Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

 
250 
şeirlərini,  o  cümlədən  1942-ci  il  fevralın  12-də 
Moskva  radiosu  ilə  «Koroğlu  nəsillərinə  bizim 
salamımız»,  1942-ci  il  noyabrın  29-da  Moskvada 
ədəbiyyat və incəsənət işçilərinin antifaşist mitinqində 
«Qafqazın  mədəniyyəti  ölməzdir»  adlı  çıxışlarını, 
habelə  III  Ukrayna  yazıçılarının  çıxışının  mətnlərini 
ilk dəfə üzə çıxararaq çevirmiş və dərc etdirmişdir. 
Adilxan  Bayramov  şairin  «Vaqif»  pyesinin    və 
«Aslan qayası»  poemasının naməlum parçalarını əldə 
etmiş,  «İnsan»  pyesinin  daha  mükəmməl  variantını 
üzə  çıxarmış  və  bütün  bunlardan  öz  tədqiqatında 
istifadə etmişdir. 
«Səməd  Vurğun: milli və  ümumbəşəri»  monoq-
rafiyası  da  onun  peşəkar  bir  vurğunşünas  olduğunu 
göstərir. 
Monoqrafiyada  ilk  dəfə  olaraq  Səməd  Vurğun 
yaradıcılığında  millilik  və  ümumbəşərilik  mövzusu 
sistemli  şəkildə  və  çağdaş  tələblər  baxımından  öyrə-
nilir. Bu məqsədlə şairin bədii əsərləri, onların müəy-
yən səbəblərlə bağlı çap olunmamış və ya ixtisar edil-
miş hissələri, çıxış, məqalə və məktubları araşdırılır. 
Tədqiqat  əsərində  ilk  dəfə  olaraq  1930-cu  və 
1950-ci  illərdə  şairə  qarşı  təşkil  olunmuş  qərəzli 
hücumlar araşdırılmış, bu hücumların onun əsərlərinə 
təsiri göstərilmişdir. 
Monoqrafiya  giriş,  dörd  fəsil,  nəticə  və  istifadə 
olunmuş ədəbiyyat siyahısından ibarətdir. 
I  fəsil  «Səməd  Vurğun  və  tarixi  şəxsiyyət 
problemi»  adlanır.  Bu  fəsildə  göstərilir  ki, 
Azərbaycan  xalqının  tarixinin  öyrənilməsi  bir 
problem kimi həmişə  Səməd  Vurğunu narahat etmiş, 


 
251 
şair  bu  işin  gerçəkləşməsi  naminə  çalışmış,  bununla 
yanaşı  tarixi  mövzuda  əsərlər  yazmış,  tariximizin 
öyrənilməsi 
işində 
mövcud 
olan 
boşluqları 
doldurmağa səy göstərmişdir. Burada şairin, üzərində 
«Azərbaycan.  Tarixi  poema.  1934-1935.  Səməd 
Vurğun»  yazılmış  şəxsi  arxivindəki  qırmızı  cildli 
albomda  toplanmış əsərlər  –  müəllifin  «Azərbaycan» 
epopeyası  –  şairin  bu  epopeyaya  daxil  etdiyi  «Dar 
ağacı»,  «Qız  qayası»,  «Aslan  qayası»,  «Üsyan» 
poemaları çağdaş tələblər baxımından təhlil edilir. 
Bu  fəsildə  şairin  tarixi  mövzuda  yazılmış 
əsərlərində şəxsiyyət problemi araşdırılır. Mövzu eyni 
zamanda  şairin  folklor  motivləri  əsasında  yazdığı 
əsərlər üzrə şərh olunur. 
Bu  fəslin  «Vaqif»  dramı:  Şair  və  hökmdar 
problemi.  Sənətkar  faciəsinin  inikası»  bölməsində 
«Vaqif»  pyesinin  yazıldığı  tarixi  şərait,  bu  şəraitin 
əsərin yazılmasına təsiri, şair və hökmdar problemi ön 
plana çəkilir, sənətkarın konkret tarixi şəraitdə faciəli 
yaşantıları əsaslandırılır. 
Azərbaycan  xalqının  tarixi  keçmişinin  çox 
maraqlı  bir  dövrünü  canlandıran,  qədim  Azərbaycan 
torpağı Qarabağın müdafiəsinə həsr olunmuş «Vaqif» 
pyesi  1938-ci  ildə  tamaşaya  qoyulduğu  dövrlə 
səsləşirdi. Tədqiqatçı «Vaqif»in müasir səslənməsinin 
bir səbəbini də 1937-ci ilin məlum havasının təsiri ilə 
izah edir. O, bu faktları götürür ki, M.P.Vaqif 1797-ci 
ildə  İran  hökmdarı  Ağa  Məhəmməd  Şah  Qacarın 
hüzurunda  dayanmışdı,  əsərin  yazıldığı  1937-ci  ildə 
isə  Səməd  Vurğun  şəxsi  məsələsi  ilə  əlaqədar  düz 
dörd dəfə «respublika rəhbəri»nin yanına çağırılmışdı. 


 
252 
A.Bayramov  çox  doğru  olaraq  belə  hesab  edir  ki, 
burada  və  şairin  çağırıldığı  digər  yerlərdə  gedən 
söhbətlər,  həmin  dövrün  mövcud  şəraiti  əsərin 
yazılmasına  ciddi  göstərmişdir.  Bu  mülahizələr 
«Vaqif»dən  götürülmüş  konkret  nümunələr  əsasında 
şərh  edilir.  Belə  bir  fakt  əsas  götürülür  ki,  şair 
«Vaqif»i  əvvəlcə  faciə  kimi  qələmə  almış,  teatra 
«dörd  pərdəli  mənzum  faciə»  kimi  təqdim  etmişdi. 
Əsərin  qəhrəmanı  Vaqifin  ölümü  hadisələrin  təbii 
axarı  ilə  bərabər  həm  də  pyesin  qələmə  alındığı  döv-
rün obyektiv gerçəkliyindən və tələbindən doğurdu. 
«Mənzum  roman  və  insan  xarakterləri»  adlanan 
ikinci  fəsildə  Səməd  Vurğunun  epik  əsərlərə  xüsusi 
maraq  göstərdiyi  qeyd  olunur  və  bu  onun  ümumilə-
şdirilmiş  xarakter  və  obrazlar  yaratmaq  səyi  ilə 
əlaqələndirilir.  Bu  fəslin  «Şairin  poemalarında  tarixi 
səsləşmələr»  bölməsində  «Komsomol  poeması»na 
xüsusi  diqqət  yetirilir,  bu  əsərdə  insanın  tarixi 
hadisələr  axınında  təsviri  araşdırılır,  əsərin  janrı  ilə 
bağlı fikirlərə münasibət bildirilir. 
Tədqiqatçı  bu  poemanı  təhlil  etmək,  obrazları 
tarixi  hadisələr  axınında  düzgün  səciyyələndirmək, 
onlara şairin münasibətini aydınlaşdırmaq üçün həmin 
dövrün gerçəkliklərini nəzərdən keçirir. 
1918-1920-ci 
illərdə 
Azərbaycan 
Xalq 
Cümhuriyyətinin  yaradılması  və  devrilməsi,  habelə 
Azərbaycanda  Sovet  hakimiyyətinin  qurulması  kimi 
tarixi hadisələr Səməd Vurğunun yeniyetməlik illərinə 
təsadüf  etmişdir.  Şair  1918-ci  ildə,  Azərbaycan  Xalq 
Cümhuriyyəti  dövründə  Qazax  Müəllimlər  Semina-


 
253 
riyasına daxil olmuş, Sovet hakimiyyəti  dövründə isə 
təhsilini tamamlayaraq əmək fəaliyyətinə başlamışdır. 
Səməd  Vurğun  XI  Ordu  hissələrinin  Qazağa 
daxil  olmasını  müşahidə  etmiş,  mitinqlərdə  müxtəlif 
çıxışları  dinləmiş,  Dilicanda  yeni  quruluşa  qarşı 
çıxmış  iki  nəfərin,  habelə  məşhur  Gəncə  qiyamının 
iştirakçısı  olmuş,  daha  iki  nəfərin  Qazaxda  hərbi-
inqilabi  komitənin  qərarı  ilə  güllələnməsini  görmüş-
dü. Yeni hökumət gənc nəslin «qırmızı inqilabçıların» 
yolu  ilə  getməsi  üçün  müxtəlif  üsullardan  istifadə 
edir,  ilk  komsomol  təşkilatları  yaradır,  yeniyetmələri 
komsomol  sıralarına  qəbul  edir,  daha  doğrusu 
«yazırdılar». Müəllif bütün bu yaşantıların həyati ma-
terial  kimi  «Komsomol  poeması»nın  yaradılmasına 
ciddi təsir göstərdiyini, əsərdə təsvir olunan hadisə və 
obrazların  canlılığına  səbəb  olduğunu  əsaslandır-
mışdır. 
Tədqiqat  işində  belə  fikir  əsaslandırılır  ki, 
Səməd Vurğun bu əsərdə çox ziddiyyətli və mürəkkəb 
bir  dövrü,  bu  dövrün  acı  bir  həqiqətini  –  bir  xalqın 
ayrı-ayrı  düşmən  cəbhələrə  bölünmüş  iki  qütbünün 
bir-birilə  mübarizəsini,  onların  dövrə  və  dövrün 
hadisələrinə  münasibətini  göstərmiş,  xalq  həyatı  və 
məişətini,  xalqımıza  məxsus  adət-ənənələri  təsvir 
etmişdir.  Dövrün  özünəməxsus  cəhətlərinin  buradakı 
adamların xarakterinə ciddi təsir göstərməsi də xüsusi 
vurğulanmışdır. 
«Komsomol  poeması»nın  qəhrəmanı  ilə  bağlı 
tədqiqatçılar  arasında  iki  müxtəlif  fikir  vardır. 
Onlardan bəziləri Bəxtiyarı, digərləri Cəlalı əsərin baş 
qəhrəmanı hesab edirlər. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə