Demonstration page


Cəmiyyətin informasiyalaşması



Yüklə 1,23 Mb.
səhifə9/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   5   6   7   8   9   10   11   12   ...   104
Komputer şəbəkələri və şinləri

Cəmiyyətin informasiyalaşması




Cəmiyyətin informasiyalaşması – informasiya ehtiyatlarının formalaşması və istifadə edilməsi əsasında vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, təşkilatların yerli özünü idarə orqanlarının, ictimai birliklərin informasiya tələbatlarının ödənilməsi və hüquqlarının reallaşması üçün optimal şəraitin yaradılmasının təşkil olunmuş sosial-iqtisadi və elmi- texniki prosesidir.
İnformasiyalaşmanın məqsədi – məhsuldarlığın yüksəldilməsi və əmək şəraitinin yüngülləşdirilməsi hesabına insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.
İnformasiyalaşma – əhalinin həyat tərzində böyük dəyişikliklərlə əlaqədar mürəkkəb sosial prosesdir. O, kompyuter savadsızlığının ləğvi, yeni informasiya texnologiyalarından istifadə etmək mədəniyyətinin formalaşması və s. daxil olmaqla bir çox istiqamətlərdə ciddi səylər tələb edir.


  1. KOMPYUTERLƏRİN İNKİŞAF TARİXİ VƏ TƏSNİFATI


    1. Kompyuterlərin təsnifat əlamətləri


Kompyuter texnikasının müxtəlif əlamətlərə görə təsnifatları mövcuddur:



      • inkişaf mərhələlərinə görə (nəsillərə görə);

      • arxitekturaya görə;

      • məhsuldarlığa görə;

      • istismar şəraitinə görə;

      • prosessorların sayına görə;

      • istehlak xüsusiyyətlərinə görə və s.

Kompyuter sinifləri arasında dəqiq sərhədlər mövcud deyil. İstehsalın strukturu və texnologiyası təkmilləşdikcə yeni kompyuter sinifləri meydana gəlir, mövcud siniflərin sərhədləri əhəmiyyətli dərəcədə dəyişir.


    1. Nəsillərə görə kompyuterlərin təsnifatı


Kompyuter texnikasının nəsillərə bölünməsi hesablama sistemlərinin aparat və proqram vasitələrinin və həmçinin kompyuterlə ünsiyyət üsullarının inkişaf dərəcəsinə görə olduqca şərti, qeyri-sərt təsnifatıdır.


Maşınları nəsillərə bölmək ideyası onunla əlaqədardır ki, özünün qısa inkişaf tarixi ərzində kompyuter texnikası həm element bazası (lampalar, tranzistorlar, mikrosxemlər və s.) mənasında, həm də onun strukturunun dəyişməsi, yeni imkanların meydana gəlməsi, tətbiq sahələrinin genişlənməsi və istifadə edilmə xarakteri mənasında böyük təkamül yolu keçmişlər.



    1. Yüklə 1,23 Mb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə