Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   66   67   68   69   70   71   72   73   74

 
289 
Dostumla  keçirdiyim  günlərə  dair  xatirimdə 
qalanlardan  bəzi  məqamların  oxucular  üçün  maraqlı 
olacağına inanaraq bir daha xatırlatmaq istəyirəm: 
Bir  dəfə  Firidunla  bulvarda  –  Dəniz  sahilində 
gəzərkən,  (o  zamanlar  bulvarda  gəzmək  çox  dəbdə 
idi:  bütün  ziyalıların  görüş  yeri  sayılan  parkda 
müxtəlif  adamlarla  görüşür,  çayxanada  oturub  şeir-
sənət  barədə  gözəl  və  şirin  söhbətlər  edərdik.  – 
C.Abdullayev).  Firidun  zarafatla  dedi:  –  Cəlal,  yazıq 
olduq.  Bu  saat  şairlər  ordusu  bizi  mühasirəyə  alacaq, 
gəl  yavaş-yavaş  buradan  uzaqlaşaq.  Biz  yolumuzu 
kukla  teatrının  yanındakı  yeraltı  keçiddən  salaraq, 
köhnə  univermağın  yanından  ötüb,  indiki  Fəvvarələr 
parkına  yaxınlaşarkən  Firidun  mənalı-mənalı  gülərək 
dedi  ki,  aya,  bir  kirmişcə  arxaya  bax,  birdən  şairlər 
dalımızca  bura  da  gələrlər.  Dedim  arxayın  ol,  elə 
burada  da  biz  bir  dəstə  şairlə  görüşəcəyik.  Elə  bunu 
demişdim ki, doğrudan da,  bir dəstə şair peyda oldu. 
Hamısı  da  bizlə  çox  mehriban  görüşdülər,  hərəsi 
özünü təriflədi. Onlar Firidunu çox istəyirdilər, elə bil 
ki,  ondan  nə  isə  gülməli,  ağıllı  bir  söz  eşitmək 
istəyirdilər.  Həmin  sözü  Firidun  heç  fikirləşmədən 
tapdı:    –  Aya,  bir  xalqın  nə  qədər  şairi  olarmış,  ay 
allah!  Hərəsi  də  üç  qəpiklik  bir  şeir  kitabı 
buraxdıracaq  (o  zaman  gənc  şairlərin  komsomolun 
Mərkəzi  komitəsinin  xətti  ilə  balaca  kitabçaları 
buraxılırdı,  qiyməti  də,  doğrudan  da  üç  qəpik  idi.  –
C.A.), döşlərinə döyərək nə Füzulini, nə Vaqifi, nə də 
Vurğunu  bəyənmirlər.  Firidun  haqlı  idi:  həmin 
şairlərdən  biri  demişdi  ki,  Səməd  Vurğunun  əla 
şeirləri  bir-iki  dənədən  artıq  ola  bilməz.  Firidun 


 
290 
demişdi  ki,  bəs  səninkilər?  O  cavab  vermişdi  ki, 
mənimkilərin hamısı əladır. 
Bir  dəfə  «Azərbaycan»  kinoteatrının,  (Natəvan 
heykəli)  yanındakı  bir  kitab  mağazasına  girərək, 
satıcıdan  soruşdu  ki,  çox  xahiş  edirəm  mənə  Fətəli 
Sahibin  çoxcildliyinin  III  cildini  tapasınız.  Satıcı 
kitabın və müəllifin adını yazıb götürdü və hökmən o 
kitabı tapacağına qəti söz də verdi. Sonra məlum oldu 
ki, Fətəli Sahibin o zaman vur-tut bir-iki şeir kitabçası 
çıxıbmış. Və şair həmin kitab mağazasına gələndə bu 
əhvalatı  ona  danışmışlar.  Şair  o  saat  bilmişdi  ki,  bu, 
olsa-olsa  Firidunun  haqq-hesabıdır.  Və  gülə-gülə 
demişdi  ki,  a  qızım,  o  səni  də  dolayıb,  məni  də. 
Hardadır məndə o bəxt ki, çoxcildliyim çıxa. Bu indi 
prezident  təqaüdünə  layiq  görülmüş,  hazırda    da 
yaşayıb-yaradan şair dostumuz Fətəli Sahibdir. 
Bir  dəfə  də  mən,  Firidun  və  dostlarımızdan  biri 
gəzə-gəzə  gəlib  kitab  pasajına  çıxdıq.  Bəzi  kitablar 
aldıq  və  Vətən  kinoteatrına  tərəf  yolumuza  davam 
etdik, xeyli getmişdik ki, birdən Firidun qolunda saata 
baxaraq dedi ki, baax, yubanıram, Lalə ilə (nişanlısı – 
C.A.) görüşüm var, məni bağışlayın, ora getməliyəm. 
Elə  bu  zaman  yanımızdakı  həmin  dostumuz  çox 
böyük təəssüf hissi ilə zarafatyana dedi: – Eh, səni də 
bizim  əlimizdən  Lalə  xanım  aldı.  Son  zamanlar  heç 
bizlə əməlli-başlı yoldaşlıq da eləmirsən. Bizdən beş-
altı addım ancaq uzaqlaşan Firidun bizə tərəf dönərək 
ekspromtom  dedi:  –  Ey  xanə-xərab,  belə  çıxır  ki, 
sənin  planında  deyəsən,  heç  evlənmək,  ailə  qurmaq 
məsələlərinə  dair  heç  bir  punkt  və  ya  maddə  belə 
yoxdur.  Hamımız  gülüşdük.  Firidunun  sinəsi  ləl-


 
291 
cəvahirat  xəzinəsi  idi,  şeirlər,  beytlər,  işıq  üzü 
görməmiş  deyimlər,  aforizmlər,  lətifələr  onun 
qiymətsiz sərvəti idi. 
Firidunun həm də güclü müşahidə qabiliyyəti var 
idi: o, böyük adamların danışığını olduqca  məharətlə 
təqlid edirdi. Çox qəribə idi, onların sintaksisi, cümlə 
quruluşu, 
sözlərin 
inversiyası, 
yerləşməsi, 
sıralanması,  növbələşməsi  onun  ifadəsində  necə  də 
gözəl səslənirdi. Belə adamlardan ikisi mənim indi də 
xatirimdədir. Onlardan biri filologiya elmləri doktoru, 
prof.Əkrəm  Cəfər,  digəri  isə  BDU-nun  dosenti, 
hamımızın  sevimli  dostumuz  Kamil  Mirbağırov  idi. 
Bunların  hər  ikisi  klassik  şeirimizin,  Füzulinin  ən 
sədaqətli, fanatikcəsinə pərəstişkarları idilər. Bir halda 
ki,  söhbət  onlardan  düşdü,  mənə  elə  gəlir  ki,  onların 
Firidunla  maraqlı  sözlərindən  bir  necəsini  burada 
xatırlamaq 
yerinə 
düşərdi. 
Xüsusilə, 
Kamil 
Mirbağırovla  bir  kafedrada  işlədiyimizə  görə,  daha 
maraqlı epizodlar xatırlaya bilərik: 
Bir  dəfə  kafedrada  dissertantlardan  birinin  elmi 
əsəri  müzakirə  olunarkən  onu  oxuyan  və  çıxış  edən 
K.Mirbağırov demişdi: 
  –Tədqiqatçı  əsərin  filan  səhifəsində  yanlış 
olaraq Azərbaycanı yarımmüstəmləkə ölkə hesab edir. 
–Alə, nöş yarımmüstəmləkə, hələ müstəmləkədir də?! 
Elə  bu  zaman  mən,  Firidun,  Təhsin  və 
kafedranın  digər  üzvləri  gülməyə  başladıq,  bu  ki, 
siyasi  səhv  etdi.  Bunu  eşidən  Kamil  müəllim  öz 
ləhcəsi ilə dedi: 
  –Alə, inqilaba qədər! Alə, inqilaba qədər! 


 
292 
Xatirimdə  qalan  əhvalatlardan  biri  də  belədir: 
anam bizə gəlmişdi: Firidun da bir dost və qonşu kimi 
anamla görüşmək üçün yoldaşı ilə bizə qalxdı. Firidun 
3-cü, biz isə 4-cü mərtəbədə olurduq. 
Firidun anamla hal-əhvaldan sonra  yenə növbəti 
zarafatlarına  başladı  və  mənə  tez-tez  Cəlal  yox, 
«Şeyx»  deyə  müraciət  etməyə  başladı.  Onun 
söhbətlərinə  maraq  və  diqqətlə  qulaq  asan  anam 
ondan  soruşdu:  Qurban  olum,  Firidun  (anam  onun 
adını  iki  «d »   ilə  ifadə  edirdi  -C.A.),  sən  ona  niyə 
Şeyx  deyirsən?  Firidun  elə  bu  suala  bənd  imiş  kimi 
başladı  özündən  bəzi  şeylər  uydurmağa:  Bəs  de-
məzsənmi  sovet  hökuməti  bizə  həm  də  dini  rütbə 
verir,  sənin  oğlun  da  məhz  «Şeyx»  rütbəsinə  layiq 
görülmüşdür. Bu söhbət anamın çox xoşuna gəlmiş və 
kəndə  qayıdandan  sonra,  guya  mənim  «Şıx»,  yəni 
Şeyx  olduğumu  fəxrlə  qonşulara  dönə-dönə  danışar-
mış. 
Firidun  son  dərəcədə  həyatdan,  dünyadan  razı 
adam  idi:  işi  lap  çətinə  düşsə  belə,  ondan  bədbinləş-
məz,  küskünləşməzdi.  Əksinə,  özünü  elə  aparırdı  ki, 
guya zərrə qədər də onu ürəyinə salmır. 
İş  elə  gətirmişdi  ki,  hər  ikimizin  doktorluq 
dissertasiyasının 
təsdiqi 
Moskvada 
AAK-da 
yubadılırdı.  Düzünü  deyim  ki,  bu,  məni  çox  incidir, 
çox narahat edirdi. Və Firidunla rastlaşanda onun üz-
gözündən heç bir təlaş, heç bir nigarançılıq hiss etmir-
dim.  Əksinə,  hər  dəfə  bu  məsələdən  söhbət  salarkən 
eşitdiyim  yalnız  bu  sözlər  olurdu:  Sən  nə  qoyub,  nə 
axtarırsan?  Cəhənnəmə  ki  təsdiq  etməsinlər,  lazım 
gələrsə,  birini  də  yazarıq,  kefini  pozma.  Bu,  onun 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə