Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

366-cı motoatıcı alayı göstərdi, onun köməyi ilə Azərbaycana məxsus 
bir sıra yaşayış məskənləri tutuldu, 1992-ci il fevralın 25- 26-da Xocalı 
şəhəri  vəhşicəsinə  yerlə  yeksan  edildi,  əhalisinə  qanlı  divan  tutuldu, 
min  nəfərdən  yuxarı  dinc  əhali  öldürüldü.  Az  sonra  -  həmin  ilin 
mayında Ermənistan Respublikasının silahlı qüvvələri Şuşa rayonunu 
işğal  etdilər,  on  minlərlə  azərbaycanlı  öz  yurd-yuvasından  qovuldu, 
bununla da Dağlıq Qarabağ  ərazisinin  etnik təmizlənməsi  başa çatdı. 
1992-ci  ilin  mayından  1993-cü  ilin  oktyabrınadək  Ermənistan  silahlı 
qüvvələrinin  fəal  iştirakı  ilə  Azərbaycanın  daha  yeddi  rayonu  işğal 
olundu  -  Laçın,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Qubadlı,  Cəbrayıl  və 
Zəngilan  rayonlarının  işğalı  və  azərbaycanlı  əhalinin  qovulması 
nəticəsində  Azərbaycan-İran  sərhəddinin  161  km-lik  hissəsi 
Ermənistanın əlinə keçdi və nəzarətsiz zolağa çevrildi. 
Beləliklə, Ermənistan Respublikasının hamıhqla qəbul edilmiş 
beynəlxalq-hüquq norma və prinsiplərinə məhəl qoyma- ması, bunları 
kobud şəkildə pozması nəticəsində müasir dünya qaydasına ciddi zərər 
dəymiş,  BMT  Nizamnaməsinin  müddəalarına,  ATƏT-in  «Bəynnamə 
prinsiplərinə»  məhəl  qoyulmaması  nəticəsində,  Azərbaycanın  ərazi 
bütövlüyü 
pozulmuş,  əhalisi  Ermənistanın  sistemli  şəkildə 
respublikamıza  qarşı  yeritdiyi  geno-  sid  siyasəti  nəticəsində  fiziki 
cəhətdən  məhv  edilmiş,  torpaqlarının  20  faizi  işğal  olunmuş,  1  mln. 
nəfərdən yuxarı vətəndaşı öz doğma vətənində qaçqına çevrilmişdi. 
Təbii  ki,  yaranmış  şəraitin  Özü  hüquqa  ziddir,  çünki  dünya 
birliyinin gözü qarşısında BMT Nizamnaməsinin prinsipləri pozulur, 
regionda qeyri-sabitliyi şərtləndirən real təhlükə ocağınm mövcudluğu 
status qazanırdı. 
Əslində, bununla BMT Baş Məclisinin münaqişələrin qarşısının 
alınması ilə bağlı rolu və əhəmiyyəti öz dəyərini itirir. Təhlükəsizlik 
Şurasının bu sahədə fəaliyyəti heçə endirilirdi. BMT Nizamnaməsində 
xüsusi  olaraq  qeyd  edilir  ki,  Təhlükəsizlik  Şurası  Şuranın  üzvlər 
olmayan ölkələrdə potensial münaqişəli vəziyyətlərlə məşğul  olmağı 
daim diqqət mərkəzində saxlamalı. Baş Məclisin üzvü olan dövlətlər 
isə  silahlı  münaqişələrin  qarşısının  alınması  məsələlərilə  bağlı  öz 
mövqelərini bildirməlidirlər. 
Son  illər  BMT  Təhlükəsizlik  Şurasının  transparentik 
səviyyəsinin yüksəldilməsinə, iş metodlarının təkmilləşdirilməsinə
245 


baxmayaraq,  müasir  beynəlxalq  münasibətlərin  reallıqları  sübut  edir 
ki,  (xüsusilə Mərkəzi  Qafqaz regionunda),  yalnız zorakılığın  kütləvi 
xarakter  daşıdığı  böhranlı  və  fövqəladə  şəraitlərdə  Təhlükəsizlik 
Şurası hadisələrə müdaxilə edir. Bununla əlaqədar, belə hesab etmək 
olar  ki,  dünya  birliyinin  yollar  və  vasitələr  axtarması  məqsədilə 
Təhlükəsizlik  Şurasının  preventiv  tədbirlərə  əl  atması  beynəlxalq 
hüquq qaydalarına uyğundur. Belə vəsaitlərə misal olaraq BMT Baş 
Katibinə  beynəlxalq  sülhə  və  təhlükəsizliyə  başlıca  təhlükə  olan 
münaqişələrə dair məruzələri, habelə ilkin xəbərdarlıq tədbirlərini aid 
etmək  olar.  Belə  məruzələr  əsasən  regional  münaqişələrə  və  sərhəd 
məsələlərinə  (qeyri-qanuni  silah  daşınması,  qaçqınlar  problemi, 
muzdluların göndərilməsi və s.) aid ola bilər, çünki bunlar müəyyən 
regionda  sülh  və  təhlükəsizliyə  potensial  təhlükə  mənbələri 
sırasındadır. 
Münaqişələrin  qarşısının  alınmasının  digər  yolu  və  ya  üsulu 
BMT  Təhlükəsizlik  Şurasının  missiyaları  hesab  edilə  bilər,  bu 
missiyalar  zamanı  hərbi  münaqişələrə  dair  faktlar  dəqiq 
müəyyənləşdirilir  ki,  onların  vasitəsilə  preventiv  tədbirləri  görmək 
mümkün  olur.  Belə  praktika  öz  başlanğıcını  Kosova  münaqişəsi  ilə 
bağlı  Təhlükəsizlik  Şurasının  1244  (1999)  saylı  qətnaməsinin 
reallaşdırılmağa  başladığı  vaxtdan  götürür.  Bu  BMT  missiyasına 
imkan  verdi  ki,  müəyyənləşdirilmiş  faktlara  əsasən,  potensial 
münaqişə  rayonuna  müvafiq  preventiv  strateji  konsepsiyanın  işlənib 
hazırlanması  üçün  ekspertlər  qrupunun  göndərilməsini  həyata 
keçirsin. 
Beləliklə,  məsələ  hərbi  münaqişələrin  qarşının  alınması  ilə 
bağlı  məsələlərin  müzakirəsi  üçün  yeni  mexanizmlərin  yaradılması 
imkanlarının müəyyənləşdirilməsindən ibarətdir. Belə me- xanizmlər 
daimi  xarakterli  qeyri-rəsmi  işçi  qrupu  və  ya  köməkçi  orqandan, 
habelə qeyri-rəsmi texniki mexanizmdən ibarət ola bilər. Onun köməyi 
ilə  istənilən  şəraitdəki  hər  hansı  mübahisəni  təhqiq  etmək  və 
müəyyənləşdirilmiş  faktlardan  istifadə  edərək  mübahisənin 
münaqişəyə çevrilməsinin qarşısını almaq olar. 
Mərkəzi 
Qafqazdakı 
dövlətlərarası 
münasibətlərdə 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla 
nizama  salınması  mühüm  yer  tutur.  Yaddan  çıxarmaq  olmaz  ki, 
Azərbaycan xalqının tarixi dəyərləri və milli ibadətgahları içərisində 
Qarabağın aran və ya dağlıq hissəsi yox, Qarabağ ərazisi 
246 


bütünlüklə  tarixi-mədəni,  geoiqtisadi,  təbii-təsərrüfat  regionu  olmaq 
baxımından, həmişə prioritet əhəmiyyətə malik olmuş, indi də belədir. 
Çünki Qarabağ - Azərbaycan xalqının etnogenezisinin, Azərbaycanın 
siyasi  tarixinin  mühüm  tarixi  ocaqlarından  biridir.  Qarabağla 
Azərbaycanın  milli  dövlətçiliyinin, etnik identikliyinin qorunması və 
möhkəmlənməsinin tarixi kökləri bağlıdır. 
Buna  görə  də,  təsadüfi  deyildir  ki,  müasir  Azərbaycanın  milli 
siyasətinin başlıca müddəalarından birini təşkil edən bu vəzifənin həll 
edilməsi  ölkəmiz  üçün  həyati  əhəmiyyətə  malikdir.  Lakin  reallıq 
belədir  ki,  bugünkü  Qarabağ  təcavüzün  qurbanıdır.  Təşəbbüskarının 
Ermənistan  olduğu  və  «Böyük  Ermənistan»  xülyası  ilə  bağlı  olan  bu 
müharibənin  qurbanları  azərbaycanlılardır  -  evindən,  yurdundan 
qovulan,  öz  vətənində  qaçqına  çevrilən  bir  miylon  nəfərdən  yuxarı 
həmvətənimiz çadırlarda ağır həyat sürür, işğal olunmuş Azərbaycan 
torpaqları  ətrafında  siyasi  alver  gedir,  ATƏT-in  «insan  ölçüləri»  və 
«Bəyənnamə prinsiplərinin» tələbləri kobud şəkildə pozulur. Halbuki, 
belə münaqişələrin qarşısı beynəlxalq təşkilatların və dünya birliyinin 
səyləri  ilə  vaxtında  alınmazsa,  onların  yaratdığı  potensial  təhlükə 
nəinki  regional,  habelə  beynəlxalq  təhlükəsizliyə  olduqca  böyük 
təhlükədir. 
Belə münaqişələrlə bağlı yaranmış problemlər, nəinki. Cənubi 
Qafqaz respublikaları üçün, bütövlükdə götürüldükdə MDB dövlətləri 
üçün  də  ümumidir.  Bizim  qarşılıqlı  bağlılıqda  və  aslı-  lıqda  olan 
dünyamızda yalnız birgə səy göstərilməsi və həmrəylik yolu ilə, bütün 
maraqlı tərəfləri cəlb etməklə regionun xalqlarını bu münaqişə ilə bağlı 
sonu  olmayan  qeyri-müəyyənlikdən  qurtarmaq  olar.  Bu  münaqişədə 
Rusiyanın  rolu  sözün  həqiqi  mənasında  əhəmiyyətli  dərəcədə 
böyükdür, Rusiya habelə öz maraqları daxilində bütün Qafqaz regionu 
xalqlarını  regional  münaqişələrin  məhrumiyyətlərindən  dinc  yollarla 
qurtarmaq  imkanlarına  malikdir.  Doğrudur,  regionda  çox  şey 
Rusiyanın  yeritdiyi  strateji  xəttin  ardıcılığından,  həm  ərazi 
bütövlüyünün, həm də bütün postsovet məkanında yerləşən dövlətlərin 
ərazi bütövlü
5
mnün təmin edilməsi kursundan asılıdır. 
Şübhəsiz,  Azərbaycan  xalqının  taleyüklü  məsələsi  olan  bu 
problemin  nizamlanması  yolunda  Rusiya  Federasiyasının  vasitəçiliyi 
ilə  Ermənistan-Azərbaycan  cəbhəsində  atəşkəs  haqqında  sazişin 
imzalanması müsbət addımdır. 1994-cü il mayın 12-də 
247 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə