Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə179/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   175   176   177   178   179   180   181   182   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

486 


 

Luçano de Kreşentso 

 

Oyanış xidməti 

 

- Sabahınız xeyir, mühəndis, gözəl gündür, eləmi? - deyə, dəhlizdən çıxmağa 



hazırlaşırkən Salvatore məndən soruşur. - Heç elə bil, dekabr deyil. 

- Həqiqətən də, gözəl gündür, Salvatore, bir az da belə getsə, paltomu çıxarıb atıram.  

- Allah-taalanın işidir, - necə deyərlər, görəndə ki, qar yağıb, ancaq günə zərurət var, gün 

ələyər. 


 

- Bəli, bəli, elədir ki, var. 

- Yeri gəlmişkən, mühəndis, zərurət demişkən, danışa-danışa fikrim tamam yayınmışdı, 

bilmirsiz saat neçədir? 

- Saat ona işləyib beş dəqiqə.  

- Hə, vaxtdır... gərək gedib gənc baron De filippisi oyadım. Bəlkə siz də bir-iki dəqiqəlik 

mənimlə gedəsiniz? 

- Hara? Gənc baron De filippisi oyatmağa? 

- Bəli, ancaq evlərinə yox. Keçərik imarətlərinin arxa tərəfinə, pəncərəsinin altından 

çağırarıq. O, birinci mərtəbədə yaşayır. Sizə deməliyəm ki, bazar günlərindən başqa hər 

gün düz saat doqquzda gəlib onu oyatmağıma görə mən gənc baron De filippisdən ayda 

üç min lirə alıram. 

- Heç nə anlamıram, məgər zəngli saatdan istifadə etmək onun üçün daha əlverişli 

olmazdımı? 

- Yoox, mühəndis, elə deyil! Zəngli saat məqsədimizə qətiyyən uyğun gəlməzdi. 

- Axı, niyə? 

- Niyəsini bu saat başa salım, - deyə Salvatore imarətin həyətinə tərəf üz tutaraq cavab 

verir. - Bilməlisiz ki, gənc baron universitetdə oxuyur. Bəli, sinyor, - o, hüquq öyrənir və 

istəyir ki, hər gün səhər saat doqquzda kimsə gəlib onu səsləsin, çünki o, dərslərini 

oxumalıdır, yoxsa diplom ala bilməz.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

487 


- Məncə, kim olur-olsun, səhər saat doqquzda elə özü də asanca oyana bilər. Yenə 

desəydi saat yeddidə, deyərdim hə.  

- Elədir, haqlısınız, ancaq gənc baron, necə deyərlər, bir qədər həddən artıq tədbirlidir, - 

bilmirəm, aydın oldu, ya yox: iş ondadır ki, baronun qadınlardan son dərəcə xoşu gəlir, -

deyə Salvatore bic -bic gülümsəyir. - Və məsələ onunla bitir ki, gecə çəkir saat ikiyə, 

bəzən hətta üçə; bir də ona görə ki, o, Mela diskotekasına rəqs etməyə gedir, nə isə, uşaq 

korlanıb.  

Söhbət edə-edə, nəhayət, gəlib həqiqətən də gənc baronun yatdıgı otağın pəncərəsi altına 

çatırıq. Bu vaxt Salvatore lap alçaqdan, demək olar ki, pıçıltı ilə guya qışqırır:  

- Gənc baron... Baron De filippis... saat doqquzdur... Cənab vəkil... oyanın ...Saat 

doqquzdur. 

- Bura baxın, Salvatore, axı siz bir qədər ucadan qışqırmasanız, o sizi eşitməyəcək. 

- Bəli, mühəndis, elə məntiq də ondadır ki, o məni eşitməsin. Çünki mən ucadan 

qışqırsam, gənc baron mütləq oyanacaq və məndən inciyəcək. 

- Yaxşı, onda niyə gəlib dayanmısınız onun pəncərəsinin altında? 

- Eeh, mühəndis... siz həqiqətən də heç nə anlamadınız! - deyə Salvatore tələsmədən başa 

salır. - Mən ki, sizə dedim, - hər səhər, düz saat doqquzda gənc baronun pəncərəsi altına 

gəlib onu oyatmağa cəhd etdiyimə görə mən ondan ayda üç min lirə pul alıram və öz 

borcumu yerinə yetirdikdən sonra çıxıb gedirəm. Gənc baron isə öz növbəsində, hər səhər 

saat doqquzda gəlib onu oyatmaq üçün göstəriş verməklə hamıya, bir növ, özünün 

əməlisalehliyini nümayiş etdirir, vicdanı qarşısında da təmiz qalır. Siz də indicə buna 

şahidlik etdiniz. Qısası, belə deyək ki, hamının işi öz qaydasında olur. 

Qayda pozuntusu əhvalatı 

- Doktor, deyəsən, cərimə qazanmışıq, -deyə taksi sürücüsü ümidsiz bir tərzdə mənə 

söyləyir.  

- Siz "cərimə qazanmışıq" deməklə nəyə işarə edirsiniz? Mən niyə cərimə qazanmalıyam 

ki? 

- Mənə elə gəlir ki, açıq-aydın qazanmısınız. 



- Düzünə qalsa, anlamıram. Deməli, bu sizə normal görünür ki, maşını sürən qaydanı 

pozursa, arxada oturan cərimə ödəməlidir? 

- Yoox, doktor, üzr istəyirəm, ancaq səhv edirsiniz. Gəlin, düzünü danışaq! Əvvəlcə 

deyirsiz "tələsin", sonra isə, nəticəsi pis olanda cərimə ödəmək istəmirsiniz. 

- Nə "tələsin"?! Tələsməyin bura nə dəxli var?! 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

488 


- Necə yəni nə dəxli var? Siz dayanacaqda maşınıma oturanda mənə nə dediniz? "Tələsin, 

Kapri qayıqlarına tərəf". Belə dediniz, ya yox? 

- Qulaq asın, əslində nəzərə alsaq ki, mən ancaq "Kapri qayıqlarına tərəf" demişəm və 

onu da nəzərə alsaq ki, hətta "tələsin" də əlavə etmişəm - halbuki, bunu təsdiq edəcək bir 

kəs yoxdur, - maşına cavabdeh yalnız və yalnız sizsiniz. 

- Hə də, mənim nəyimə gərəkdi ki, qırmızıda keçirdim? Mən ki, bunu sizin xatirinizə 

eləmişəm, sizə görə eləmişəm ki, qayıqlara çatasınız. İndi buyurun, işləyib hazırca 

qazanmaq əvəzinə, hələ bir itirməliyəm də? 

- Bir də qırmızıda keçməzsiz. 

- Əslində mən sarıda keçmişəm... 

Mənə belə gəlir... Sizi bilmirəm. Hər halda, odur, polis yaxınlaşır, görək nə oxuyacaq. 

- Üzr istəyirəm, nə oxumalıdır ki? Oxuyacaq ki, sürücü qırmızıda keçəndə sərnişin 

vəsiqəsindən məhrum olur? 

- Bilmirəm, indi görərik. 

Yol müfəttişi tələsmədən yaxınlaşır, hərbi qaydada salam verib deyir: 

- Vəsiqəniz və texniki pasportunuz. 

- Bağışlayın, cənab polis, - deyə sürücüm tələb olunan sənədləri çıxara - çıxara söyləyir, - 

bax, siz iş adamısınız , eləmi? Bütün günü də burada, bu yolun ortasında, nə bilim, yagış 

yağdımı, yağmadımı, nə isə...Mən də işləyirəm, ancaq bax, bu cənab isə - Kapriyə gedir! 

İndi siz özünüz deyin, cəriməni kim ödəməlidir?  

- Bir dəqiqə, - deyə polis gülərək söyləyir. - Əgər sinyor özü ödəniş etmək istəyirsə, 

mənim etirazım yoxdur. 

-Nə "ödəniş, ödəniş" salmısınız?! Bircə lirə də verən deyiləm! 

- Əlbəttə, - deyə taksimizi dövrəyə alan "tamaşaçılardan" biri dilənir, - sinyor haqlıdır. 

Cəriməni sürücü ödəməlidir, ancaq sinyor da bilməlidir ki, sonra o özü də sürücüyə eyni 

məbləğdə bəxşiş verməlidir, zərəri ödəməkdən ötrü. 

- Bu bədbəxt ki, ailə başçısıdır, - deyə qoca bir qadın başını taksinin pəncərəsindən içəri 

soxaraq yazıq-yazıq əlavə edir. Özü də yola çıxıb ki, baxsın görsün, necə edə bilər ki, bir 

- iki min lirə toplaya bilsin, indi isə onun hamısını Kapriyə getməli olan bu cənabın 

cəriməsinə verməlidir. 

-Cənab polis, - deyə sürücüm yol müfəttişi ilə dil tapmaqdan ötrü taksidən çıxır, - 

təsəvvür edin ki, tək bircə müştəri tapana qədər mən Qaribaldi meydanında düz üç saat 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə