Demonstration page



Yüklə 1,23 Mb.
səhifə7/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   2   3   4   5   6   7   8   9   10   ...   104
Komputer şəbəkələri və şinləri

doğruluq;

  • tamlıq;

  • dəyər;

  • öz vaxtında olma;

    • anlaşılanlıq;

    • əlçatılan olma;

    • müxtəsərlik;

    • və s.

    Əgər informasiya həqiqi vəziyyəti əks etdirirsə, informasiya doğrudur. Doğru olmayan informasiya səhv anlama və ya səhv qərarların qəbul edilməsinə gətirə bilər.


    Doğru informasiya zaman keçdikcə doğru olmayan ola bilər, belə ki, o, köhnəlmək xüsusiyyətinə malikdir, yəni həqiqi vəziyyəti əks etdirməkdən əl çəkir.
    Əgər anlamaq və qərar qəbul etmək üçün informasiya kifayət qədərdirsə, informasiya tamdır. Həm natamam, həm də izafi informasiya qərar qəbul etmənin qabağını alır və ya səhvlərə səbəb ola bilər.
    İnformasiyanın dəqiqliyi onun obyektin, prosesin, hadisənin və s. real vəziyyətinə yaxınlıq dərəcəsi ilə təyin olunur.
    İnformasiyanın dəyəri ondan asılıdır ki, məsələnin həll edilməsi üçün o, nə qədər vacibdir və həmçinin gələcəkdə insan fəaliyyətinin hər hansı növlərində o, nə qədər tətbiq olunacaq.
    Yalnız vaxtında alınmış informasiya gözlənilən faydanı gətirə bilər. Həm informasiyanın vaxtından əvvəl verilməsi (nə vaxt ki, o, hələ mənimsənilə bilməz), həm də onun gecikməsi eyni dərəcədə arzu olunmazdır.
    Əgər dəyərli və vaxtında olan informasiya anlaşılmaz tərzdə ifadə olunmuşdursa, o, faydasız ola bilər.

    Əgər informasiya onun nəzərdə tutulduğu şəxslərin danışdığı dildə ifadə olunmuşdursa, informasiya anlaşılan olur.


    İnformasiya əlçatılan (qavrama səviyyəsinə görə) formada təqdim olunmalıdır. Ona görə də eyni məsələlər məktəb dərsliklərində və elmi nəşrlərdə müxtəlif cür ifadə olunurlar. Eyni bir məsələ üzrə informasiyanı müxtəsər (qısa, az əhəmiyyətli detalları çıxmaqla) və ya ətraflı (müfəssəl, çox sözlə) ifadə etmək olar. İnformasiyanı müxtəsərliyi
    sorğu kitablarında, ensiklopediyalarda, dərsliklərdə, hər növ təlimatlarda zəruridir.

      1. Yüklə 1,23 Mb.

        Dostları ilə paylaş:
    1   2   3   4   5   6   7   8   9   10   ...   104




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə
    Psixologiya