Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə182/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   175   176   177   178   179   180   181   182   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

494 


Bir saat keçməmiş, mehmanxanadakı nömrəsində, qarşısında Skuittinnanın nümayiş 

zalına açılmış Biennale kataloqu və bir şüşə mineral su, siqareti siqaret dalınca sümürə-

sümürə o, yazırdı:  

―...onu (Skuittinnanı) danmaq, qəbul etməmək mümkün olmazdı, baxmayaraq ki, ondakı 

qaçılmaz surətdə şüurla əldə olunan və bəzən həddən açıq şəkildə iqtibas edilmiş üslub 

vasitələri bu qədər aşkardır, həmçinin, ondakı müəyyən qəddarlıq və formal asketizmə 

olan qarşısıalınmaz meyl də onun dialektik təsadüfiliyə istiqamətlənmiş təmayülünü rədd 

etməyərək, fiqurların, nümunələrə xas olan əsaslı seçim xüsusiyyətlərinə uyğun inadlı, 

ritmik düzülüşü kimi bu cür təsviri, daha doğrusu, evokativ bir aktın dəqiq ölçülərini 

təsdiqləyir...‖ 

Bəs, bu ―trompe d`oeil‖in mənasız konsepsiyasını, az da olsa, məhrəm bir ləyaqətlə necə 

ifadə etməli? Bəlkə, belə: 

―Ancaq, Mondrianın öz istifadə vasitələrindən yalnız reallığı anlamaq formasından onu 

dərk etməyə keçid hüdudlarında necə istifadə etməsi məhz burada məlum olur, orada ki, 

bu reallıq özünün daha tələbkar fenomenal hazırlığı ilə təmsil olunacaqdır, ancaq 

punktual bir abstraksiyaya minnətdarən, o, daha əhatəli və görünməmiş bir əməliyyat 

surroqatına qədər genişlənəcəkdir...‖ 

O, yazdıqlarını iki dəfə oxuyub, başını buladı, ―qarşısıalınmaz‖in üstündən xətt çəkib, 

―təsdirləyir‖in qabağında ―inamla‖ sözünü yazdı, iki dəfə də oxudu, yenə başını buladı, 

telefonun dəstəyini qaldırıb, barla calaşdırmağı xahiş etdi, ikiqat viski sifariş verdi və 

kresloda sərələnərək, beynindəki dolaşıq fikirlərə qapıldı. Məmnunluq hissi yox idi. Kim 

bilir, bəlkə, viski onu ilhama gətirəcəkdi. 

Gətirdi də! Bir göz qırpımında. Axı, əgər, - deyə o, birdən özü-özünə söylədi, - əgər 

germetiklərin poeziyasından, bir tələbat kimi, germetik tənqid yaranmışsa, onda 

insafsızlıq olmazdımı ki, abstroksionizmdən də abstrakt bir tənqid yaranış tapmasın? Belə 

bir cəsarətli ideyanın necə vüsət alacağı fikrindən o, hətta bir qədər tərlədi də. Tale 

mələyi, həqiqətən, qanad çalmışdı. Hər şey son dərəcə sadə idi, ancaq bütün çətin şeylər 

kimi sadə. Hər halda, hələ heç kim bu barədə düşünməmişdi. Bəli, o, yeni bir məktəbin 

banisi olacaqdı. Əslində, bu vaxta qədər rəssamlıqda tətbiq olunmuş texnikanı yazı 

səhifələrinə köçürməkdən başqa heç nə qalmırdı. Əvvəlcə, yad bir mexanizmdən istifadə 

edən birisi kimi tərəddüdlə, sonra, sözlər yavaş-yavaş bir-birinin üstünə çıxmağa 

başlayanda bir qədər inamla, nəhayət, get-gedə şiddətlənən bir təkəbbürlə o, yazdı: 

―...onun (Skuittinnanın) dəlillər strategiyasının kontrapunktunda gerçəklik gerçəklik 

əlaqə postulatlarına çoxdan əhəmiyyətini itirmiş köləcəsinə əməl etmədən azad olmağın 

konkret nüvəsi üzə çıxır. Təşəkkül tapmağın aşkar simptomu. Və labüd məqama 

qapılmağın da həmçinin, oradan da modullar konkret substansiyanın görünüşünü əldə 

edir, elə aşkar və hiss olunan ki, daha, poetik özünəməxsusluğun uzunömürlülüyü açıq - 

aydın sübuta yetir‖. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

495 


Malusardi çətinliklə nəfəs alaraq, dayandı. Onu tər basmışdı. Tələsik bir də oxudu. Yox, 

hələ də alınmırdı. Köhnə adətlərinin ətaləti onu geri, həddən artıq çeynənmiş ifadələrə 

qaytarırdı. Bu son zəncirləri də qırmaq, önəmli bir sərbəstliyə nail olmaq gərəkdi. 

O, gözlərini bir anlığa yumub, yazının üstünə şığıdı. 

―Rəssam‖, - deyə o, rəfedilməz bir coşqunluqdan vəcdə gələrək, yazdı, - ―dəərli stetik 

nimurələr din dün dən bədələnmişdr. Ezemistikann zəfri! Özgəbirşeyyox ki, o, 

serpentizmləri əssettriir. Yüskə kvvalitar burlesko yarcılııdı ki, tətrassızz bi sənti 

mütsəsna mziəttərlə fərrləəndimişdrr. Vətezslərn brabəlliyi də Skuittinnada təssilri 

açıllamalarn tam vsətiindədrr. Bu döürədə Tambron, Tambronla mnəassız imitasialar 

edənnərs, elitar səənət ittensifikasyasında hədrən - bədrənlərn aatarşndadılar. Həqqi 

kim...‖ 

 

Malusardi nəfəsini dərəndə artıq, qaranlıq düşmüşdü. Özünü yorğun və əzgin hiss edirdi



sanki onu yaxşıca kötəkləmişdilər. Ancaq xoşbəxt idi. On beş səhifəlik sıx - sıx yazılımış 

vərəqlər ətrafa səpələnmişdi. Onları yığdı. Stəkanın dibində qalmış viskini qurtum - 

qurtum içərək, yazdıqlarını bir də oxudu. Sonda, nəsə qalibiyyət rəqsinə bənzər bir şey 

təsvir etdi. Lənət şeytana, indi o dahi idi, dahi! 

*** 

Son dərəcə məlumatlı, və ya, daha zərif tərzdə desək, ―çox həssas‖ bir qız olan fabrizia 



Smit - Lombrassa divanda tənbəl - tənbəl yayılaraq, böyük maraqla tənqidi məqaləni 

oxuyurdu. Birdən, o, ucadan qəhqəhə cəkdi. ―Qulaq as, qulaq as, Diomeda, gör bir nə 

ləzzətdir! - deyə o, rəfiqəsinə tərəf çevrilərək söylədi,- ―qulaq as, gör Malusardi bu 

bədbəxt fiqurativistlərə necə döşəyib...‖ elitar səənət ittensifikasyasında hədrən - 

pədrənlərn aatarşndadılar! 

Qızlar ikisi də ürəkdən güldü. 

―Çox incə yazıb, söz ola bilməz‖, - deyə Diomeda təsdiqlədi. ―Ah, Malusardi ...mən ona 

pərəstiş edirəm! O, bənzərsizdir! 

 

1. Trompe d`oeil - göz aldanması; burada optik effekt (fransızca). 



2. Via Marqutta - Romada əsasən sənət adamlarının yaşadığı məşhur küçə. 

 

İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 

 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə