Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   75   76   77   78   79   80   81   82   ...   91

rəidir.  Qarşıdakı  addımların,  marşların  addımlarını  ölçüb-  biçmək, 
bəşəriyyət üçün ağır nəticələnəcək konfliktlərin girdabına düşməkdən 
çox-çox asandır. 
Bu  və  ya  digər  dövlətin  beynəlxalq  təhlükəsizliyi  pozmağa 
vadar edən amillər çox qatlı və hərtərəflidir. Bir qayda olaraq, onlar bir 
gün və bir saatda yaranmırlar. Onlar illərlə əmələ gəlir və formalaşır. 
Və  onları  müəyyən  etmək  üçün,  bu  və  ya  digər  regionda  hüquq 
qaydalarının pozuntularına, sonucda beynəlxalq təhlükəsizliyin qlobal 
pozuntusuna  və  qanlı  müharibələrə  gətiriİD  çıxaran,  konfliktin 
səbəbkarları  və  təşəbbüskarları  olan  dövlətin  bütün  daxili  siyasətini 
tədqiq etmək lazımdır. 
Sülhün və beynəlxalq təhlükəsizliyin qorunması BMT-nin hər 
bir  üzvünün  milli  suverenliyini  və  ərazi  bütövlüyünü  təsdiq  edən, 
BMT-nin  nizamnaməsində  öz  əksini  tapmış,  hərtərəfli  beynəlxalq 
hüquq rejiminin yaradılmasına kömək edərdi. Bu Cenevrə Aktının son 
bəyanatında öz əksini tapmışdır. 
Beynəlxalq  hüquq  normalarının  universal  xarakterli  olması, 
onların  bütün  ölkələr  üçün  və  həmçinin  ikitərəfli  əlaqələrdə  zərurəti 
göstərir ki, müasir beynəlxalq hüququn hər bir lokal normaları, ölkələr 
arasında  əlaqələrin  qəbul  edilmiş  və  uyğun  prinsiplərinə  cavab 
verməlidir. Onların birtərəfli şərhi onlara e’tina- sızlığa və sonucda bu 
və ya digər dövlət tərəfindən pozulmasına bərabərdir. Bu isə hər hansı 
bir  regionda  gec  və  ya  tez  dünya  konfliktinə  çevriləcək  konkret 
vəziyyətin yaranmasını göstərir. Belə vəziyyətdə müvafiq beynəlxalq 
təşkilatların  gərginlik  ocağını  söndürmək  və  ya  dayandırmaq  üçün 
qabaqlayıcı  metodlarla  hərəkət  etməsi,  dünya  yanğının  var  gücüylə 
alovlanmasından xeyli əvvəl reaksiya göstərməsi vacibdir. Məlumdur 
ki,  dünya  konfliktləri  uzun  müddət  yaranır  və  formalaşır.  Onları 
əvvəldən müəyyən etmək olar. Əks halda, bahalı və nüfuzlu beynəkalq 
təşkilatların  olmasının  mənası  yoxdur.  Deyilənləri  müharibəyə 
keçməzdən əvvəl bütün dünyanın gözü önündə yaranan və şiddətlənən 
çeçen  müharibəsinin  nümunəsində  analiz  etmək  olar.  Digər  tərəfdən 
bu  konflikt  bir  dövlətin  çərçivəsində  yaranması  cəhətindən  nadir  - 
Çeçen 
müharibəsinin 
teoretik 
konturlarını 
müharibənin 
başlanmasından bir neçə il əvvəl müəyyən etmək olardı. Əlbət ki, iri 
dövlətlərin maraqları var və qalmaqdadır, lakin onlar diktat yolu, silah 
gücünə, təzyiq metodları, gizli təhdid 
241 


forması,  elan  edilməmiş  blokada  və  sair  ilə  deyil,  bu  və  ya  digər 
dövlətlərin  milli  mənafelərini  və  şərəfini  nəzərə  alaraq  öz  həllərini 
tapacaqlar. 
Toxunulan problemin  incəliyi  ondadır ki,  o Qafqazda  yaşayan 
bir çox xalqların və ölkələrin maraqlarına toxunur. Burada uğurlar və 
müvəffəqiyyətsizliklər  olacaqdır.  Əsas  odur  ki,  bütün  bu  çeşidliliyə 
baxmayaraq, heç kimə və heç yerdə Ümumi Qafqaz evini silkələməyə 
irnkan verilməsin. Qafqaz xalqları əsrlərlə qonşuluq etmişlər və onlar 
burada  yaranmış  bütün  problemləri  sülh  yolu  ilə  həll  etmək 
qüvvəsindədirlər. 
Ədəbiyyat: 
1.
 
Г.Киссинджер. Дипломатия. M., 1997. 
2.
 
К.Клаузевиц. О войне. M., 1934, т.2. 
3.
 
Кингстон-Макклори. Глобальная стратегия. М., 1959. 
4.
 
E.Xobsvon. The Age of Extemes. A History of the World. 
1914-1991. N.Y., 1994. 
242 


11-
 
ci MÖVZU 
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİNİN GEOSİYASİ NƏTİCƏLƏRİ 
Suallar: 
1.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas 
inkişaf mərhələləri. 
2.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc 
yolla nizamlanmasının perspektivləri. 
3.
 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
beynəlxalq nəticələri. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ silahlı münaqişəsi öz 
başlanğıcını 1987-ci ilin sonlarından götürür. 1988-ci ilin fevralında - 
DQMV  Vilayət  Sovetinin  sessiyası  vilayətin  Azərbaycan  SSR-in 
tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi haqqında qərar qəbul 
etməsi bu günədək davam edən gərginlik ocağının yaranmasına gətirib 
çıxardı.  Qeyd  etmək  lazımdır  ki,  miqyası  lokal  qarşıdurmanın 
sərhədlərini  çoxdan  keçmiş  bu  münaqişə  uzun  sürən  və  qanlı  hərbi 
münaqişəyə  çevrilmişdir.  Münaqişənin  əsasında  konfessional  yox, 
etniki  faktorlar  durur.  Onun  qaynaqları  Ermənistanın  siyasi 
müstəmləkəçiliyi və ərazi işğalları ilə bağlı olub, başlıca məqsədi hərbi 
güc  tətbiq  edilməsi  yolu  ilə  digər  müttəfiq  respublikanın  - 
Azərbaycanın ərazisinin bir hissəsinin ələ keçirilməsinə yönəlmişdir. 
Ermənistanın bu qara niyyətləri faktiki olaraq keçmiş SSRİ rəhbərliyi 
tərəfindən  dəstəklənirdi.  Məhz  həmin  rəhbərliyin  ermənipərəst 
mövqeyi  və  dəstəyindən  istifadə  edən  DQMV  icra  strukturları 
antikonsti-  tusiya  xarakterli  aktlar  qəbul  etmişdilər  ki,  bunlar 
Ermənistanın  Azərbaycana  qarşı  genişmiqyaslı  hərbi  aksiyalara 
başlamasının proloqu və başlıca səbəbləri olmuşdur. 
Azərbaycan Ali Soveti 1991-ci il avqustun 31-də 1918- 1920-ci 
illərdə  mövcud  olmuş  müstəqil  Azərbaycan  Respublikasının  bərpa 
olunması  haqqında  Bəyannamə  qəbul  etmişdi.  Sentyabrın  2-də  isə 
DQMV Vilayət Soveti və erməni əhalisinin məs 
243 


kunlaşdığı  Azərbaycan  Respublikası  Şaumyan  rayon  Sovetinin  birgə 
iclasında Dağlıq Qarabağ Respublikasının yaradıldığı elan olundu. Az 
sonra  keçirilmiş  referendum  əsasında  «DQR»  öz  müstəqilliyini  elan 
etmiş və Azərbaycanın tərkibindən çıxmağa qərar vermişdi. 
Həmin  dövrdən  etibarən  Ermənistan  hərbi  birləşmələri 
mütəmadi  olaraq  Azərbaycanın  ərazisinə  daxil  olmağa  başlamış, 
burada hərbi meydan  yaratmaq üçün böyük miqdarda silah və sursat 
göndərilməyə  başlarmşdı.  Bunlarla  eyni  vaxtda  Azərbaycanın 
ərazisindəki ermənilər silahlandırılır, azərbaycanlı əhaliyə qarşı terror 
aktları törədilir, onların evləri yandırılır, özləri, ailələri, qoca və uşaqlar 
fiziki  cəhətdən  məhv  edilir,  Ermənistanla  sərhəddə  olan  Azərbaycan 
kəndləri,  qəsəbə  və  rayonları  müntəzəm  olaraq  Ermənistanın 
ərazisindən atəşə məruz qalırdı, 
Erməni-Azərbaycan hərbi münaqişəsinin qızışdırılmasma sovet 
dövlətinin imperiya siyasəti də meydan açırdı. Belə ki, Azərbaycanda 
genişlənməkdə  olan  milli-azadlıq  hərəkatına  divan  tutmaq  üçün 
«qayda-qanun yaratmaq» adı altında 1990-cı il yanvarın 19-dan 20-nə 
keçən gecə azğınlaşmış sovet qoşun hissələri Bakıya və Azərbaycanın 
digər rayonlarına yeridildi, hərbi cinayətlər görünməmiş miqyas aldı. 
«Qorbaçov» hərbi hissələrinin respublikamıza yeridilməsi nəticəsində 
müxtəlif  millətlərə  və  dillərə  mənsub  olan  yüzlərlə  Azərbaycan 
vətəndaşı  güllələndi,  tankların  tırtılları  altında  əzildi.  Azərbaycanın 
dinc  sakinlərinə  qanlı  divan  tutulması  «respublikada  hakimiyyəti  ələ 
keçirməyə  çalışan  islam  fundamentalistlərinə  qarşı  mübarizə»  elan 
olundu,  imperiya  rəhbəri  M.Qorbaçov  sovet  xalqına  müraciətdə 
göstərdi  ki,  Azərbaycanda  islam  quruluşu  yaradılmağa  cəhd 
göstərildiyinə  görə,  Bakıya  hərbi  qüvvələr  yeridilməsinə  şəxsən 
göstəriş  vermişdir. Məhz, bunun nəticəsində  günahsız adamlar məhv 
edilmiş, respublikamızın istiqlahyyətinə böyük ziyan dəymişdi. 
Faktlar  şahidlik  edir  ki,  erməni-Azərbaycan  münaqişə 
zonasında iri miqyaslı hərbi əməliyyatlar 1991-ci ilin sonlarına təsadüf 
edir.  Məhz  həmin  dövrdən  etibarən  müasir  silahlarla  silahlanmış 
Ermənistan  hərbi  qüvvələri  və  erməni  hərbi  birləşmələri  bütün 
Ermənistan-Azərbaycan  sərhəddi  boyu  və  Dağlıq  Qarabağda 
Azərbaycana  qarşı  hərbi  əməliyyatlara  başlamışdılar.  Ermənistan 
silahlı qüvvələrinə həlledici dəstəyi rus ordusunun 
244 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə