Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə176/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   172   173   174   175   176   177   178   179   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

478 


- Sən orada nə axtarırsan?-deyə Cakomelli onun qəzeti diqqətlə nəzərdən keçirdiyini 

görüb soruşdu. 

- Heç. Bu gün radioda bir musiqi eşitmişəm. Bilmək istəyirdim kiminkidir. Maraqlı 

musiqi idi. Ancaq buradan baş çıxarmaq olmur. 

- Yəni, necə musiqi idi ki? 

- Deməyə çətinlik çəkirəm, çox həyasız bir musiqi idi, mən deyərdim.... 

- Yaxşı görək, başından elə, - deyə dostunun necə vasvası olduğunu bilən Cakomelli 

zarafatla söylədi. Özün məndən də gözəl bilirsən ki, səni kölgədə qoya biləcək bir 

bəstəkar hələ anasından olmayıb. 

- Yox, yox, əksinə, - deyə istehzanı duyan Qorca cavab verdi- Mən buna yalnız şad 

olardım, hətta düşündüm ki, nəhayət, kimsə (onun tutqun fikirləri seyrəldi)... Yeri 

gəlmişkən, Ribbentsin yeni operasının baş məşqi sabah deyil? 

Cakomelli dərhal cavab vermədi. Yox, -deyə o laqeydliklə dilləndi. Onu, deyəsən təxirə 

salıblar. 

- Bəs sən özün gedəcəksən? 

- Eh, çətin... Sən ki, bilirsən, belə şeylər mənim əsəblərimçün həddən ziyadədir. 

Bu sözlərdən sonra Qorcanın əhvalı özünə qayıtdı.  

- Zavallı Ribbents, -deyə o, ucadan söylədi. Zavallı qoca Ribbents, mən ondan ötrü 

həqiqətən də şadam. Nə qədər olmasa da təsəllidir....Hə, təki olsun...! 

Ertəsi gün axşam Qorca evdə oturub barmaqları ilə pianonun dilləri üzərində gəzişərkən 

birdən, bağlı qapı arxasından həyəcanlı danışıq səslərini eşitdi. O, şübhələnərək 

yaxınlaşıb qulaq asdı.  

Yandakı qonaq otağında xanımı və Cakomelli nəyinsə barəsində yavaşca 

məsləhətləşirdilər. Cakomelli deyirdi: 

- Axı, gec-tez o, hər şeyi biləcək. 

- Nə qədər gec olsa, bir o qədər yaxşıdır, -deyə Mariya cavab verirdi, - o, hələ heç nədən 

şübhələnməməlidir.  

- Yaxşı, tutaq ki,... Bəs, qəzetlər? Qəzetləri ki, oxumağı ona qadağan edə 

bilməyəcəksiniz.  

Bu yerdə Qorca qapıları taybatay açdı. Arvadı və dostu, sanki iş başında yaxalanmış 

oğrular kimi yerlərindən dik atıldılar. Hər ikisinin bənizi ağappaq ağarmışdı. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

479 


- Deməli, belə?-deyə Qorca acıqlı-acıqlı soruşdu. Qəzetləri oxumağı kimə qadağan 

edirsiniz? 

- Mən ... mən..., - deyə Cakomelli kəkələdi, -mən burada bir əmioğlu barəsində 

danışırdım. O israfçılıq üstündə həbs olunub. Onun atası, yəni mənim əmim bu barədə 

heç nə bilmir.  

Qorca rahatlıqla nəfəsini dərdi. Buna da şükür! O, bir qədər yersiz müdaxiləsinə görə 

hətta utancaqlıq hissi də keçirdi. Nəhayət, bu şübhələrdən lap cana doymaq olardı. Ancaq 

sonra Cakomelli sözünə davam edərək danışdıqca o, yenidən səksəkəli həyəcan hiss 

etməyə başladı? Görəsən bu əmioğlu əhvalatı yalan deyildi ki? Cakomelli bütün bunları 

özündən uydura bilməzdimi? Əks təqdirdə, bu gizli pıçıltılar nə demək idi? 

O, həkimləri və qohumları tərəfindən qaçılmaz son hökmü gizlədilən bir xəstə kimi 

şübhələr içərisində dolaşırdı: insan ətrafındakı yalanları duyur, ancaq o birilər daha da 

bicdirlər və onun fikrini yayındırmağa çalışırlar, onu sakitləşdirməyə nail olmayanda isə 

heç olmasa, qorxunc həqiqəti gizlətməyə cəhd edirlər. 

O, evdən kənarda da şübhəli əlamətlərlə üzləşirdi: məsələn, həmkarlarının çoxmənalı 

baxışları, onun yaxınlaşdığını görərkən susaraq, danışmamaları, adətən söhbətçil 

insanların onu görcək sıxıntı keçirməsi... Ancaq Qorca özünü ələ alır və özü-özünə 

suallar verirdi ki, bəlkə ondakı bu şübhələr nevrasteniyanın əlamətləridir. Axı, bəzi 

insanlar var ki, yaşa dolduqca hər tərəfdə yalnız düşmən görürlər. Bir də axı, o nədən 

qorxmalı idi ki? O, ad-san, hörmət sahibi idi, maddi cəhətdən gözəl təmin olunmuşdu. 

Teatrlar və simfonik cəmiyyətlər onun əsərlərini ifa etməkdə iddialı idilər. Sağlığına söz 

ola bilməzdi, heç vaxt da xəstələnməmişdi. Yaxşı, bəs nə? Onu hansı təhlükə gözləyə 

bilərdi? Ancaq bu cür düşünmək ona kifayət etmirdi.  

Ertəsi gün şam yeməyindən sonra onun həyəcanı daha da kəskinləşdi. Saat təxminən ona 

qalırdı. Növbəti qəzeti gözdən keçirərkən o, gördü ki, Ribbentsin yeni operası səhnəyə 

məhz həmin axşam qoyulur. Yaxşı, onda necə olur axı? Məgər Cakomelli deməmişdimi 

ki, baş məşq təxirə salınmışdır? Necə ola bilərdi ki, heç kim ona xəbər verməsin, onsuz 

keçinsinlər? Və nə üçün teatrın rəhbərliyi həmişə olduğu kimi ona xüsusi dəvətnamələr 

göndərməmişdi? 

- Mariya! Mariya!-deyə o, həyəcanla çığırdı. Sən bilirdin ki Ribbentsin premyerası bu 

axşamdır? 

Mariya təsviş içərisində özünü yetirdi: 

- Mən... mən? Hə, ancaq elə bilirdim... 

- Nəyi elə bilirdin?.. Bəs dəvətnamələr? Necə ola bilər ki, mənə dəvətnamə 

göndərməsinlər?  

- Hə, hə... Bəs, sən zərfi görməmisən? Mən onu sənin masanın üstünə qoymuşam.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

480 


- Mənə də heç nə deməmisən, eləmi? 

- Mən elə bildim bu səninçün maraqlı deyil.. Axı sən özün deyirdin ki, heç vaxt 

getməzdin... Deyirdin onlar səni tovlaya bilməzlər... Bir də ki, tamam unutmuşdum, sənə 

and içirəm.  

Qorca özündə deyildi. 

- Mən başa düşə bilmirəm... başa düşə bilmirəm, - deyə o təkrar-təkrar söyləyirdi, - saat 

on birə beş dəqiqə işləyib... artıq gecdir...bu sarsaq Cakomelli də ki (onu nə vaxtdan bəri 

sarsıdan şübhələr dumanı artıq seyrəlirdi: səbəbini heç cür anlaya bilmədiyi bu təhlükə 

nəsə də məhz Ribbentsin operasında olmalı idi. O, məchul baxışlarla gözlərini yenidən 

qəzetə zillədi)... Aha, operanı radio ilə verirlər... İndi görüm kim bu imkanı mənim 

əlimdən ala biləcək! 

Mariya kədərli bir səslə dedi: 

- Augusto, təəssüflər olsun ki, radio işləmir.... 

- Necə yəni işləmir? Nə vaxtdan bəri işləmir? 

- Elə günortadan. Saat beşdə mən onu yandırmaq istədim, içərisində nəsə ―çıqq‖ elədi, 

sonra da heç nə eşidilmədi, görünür qoruyucusu yanıb. 

- Məhz bu axşam, eləmi? Deməli, siz sözü bir yerə qoymusunuz ki... 

- Nədən ötrü sözü bir yerə qoymuşuq? - deyə Mariya az qaldı ki ağlasın- Mənim günahım 

nədir? 

- Yaxşı mən gedirəm. Haradasa bir radio tapılar... 



- Yox, Auqusto... yağış yağır... özün də soyuqdəyməlisən... həm də gecdir... axırı bir vaxt 

tapıb bu zəhrimara qalmış operaya qulaq asacaqsan, ya yox?! 

Ancaq Qorca çətiri qapıb, evdən çıxmışdı.  

O, tək-tənha küçələri dolaşarkən hansısa bir qəhvəxananın parlaq işıqları nəzərlərini cəlb 

etdi. İçəridə adam az idi. Ancaq bir qədər irəlidə, kiçik çay zalında bir dəstə adam 

toplaşmışdı. Və oradan musiqi sədaları süzülürdü. Qəribədir, - deyə Qorca düşündü. 

Radioya belə marağı yalnız bazar günləri futbol oyunları gedəndə görmək mümkündü. 

Birdən onun beynində qəfil fikir oyandı: olmaya onlar Ribbentsin operasını dinləyirlər? 

Yox, bu ağlasığan deyildi. Yerlərində qımıldanmadan musiqiyə qulaq asanlar onun 

şübhələrindən xeyli uzaq adamlardı: əyinlərində sviter olan iki cavan oğlan, bir yüngül 

əxlaqlı qız və ağ gödəkcə geymiş ofisiant. 

Qorca anlaşılmaz bir üzünt hiss etdi, sanki neçə-neçə günlər, günlər nədir, aylar və illər 

öncə o bilirdi ki, təyin olunmuş bu saatda o özgə bir yerə yox, məhz buraya, bu 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə