissəni qeyd edir – texniki, proqram və alqoritmik vasitələr.
Texniki vasitələr və ya kompyuterlərin aparat hissəsi ingilis dilində Hardware sözü ilə işarə edilir ki, o da hərfi mənada «bərk məmulat» kimi tərcümə olunur.
Kompyuterlərin istifadə etdiyi bütün proqramların məcmusunu və onların yaradılması və tətbiqi üzrə fəaliyyət sahəsi kimi başa düşülən proqram vasitələrini işarə etmək üçün



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə