Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə73/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   66   67   68   69   70   71   72   73   74

 
297 
Şamil  Qurbanovla  mən  universitetin  filologiya 
fakültəsində  illərlə  həmkar,  dost,  yoldaş  olmuşam. 
Təxminən  10-15  il  ərzində  o,  dekan  müavini,  elmi 
dərəcə  verən  elmi  şuranın  elmi  katibi,  mən  isə  elmi 
şuranın  sədr  müavini  (professor  Ağamusa  Axundov 
şuranın  sədri  idi)  kimi  həm  namizədlik,  həm  də 
doktorluq 
dissertasiyalarının 
müzakirəsi 
və 
müdafiəsində bərabər iştirak etmişik. Məhz bu sahədə 
də Şamil müəllimin çox xeyirxah, işgüzar fəaliyyətini 
unutmaq olmaz. Səmimi şəkildə etiraf etmək lazımdır 
ki,  həmin  müdafiə  işlərinin  təşkilində  və  səmərəli 
keçməsində onun böyük rolu olurdu. Onun o zamankı 
AAK  (Moskvadakı  Ali  Attestasiya  Komissiyası  – 
C.A.) ilə işgüzar təmasları, dostluq əlaqələri  vardı ki, 
bunun  da  sayəsində  bizim  elmi  şurada  müdafiə 
olunmuş yüzlərlə dissertasiya işinin necə deyərlər, heç 
burnunun  ucu  da  qanamazdı.  Məhz  Şamil  müəllimin 
sayəsində  neçə-neçə  filologiya  elmləri  namizədi  və 
elmlər doktoru bu xoşbəxtliyə nail olmuşdur. 
Şamil  müəllim  son  dərəcə  zəhmətkeş,  fədakar 
bir alim, publisist, jurnalist idi. Onun istər ədəbi-bədii
istərsə  də  elmi tədqiqatçılıq  diapazonu  olduqca  geniş 
idi.  O,  yorulmaz,  fanatikcəsinə,  coşğun  fəaliyyəti 
nəticəsində  təkcə  jurnalistikamızın  yox,  ümumən 
ədəbiyyatımızın yorulmaz tədqiqatçılarından biri kimi 
özünü  təsdiq  etdi.  Şamil  müəllim  rus-Azərbaycan 
ədəbi  əlaqələri  sayəsində  çox  böyük  və  titanik  əmək 
sərf  etmiş,  zəngin  və  rəngarəng  filoloji,  tarixi 
mənbələrə  (rus  və  Azərbaycan)  baş  vurmuş,  sanki 
dərin  dəryalardan,  sonsuz  ümmanlardan  ləl-gövhər 
çıxarmışdır. Təsadüfi deyildir ki, o, rus ədəbiyyatının 


 
298 
fəqərə  sütununu  təşkil  edən  XIX  əsr  bədii  sözün 
həqiqi korifeylərinin yaradıcılığından dərs deyir, həm 
də gözəl deyirdi. Tələbələr onu bir müəllim, pedaqoq 
kimi  nə  qədər  sevirdilər.  Şamil  müəllim  Tolstoydan, 
Dostoyevskidən  dərs  deyəndə  simvollaşırdı,  obraz-
laşırdı. Dərsini obrazlı deyirdi, gənclərin qəlbini, ürə-
yini ələ almağı bacarırdı. Neçə- neçə gənc istedadların 
ruhunda, içində məşəl yandırmağı ustalıqla bacarırdı. 
Onun  nitqi  açıq-aşkar,  dinləyicilərin  diqqətinə  tez 
çatan idi, tədris etdiyi predmetə qarşı bir odlu- alovlu 
məhəbbət aşılaya bilirdi. 
Şamil müəllimin gənc kadrların hazırlanmasında 
da böyük rolu olmuşdur. Onun elmi rəhbərliyi və xe-
yir-duası  ilə  araya-ərsəyə  gələn,  hazırda  Respubli-
kamızın  ali  tədris  və  elmi  müəssisələrində  ləyaqətlə 
çalışan yetişdirmələri fəaliyyətlərini davam etdirmək-
dədirlər. 
Şamil  dostluqda,  ailədə,  məişətdə,  məclislərdə 
arzu  olunası,  sözündən-  söhbətindən  doyulmayan  elə 
bir  maraqlı  şəxsiyyətlərdən  idi  ki,  biz  həmişə  onun 
məzəli, təsirli söhbətlərini dinləmək üçün öz aramızda 
yoldaşlarla  sövdələşirdik  ki,  hökmən  bu  məclisdə 
Şamili masabəyi seçməliyik. Və hər dəfə də o, bizim 
etimadımızı  doğruldur,  hər  dəfə  nə  isə  təzə  və 
maraqlı,  şirin  bir  söz  deyirdi.  O,  dünyanın  bir  çox 
ölkələrində  səfərdə  olmuş  və  bunların  hər  birindən 
gözəl,  təsirli,  epizodlu  rəvayətlər  danışmağı  çox 
xoşlardı.  Bu  ondan  irəli  gəlirdi  ki,  Şamil  müəllimin 
yaradıcılıq karxanası həmişə xammal axtarırdı. Çünki 
o,  gördüyü  yerlər,  təmasda  olduğu  adamlar  haqqında 


 
299 
qeydlər edir və bunların əsasında tam, bütöv bir əsər 
yaradırdı. 
Şamil Qurbanovun deputatlığına, Milli Məclisin 
üzvlüyünə  gəlincə  birmənalı  olaraq  deməliyik  ki,  o, 
artıq  bir  neçə  il  ərzində  özünü  görkəmli  bir  ictimai 
xadim  kimi  də  hərtərəfli  göstərə  bilmişdir.  Onun  bu 
sahədəki  fəaliyyəti  də  digərləri  ilə  müqayisədə  yenə 
də öndə dururdu. Onun kəskin və alovlu çıxışlarını biz 
dəfələrlə  televiziya  ekranlarından  izləmişik.  Şamil 
müəllim  vəzifəsindən,  ranqından  asılı  olmayaraq  hər 
kəsi tənqid edirdi, ədalətsizliyə qarşı hər vaxt  öz qəti 
və  məntiqli  etirazını  bildirir,  fikrini  daha  öldürücü, 
daha  sarsıdıcı  ittihamla  bitirirdi.  O,  vətənini,  xalqını, 
şərəf  və  namusunu  hər  şeydən  uca  tuturdu.  Şamil 
müəllimin  bacarıqlı  bir  ali  məktəb  işçisi,  elm 
təşkilatçısı  kimi  də  böyük  xidmətləri  olmuşdur. 
Ömrünün  son  illərini  Bakı  Dövlət  Universitetinin 
«Türk  xalqları  ədəbiyyatı»  kafedrasına  rəhbərliklə 
keçirmiş,  onun  inkişafı  üçün  əlindən  gələni 
əsirgəməmişdir. 
Son  olaraq  demək  istəyirəm  ki,  Şamilin  çox 
işləməsi,  gecəli-gündüzlü  özünü  şam  kimi  əritməsi, 
xalq,  vətən,  millət,  Qarabağ  dərdini  ürəyinə  salması, 
nəticədə  elə  bir  fəci  finala  doğru  çox  surətlə  ildırım 
kimi şığıdı ki, şair demiş: dolan bulud boşalacaq! Bu, 
hökmüdür təbiətin! 
Gəlin  etiraf  edək  ki,  Şamilin  ölümü,  ömrünün 
finalı,  ürəyinin  son  akkordu  bəlkə  də,  elə  bu  cür 
olmalı idi. 
Bunlarla  bərabər,  Şamili  yaxından  tanıyanların 
əvəzsiz bir təsəllisi də vardır ki, bu da onun ömrünün 


 
300 
mənalı  keçməsi,  yaratdığı  əsərləri,  övladlarıdır.  O, 
dünyadan gözü-könlü dolu getdi. 
 
Onsuz da insanın ömrü gödəkdir
Ömür bir quş kimi uçacaq əldən. 
Bizə də elə bir gün gələcəkdir
Tarix öz hökmünü vermiş əzəldən. 
Ömür bir quş kimi uçacaq əldən. 
 
  2005 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə