Demonstration page


İnformasiya hansı şəkildə mövcud olur?



Yüklə 1,23 Mb.
səhifə4/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   2   3   4   5   6   7   8   9   ...   104
Komputer şəbəkələri və şinləri

İnformasiya hansı şəkildə mövcud olur?


İnformasiya aşağıdakı şəkillərdə mövcud ola bilər:



      • mətn, şəkil, çertyoj, fotoqrafiya;

      • işıq və ya səs siqnalları;

      • radiodalğalar;

      • elektrik və əsəb impulsları;

      • maqnit yazıları;

      • jest və mimika;

      • iy və dad duyğuları;

      • orqanizmlərin əlamət və xüsusiyyətlərini irsi olaraq ötürən xromosomlar və s.

İnformasiya xüsusiyyətləri nöqteyi-nəzərindən baxılan predmetlər, proseslər, maddi və ya qeyri-maddi xüsusiyyətli hadisələr informasiya obyektləri adlanır.


    1. İnformasiyanın ötürülməsi


İnformasiya hər hansı informasiya mənbəyindən informasiya qəbuledicisinə onlar arasındakı rabitə kanalı vasitəsilə xəbər formasında ötürülür. Mənbə ötürülən xəbəri göndərir, hansı ki, ötürülən siqnala kodlanır. Bu siqnal rabitə kanalı vasitəsilə göndərilir.


Nəticədə qəbuledicidə qəbul edilən siqnal peyda olur, hansı ki, deşifrə olunur və qəbul edilən xəbərə çevrilir.



rabitə kanalı

MƏNBƏ

QƏBULEDİCİ



Misallar:

  1. Hava proqnozu barədə informasiyaya malik olan xəbər qəbulediciyə (televiziya tamaşaçısı) mənbədən – mütəxəssis-meteoroloqdan rabitə kanalı – televiziya ötürücü aparatları və televizor vasitəsilə ötürülür.

  2. Canlı varlıq özünün hiss orqanları (göz, qulaq, dəri, dil və s.) ilə xarici aləmdən informasiyanı qavrayır, onu əsəb impulslarının müəyyən ardıcıllığına yenidən emal edir, impulsları əsəb telləri ilə ötürür, beynin neyron strukturlarının vəziyyəti şəklində yadda saxlayır, səs siqnalları, hərəkətlər və s. şəklində yenidən hasil edir, özünün həyat fəaliyyəti prosesində istifadə edir.

Rabitə kanalları ilə informasiyanın ötürülməsi tez-tez informasiyanın təhrifinə və itkisinə səbəb olan əngəllərin təsiri ilə müşayiət olunur.





    1. Yüklə 1,23 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə