BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər


Bolqarıstanın məğlub olması



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə3/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   2   3   4   5   6   7   8   9   ...   120

Bolqarıstanın məğlub olması. 
Səlonik barışığı 
Döyüşən dövlətlər arasında barışıq haqqında danışıqlar davam 
edərkən  Almaniyanın  müttəfiqləri  bir-birinin  ardınca  müharibədən 
çıxmağa başladılar. 1918-ci ilin ikinci yarısında Bolqarıstanı kəskin 
iqtisadi  və  siyasi  böhran  bürüdü.  Ölkə  iqtisadiyyatı  bərbad  hala 
düşdü. Xalq və ordu aclıq çəkirdi. Müharibəni davam etdinnək artıq 
mümkün deyildi. Belə şəraitdə Almaniya da Bolqarıstanı silah, hərbi 
sursat və geyimlə təchiz etməyi dayandırdı. Sentyabrın 15-də Antanta 
ölkələrinin silahlı qüvvələri Dobro çölü rayonunda bolqar ordusunu 
darmadağın  etdi.  Sentyabrın  29-da  isə  müttəfiq  komandanlığı 
Səlonikdə  Bolqarıstanla  barışıq  sazişini  imzaladı.  İmzalanmış 
barışığın  şərtlərinə  görə  Bolqarıstan  işğal  etdiyi  Serbistan, 
Yunanıstan  və  Rumıniya  ərazilərini  boşaltmağı  öz  öhdəsinə 
götürürdü.  Bolqar  yolları  müttəfiq  ordularının  əlinə  keçirdi.  Belə 
vəziyyət  Osmanlı  dövlətinin  və  dağılmaqda  olan  Avstriya- 
Macarıstan imperatorluğunun məğlubiyyətini daha da sürətləndirdi. 
Osmanlı dövlətinin məğlub olması. 
Mondros barışığı 
1918-ci  ilin  oktyabrında  türk  ordusu  Fələstin  və  Suriyada 
məğlubiyyətə  uğradı.  Oktyabrın  30-da  Osmanlı  dövləti  adından 
Hüseyn Rauf, Antanta dövlətləri adından isə ingilis admiralı Kaltorp 
Aralıq  dənizində  Saqqız  (Lemnos)  adasındakı  Mondros  limanında 
barışıq  sazişini  imzaladılar.  Barışığın  şərtlərinə  görə  Qara  dəniz 
boğazları  müttəfiqlər tərəfindən işğal  edilməli;  Osmanlı sularındakı 
bütün  qüvvələr  və  silahlı  mövqelər  haqqında  müttəfiqlərə  məlumat 
verilməli  və  onların  zərərsizləşdirilməsi  üçün  yardım  edilməli; 
müttəfiqlərin  hərbi  əsirləri  İstanbula  gətirilərək  müvafiq  ölkələrə 
təslim  edilməli;  Osmanlı  hökuməti  daxili  nizam-intizamı  və 
sərhədləri qorumaq üçün lazım olacaq hərbi qüvvələrdən başqa qüvvə 
saxlamaq hüququndan məhrum edilməli; ölkə daxilində asayişi 
10 


qorumaq  üçün  lazım  olacaq  qüvvələrin  sayı  müttəfiqlər  tərəfindən 
müzakirə  edildikdən  sonra  müəyyənləşdirilməli;  Osmanlı  sularında 
üzən  hərb  gəmiləri  müttəfiqlərə  təslim  edilməli  idi;  müttəfiqlərin 
mövqelərinə qarşı təhlükə olacağı təqdirdə onlar Osmanlı dövlətinin 
istənilən  strateji  hissəsini  işğal  etmək  hüququnu  saxlayırdılar;  türk 
limanlarından  Osmanlı  dövlətinin  müttəfiqlərinin  istifadə  etmələri 
qadağan olunurdu; Osmanlı hərbi birləşmələri Güney Azərbaycandan 
dərhal  çıxmalı  və  Osmanlı  dövləti  Qafqaz  ərazisinin  müttəfiqlərin 
nəzarətinə  keçməsinə  etiraz  etməməli;  qalib  dövlətlər  Batumu  və 
Bakını  işğal  etməli;  Almaniya  və  Avstriya-Macarıstanın  bütün 
məmurlan  bir  ay  ərzində  Osmanlı  ərazilərini  tərk  etməli;  Hicaz, 
Yəmən, Suriya və Mesopotamiyadakı türk qarnizonları müttəfiqlərə 
verilməli;  Trablis  və  Kirenaikdəki  türk  emissar  zabitləri  İtaliya 
qarnizonuna  tabe  etdirilməli  idi;  hər  hansı  hərbi  əmlakın  məhv 
edilməsi  qadağan  olunurdu;  Osmanlı  hərbi  əsirləri  müttəfiqlərin 
nəzarəti altında mühafizə olunmalı idi. 
Mondros  barışığı  Osmanlı  dövlətinin  vəziyyətini  ağırlaşdırır, 
müttəfiqlərdən asılı hala salırdı. Belə şəraitdə Avstriya- Macarıstanın 
məğlubiyyəti labüd idi. 
Avstriya-Macarıstanın parçalanması və təslim edilməsi. 
Padui barışığı 
1918-ci  ilin  payızında  daxili  sosial,  milli  ziddiyyətlər  və  hərbi 
əməliyyatlardakı  uğursuzluqlar  nəticəsində  Avstriya-Macarıstan 
imperatorluğu  dağılmağa  başladı.  Təsərrüfat  dağınıqlığı,  aclıq  və 
cəbhələrdəki ağır məğlubiyyətlər milli-azadlıq hərəkatını gücləndirdi. 
Avstriya-Macarıstanda  yaşayan  müxtəlif  xalqlar  müstəqil  siyasi 
həyata  qədəm  qoydular.  Oktyabrın  21  -də  avstriyalı  deputatlar 
Avstriya  Müvəqqəti  Milli  Məclisini  yaratdılar.  Oktyabrın  28-də  isə 
Çex Milli Şurası Praqada Çexoslovakiyanı müstəqil dövlət elan etdi. 
Macarıstanda inqilab baş verdi. İmperator Karlın imperiyanı islahatlar 
həyata  keçirməklə  saxlamaq  cəhdləri  uğursuzluqla  nəticələndi. 
Oktyabrın 28-də Avstriya-Macarıstan ordusunun ko- 
11 


mandanlığı  müharibəni  dayandırmaq  xahişi  ilə  İtaliyaya  müraciət 
etdi.  1918-ci  il  noyabrın  3-də  Avstriya-Macarıstan  komandanlığı 
Paduidə təslim olmaq haqqında akt imzaladı. Barışığın şərtlərinə görə 
müttəfiqlər  ölkə  təsərrüfatına  tam  sahib  olurdular.  Avstriya- 
Macarıstanın məğlubiyyətindən sonra ingilis, fransız, italiyan orduları 
Almaniya  üçün  cənub  və  cənub-şərqdən  təhlükə  yaratdılar.  Belə 
şəraitdə Almaniyanın məğlubiyyətə uğrayacağı şəksiz idi. 
Almaniyanın məğlub olması. 
Kompyen barışığı 
Müttəfiqlərinin məğlub olmasına baxmayaraq, Almaniya hərbi 
əməliyyatları hələ də davam  etdirirdi.  Oktyabrın 30-da alman hərbi 
komandanlığı  ingilislərə  qarşı  Kil  şəhərində  bərabər  olmayan  dəniz 
döyüşünə girmək haqqında əmr verdi. Lakin matroslar etiraz edərək 
üsyan  qaldırdılar.  Ölkədə  inqilab  baş  verdi.  İmperator  II  Vilhelm 
Hollandiyaya qaçdı. Noyabrın 6-da Maks Badenski hökuməti barışıq 
bağlamaq üçün müttəfiq orduları komandanlığının yanma nümayəndə 
heyətini  göndərdi.  1918-ci  il  noyabrın  11-də  Fransada  Kompyen 
meşəsində  Retond  dəmiryol  stansiyasında  marşal  Foş  müttəfiqlər 
adından Almaniya nümayəndə heyətinə barışıq şərtlərini təqdim etdi. 
Barışıq  şərtlərinə  görə  Almaniya  işğal  etdiyi  Fransa  ərazilərini, 
Belçikanı,  Lüksemburqu,  Reynin  sol  sahilindəki  vilayətləri  15  gün 
müddətində  azad  etməli,  öz  ordularını  Osmanlı  dövləti  ərazisi, 
Rumıniya, 
Avstriya-Macarıstan, 
həmçinin 
Afrikadakı 
müstəmləkələrindən  çıxarmalı,  silahlı  qüvvələrinin  bir  hissəsini,  5 
min paravozunu, 150 min sərnişin vaqonunu, 5 min yük vaqonunu və 
b.  verməli  idi.  Beləliklə,  Almaniya  bloku  dövlətlərinin  hamısı 
müharibədə ağır məğlubiyyətə uğradılar. Yaxın Şərqdə əsasən Mosul 
və Bakı nefti uğrunda aparılan birinci dünya müharibəsi başa çatdı. 
12 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə