Demonstration page



Yüklə 1,23 Mb.
səhifə8/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   4   5   6   7   8   9   10   11   ...   104
Komputer şəbəkələri və şinləri

İnformasiyanın emalı




İnformasiyanın emalı – bəzi alqoritmləri yerinə yetirməklə informasiya obyektlərinin digər informasiya obyektlərindən alınmasıdır.
Emal etmə informasiya üzərində yerinə yetirilən əsas əməliyyatlardan biri və informasiyanın həcm və müxtəlifliyinin artırılmasının əsas vasitəsidir.
İnformasiyanı emal edən vasitələr – bəşəriyyət tərəfindən yaradılan hər növ qurğu və sistemlər və ilk növbədə informasiyanın emalı üçün universal maşın olan kompyuterdir.
Kompyuter müəyyən alqoritmlərin yerinə yetirilməsi vasitəsilə informasiyanı emal
edir.
Canlı orqanizmlər və bitkilər informasiyanı öz orqan və sistemləri vasitəsilə emal
edirlər.
    1. İnformasiya ehtiyatları və informasiya texnologiyaları




İnformasiya ehtiyatları – bəşəriyyətin ideyaları və onların reallaşdırılması üzrə təkrar istehsala imkan verən formada toplanmış göstərişlərdir.
Bunlar kitablar, məqalələr, patentlər, dissertasiyalar, elmi-tədqiqat və təcrübə- konstruktor sənədləri, texniki tərcümələr, qabaqcıl istehsal təcrübəsi haqqında verilənlər və s.-dir.
İnformasiya ehtiyatları (bütün digər ehtiyat növlərindən – əmək, enerji, mineral və s. fərqli olaraq) nə qədər çox sərf edilirsə, o qədər tez artır.
İnformasiya texnologiyası – informasiyanın emal edilməsi üçün insanların istifadə etdiyi metod və qurğuların yığımıdır.
Bəşəriyyət informasiyanın emal edilməsi ilə min illərlə məşğul olmuşdur. İlk informasiya texnologiyaları çötkə və yazının istifadə edilməsinə əsaslanırdılar. Təxminən əlli il bundan əvvəl bu texnologiyaların son dərəcədə sürətli inkişafı başlandı, ki bu da ilk növbədə kompyuterlərin meydana gəlməsi ilə əlaqədardır.
İndiki zamanda «informasiya texnologiyası» termini informasiyanın emal edilməsi üçün kompyuterlərdən istifadə etməklə əlaqədar işlənir. İnformasiya texnologiyaları bütün hesablama texnikasını və rabitə texnikasını və qismən məişət elektronikasını, televiziyanı və radio verilişlərini əhatə edir.
Onlar sənayedə, ticarətdə, idarəetmədə, bank sistemində, təhsildə, səhiyyədə, tibdə və elmdə, nəqliyyatda və rabitədə, kənd təsərrüfatında, sosial təminat sistemində tətbiq edilir, müxtəlif peşəli insanlara və evdar qadınlara kömək olurlar.

İnkişaf etmiş ölkələrin xalqları dərk edirlər ki, informasiya texnologiyalarının təkmilləşdirilməsi bahalı və çətin olsa da, ən vacib məsələdir.


İndiki zamanda iri miqyaslı informasiya-texnoloji sistemlərinin yaradılması iqtisadi cəhətdən mükündür və bu, onların işlənilməsini stimullaşdıran milli tədqiqat və təhsil proqramlarının meydana gəlməsinə səbəb olur.



    1. Yüklə 1,23 Mb.

      Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə