Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə72/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   66   67   68   69   70   71   72   73   74

 
293 
özünə,  öz  biliyinə,  habelə  haqqa,  ədalətə  sarsılmaz 
inam və imanından irəli gəlirdi. 
Mən  Firidunu  bütün  məqamlarda,  bütün  psi-
xoloji hallarda, ən mürəkkəb və müşkül vəziyyətlərdə 
yalnız  belə  görmüşəm.  Və  belə  də  qəlbimdə  yaşa-
yacaq,  övladlarının,  nəvələrinin,  minlərlə  adamların 
ürəyində, işində, fəaliyyətində həmişə duyulacaq, hiss 
ediləcək  və  beləliklə,  ömrü  uzanacaq.  Siz  onun  dəfn 
mərasimini  görsəydiniz:  Akademiya  və  Universitetin 
həyətləri,  ətraflar  insan  dənizinin  dalğavari  axınında 
sanki qeyb olmuşdu. Yalnız bu sözləri eşitmək olardı: 
Yox, onu bayırdan, Bakı göylərinin möhtəşəm, nəha-
yətsiz üfüqlərinin fövqündən götürmək lazım idi. 
 
2003 
 


 
294 
 
ŞAMİL QURBANOVU XATIRLAYARKƏN 
 
Şamil  Bakı  Dövlət  Universitetinin  filologiya 
fakültəsinin  jurnalistika  şöbəsində  məndən  bir  neçə 
kurs  aşağı  oxuyurdu.  Lakin  bir  eloğlu  kimi  bir-biri-
mizlə  görüşəndə  həmişə  mehribancasına  salamlaşar, 
hal-əhval  tutar,  dərslərimizlə  maraqlanar,  ədəbiyyata, 
sənətə,  elmin  müxtəlif  sahələrinə  aid  maraqlı  söh-
bətlər edərdik. Yaxşı yadımdadır, bizim hər birimizin 
səmimi  dostu,  şeir-sənət  bilicisi,  söz  sərrafı,  gözəl 
zövq sahibi, əslən Faxralıdan olan Pənah Mahmudov 
(o, gözəl filosof idi - C.A.) daim bizimlə maraqlanar, 
uğurlarımızı,  xoş  sədamızı  eşidəndə  fərəhlənər,  uşaq 
kimi sevinərdi.  
Yaşca bizdən xeyli böyük olmasına baxmayaraq 
Pənah  müəllim son dərəcə  sadə  və  səmimi adam idi; 
bizimlə də öz yaşıdı kimi rəftar edər, bizi elmə, biliyə, 
xüsusilə  də  çap  olunmağa  həvəsləndirərdi.  Sonralar 
bildim ki, Şamil də Faxralıdandır və sən demə, Pənah 
müəllimlə müəyyən qohumluq əlaqələri də varmış. 
Şamilin  bir  tələbə  kimi  universitetdə  məş-
hurlaşması  üçün  elə  də  çox  vaxt  lazım  gəlmədi.  Elə 
ilk  kursdanca  öz  qələmi,  istedadı,  işgüzarlığı,  dərslə-
rindən  həmişə  «əla» qiymət alması və bunlardan  heç 
də  az  əhəmiyyətli olmayan ictimai fəaliyyəti (o, hələ 
tələbəlikdən  əvvəl  Kommunist  Partiyasının  üzvü  idi) 
ona  kollektivin  böyük  hörmətini  qazandırmışdı.  Onu 
da  qeyd  etmək  yerinə  düşər  ki,  cavan  olmağına 
baxmayaraq  özündən  yaşlılarla  oturub-durar,  onlarla 
ünsiyyət  yaratmağa  çalışar  və  buna  müvəffəq  olardı. 


 
295 
Yazıçı Mir Cəlal, məşhur jurnalist Nəsir İmanquliyev, 
akademik  Abbas  Zamanov,  professor  Əlövsət 
Abdullayev,  Həsən  Şahgəldiyev,  Nurəddin  Babayev, 
Şirməmməd  Hüseynov,  Pənah  Xəlilov  və  başqaları 
onunla eyni səviyyədə rəftar edirdilər. 
Filologiya  fakültəsinin  nəzdində  fəaliyyət 
göstərən  jurnalistika  şöbəsinin  tələbələri  o  zamanlar 
barmaqla  göstərilirdi.  Dövri  mətbuat  səhifələrində  ən 
çox imzaları görünən də elə onlar idi. Ədalətlə demək 
olar  ki,  həmin  gənc  imzaların  içində  «Şamil  Qur-
banov» imzası daha bariz, daha cazibədar görünürdü. 
Ona görə də universiteti fərqlənmə diplomu ilə bitirən 
Şamil  Qurbanov  «Bakı»  və  «Baku»  qəzetlərinə 
təyinat  alaraq  orada  qızğın  fəaliyyətə  başladı,  az  bir 
zaman  ərzində  sayılıb-seçilən  ziyalılarımızdan  birinə 
çevrildi.  Təsadüfi  deyildir  ki,  indi  onun  30-dan  çox 
irihəcmli  tədqiqat  xarakterli  kitabları,  yüzlərlə  oçerk, 
esse,  resenziya,  zarisovka,  məqalə  və  s.  vardır.  O, 
sözün  əsl  mənasında  «açılmamış  səhifələrin»  açarı, 
kəşfiyyatçısı  idi.  Onun  Ömər  Faiq  Nemanzadə, 
Cəmaləddin  Əfqani,  Nəriman  Nərimanov  və  daha 
kimlər, nələr barədə sanballı monoqrafiyaları vardır. 
Mənim  Şamil  müəllimlə  bağlı  olduqca  maraqlı 
xatirələrim vardır. Yaxşı yadımdadır, o, «Bakı» qəze-
tində ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifə-
sində  çalışardı.  Redaksiyaya  böyük  satirikimiz, 
dünyada bənzəri olmayan «Molla Nəsrəddin» jurnalı-
nın  banisi  və  redaktoru  Cəlil  Məmmədquluzadənin 
bədii  nəsrində  çox  emosional,  hətta  fəci,  yaş  içində 
hıçqırtılar,  hönkürtülər  məzmununda  bir  yazı 
gətirdiyimi  bildirdikdə  o,  yerindən  dərhal  dikələrək 


 
296 
dedi:  sən  də  yazmağa  mövzu  tapmadın,  o  böyük 
ədibin  adı  gələn  kimi  adamı  gülmək  tutur.  Sən  isə 
başlamısan  faciə  belə  gəldi,  ağlaşma  belə  getdi,  nə 
olar, oxuyaq, görək necədir. 
Məqaləni  ehtiyat  və  səliqə  ilə  çıxarıb  oxumağa 
başladım. O, son dərəcə diqqətlə qulaq asırdı. Yazının 
müəyyən  yerləri  deyəsən  ona  təsirsiz  qalmamışdı. 
Odur ki, gözləmədiyim şəkildə birdən-birə dedi: 
– Eloğlu, bu məqaləni bəyəndim, bax, budur öz 
yanındaca üstünü yazıram: çapa gedə bilər. 

zamanlar 
yazı-pozumuzun 
işıq 
üzü 
görməsindən duyduğumuz həzzi, aldığımız ləzzəti dil 
ilə ifadə etməkmi olar?! Səhərisi məqaləm çıxan kimi 
dostlar-tanışlar  məni  təbrik  etdilər,  sevindirdilər. 
Əlbəttə, bunların arasında məni ən çox sevindirən XX 
əsr  ədəbiyyatımızın  fədakar  tədqiqatçısı,  xüsusilə, 
Cəlil  Məmmədquluzadə  və  Mirzə  Ələkbər  Sabirin 
fanatiki,  dostum,  həm  də  müəllimim  Abbas  Zamano-
vun yenə də ehtiyatlı tərifi idi. O demişdi: 
– Mirzə Cəlal (o, mənə həmişə Mirzə Cəlal deyə 
müraciət  edərdi  –  C.A.),  işin  çəmini  yaxşı  tapmısan, 
məqaləndə Mirzə Cəlilin ədəbi irsinin az toxunulan və 
ya haqqında heç danışılmayan daha həssas, daha zərif 
nöqtəsinə baş vurmusan.   Doğrudan  da,  «Danabaş 
kəndinin  əhvalatları» sirləri  açılmamış fəci  kolliziya-
larla  dolu  həqiqi  tragediya  kimi  də  qavranıla  bilər. 
Fərqləri bircə ondadır  ki, faciələr adətən mikalimələr 
üzərində  qurulursa,  burada  həzin,  düşündürücü, 
insanın  ürəyini  parçalayan  bir  nisgil,  qəm,  kədər 
dastanı ilə qarşılaşırıq. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə