Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə40/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   40

Yanacaq – energetika kompleksi – yanacaq-energetika ehtiyatlarını istehsal edən kompleks.

Yarmarka – əmtəə birjasının sadə forması olub, toptansatış ticarətini həyata keçirir.

Yaşayış minimumu – insanların həyat fəaliyyətinin saxlanması və iş qüvvəsinin təkrar olunması üçün zəruri olan minimum yaşayış vasitələri. Yaşayış minimumu cəmiyyətin inkişafının hazırki şəraitində ən aşağı ictimai zəruri həyat səviyyəsi ilə müəyyən edilir.

Yoxsulluq – hər hansı bir ölkədə əsaslandırılmış normalar üzrə minimum yaşayış vasitələri olmayan cəmiyyətin müəyyən təbəqəsinin iqtisadi vəziyyətidir.

Yoxsulluğun səviyyəsi – əhalinin gəlirinin 50 faizindən çoxu ərzaq məhsullarının alınmasına sərf edilərsə, bu, yoxsulluq hesab edilir.

- Z -

Zloti – Polşa Respublikasının pul vahidi (100 qroşa bərabərdir).

Zəhmətsiz gəlirlər – əsasən bölgü prinsipləri ilə ziddiyət təşkil edən gəlirlər. Onlara əmək fəaliyyəti ilə əlaqədar olmayan, əmək məsrəfləri ilə ölçüyə gəlməyən və qeyri-qanuni yolla əldə olunan gəlirlər aid edilir.

Zəruri əmək – işçinin öz iş qüvvəsini bərpa etmək və ailəsinin tələbatını ödəmək üçün lazım olan məhsulun istehsalına sərf etdiyi əmək.

Zəruri iş vaxtı – ümumi iş vaxtının bir hissəsi olub, iş qüvvəsinin təkrar istehsalını təmin edə bilən zəruri məhsulun yaradılmasına sərf olunan vaxt.

Zəruri məhsul – maddi istehsal işçisinin yeni yaratdığı məhsulun bir hissəsi. Bundan işçinin həyatının və ailəsinin saxlanması üçün istifadə olunur.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları

1901-ci ildən başlayaraq verilən illik beynəlxalq mükafat İsveç mühəndisi - kimyaçısı, ixtiraçı və sənayeçi Alfred Bernard Nobelin (21.10.1833-10.12.1896) adınadır. Nobelin vəsiyyətinə əsasən onun ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir: əvvəllər 31 mln. İsveç kronası olan həmin məbləğin 12,4%-i (3,74 mln. krona) Bakıdakı «Nobel qardaşları» şirkətindən A.Nobelə düşən səhmin hesabına idi. Mükafatın verilməsi üçün Nobelin vəsiyyət etdiyi elmlərin siyahısında iqtisadiyyat elmlərinin adı olmamışdır. 1968-ci ildə İsveç Dövlət Bankı özünün 300 illiyi münasibəti ilə İqtisadiyyat elmləri sahəsində işlərə görə Nobel Xatirə mükafatını təsis etmişdir.

Mükafat Nobelin anadan olduğu gündə elan edilir, vəfat etdiyi 10 dekabr günündə isə Stokholumda və Osloda təntənəli mərasimdə təqdim olunur.

İqtisadiyyat elmləri sahəsində Nobel mükafatı laureatları aşağıdakılardır:
1969-cu il – Yan Tinbergen (Hollandiya), Raqnar Friş (Norveç). İqtisadi proseslərin təhlilinin riyazi metodlarının işlənilməsinə görə.

1970-ci il – Pol Samuelson (ABŞ). İqtisad elmində elmi təhlilin səviyyəsinin yüksəldilməsində töhfəsinə görə.

1971-ci il – Saymon Kuznets (ABŞ). İqtisadi artımın empirik tədqiqinə görə.

1972-ci il – Kennet Errou – (ABŞ), Conn Hikk (Böyük Britaniya). Ümumi iqtisadi tarazlıq və rifah nəzəriyyələri üzrə əsərlərinə görə.

1973-cü il – Vasiliy Leontyev (ABŞ). “Xərclər-buraxılış” (“Sahələrarası balans”) metodunun işlənilməsi və iqtisadi problemlərin təhlilində tətbiqinə görə.

1974-cü il – Fridrix Fon Hayek (Avstriya, ABŞ), Qunnar Myurdal (İsveç). Pul nəzəriyyəsi, konyunktur dəyişiklikləri və iqtisadi, sosial və struktur hadisələrin qarşılıqlı asılılığının təhlili sahəsində işlərinə görə.

1975-ci il – Leonid Kantoroviç (SSRİ), Tyallinq Kupmans (ABŞ). Resurslardan optimal istifadə nəzəriyyəsinin işlənilməsinə görə.

1976-cı il – Milton Fridmen (ABŞ). İstehlak sahəsində tədqiqatları, monetar nəzəriyyə və pul tədavülü tarixinin işlənilməsinə görə.

1977-ci il – Ceyms Mid (Böyük Britaniya), Bertin Ulin (İsveç). Beynəlxalq ticarət nəzəriyyəsi və kapitalın hərəkəti sahəsi üzrə işlərinə görə.

1978-ci il – Herbert Saymon (ABŞ). İqtisadi təşkilatlarda strukturun və qərarlar qəbul edilməsi proseslərinin tədqiqinə görə.

1979-cu il – Artur Lyuis (ABŞ), Teodor Şults (ABŞ). İnkişaf etməkdə olan ölkələrin problemlərinin tədqiqi üzrə işlərinə görə.

1980-ci il – Lourens Kleyn (ABŞ). İqtisadi modellərin yaradılması və onların iqtisadi siyasət və dövri dəyişikliklərin təhlilində tətbiqi üzrə işlərinə görə.

1981-ci il – Ceyms Tobin (ABŞ). Maliyyə bazarlarının istehlak, istehsal, məşğulluq və qiymətlərlə əlaqələrinin tədqiqinə görə.

1982-ci il – Corc Stiqler (ABŞ). Sənaye strukturlarının öyrənilməsi, bazarların fəaliyyətinin təhlili və iqtisadiyyatın dövlət tənzimlənməsinin rolunun təhlilinə görə.

1983-cü il – Jerar Debre (ABŞ). Ümumi iqtisadi tarazlıq nəzəriyyəsi üzrə işlərinə görə.

1984-cü il – Riçard Stoun (Böyük Britaniya). Milli hesablar sisteminin yaradılması və statistik ölçmələrə görə.

1985-ci il – Franko Modilyani (ABŞ). Maliyyə siyasəti problemlərinin tədqiqi üzrə işlərinə görə.

1986-cı il – Ceyms Byukenen (ABŞ). Qərarlar qəbulu nəzəriyyəsinin saziş və konstitusion əsaslarının təhlili üzrə işlərinə görə.

1987-ci il – Robert Solou (ABŞ). İqtisadi artım nəzəriyyəsi sahəsində fundamental tədqiqatlarına görə.

1988-ci il – Moris Alle (Fransa). İqtisadi tarazlıq nəzəriyyəsi, iqtisadi artımın, investisiyaların və faiz dərəcələrinin qarşılıqlı əlaqəsi üzrə tədqiqatlarına görə.

1989-cu il – Tryuqve Haavelmo (Norveç). İqtisadi təhlil nəzəriyyəsinə töhfəsinə görə.

1990-cı il – Harri Markovits, Merton Miller, Uilyam Şarp (hamısı ABŞ). Resursların bölgüsündə həlledici rol oynayan müasir maliyyə bazarları nəzəriyyəsinin işlənilməsinə görə.

1991-ci il – Ronald Kouz (ABŞ). İnstitutsional strukturda və iqtisadiyyatın fəaliyyətində ictimai (transaksiya) xərcləri və mülkiyyət hüquqlarının mahiyyətinin açılmasına, müəyyənləşdirilməsinə görə.

1992-ci il – Harri Bekker (ABŞ). Makroiqtisadi təhlilin tətbiqi sahəsinin genişləndirilməsi və insan kapitalı nəzəriyyəsinin işlənilməsinə görə.

1993-cü il – Duqlas Nort, Robert Fogel (hər ikisi ABŞ). İqtisadi tarix sahəsində yeni istiqamət kimi iqtisadi statistikadan istifadə olunmasına görə.

1994-cü il – Con Xarsani, Con Neş (hər ikisi ABŞ), Reynhard Zelten (AFR). Oyun nəzəriyyəsinin iqtisadi proseslərə tətbiqinə görə.

1995-ci il – Robert Lukas (ABŞ). Səmərəli gözləmələr nəzəriyyəsinin işlənilməsi və tətbiqi, onun iqtisadi siyasətin işlənilməsində istifadəsinə görə.

1996-cı il – Uilyam Vikri (ABŞ), Ceyms Mirrlis (Böyük Britaniya). İqtisadiyyatda kafi olmayan və təzadlı informasiya şəraitində stimullar nəzəriyyəsinin işlənilməsinə görə.

1997-ci il – Robert Merton və Mayron Skoulz (ABŞ). Əsasında bütün maliyyə bazarlarının fəaliyyəti qurulmuş törəmə qiymətli kağızların dəyərinin qiymətləndirilməsi düsturunun işlənilməsinə görə.

1998-ci il – Amartia Sen (Hindistan). Əhalinin rifah halının iqtisadi təhlilinə verdiyi töhfəyə görə.

1999-cu il – Robert Mendell. Açıq bazar iqtisadiyyatlı ölkələrdə pul və maliyyə siyasəti sahəsində tədqiqatlarına görə.

2000-ci il – Makseden Devid. Ev təsərrüfatı istehlakının həllinin ekonometrik təhlilinə görə.

2001-ci il – Spons Maykl. Assimetrik informasiyalı bazarların təhlili sahəsindəki xidmətlərinə görə.

2002-ci il – Smit Vernon. İqtisadi təhlil aparan zaman laboratoriya sınaqları tətbiq etdiyinə görə. Daniyel Kaneman. Psixologiyada tətbiq edilən metodların iqtisadi tədqiqatlarda istifadə edilməsinə həsr olunmuş işlərinə görə.

2003-cü il – Enql Robert, Qrencer Klayv. Müvəqqəti iqtisadi tsikllərin təhlili metodlarına görə, hansıki, ÜDM-in, qiymətin, səhmlərə qiymətin qoyulmasını və s. inkişafını müəyyən etməyə imkan verir.

2004-cü il–Finn Kidland (Norveç), Edvard Preskott (ABŞ). Dinamik makroiqtisadiyyatda zaman amilinin iqtisadi siyasətə təsirinin öyrənilməsinə verdikləri töhfə və işgüzar dövrlərin hərəkətverici qüvvələrinin tədqiqatına görə.

2005-ci il – Robert Aumann (İsrail), Tomas Şellinq (ABŞ). Bizim münaqişənin mahiyyəti anlayışımızın dərinləşdirilməsi və oyunlar nəzəriyyəsinin analizi yolu ilə əməkdaşlığa doğru.

2006-cı il – Edmund Felps (ABŞ). Makroiqtisadi siyasətdə qısa və uzunmüddətli effektlər arasında qarşılıqlı əlaqənin tədqiqinə görə.

2007-ci il – Leonid Qirvits, Erik Meskin, Rodjer Mayerson (ABŞ). Optimal mexanizmlər nəzəriyyəsinin əsaslarının yaradılmasına görə.



1 Борисов Е.В.Экономическая теория. М.-2002 с.8-9.

1 «Игтисади инсан моделляри». Чепурин М.И. вя Киселйованын редактяси иля йазылмыш «Курс экономической теории» дярслийиндян эютцрцлмцшдцр. Киров, «АЪА», 2002.сящ. 18-25.

1 Азярбайъан статистик эюстяриъиляри 2007. сящ.109

1 Мювзуну даща дяриндян юйрянмяк цчцн Теймур Вялийевин «Инфраструктурлар: мащиййяти, тяснифаты вя ящямиййяти», Бакы, 2000-ъи илдя няшр олунмуш китабына мцраъият етмяк олар.

1 Борисов Е.Ф. Экономическая теория. М., 2002. с.362.

1 Борисов Е.Ф. Экономическая теория. М., 2002, с.367.

1 1 Классик нязяриййяйя эюря тядавцл цчцн лазым олан пулун мигдары наьд пула сатылаъаг ямтяялярин гиймятляри ъяминин ейни адлы пул ващидинин дювриййя сцрятиня нисбяти иля мцяййян олунур вя бу формула иля ифадя олунур

М= Яг



Дс


1 Флип Котлер «Маркетингин ясаслары». Бакы, «Ерэцн» - 1993, сящ.10.

1 К.Макконнелл, С.Брйу. «Економикс»., М. 1992. сящ.94-101.




Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə