Demonstration page


WWW - Beynəlxalq hörümçək toru



Yüklə 1,23 Mb.
səhifə104/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   96   97   98   99   100   101   102   103   104
Komputer şəbəkələri və şinləri

WWW - Beynəlxalq hörümçək toru


E-mail-dan başqa, İnternetdə hipertekst (ing. hypertext) adlanan multimedia sənədləri ilə işləmək mümkündür. Hipertekst sənədləri mətnin müəyyən fraqmentlərindən, səs və video verilənlərindən ibarətdir. Bu cür sənədləri digər sənədlərlə əlaqələndirmək olar. Hipertekst sənədini oxuyan istifadəçi mausun sol duyməsini bir dəfə vurmaqla istinadlar (ing. reference) vasitəsi ilə digər sənədlərə keçə bilər. Tutaq ki, hipertekst sənədində belə bir cümlə var:


«Bakı Ali Neft Məktəbində bir-neçə ixtisas var.»
Burada ixtisas sözü (istinad) ixtisaslar haqqında ətraflı məlumat verən digər sənədə müraciət edir. Bundan başqa, elə ola bilər ki, istinadlar altında musiqi, qrafiki təsvir və ya video yerləşsin. Onda bu istinadı aktivləşdirməklə, ekranda ya yeni mətn sənədi, ya da səsli və ya qrafiki təsvir görünəcəkdir.
Beləliklə, hipertekst sənədini oxuyan şəxs bir səhifədən digərinə keçməklə hipertekstlə bağlı bütün sənədlərlə tanış ola bilər. Belə ki, sənədlərin bəzi hissələri digər sənədlərlə əlaqəlidirlər və sənədlər müxtəlif şəbəkə kompyuterlərində yerləşirlər, İnternetdə yığılmış bütün informasiya hörümçək toruna bənzəyir. Bütün dünyanı əhatə edən İnternet miqyaslı hörümçək torü World Wide Web (WWW) adlanır. Beynəlxalq hörümçək torunun hipertekst sənədləri Veb-səhifələr (ing. Web page) adlanır. Bir yerdə saxlanılan və bir-biri ilə sıx əlaqədə olan Veb-səhifələr Veb-qovşağı və ya Veb-sayt (ing. Website) adlanır.
İnternetin hipertekst sənədlərinə müraciəti təmin edən proqram təminatı paketlərini 2 kateqoriyaya bölmək olar:

  • klient funksiyasını yerinə yetirən paketlər;

  • server funksiyasını yerinə yetirən paketlər.

Klient tipli paketlər istifadəçinin kompyuterində saxlanılır. Onlar istifadəçiyə lazım olan informasiyanı əldə edib onu kompyuterin ekranında əks etdirirlər. Məhz onlar Veb- səhifələrə baxmaq üçün istifadəçi və kompyuter arasında interfeysi təmin edirlər. Bu cür paketlər brauzerlər və ya Veb-brauzerlər (ing. Web browser) adlanır. Brauzerlərə Internet Explorer, Google Chrome, Opera , Mozilla və s. proqramlar daxildir.
Server tipli paketlər istifadəçi tərəfindən sorğulanan sənədləri özündə saxlayan kompyuterdə yeriləşir. Onların əsas funksiyası –klientin tələblərinə əsasən lazım olan sənədlərə müraciəti təmin etməkdir. Beləliklə, hipertekst sənədlərini görmək üçün istifadəçinin maşınında brauzer olmalıdır. Brauzer bütün İnternetdə səpələnmiş serverləri sorğulayaraq sənədləri tapır və onları təsvir edir.
Hipertekst sənədin yerini müəyyən edib onu Beynəlxalq hörümçək torundan çıxarmaq üçün, hər bir sənədə URL (ing. Uniform resource locator – İnformasiya resursunun universal yer göstəricisi) adlanan unikal ünvan verilir. Sənədin tapılması və serverlə birləşməsi üçün lazım olan məlumatlar URL-da saxlanılır. Adi URL aşağıda göstərilmişdir.


Bəzi hallarda URL sənədləri tam identifikasiya etmir, ancaq protokolun və sənədi özündə saxlayan kompyuterin adı göstərilir. Belə hallarda, həmin ünvanda yerləşən server konkret sənədin əvəzinə serverdəki bütün informasiyanı özündə əks etdirən əsas səhifəsini açır. Adətən, bu cür qısaldılmış URL-lar təşkilatlarla əlaqə yaratmaq üçün istfiadə olunur. Məsələn, http://www.microsoft.com ünvanı Microsoft kompaniyasının əsas səhifəsini əks etdirir. Bu səhifədə kompaniya və onun təklif elədiyi məhsullar haqqında müxtəlif sənədlərə istinadlar olur.


Hipertekst sənədləri adi mətn sənədlərini xatırladırlar, ona görə onların içində yerləşən simvollar ASCII və ya Unicode sistemləri vasitəsilə kodlaşdırılıb. Fərq ondan ibarətdir ki, hipertekst sənədində əsas mətndən başqa teq adlanan xüsusi simvollar saxlanılır. Sənədi ekranda necə təsvir etməli və sənəddə hansı elementlər digər səhifələrə istinadlardır – bunlar hamısı teqlərin funksiyalarıdır. Bu cür teqlər sistemi HTML (ing. Hypertext Markup Language – hipertekst sənədlərini formatlaşdıran dil) dilini təşkil edir. Beləliklə, veb-səhifənin müəllifi səhifənin ekranda düzgün təsviri və onunla bağlı sənədlərin tapılması üçün brauzera lazım olan məlumatları məhz HTML dilində verir.
HTML dilində yazılmış sadə veb-səhifəni nəzərdən keçirək.












demonstration page








My Web Page


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə