Şəmistan Nəzirli
Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır.
Hər iki sahədə silsilə əsərlər müəllifidir. “Vurğun keçib bu yerlərdən”,
“Ellər Vurğunu”, “Yaddaslarda yaşayan Vurğun”, “Qəribə talelər”,
“Qoridən gələn qatar”, “Azərbaycan generalları”, “Daş Salahlı Məmməd
koxa”, “Cümhuriyyət generalları”, “Qacarlar”, “Vurğun ömrü məktublarda”,
“Tam artilleriya generalı S.Mehmandarov”, “Arxivlərin sirri açılır”,
“Nəzirli ocağının üç sairi”, “Qarxunlu Əşrəfbəy” və başqa tarixi
əsərləri ilə tanınır.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür.
“Səməd Vurğun fəxri diplomu”na (1996), “Qacarlar” əsərinə görə
İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995),
“General Həzi Aslanov”, “General Əliağa Şıxlinski” (1995) və
“Elm” fondunun “İlin ən yaxşı kitabı” mükafatına (1999) layiq görülüb.
Elmi redaktoru:
Qərib Şamil oğlu Məmmədov
Azərbaycan Milli Elmlər
Akademiyasının
müxbir üzvü,
biologiya elmləri doktoru, professor.
Üz qabığında
İ.Vəkilovun tərtib etdiyi milli
xəritədən istifadə olunmuşdur.
Şəmistan Nəzirli. Topoqraf-general İbrahim ağa Vəkilov.
Bakı, “Zaman” nəşriyyatı,- 2002. 296 səh. və 32 səh. şəkillər.
Azərbaycanda elə nəsillər var ki, həkim, maarifçi,
mühəndis, elm xadimi
yetişdirməklə yanaşı, onların hərbçi oğulları da olmuşdur. Hələ imperiya və
Cümhuriyyət dövründə Qacarlar nəslindən səkkiz, Naxçıvan Kəngərlilərindən beş,
Bakıxanovlardan üç,
Cavanşirlərdən dörd, Yadigarovlardan üç, Şıxlinskilərdən iki,
Talışxanovlardan dörd nəfər general yetişmişdir. Bunlar bir nəslindən sayca çox
olanlardır.
Nüfuzlu Vəkilovlar nəsli isə Azərbaycan hərb tarixinə topoqraf-general
İbrahim ağa Vəkilovu (1853-1934) bəxş etmişdir.
Hərb tariximizdə müstəsna xidmətləri olmuş topoqraf-general Zaqafqaziyada
yeganədir - nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu sahə üzrə belə
ali hərbi rütbəli mütəxəssis olmayıb.
Tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirlinin yeni kitabında
general-
mayor İbrahim ağa Usubovun (1872-1920), general-leytenant Fərəc bəy Ağayevin
(1811-1891), general-mayor Həbib bəy Səlimovun (1881-1920), Həsən ağa
Bakıxanovun (1833-1898), Ağası bəy Avşarovun (təx.1830-?), şahzadə Rzaqulu
Mirzə Qacarın (1837-?), Tərlan bəy Əliyarbəyovun (1892-1956), Əsəd bəy
Talışxanovun (1857-1919), polkovnik Bəhram bəy Nəbibəyovun (1884-1930),
Qalib bəy Vəkilovun (1888-1937), Gəray bəy Vəkilovun (1884-1952), kapitan
Bahadır bəy Vəkilovun (1889-1920) və başqa görkəmli hərb xadimlərinin ömür
yolu zəngin faktlar əsasında qələmə alınmışdır.
Kitabda həm də ötən yüz illiklərdə indiyədək açılmayan
səhifələr barədə
(Hərb tariximizdə nələr olmuşdur?) oxuculara ilk dəfə məlumat verilir.
©
Ş.Nəzrli - 2002
QƏRİBƏ TALE
General İbrahim ağa Vəkilov Zaqafqaziryada yeganədir -
nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu
sahə üzrə belə ali hərbi rütbəli mütəxəssis olmayıb
Batan günəş soruşdu: - Ehey, burada kim var.
Mənim işimi davam etdirsin?
Saxsı şıraq cavab verdi: - Mən əlimdən
gələni edirəm, ey hökmdar.
Rabindranat Taqor
Məşhur hind yazıçısı
Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. Axşam düşürdü. Örüşdən
qayıdan mal-qaranın mələşməsi kəsildi. Yal
gözləyən itlər zəncir gəmirir, dartmıb
gah hirslə yazıq-yazıq zingildəyirdi. Yenicə doğmaqda olan Ay Kürün sularında
“yuyunurdu”.
Salahlı obasına qərib bir axşam düşmüşdü. İbrahimin səbri tamam
kəsilmişdi. Tez-tez torpaq dama girib-çıxır, dinclik tapa bilmirdi. Gözü o tayda
qalmışdı. Pənah kişi isə görünmürdü. İbrahim bir neçə dəfə gəlib Pənah kişinin
xalxalına baxıb məyus qayıtmışdı. Atasının dostu ilxıçı Pənah sözünə düz adam
idi. Paşa ağanın ölümündən sonra ilxıçı bu dostluğu ailənin böyüyü İbrahimlə
davam etdirirdi. “Nə oldu, görəsən,
Pənah əmi niyə gəlmədi, bəlkə...” Öz-özünə
verdiyi suallar İbrahimin intizarını daha da artırırdı.
Şəmmətli meşəsinin bərabərində bir at kişnədi. Üstündəki adam ata
acıqlandı. At şappıltı ilə suya girdi. Bir göz qırpımında payızın bulanıq sularını
yarıb bu taya keçdi.
İbrahim sahildə atlı ilə üzbəüz gəldi. Hürkək və zəif bir səslə:
- Pənah əmi, sənsənmi? - dedi.
İlxıçı duruxdu. Qəfil zərbə dəymiş adam kimi əvvəlcə özünü itirdi. Sonra
özünə gəlib:
- Mənəm, oğul, - dedi, - sən deyəsən getməyi lap doğrulamısan, yaxşı,
hazırsanmı? Burda gözlə, evə dəyib gəlirəm.
Atını cığıra salıb, bir az aralandı. Birdən yarı yolda geri dönüb:
- Ayə, a İbi, - dedi, barı evə bir söz demisənmi?
- Deməmişəm, Pənah əmi, amma əmioğlu Yusifə bərk-bərk tapşırmışam ki,
işdi, gördün çox axtarırlar, anam çox ağlayıb-sızlayır,
onda deyərsən ki, dünən
Qazaxda idim, eşitdim İbrahim Tiflisə oxumağa gedib.
- Onda get Bala bərənin yanında gözlə, birdən buralara hərlənən olar, indi
gəlirəm, bir az da orda fikirləş.
Pənah kişi atını mahmızladı.