Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   20   21   22   23   24   25   26   27   ...   91

edərək mövcud beynəlxalq şəraitdə tətbiq oluna biləcək bütün məqbul 
vasitələrdən  istifadə  etməklə  qarşılıqlı  açıq  hərəkətləri  həyata 
keçirməsi zamanı təzahür formalarından biri kimi başa düşmək təklif 
olunurdu.  Başqa  sözlə,  beynəlxalq  münaqişə  dövlətlər  arasında 
birbaşa siyasi münaqişədir. 
Ölkəmizdə  və  dünya  miqyasında  baş  verən  kəskin  sosial 
dəyişikliklər,  bəzi  münaqişələrin  həlli  və  əvvəlki  beynəlxalq 
münasibətlər  sisteminin  dağılmasını  müşayiət  edən  bir  çox  başqa 
siyasi  münaqişələrin  meydana  çıxması  beynəlxalq  və  dövlətlərarası 
münaqişənin  siyasi  əsasının  və  spesifik  siyasi  əhəmiyyətinin 
fərqləndirilməsi  zərurətini  göstərdi.  Müasir  beynəlxalq  münasibətlər 
sistemində  münaqişənin  siyasi  məzmununu  aşkara  çıxarmaq  meyli 
dəyişən  reallığın  nəzəri  cəhətdən  qiymətləndirilməsinə  yeni  cəhdlər 
doğurmaqdadır. Bu cəhdlər aşağıdakı tərifi ifadə etməyə imkan verir: 
Beynəlxalq  siyasi  münaqişə  dünya  meydanmda  qarşılıqlı 
fəaliyyətdə 
olan 
sosial 
birliklər 
arasında 
hakimiyyət 
münasibətləri sisteminə daxil olan mənafelərin toqquşmasıdır. 
Başqa  sözlə,  beynəlxalq  siyasi  münaqişələr  sırasına  yalnız 
dövlətlərin və onların birliklərinin siyasi fəaliyyətinin nəticələri olan 
münaqişələri  deyil,  həm  də  beynəlxalq  münasibətlərin  digər 
iştirakçılarının istənilən (iqtisadi, informasiya, dini, mədəni, elmi və 
s.) hərəkətlərinin siyasi aspektləri ilə şərtlənən münaqişələri aid etmək 
məqsədəuyğundur. 
Beynəlxalq siyasi münaqişənin belə anlamı həm daxili, həm də 
beynəlxalq  siyasi  münaqişələrin,  habelə  siyasi  münasibətlərin 
öyrənilməsi üçün vacib olan bir neçə nəticəyə gəlməyə imkan verir: 
-
 
«beynəlxalq  siyasi  münaqişə»  anlayışı  yalnız  dövlətlər 
arasındakı münaqişəyə deyil, həm də dünya meydanındakı hakimiyyət 
münasibətləri  sistemində  qarşılıqlı  fəaliyyətdə  olan  istənilən  sosial 
birliklər arasındakı münaqişəyə tətbiq oluna bilər
-
 
beynəlxalq  siyasi  münaqişənin  tam  öyrənilməsi  onun 
özünəməxsus  daxili  məzmununun,  yaranmasının  və  həllinin  ilkin 
şərtlərinin  aşkara  çıxarılması  ilə  yanaşı,  daxili  və  dünya  siyasətində 
onun yerinin və əhəmiyyətinin müəyyən olunmasım tələb edir
-
 
beynəlxalq  siyasi  münaqişənin  öyrənilməsinə  müxtəlif 
yanaşmalardan  istifadə  edən  müxtəlif  milli  və  beynəlxalq  tədqiqat 
mərkəzlərinin və məktəblərinin mütəxəssisləri tərəfindən əldə 
72 


olunmuş nəticələrin müqayisəsi üçün prinsipial imkan açılır. 
Tarix göstərir ki, bu və ya digər beynəlxalq siyasi münaqişədə 
iştirak,  onun  gedişi  və  nəticələri  ölkələrin,  dövlətlərin,  xalqların  və 
ayrı-ayrı  sosial  qrupların  taleyinə  köklü  təsir  göstərə  bilər.  Müxtəlif 
ölkələrin  və  xalqların  çoxəsrlik  tarixi  boyunca  saysız-hesabsız  belə 
hadisələr baş vermişdir. Beynəlxalq siyasi münaqişələr nəticəsində bir 
çox ölkələr və xalqlar özlərinin siyasi təsirini, müstəqilliyini, bəzən isə 
ərazisini 
itirmiş, 
yaxud, 
əksinə, 
dünyadakı 
mövqeyini 
möhkəmləndirmişdir. 
Təəccüblü deyildir ki, insanlar həmişə münaqişələri öyrənməyə, 
beynəlxalq  münaqişələrin  anlamına  dünya  meydanındakı  siyasi 
qarşıdurmanı  dəyərləndirməyə  imkan  verən  yanaşmalar  tapmağa 
çalışmışlar.  Belə  yanaşmalardan  birini  münaqişənin  «insanın 
təbiəti»ndən  qaynaqlanması  təşkil  edir.  Əsrlər  boyunca  insanlar 
münaqişələrin  səbəblərinin  və  təbiətinin  izahını  özlərinin  və 
başqalarının  təkəbbüründə,  məhəbbətində,  nifrətində,  bəzən  isə  tibbi 
müdaxilə  tələb  edən  patologiyada  axtarmağa  çalışmışlar.  Bütün 
bunları yalnız sülalə mübahisələri, siyasi, yaxud dini çəkişmələr kimi 
«tipik» münaqişələrdə deyil, həm də münaqişə xarakterli digər sosial 
təzahürlərdə  və  proseslərdə  (Avropa  mətbuatında  müsəlman 
müqəddəslərinin  karikaturalanmn  dərc  olunması,  korrupsiya, 
cinayətkarlığın  artması  və  s.)  görmək  olar.  Müasir  tədqiqatçılar 
münaqişələrin  təbiəti  və  səbəbləri  haqqında  oxşar  təsəvvürləri  hələ 
Fukididin  b.e.ə.  V  əsrdə  yaratdığı  «Ta-  rix»də  tapırlar.  Bu  anlamın 
tərəfdarları münaqişənin yaşarılığmı insan təbiətinin dəyişməzliyi ilə 
izah  edirlər.  Əməli  siyasətdə  belə  yanaşmadan  istifadəyə  misal  kimi 
müharibənin səbəblərinin siyasətdən daha çox patologiya sahəsinə aid 
olması  barədə  mülahizələr  göstərilə  bilər;  belə  ki,  həmin  səbəblər 
fayda və üstünlüyün ayıq başla qiymətləndirilməsindən daha çox xəstə 
mənəmlik  hissi  ilə  bağlı  olur.  Bu  baxımdan  Şərq  və  Qərb  arasında 
barışıq,  ilk  növbədə,  əməkdaşlıq  münasibətlərinin  inkişaf 
etdirilməsinin  və  əməli  məqsədlərin  əldə  olunmasında  ümumilik 
hissinin  dərinləşdirilməsinin  psixoloji  problemləri  ilə  bağlıdır.  Bu 
zaman  münaqişə  bütün  ölkələrdə  və  bütün  dövrlərdə  mövcud  olan, 
yəni ümumi xarakterə malik əsas ziddiyyətdən törəmə ziddiyyətlərin 
nəticəsi kimi başa düşülür. 
Münaqişələrin anlamına mənafelərin toqquşması kimi baş 
73 


qa bir yanaşma onunla bağlıdır ki, bu yanaşma tərəfdarlarının fikrincə, 
istənilən münaqişənin əsasında mənafe durur. Müxtəlif dövrlərdə bu 
yanaşmaya  N.Makiavelli,  T.Hobbs,  M.Veber,  R.Darendorf  tərəfdar 
çıxmışlar.  Mənafenin  özünün  təfsirlərinin  insan  təbiətindən  tutmuş 
ictimai münasibətlərin sinfi mahiyyətinə qədər fərqlənməsinə rəğmən
bu  yanaşmanın  tərəfdarları  istənilən  sosial  münaqişəni  mənafelərin 
münaqişəsi kimi anlamağa, nizamlamağa və son nəticədə həll etməyə 
çalışırlar.  «Siyasi  realizm»  məktəbinin  nümayəndələri  münaqişəni 
təkcə mənafelərin toqquşması ilə yox, həm də insanların təbiətindəki 
təcavüzkarlıq,  eqoizm  və  hakimiyyətsevərlik  kimi  xüsusiyyətlərlə 
bağlayırlar. 
Münaqişənin  mənafelərin,  o  cümlədən  əks,  bir-birini 
tamamlayan və hətta eyni mənafelərin toqquşması kimi anlamı onun 
həqiqi səbəblərinin axtarılmasını şərtləndirir. Bu, həm də xammal və 
satış  bazarları  ucbatından  transmilli  korporasiyaların  mənafelərinin 
toqquşması, dünyanın bu və ya digər regionunda siyasi təsir uğrunda 
dövlətlərin mübarizəsi, bəzi etnosların digər etnosları tabe, hətta məhv 
etməyə  can  atması  kimi  təzahürlərə  də  aiddir.  Burada  mənafeyin, 
habelə  cəmiyyət  həyatının  müxtəlif  sahələrində  mənafelərin  təzahür 
xüsusiyyətlərinin  müəyyən  edilərək  açıqlanması  xüsusi  əhəmiyyətə 
malikdir. 
Bu  barədə  irəli  sürülən  mülahizələrin  bütün  müxtəlifliyinə 
rəğmən  onların  əksəriyyətində  belə  bir  fikir  təkrarlanır  ki,  mənafe 
insanın,  sosial  qrupların,  dövlətlərin,  yaxud  istənilən  başqa  sosial 
birliyin həmin sosial birliyin, ölkənin, yaxud dövlətin qorunmasını və 
inkişafını  təmin  edən  maddi  və  mənəvi  nemətlərə,  ehtiyatlara  və 
şəraitə dərk olunmuş tələbatıdır. 
Münaqişələrin 
öyrənilməsi 
onların 
təsnifləşdirilməsini, 
münaqişələrin  özünəməxsus  xüsusiyyətlər  üzrə  qruplaşdırılmasmı 
tələb edir. 
Tipləşdirmə, yəni münaqişənin bu və ya digər növə aid edilməsi 
üçün  əsas  qismində  aşağıdakılar  çıxış  edə  bilər:  münaqişənin 
iştirakçıları  (məsələn,  dövlətlərarası  münaqişələr);  onların  sayı 
(ikitərəfli,  çoxtərəfli  münaqişələr);  münaqişə  iştirakçılarının 
mənafelərinin toqquşduğu sahələr (iqtisadi, dini, siyasi münaqişələr); 
münaqişənin  xarakteri  və  gedişat  forması  (gizli,  açıq,  silahlı 
münaqişələr), münaqişənin müddəti, yaranma səbəbləri və s. Mü 
74 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə