|
Sərbəst iş №8 Fənn: Ətraf mühitə təsirin qiymətləndirilməsi. Fakültə: Aerokosmik. İxtisas: Ekologiya mühəndisliyi. Qrup: 2431a Tələbə: Tağızadə İqrar. Müəllim: Əliyeva Nailə Mövzu
|
səhifə | 1/3 | tarix | 22.12.2022 | ölçüsü | 68,06 Kb. | | #97735 |
| Sərbəst iş8 əmq
Sərbəst iş №8
Fənn: Ətraf mühitə təsirin qiymətləndirilməsi.
Fakültə: Aerokosmik.
İxtisas: Ekologiya mühəndisliyi.
Qrup: 2431a
Tələbə: Tağızadə İqrar.
Müəllim: Əliyeva Nailə
Mövzu: Neftlə çirklənmiş torpaqların ekoloji təsirinin qiymətləndirilməsi.
BAKI 2022
Abşeron İR torpaqlarında daha çox çirklənməyə məruz qalan bu ərazilərdə xlor (Cl), palladium (Pd), stibium (Sb), terbium (Tb), indium (İn) kimi mikloelementlər landşaftlarda üstünlük təşkil etməklə konsentrasiya klarklarının yüksək olması ilə seçilirlər.
Tədqiq edilən ərazi üçün mikroelementlərin konsentrasiya klarklarının aşağıdakı azalma sırası müəyyən edilmişdir:
Konsentrasiya klarklarının belə yüksək səviyyədə olması Abşerondakı landşaftların bu mikroelementlərlə çirkləndiyini söyləməyə əsas verir.
Azalma sırasından göründüyü kimi mikroelementlərdən Pd (palladium), Cl (xlor), Ag (gümüş), Cd (kadmium), İn (indium), B (bor), Sb (surmə) və Mo (molibden) konsentrasiya klarklarının daha yüksək olması ilə digərlərindən seçilir. Cu (mis), Zn (sink), Sn (qalay), Pb (qurğuşun) kimi mikroelementlərin konsentrasiya klarkları da yüksək olub 2,3-lə 8,3 arasında dəyişir.
Abşeron ərazisindəki torpaqlarda çirkləndirici maddələr demək olar ki, qrunt sularının səviyyəsinə qədər filtrasiya olunurlar. Bəzi hallarda çirklənmə dərəcəsi torpağın buferik xassələrindən yüksək olduğuna görə, karbohidrogen birləşmələri qrunt sularına nüfuz edir. Torpağın buferliyi çirkləndirici maddələrin torpağa və bitkilərə daxil olmasının qarşısını alır. Torpaq qatı uzun müddət ərzində neft və neft məhsulları, kənd təsərrüfatı və digər sənaye tullantıları ilə çirklənməyə məruz qaldıqda bu şərait pozulur.
Digər tərəfdən, ərazinin relyefinə uyğun olaraq, karbohidrogenlərlə çirklənmiş qrunt sularının Xəzərin sahil zolağında tullantı sularla qarışması sahil sularının çirklənməsi təhlükəsini yaradır. Ərazidəki ekoloji vəziyyəti qiymətləndirmək üçün Abşeron yarımadasında landşaftın pozulmasının aşağıdakı 4 halı müşahidə olunur:
— Torpaq-bitki örtüyünün pozulmadığı qənaətbəxş landşaftlar;
— Torpaq örtüyünün bir qədər (zəif) pozulduğu orta səviyyəli landşaftlar;
— Torpaq örtüyünün məhv olub, relyefin dəyişildiyi böhranlı vəziyyətdə olan landşaftlar;
— Landşaftın bütün elementlərinin dəyişib, bütün landşaftdaxili əlaqələrin pozulduğu katastrofik vəziyyətdə olan landşaftlar.
Bu bölgü ərazidəki ekoloji vəziyyəti qiymətləndirməyə imkan yaradır.
Dostları ilə paylaş: |
|
|