Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə177/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   173   174   175   176   177   178   179   180   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

481 


qəhvəxanaya gəlib çıxmalıydı. Və indi o, yaxınlaşdıqca, musiqinin ritmi və ahəngi daha 

da aydın duyulduqca onun ürəyi daha da bərk sıxılmağa başlayırdı. 

Bu musiqi onun üçün tamamilə yeni bir şey idi və eyni zamanda bu səslər onun beynində 

bir qurd kimi çoxdan kök salmışdı. Bu həmin qəribə musiqi idi ki, Qorca onu əvvəl 

küçədə, sonra isə o axşam evlərində eşitmişdi. Ancaq indi o, daha sərbəst və daha 

məğrur, qeyri-adi coşqunluğuna və ramedilməz gücünə görə daha da möhtəşəm 

səslənirdi. O, hətta bu savadsız insanları, - bu mexanikləri, küçə qadınlarını, ofisiantları 

belə məftun etmişdi. Onlar fəth olunmuş, məğlub edilmiş kimi ağızları açıq qalmışdılar. 

Dahi! Və bu dahinin adı Ribbents idi. Dostları da, xanımı da əllərindən gələni etmişdilər 

ki, Qorca bu barədə heç nə bilməsin, - yanlız ona olan təəssüblərinə görə. Bu həmin o 

dahi idi ki, bəşəriyyət onu, ən azı yarım əsr gözləmişdi və bu dahi Qorca yox, onun yaşıdı 

olan bir başqası, indiyədək tanınmayan və saya alınmayan birisi idi.  

Bu musiqi onun üçün necə də nifrətamizdi! Bu musiqini hörmətdən salmaq, onun saxta 

olduğunu sübuta yetirmək, onu ələ salıb biabır etmək necə də gözəl olardı! O isə 

müzəffər bir zirehli kimi sükut dalğalarını yara-yara irəliləyirdi və olsun ki, tezliklə bütün 

yer üzünü fəth edəcəkdi! 

Ofisiant onun qolundan yapışdı: - Sinyor, üzr istəyirəm, özünüzü pis hiss 

etmirsiniz?Qorca həqiqətən də ayaq üstə güclə dayanırdı.  

- Yox, yox, təşəkkür edirəm.  

Beləcə, heç nə içmədən o, sonsuz üzüntü içərisində qəhvəxanadan yağışın altına çıxdı. - 

Müqəddəs Məryəm!-deyə o, həyat sevincinin onunçün birdəfəlik bitdiyini gözəl 

anlayaraq, öz-özünə pıçıldadı. O, hətta təskinlik üçün bu dərdini Tanrıya da aça bilmədi: 

çünki Tanrı bu cür iztirabları qəbul etmir. 

          



İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

482 


 

Dino Buttsati 

 

İnsanın böyüklüyü 

 

 



 

Oxuculara təqdim edilən “İnsanın böyüklüyü” hekayəsi tanınmış italyan yazıçısı 

Dino Buttsatinin (1906-1972) 1958-ci ildə ölkəsinin nüfuzlu Streqa mükafatına layiq 

görülmüş məşhur toplusunun son nəşrindən (D.Buttsati: “Altmış hekayə”, Milano, 

Mondadori - 2010) götürülmüşdür. 

  

Tərcüməçi 

  

  



  

Keşikçilər zülmətə qərq olmuş həbsxananın qapısını açıb, balaca, saqqallı bir qocanı 

içəri itələyəndə artıq, qaranlıq düşmüşdü. 

Qocanın  saqqalı  dümağ  və  elə  bil,  özündən  də  böyük  idi.  Ondan  bu  cansıxıcı, 

yarıqaranlıq  karserə  zəif  işıq  süzülür,  bu  içəridəki  dustaqlarda  müəyyən  təəssürat 

oyadırdı. 

Ancaq  qaranlıq  olduğundan,  qoca  dərhal  seçə  bilmədi  ki,  bu  mağaraya  bənzər 

həbsxana çalasında ondan başqa da adamlar var, ona görə də soruşdu: 

- Kimsə var burada? 

Cavab  əvəzinə  gülüş və  acıqlı donqultular  eşidildi.  Sonra  -  qəbul olunmuş  qayda-

qanuna görə, hamı bir-bir özünü təqdim etməyə başladı. 

- Rikkardon Marçello, qarət, ağır formada - deyə kimsə xırıltılı səslə dilləndi. 

-  Bettseda  Karmelo,  dələduz  -  residivist,  -  deyə  bir  başqası  sanki  quyudan  gələn 

boğuq səslə özünü təqdim etdi. 

Sonra: 

- Marfi Luçano - zorlama. 



- Lavataro Maks - günahsızam. 

Qaranlıqda  qulaqbatırıcı  qəhqəhə  səsləri  eşidildi.  Zarafat  dələduzların  xoşuna 

gəlmişdi, insan qanına susamış islaholunmaz quldur Lavataronu kim tanımırdı ki? 

Sonra yenə: 

- Espozito Enea - qətl. - Danışanın səsində açıq-aydın qürur hissi duyulurdu. 

-  Muttironi  Vinçentso  -  ata  qatili.  Bunun  etirafı  isə  lap  qalibiyyət  nidası  kimi 

səslənirdi... Yaxşı, bəs sən, qoca birə, sən kimsən? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

483 


- Mən... - deyə təzə gələn cavab verdi, - düzünə qalsa, heç özüm də bilmirəm. Məni 

saxlayıb sənəd tələb etdilər, məndə isə heç vaxt, heç bir sənəd olmayıb. 

- Yox, bir...denən tüfeyli, avara! -deyə kimsə nifrətlə söyləndi. Bəs, adın nədi? 

- Adım... Adım Morrodur, hm, hm... ləqəbim də ... Böyük! 

-  Deməli,  Böyük  Morro.  Neynək,  pis  fikirləşməmisən!  -  deyə,  kimsə  bir  başqası 

qaranlıqdan istehza ilə söz atdı. - Ancaq adın sənin üçün bir qədər, çox böyükdür. Sənin 

kimisinin onuna bəs edər. 

-  Tamamilə  dogrudur,  -  deyə  qoca  mülayimcəsinə  hay  verdi.  Ancaq  bu  mənim 

günahım deyil. Bu ləqəbi mənə ələ salmaq məqsədi ilə veriblər, indi isə artıq gecdir. Özü 

də, o, mənə yalnız başağrısı gətirir. Bax, məsələn... yoox, bu çox uzun əhvalatdır... 

-  Bura  bax,  döşə  gəlsin,  görək,  -  deyə  məhbuslardan  biri  qocanın  üstünə 

kobudcasına çəmkirdi, - burada vaxtımız kefimiz istəyən qədərdir. 

O  birilər  də  onu  dəstəklədilər.  Cansıxıcı  həbsxana  günlərində  hər  bir  əyləncə  bir 

bayram idi. 

-  Nə  deyirəm  ki...  -  deyə  qoca  sözə  başladı.  -  Bir  gün  mən  adını  çəkmək 

istəmədiyim  bir  şəhərdə  gəzib  dolaşırkən,  möhtəşəm  bir  saray,  onun  da  qarşısında 

müxtəlif  Tanrı  təamları  ilə  ora-bura  vurnuxan  nökərləri  gördüm.  Yəqin  burada  hansısa 

bayrama  hazırlıq  gedir,  -  deyə  mən  düşündüm  və  sədəqə  diləmək  məqsədilə  bir  qədər 

yaxınlaşdım. Ancaq heç ağzımı açmağa macal tapmamışdım ki, boyu, yalan olmasın, iki 

metrlik natarazın birisi yapış yaxamdan və başla bağırmağa: - Budur, budur oğru! Dünən 

ağamızın çulunu oğurlayan bu idi! Hələ cürətinə bir bax, yenidən qayıdıb gəlib! Neynək, 

indi biz sənin aşının suyunu verərik! 

-  Mənim?  -  deyə  təəccüblə  soruşuram.  Mən  ki,  dünən  buralardan  ən  azı  otuz  mil 

uzaqda olmuşam. Necə olur, axı? 

-  Mən  səni  bax,  bu  gözlərimlə  görmüşəm!  Çulu  dalına  atıb  aradan  çıxanda 

görmüşəm, - deyə o, bağıraraq məni sarayın həyətinə tərəf sürüklədi. 

Mən diz çöküb, yalvarmağa başladım: 

-  Dünən  mən  buralardan  ən  azı  otuz  mil  uzaqda  olmuşam.  Sizin  bu  şəhərdə  də 

birinci dəfəyəm. Böyük Morro adıma and olsun! 

- Necə-necə? - deyə həmin o qudurmuş, gözlərini bərəldərək bağırdı. 

- Böyük Morro adıma and olsun ! -deyə mən təkrar etdim. 

Bu pəzəvəng isə birdən necə qəhqəhə çəkməyə başlasa yaxşıdır: 

-  Böyük  Morro?  Ay  camaat,  tez  bura  gəlin,  siz  bir  buna,  bu  həşərata  baxın,  sən 

demə, bunun adı Böyük Morro imiş! 

Sonra o, üzünü mənə tutub deyir: - Sən heç bilirsən, Böyük Morro kimdir? 

-Morro mən özüməm, başqa birisini də tanıyıb eləmirəm. 

-Böyük  Morro,  -  deyə  bu  yaramaz  məni  qandırmağa  başlayır,  -  başqa  birisi  yox, 

bizim möhtərəm ağamızdır. Sən, murdar dilənçi isə cürət edib onun adına sahib çıxırsan. 

Ancaq bil ki, bu dəfə ilişmisən . Budur, ağamız özü də gəlir. 

Həqiqətən də. Səs-küyü eşidən saray sahibi özü də həyətə çıxdı. Bu çox varlı tacir, 

bütün şəhərdə, bəlkə də bütün yer üzündə ən zəngin adam idi. O, mənə yaxınlaşır, sorğu-

suala  tutur,  baxır  və  gülməkdən  uğunub  gedir.  Təkcə  mənim  kimi  bir  dilənçinin  onun 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə