Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə180/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   175   176   177   178   179   180   181   182   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

489 


növbədə dayanmışam, sinyoru görəndə də elə bilmişəm ki, gəlmədir, bilsəydim ki, bizim 

Napolidəndir, özü də simicin birisidir, yaxın da buraxmazdım! 

-Qulaq asın, - deyə barmağımla saatımı göstərərək, söyləyirəm, ya məni aparırsınız, ya da 

mən çıxıb gedirəm. Mən burada dayanıb gözləməklə qayıqlara gecikirəm. 

-İndi gördünüz ki, tələsə-tələsə gedirsiniz? - deyə sürücüm qalibanə bir tərzdə bildirir. 

-Yaxşı, - deyə, müfəttiş söhbətə qarışır, -bu dəfəlik xoş ğetdiniz. Ancaq yadınızda qalsın, 

gələn dəfə ilişsəz, mənə onu da ödəyəcəksiniz, bunu da. Əgər kimsə əylənməyə gedirsə, 

gərək tələsməsin, yoxsa daha bunun nəyi əylənmək oldu? 

Axırı belə oldu ki, taksi gülüşən, razı bir izdihamın ortasından yola düşdü. 

- Doktor, Allaha min şükür ki, hər şey belə yaxşı qurtardı, - deyə, gəlib mənzilə yetişəndə 

sürücüm söyləyir. - Ancaq, and olsun o əziz surətə, - polis sizi cərimə ödəməyə məcbur 

etsəydi bu mənə çox pis təsir edərdi, çox!  

- Nə qədər? - deyə maşından düşərkən qısaca soruşuram. 

- Baxın, görün də, - deyə o, qısaca cavab verir. 

 

 

 



İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 

 

 



 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

490 


 

Luçano de Kreşentso 

 

Zorro 

 

- Karamanna Antonio qulluğunuzdadır. Xüsusi dəvətnamələr qalmayıb, prezident çıxıb, 



nə vaxt qayıdacağı məlum deyil... 

- Təşəkkür edirəm, - deyə cavab verirəm, -ancaq mən dəvətnamədən ötrü gəlməmişəm. 

Mən Napoli azarkeşləri barəsində məlumat toplamaqdan ötrü buradayam və bununla 

əlaqədar sizin böyük təcrübəyə malik olduğunuzu bildiyimdən, xahiş etmək istərdim, 

ixtiyarınızda yarımca saat vaxt tapılardısa, mənə bir qədər "Napoli" barəsində 

danışardınız . 

- Siz necə dediniz, "böyük təcrübə"? Əziz sinyor, bəndəniz Napoli futboluna xidmət 

göstərmək şərəfinə hələ Arenaçça dövründən nail olub: Sentimenti, Pretto və Barra, 

Milano, fabbro və Qramalya, Buzani, Kappellini, Barrera, Kuario və Rozellini. Bir qədər 

keçmiş, müharibə qurtarandan sonra Vomeroya, indiki Kollana adlanan Liberazione 

stadionuna və nəhayət, gördüyünüz kimi San Paoloya köçmüşük, mən də burada 

biletsizlərə, cinayətkar və xuliqan elementlərə qarşı mübarizə dəstəsinin rəisi vəzifəsində 

çalışıram. 

 

- Burada biletsizlər çoxdur? 



- Çox mühüm oyunlarda təxminən on bir min nəfər müəyyən edirik ki, içəri pul 

ödəmədən keçir. Sözsüz ki, mən bu rəqəmlərə istər əsl biletsizləri, yəni içəri qeyri-qanuni 

girməyin yolunu tapmış şəxsləri, istərsə də vəsiqə və dəvətnamə sahiblərini daxil edirəm. 

Hər halda, əğər bu sizinçün maraqlıdırsa, hesab edin ki, hər oyunda dəvətnamə və 

müxtəlif vəsiqələri olan dörd min tamaşaçı, üç min saxta bilet sahibi və həmçinin dörd 

min nəfər müxtəlif yerlərdən içəri soxulanlar var. Bəndəniz Karamanna Antonio da 

kiçicik, ancaq cəsur bir dəstəsinin başında, hər bazar günü bu on bir minlik orduya qarşı 

amansız döyüşlər aparır... 

-Bəs, niyə bu qədər dəvətnamə paylayırsınız? 

-Çünki Napolidə dəvətnamə nəsə bir hörmət işarəsi, sanki ali irqə mənsubluq 

göstəricisidir. Kaş ki, siz bircə dəfə də olsa girişdə dayanıb bu dəvətnamə sahibinin 

həmin o sənədi necə vacib görkəmlə nəzarətçiyə təqdim etdiyini görəydiniz. Napolidən 

olan birisi sizə deyəndə ki: "Mən oyunlara baxmaq üçün bircə dəfə də olsun əlimi cibimə 

salmamışam" - elə bilin o, eynilə sizə and içir ki: "Mənim əcdadlarım Səlib yürüşlərində 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

491 


can qoyub". Nə isə, başqa sözlə, əgər Napolidə birisi biletə pul verməyə məcbur olursa, 

onda o, ya heç kimlə tanışlığı olmayan uğursuzun birisidir, ya da onu it yerinə qoyan da 

yoxdur. 

-Bəs, o əsl biletsizlər? 

-Bildim, - onları iki kateqoriyaya ayırırıq: biletsiz var ki, güc işlətməklə içəri soxulur, 

biletsiz də var ki, bicliklə. Birincilər sözsüz ki, bizə o qədər də baş ağrısı vermirlər: polisi 

yaxşı yerləşdirmək, girişlərə ikiqat maneələr qoymaq, bölmələrin hasarlarına nəzarət 

etmək kifayətdir. O bicliklə basqın eləyənlər isə, - bax, ən təhlükəlisi onlardır; onlar yüz 

ölçüb dir biçəndilər. Qarşıdakı bazar günü oyuna gəlsəniz, sizi onlardan biri ilə tanış 

edərəm, o, təkbaşına bunların yüzünə "dəyər", - adı da Zorro. 

- Zorro? 

- Bəli sinyor, bu dələduza ona görə Zorro deyirlər ki, hər dəfə bir qara qəpik də vermədən 

içəri soxulmağı bacarır; hələ oyun qurtarandan sonra yanıma da gəlir, sağ əli ilə sol 

bazusundan yapışıb, yumruğunu qaldıraraq, ibarə ilə ədəbli ifadələr işlədə-işlədə, mənə 

Zorronun işarəsini göstərir. 

- Bəs, necə eləyir ki, içəri girə bilir? - deyə gülməkdən uğunub gedərək soruşuram. 

- Hər dəfə müxtəlif üsullarla, doktor. Məncə, Zorro bütün həftə yalnız bircə şeyi düşünür, 

- necə etsin ki, bazar günü içəri biletsiz girə bilsin. Deyir ki, əgər Papillon aradan 

çıxmağın ustasıdırsa, o da içəri soxulmağın sənətkarıdır. 

- Bir epizod danışaydınız.  

- Zorro elə nəsillikcə artisdir. Onun atası dramatik görüşlərdən birindəki hadisə zamanı 

son dərəcə gurultulu şəkildə Napoli camaatı arasında ad çıxarmışdı. Təsəvvür edin: 

Liberazione stadionu, "Napoli" "Bolonya" ilə oynayır, hesab üç-üçdür. Azarkeşlər 

meydançaya tökülüşür və masa arxasında belə qərara alınır ki, sıfır iki hesabı ilə 

cəzalandırılaq. İş ondadır ki, əvvəlcə "Napoli" oyunu aparırdı, əgər onun uduzması üçün 

açıq-aşkar tapşırıq almış milanolu hakim olmasaydı. Gərək obyektiv olduğuma 

inanasınız, - bütün italyan hakimləri həmişə "Napoli"ni vurublar, o da bu səbəbdən heç 

vaxt skudetto qazanmayıb, ümid edirik bəlkə gələn il... 

 

 

İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 



 

 

 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə