Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə178/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   175   176   177   178   179   180   181   182   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

484 


adını daşıya bilməsi fikri onu əməlli-başlı əyləndirir. Sonra o, nökərinə əmr edir ki, məni 

buraxsınlar,  məni  evinə  dəvət  edir,  var-dövlətlə  dolu  zallarını  göstərir,  hətta  bax,  belə-

belə  qızıl  topaları  və  qiymətli  daş-qaşlar  saxladığı,zirehli  divarları  olan  bir  otağına  da 

aparır,məni yaxşıca yedirtməyi əmr edir və deyir: 

-Ey,  adı  adımdan  olan  dilənçi  qoca!  Bu  əhvalat  xüsusən  bir  də  ona  görə  çox 

qəribədir ki, Hindistana səfərim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. 

Mən  mallarımı  satmaq  məqsədi  ilə  oradakı  bazara  yollanmışdım.  Adamlar  apardığım 

bahalı şeyləri gördükdə, məni dövrəyə alaraq, sorğu-suala tutmağa başladılar ki, kiməm 

və haradan gəlirəm. 

-Mənim  adım  Böyük  Morrodur,  -  deyə  mən  cavab  verirəm.  Onlar  isə  üz-gözlərini 

turşudaraq  söyləyirlər:  -  Böyük  Morro?  Səndə  nə  böyüklük  ola  bilər,  miskin  alverçi? 

İnsanın böyüklüyü onun idrakındadır! Yer üzündə tək bircə Böyük Morro var, o da bizim 

şəhərdə yaşayır. O, bizim məmləkətin fəxridir və sən, fırıldaqçı, öz lovğalığına görə indi 

onun qarşısında cavab verməli olacaqsan! 

Elə  oradaca  məni  qamarlayırlar,  əlimi-qolumu  bağlayıb,  varlığından  xəbərim  də 

olmayan həmin o Morronun yanına aparırlar. Sən demə, bu adam hamının az qala, Tanrı 

kimi  sitayiş  etdiyi  adlı-sanlı  alim,  filosof  və  riyaziyyatçı,  astronom  və  münəccim  imiş. 

Xoşbəxtlikdən, o, dərhal başa düşdü ki, anlaşılmazlıq baş verib, güldü, əl-qolumu açmağı 

əmr  etdi,  məni  öz  iş  otağına,  rəsədxanasına,  öz  əlləri  ilə  hazırladığı  qəribə  cihazlarına 

baxmağa dəvət etdi. Nəhayət, dedi: 

-Ey  möhtərəm  yadelli  tacir!  Bu  əhvalat  xüsusən  bir  də  ona  görə  çox  qəribədir  ki, 

Levant adalarına səyahətim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən 

tədqiq  etmək  istədiyim  bir  yanar  dağın  zirvəsinə  pay-piyada  qalxarkən,  o  yerlər  üçün 

qeyri-adi  olan  üst-başımdan  şübhələnən  bir  dəstə  döyüşçü  kimliyimi  yoxlamaq  məqsədi 

ilə  məni  saxladı.  Adımı  söyləməyə  macal  tapmamışdım  ki,  qollarımı  qandallayıb  məni 

şəhərə doğru sürükləməyə başladılar. - Böyük Morro? - deyə onlar hiddətlənirdi. Səndə 

nə  böyüklük  ola  bilər,  miskin  müəllimciyəz?  İnsanın  böyüklüyü  onun  qəhrəman 

əməllərindədir!  Yer  üzündə  tək  bircə  Böyük  Morro  var.  O  da  bu  adanın  ağası,  qılıncı 

bircə dəfə də olsa günəşin altında bərq vurmuş bütün döyüşçülərin ən cəsurudur! İndi o, 

sənin başını bədənindən ayırmağı əmr edər! 

Və  onlar  məni,  həqiqətən  də,  qorxunc  görkəmi  olan  hökmdarlarının  hüzuruna 

gətirdilər.  Xoşbəxtlikdən,  mən  ona  hər  şeyi  anlada  bildim  və  bu  zəhmli  döyüşçü  belə 

qəribə  təsadüfə  gülərək  qandallarımı  açmağı  əmr  etdi,  mənə  bahalı  libaslar  bağışladı, 

onun  yaxın və uzaq adalarda  yaşayan  bütün xalqlar  üzərində çaldığı qələbələrinin  şanlı 

şəhadətlərini seyr etməyim üçün məni öz sarayına dəvət etdi. Axırda isə dedi: 

- Ey, mənimlə bərabər eyni adı daşıyan möhtərəm alim! Bu əhvalat xüsusən, bir də 

ona görə çox qəribədir ki, Avropa deyilən o uzaq diyarda döyüşərkən mənimlə də eynən 

belə bir hadisə baş vermişdi. Mən öz döyüşçülərimin önündə bir meşədən keçib gedərkən 

kobud dağlılar qabağımı kəsib soruşdular:  -  Sən kimsən ki, silahının cingiltisi ilə bizim 

meşələrin sükutunu pozursan? 

- Mən Böyük Morroyam, - deyə söyləyirəm və öz-özümə düşünürəm ki, təkcə adımı 

çəkməklə onların canına lərzə salacağam. Onlar isə mərhəmətlə gülümsəyərək deyirlər: - 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

485 


Böyük Morro? Sən, yəqin, zarafat edirsən. Səndə nə böyüklük ola bilər, avara döyüşçü? 

İnsanın  böyüklüyü  ehtiraslarını  ram  edə  bilməsində  və  ruhunun  ucalığındadır!  Yer 

üzündə  yalnız  bircə  Böyük  Morro  var  və  indi  biz  səni  onun  yanına  aparacağıq  ki,  sən 

insanın  əsil  böyüklüyünün  nə  olduğunu  öz  gözlərinlə  görə  biləsən.  Və  onlar  məni, 

həqiqətən  də,  öz  kasıb  daxmasında  cır-cındır  içində  həyat  sürən,  onların  dediyinə  görə, 

bütün ömrünü təbiəti dərk etməkdə və Tanrıya ibadətdə keçirən, qar kimi bəyaz saqqallı 

bir  qocanın  yaşadığı  tənha  dərəyə  gətirdilər  və  mən  tam  səmimiyyətlə  boynuma 

almalıyam ki, həmin o vaxta qədər hələ heç vaxt bu dərəcədə təmkinli, həyatından razı və 

olsun ki, xoşbəxt bir insan övladı görməmişdim; ancaq, doğrusu, həyat yolumu dəyişmək 

mənimçün artıq çox gec idi. 

Adanın  qüdrətli  hökmdarı  müdrik  alimə,  alim  varlı  tacirə,  tacir  isə  onun  qapısına 

sədəqə  üçün  gəlmiş  kasıb  qocaya  bunları  söylədi.  Onların  hamısının  adı  Morro  idi, 

hamısı da bu və ya digər səbəbdən ―Böyük‖ ləqəbini almışdılar. 

Qoca  hekayətini  danışıb  qurtaranda,  qaranlıq  həbsxana  otağındakı  dələduzlardan 

biri soruşdu: 

-  Deməli,  belə...  -  əgər  mənim  bu  kəlləmin  içindəkilər  zir-zibil  deyilsə,  onda  belə 

çıxır  ki,  daxmadakı  həmin  o  lənətə  gəlmiş  qoca,  -  yəni  o,  hamıdan  böyük,  -  elə  sən 

özünsən? 

-Eh, əziz balalar,-deyə qoca nə ―hə‖, nə də ―yox‖ cavabı vermədən, donquldandı: - 

Bu həyat ki, var, - çox qəribə şeydir! 

Bu  yerdə  qocanı  dinləyən  dələduzların  hamısı  bir  anlığa  susdu,  çünki  bəzi  şeylər, 

hətta ən alçaq yaramazları belə, düşünməyə məcbur edir. 

  

  

 



İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə