Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə34/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Müstəqil milli bazarın mühüm struktur halqalarından birini onun milli valyuta bazarı təşkill edir. Və bu bazarda yerli və xarici valyutaların alqı-satqı əməliyyatları həyata keçirilir. Lakin milli valyutanın beynəlxalq dövriyyəyə çıxarılması daha əhəmiyyətlidir və ölkə üçün faydalı nəticələr verir. Buna görə də milli valyuta bazarının beynəlxalq valyuta bazarı ilə əlaqəsinin yaradılması müstəqil milli iqtisadiyyatlarını formalaşdırmaqda olan ölkələr ücün çox vacibdir. Bu sahədə Beynəlxalq Valyuta Fondunun köməyindən istfadə etmək faydalı olar. Milli valyutanın dünya bazarında alqı-satqısı dünya bazarı ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqəsinin genişlənməsinə şərait yaradır və tədriclə milli valyutanın rəqabət mexanizminə qoşulmasına səbəb olur. Beynəlxalq əlaqələrin genişlənməsi ölkələrin milli valyutalarının beynəlxalq dövriyyəyə cəlb olunmasına imkan yaradır və hər bir müstəqil ölkə bu imkandan səmərəli istifadə edib özünün milli iqtisadiyyatını daha da inkişaf etdirməyə çalışmalıdır.
§4. Müstəqil milli iqtisadiyyatın formalaşması və sabit inkişafının

təmin edilməsində dövlətin rolu
Tarixin təbii inkişaf yolunu kecmiş ölkələrdə mili iqtisadiyyatların formalaşması və müstəqil inkişafi prosesi tədriclə olmuş və bu proseslərdə dövlətin iştirakı nəzərə çarpacaq dərəcədə olmamışdır. Ancaq uzun tarixi bir dövr ərzində başqa dövlətlərin tərkibində olub asılı bir cəmiyyətdə yaşamış xalqlara dövlət suverenliyi əldə etdikdən sonra zəif, dağılmış və milli mənafelərə tam uyğun olmayan bir iqtisadiyyat miras qalır. Və bu xalqlar oz suverenliyini qoruyub saxlamaq üçün dövlətin gücündən, siyasətindən istifadə etməklə müstəqil milli iqtisadiyyatlarını formalaşdırmalı olurlar. Dövlətin müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesində yaxından iştirakı onun funksiyalarından ən vacibidir. Bu, özünün keçid dövrünü yaşayan Azərbaycan dövlətinin də funksiyasıdır.

Müstəqil milli iqtisadiyyatın formalaşdırılması keçid dövrü ərzində həyata keçirilir, keçid dövrü isə çətinliklər, ziddiyyətlərlə dolu olan bir dövrdür və belə bir şəraitdə müstəqil milli iqtisadiyyatın formalaşması prosesini kortəbii quvvələrin öhdəsinə buraxmaq olmaz və dövlətin bu proseslərdə iştirakı obyektiv zərurət olur. Əvvəla, milli iqtisadiyyat əsasən xalqın yaşadığı milli ərazilərdə mövcud olan potensial imkanlar, sərvətlər hesabına formalaşdırılır. Dövlətin ən başlıca vəzifəsi millətə məxsus olan torpaqları, sərvətləri yağı düşməndən qorumaqdır. Ərazilərin itirilməsi güclü təbii iqtisadi və insan potensialını itirmək deməkdir. Azərbaycan torpaqlarının 20 %-nin itirilməsi buna parlaq misaldır. İtirilmiş ərazilərdə yüzlərlə sənaye, tikinti, nəqliyyat obyektləri, kənd təsərrufatına yararlı torpaqların 14,8%-i Respublika iqtisadiyyatı ücün işləmir. Yaranmış vəziyyətdən ancaq öz xalqına arxalanan dövlətin gücü ilə cıxmaq olar. İkincisi, müstəqil milli iqtisadiyyat yeni iqtisadi sistem əsasında formalaşır. Buna görə də dövlət yeni iqtisadi sistemin əsaslarının yaradılmasına xidmət edən islahat tədbirləri həyata keçirir, yeni təsərrufat formalarının yaranması və fəaliyyət göstərməsinə iqtisadi, siyasi, hüquqi şərait yaradır. Bu, dövlətin vəzifəsidir. Artıq Azərbaycanın bazar iqtisadiyyatına keçmək istiqamətini götürməsi günümüzün reallığıdır. Buna görə də dövlət orqanlarının əsas fəaliyyəti bilavasitə bazar iqtisadiyyatına keçməyi təmin edən şəraitin yaradılmasına yönəldilməlidir. Ücüncüsü, dövlət müstəqil milli iqtisadiyyatın formalaşdırıılması prosesində bilavasitə iştirak etməklə yanaşı onu xarici müdaxilədən, təzyiqlərdən də qorunmalıdır və bu onun başlıca funksiyalarından biridir. Bu ona görə lazımdır ki, milli iqtisadiyyat öz dayaqları üzərində inkişaf etsin və yenidən asılılığa düşməsin. Dördüncüsü, göstərilən istiqamətdə dövlətin funksiyalarından biri də yeni yaranmış təsərrüfat sisteminin inkişaf etdirilməsi və idarə olunması ilə bağlıdır. Yeni iqtisadi sistemə daxil olub müstəqil milli iqtisadiyyatın məzmununu təşkil edən təsərrüfat formaları məhz keçid dövrü şəraitində yaranır. Bütün bu təsərrüfat formaları dövlət nəzarətində olmalı, onun himayəsi altında inkişaf etməlidir. Bunun ücün dövlət sahibkarlığın inkişafına maddi və mənəvi yardım etməli, sahibkarlığın inkişafına buxov ola bilən inhisarcılıq əleyhinə tədbirlər həyata keçirməli, vergi, qiymət, kredit, faiz kimi iqtisadi vasitələrlə milli sahibkarlığın inkişafını həvəsləndirməlidir. Bununla yanaşı bir mülkiyyətçi kimi dövlət milli iqtisadiyyatın ictimai (dövlət) bölməsini fomalaşdırmalı və idarəetmə sistemini yaratmalıdır. Bütövlükdə milli iqtisadiyyatın inkişaf etdirilməsi, sabitliyin saxlanılması və effektivliyin təmin edilməsi dövlətin iqtisadi fəaliyyəti ilə bağlıdır. Dövlətin həyata keçirdiyi tədbirlər iqtisadiyyatın xüsusi və dövlət bölmələrinin sabit və effektli inkişafına şərait yaratmalıdır ki, hər iki bölmə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə vahid milli iqtisadiyyatın qarşısında duran vəzifələrin öhdəsindən gələ bilsin.

Ümummilli səviyyədə iqtisadiyyatın proqnozlaşdırılması və proqramlaşdırılması, elmi-texniki tərəqqini təmin edən tədbirlərin hazırlanıb həyata keçirilməsi də bilavasitə dövlətə aid olan problemlərdir və dövlət onları həll etməlidir. Beşincisi dövlətin iqtisadi mustəqilliyin təmin edilməsi ilə bağlı həyata keçirməli olduğu tədbirlərlə bağlıdır. İqtisadi mustəqilliyə nail olmaq və onu qoruyub saxlamaq Azərbaycan xalqının strateji məqsədidir. Dövlət bu sahədəki fəaliyyətini keçid dövru başa çatdıqdan sonra da davam etdirir. Ona gorə ki, Azərbaycan Respublikası yaşadıqca onun iqtisadi müstəqilliyi də qorunub saxlanılmalıdır. Bunu Azərbaycan xalqının varlığı, gələcək taleyi tələb edir və buna görə də dövlətin iqtisadi müstəqilliyinin təmin edilməsinə xidmət edən funksiyası, fəaliyyəti dəyişməzdir.

Dövlət milli iqtisadiyyatın fomalaşdırılması və inkişaf etdirilməsi sahəsindəki rolunu reallaşdırmaq üçün özünün iqtisadi siyasət tədbirlərini işləyib hazırlamalı və ardıcıl olaraq həyata keçirməlidir.

Dövlət müstəqil milli iqtisadiyyatının formalaşdırılması sahəsində öz iqtisadi rolunu o zaman muvəffəqiyyətlə reallaşdıra bilər ki, onun yeni təfəkkürlü milli kadrları olsun. Bu kadrlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

      • Ümummilli mənafeyi özünün dar şəxsi mənafeyindən üstün tutmağa, xalqının gələcəyi naminə özünü qurban verməyə hazır olsun;

      • Bazar iqtisadiyyatına dair dərin biliklərə, yüksək iqtisadi təfəkkurə malik olsun;

      • Öz ixtisasını bilməklə yanaşı bazar şəraitində işləməyi bacarsın;

      • Geniş dünyagörüşü, siyasi cəhətdən hazırlıqlı, dərin biliyi ilə fərqlənsin və dünyada gedən proseslərdən baş çıxara bilsin;

      • İdarəetmə, təşkilatçılıq bacarığı olsun, adamlarla işləməyi bacarsın və yorulmadan işləmək qabiliyyətinə malik olsun.

Bu keyfiyyətdə kadrların hazırlanmasına yönəldilmiş dövlət tədbirlər sistemi olmalı və ardıcıl olaraq reallaşdırılmalıdır.

İQTİSADİ TERMİNLƏRİN MÜXTƏSƏR İZAHI
- A-
Abbası – Azərbaycanda uzun illər ərzində dövriyyədə olmuş 20 qəpiklik metal pulun adı.

Abonement – nəyə və kimə isə xidmət göstərmək, istifadə hüququ verən sənəd.

Aborigen – Ölkənin, ərazinin yerli (köklü) əhalisi.

Abstraksiya – hadisələrin təhlili zamanı istifadə olunan mücərrəd yanaşma metodu. İqtisadi təhlil prosesində öyrənilən hadisənin mahiyyətinə xələl gətirməyən ikinci, üçüncü dərəcəli amillərdən sırf – nəzər etmək yəni, şüurlu olaraq nəzərə almamaq.

Avtargiya (yunanca autarkia) – beynəlxalq əlaqələrdən, dünya bazarından təcrid olunmuş halda öz-özünü təmin etmə, müstəqil yaşamaq siyasəti. Bu siyasət əsasən avtoritar rejimlər tərəfindən tətbiq edilir.

Avtoritar rejim – mütləq hakimiyyətə, sərt tabeçilik prinsipinə əsaslanan rejim;İqtisadiyyatda hökümət tərəfindən iqtisadi həyatın geniş miqyasda reqlamentləşdirilməsi və tənzimlənməsi.

Avrovalyuta – öz ölkəsindən kənar banklarda yerləşən xarici valyuta.Məsələn, Almaniya banklarının hesablarında olan ABŞ dolları –“avrodollar”, İsveçrə banklarının hesablarında olan Almaniya markası – “avromarka” adlanır. Avrofrank, avroyena, avrofunt və s. mövcuddur.

Avropa iqtisadi birliyi (AİB) – İqtisadi əməkdaşlığın bir forması. 1957-ci il müqaviləsi əsasında Fransanı, AFR-i, İtaliyanı, Belçikanı, Niderlandı və Lüksemburqu birəşdirən iqtisadi qrup. 1973-cü ilin yanvarında onun tərkibinə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ilin yanvarında isə Yunanıstan daxil olmuşdur. Birliyin təşkilində əsas məqsəd iş qüvvəsinə, kapitalın və istehsal vasitələrinin maneəsiz hərəkətini təmin etməklə bu ölkələrdə iqtisadi inkişafa əsaslı təkan verməkdir.

Avropa valyuta vahidi (EKYU) – avro valyuta vahidi. AİB üzvü ölkələrinin milli valyutaları və birliyi əsasında hesablanan və digər maliyyə-kredit və valyuta əməliyyatlarında hesab aparılarkən istifadə olunan kollektiv valyuta. 1999-cu ildə Vahid avropa valyutası olan “Avro” “EKYU”nu əvəz etdi.

Avuarlar – Xarici banklarda müəyyən istifadə rejimi ilə xarici valyuta, qiymətli kağızlar, qızıl depozitlər formasında saxlanılan vəsaitlər.

Aktivlər – mülkiyyətçinin (sahibkarın) malik olduğu maddi və maliyyə resursları, qiymətli kağızlar, daşınmaz əmlak.

Aqrar məsələ – torpaq, kəndli ilə bağlı məsələdir. Torpaq üzərində mülkiyyətin iqtisadi cəhətdən reallaşdırılması, torpaq əsasında təsərrüfatın təşkili və torpaqdan istifadə üzrə olan münasibətləri əhatə edir.

Aqrar-sənaye inteqrasiyası – kənd təsərrüfatı ilə sənayenin, onunla bağlı olan sahələrinin üzvi əlaqəliyi.

Aqrar-sənaye kompleksi (ASK) – kənd təsərrüfatı ilə sənayenin bəzi sahələrinin birliyi, kənd təsərrüfatı məhsulları istehsal edən (I), aqrar bölmə üçün maşınlar istehsal edən sənayenin (II) və kənd təsərrüfatı xammalının emalı, saxlanması və istehlakçılara çatdırılması, habelə, kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması sahələrinin (III) məcmusu.

Aksiz – bəzi kütləvi istehlak mallarına: spirt, spirtli içkilər, tütün məmulatları, xammal növlərinə, zinət əşyalarına tətbiq olunan dolayı vergi.

Auksion – hərrac (açıq satış), bazarın növlərindən biri, bu bazarda əmtəələr ən yüksək qiyməti verənə satılır.

Azad bazar – azad sahibkarlığa, sərbəst rəqabətə əsaslanan, dövlətin müdaxiləsindən azad olan bazar, bazar qanunlarının dolğunluğu ilə fəaliyyət göstərdiyi bazar.

Azad ticarət – fəaliyyəti kənar qüvvələrin (dövlətin) fəaliyyəti ilə məhdudlaşdırılmayan ticarət. Bu daxili və xarici ticarətin əsas prinsipidir.

Azad sahibkarlıq – xüsusi firmanın öz kapitalından, istehsal resurslarından hansı sahədə necə istifadə etmək, nə və kim üçün istehsal etmək, məhsulunu satmaq və əldə olunmuş gəliri necə bölmək kimi məsələlərin həllində sərbəst davranmaq.

Agent – müvəkkil, başqa şəxslərin tapşırığı ilə müəyyən fəaliyyəti yerinə yetirən hüquqi və fiziki şəxs. İqtisadi münasibətlərin iştirakçısı.

Alıcı bazarı – təklifə nisbətən tələbin artıq olduğu bazar vəziyyəti.

Alıcı qiyməti – alıcının müəyyən vaxt müddətində qiymətli kağızları və ya əmtəəni almağa hazır olduğu ən yüksək qiymət.

Ailə büdcəsi – ailənin müəyyən dövr ərzində pulla hesablanan gəliri və xərcləri,yəni mədaxil-məxarici.

Açıq iqtisadiyyat – sərhədləri başqa ölkələrdən gələn kapital, iş qüvvəsi, əmtəə axını üçün açıq olan və öz əmtəə və kapitallarını başqa ölkələrə sərbəst ixrac edən ölkə iqtisadiyyatı.

Açıq inhisar – bir firmanın müəyyən dövr ərzində bazarda tək satıcı kimi fəaliyyəti. Açıq inhisar şəraitində firma rəqabətdən qorxmur.

Amortizasiya – əsas kapitalın istismarı nəticəsində tədricən onun dəyərinin azalması. Başqa sözlə, avadanlıq istifadə edildikcə öz dəyərini hissə-hissə istehsal edilmiş məhsulun üzərinə keçirir. Amortizasiya ayırmaları hesabına tam sıradan çıxmış avadanlıqların əvəzinə yenisi alınır.

Amortizasiya norması – illik amortizasiya ayırmaları məbləğinin əsas fondların orta illik dəyərinə faizlə nisbəti.

Antiinhisar qanunçuluğu – dövlət səviyyəsində qəbul edilmiş və inhisar əleyhinə mübarizəyə yönəldilmiş qanunlar.

Arbitraj – qarşılıqlı müqavilə öhdəliyinin pozulması ilə əlaqədar olan münaqişənin həll edilməsi yollarından biri.

Arbitraj məhkəməsi – qarşılıqlı öhdəliklər üzrə pozulmuş təsərrüfat müqavilələrinin bərpası üçün daimi fəaliyyət göstərən məhkəmə.

Avropa İttifaqı (Aİ) – 1957-ci ildə Avropa ölkələrinin qarşılıqlı inteqrasiyasını sürətləndirmək məqsədilə yaradılmışdır. 1992-ci ildən Avropa Birliyi (AB) adlanır. İlk vaxtlar 6, sonra 16, hazırda isə 25 ölkəni özündə birləşdirir. Birliyə daxil olan ölkələr arasında maneəsiz iqtisadi əlaqələr mövcuddur.

Asiya inkişaf bankı – 45 ölkəni birləşdirən beynəlxalq bank. Əsası 1968-ci ildə qoyulmuş bu bankın əsas məqsədi milli inkişaf proqramlarının həyata keçirilməsində Asiya ölkələrinə maliyyə, iqtisadi və texniki yardım göstərməkdir. Bankın qərargahı Filippinin Manila şəhərində yerləşir.

Audit – müəssisələrin, firmaların və təşkilatların fəaliyyətinə maliyyə nəzarətinin həyata keçirilməsinin xüsusi forması.

Azad iqtisadi zona – burada milli və xarici sahibkarlara fəaliyyəti üçün əlverişli şərait yaradılır. Bunun üçün ilk öncə müəyyən ərazidə azad iqtisadi zonanın yaradılması haqqında qanun verilir. Orada fəaliyyət göstərən milli və xarici iqtisadi subyektlərin fəaliyyəti üçün güzəştli rejim yaradılır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) – 1990-cı ildə 42 dövlət tərəfindən yaradılmış beynəlxalq iqtisadi qurum. Mərkəzi və Şərqi Avropa ölkələrinin bazar iqtisadiyyatına keçmələrinə maliyyə yardımı etmək məqsədi daşıyır.

Alıcılıq qabiliyyəti pariteti – müxtəlif ölkələrin iki və daha çox pul vahidləri, valyutaları arasında onların müəyyən əmtəə və xidmətlərə görə alıcılıq qabiliyyətəri əsasında təyin olunan nisbət. Alıcılıq qabiliyyəti pariteti müəyyən qrup əmtəələrə görə (xüsusi)və ümumi məhsula görə(ümumi) müəyyən olunur. Məsələn, eyni məhsul dəsti Rusiyada 200 min rubl, ABŞ-da 50 dollar təşkil edirsə, onda alıcılıq qabiliyyəti pariteti 01 dollara 4000 rubl təşkil edir.
- B -
Barrel –dünya bazarında neft satışında ölçü vahidi; neft üçün 1 barrel 159 litrə bərabərdir.

Baza texnologiyaları – məhsul (faydalı qazıntılar) istehsalının(hasilatının) əsas üsulu. BT-nin təkmilləşdirilməsi sayəsində istehsalın bütün texnoloji sistemi yeniləşdirilir. Nəticədə istehsalın səmərəsi yüksəlir.

Baza məlumatı – konkret vaxta aid olan həqiqi sosial-iqtisadi məlumatlardır. Bundan müqayisə zamanı istifadə olunur.

Bazar – əmtəə və xidmətlərin alınıb-satıldığı, ticarət sövdələşmələrinin aparıldığı yer. Alıcı və satıcıları görüşdürən, onların maraqlarını reallaşdıran iqtisadi mexanizm. Bazar mürəkkəb münasibətlər sistemidir və onun çoxsaylı növləri vardır. Bazar öz qanunları və öz mexanizmləri ilə tənzim olunur. Bazarın əsas kateqoriyaları qiymət, tələb, təklif və rəqabətdir.

Bazar iqtisadiyyatı – mövcud iqtisadi sistemlərdən ən geniş yayılmışıdır, azad sahibkarlığa və mülkiyyət çoxnövlülüyünə əsaslanır. Bazar iqtisadiyyatı, bazar təbiətli olub, bazar qanunları ilə tənzimlənən və dövlətin müdaxiləsinin məhdud olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatı kapitalizmin meydana gəlməsi ilə formalaşmışdır.

Bazar infrastrukturu – bazarın normal fəaliyyət göstərməsinə xidmət edən müəssisələr, təşkilatlar, idarələr sistemidir. Buraya əmtəə, fond və valyuta birjaları, əmək birjaları, digər kommersiya təşkilatları (banklar, sığorta təşkilatları və s.) daxildir.

Bazar mexanizmi – bazarın normal fəaliyyətini təmin edən qanun və kateqoriyaların məcmusu. Cəmiyyətdə baş verən iqtisadi prosseslərə bazar vasitəsilə təsir göstərmək. Məsələn, ictimai məhsulun reallaşması, qiymətin, investisiyanın, istehsal vasitələrinin, iş qüvvəsinin və i.a. hərəkətinə bazar vasitəsilə təsir göstərmək. Tələb, təklif, qiymət, rəqabət, mənfəət və s. kateqoriyalarının qarşılıqlı fəaliyyəti.

Bazar sosializmi – iqtisadi sistem olub, maddi ehtiyatların əsas hissəsinin dövlət mülkiyyətində olması və bazar mexanizmindən istifadə olunması ilə səciyyələnir.

Bazar sistemi – qarşılıqlı əlaqədə olan çoxsaylı bazarların məcmusu.

Bazar tutumu (həcmi) – əhalinin tələbinin və əmtəə təklifinin miqdarı ilə xarakterizə edilən, mövcud qiymətlər səviyyəsində əmtəələrin reallaşdırıla bilən həcmi.

Bazar tələbi – tələbin ümumi həcmi, bütün fərdi tələblərin məcmusu.

Bazar qiyməti – alıcı və satıcı tərəfindən reallaşdırılan əmtəənin satıldığı qiymət. Azad rəqabət bazarında tələb və təklifin təsiri altında formalaşan qiymət.

Bazarın təmərküzləşməsi – bazarda əmtəə təklifinin iki, dörd, yaxud səkkiz firmanın əlində cəmləşməsi.

Bazarın subyektləri – bazarın bir-biri ilə qarşılıqlı münasibətdə iki subyekti vardır: alıcı və satıcı və bir də onların arasında vasitəçilik edən şəxs.

Baza valyutası – bütün digər ölkələrin valyutalarının qiymətləndirilməsi üçün baza rolu oynayan valyuta (Məs: ABŞ dolları).

Balans – bir idarə və müəssisənin müəyyən müddət ərzində gəlir və çıxarının yekunu.

Balans dəyəri – mühasibat balansında əsas fondların, vasitələrin, qeyri-maddi aktivlərin və digər dövriyyə vəsaitlərinin dəyər ifadəsində qiymətləndirilməsi.

Banklar – maliyyə-kredit müəssisələri olub, fiziki və hüquqi şəxslərdə sərbəstləşmiş pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyaları yerinə yetirən xüsusi iqtisadi institutlar.

Bank aktivləri – Ssuda və qiymətli kağızlarda yerləşdirilən vəsait, habelə, kassadakı nəğd pullar.

Bank passivləri – bankın öz kapitalı və cəlb olunmuş depozitlər.

Bank zəmanəti – bankın öz müştərisinə pula olan öhdəliyinin yerinə yetirilməsi haqqında zəmanət verməsi.

Bank krediti – sahibkarlara, digər fiziki, hüquqi şəxslərə pul borcları şəklində verilən kredit.

Banknot – Mərkəzi Bankın buraxdığı, nominalı yüksək olan kredit pullarının əsas növü.

Barter – əmtəələrin pulun vasitəçiliyi olmadan mübadiləsi(Ə-Ə mübadiləsi)

Beynəlxalq Valyuta Fondu (BVF) – BMT-nin egidası altında fəaliyyət göstərən və maliyyə-kredit tənzimlənməsi ilə məşğul olan təşkilat. 1944-cü ildə yaranmış və 44 dövlətin üzv olduğu bu təşkilatda hazırda 170 dövlət təmsil olunur. BVF üzv ölkələrə qısamüddətli (1-3 il) güzəştli kreditlər verir, onların tədiyyə balanslarının tarazlaşdırılmasına yardım edir.

Beynəlxalq bazar – dünya ölkələrinin daxil olduqları bazar.

Beynəlxalq əmək bölgüsü – əməyin ictimai ərazi bölgüsünün yüksək forması olub, ayrı-ayrı ölkələrin mübadilə etdikləri müəyyən növ məhsul istehsalı üzrə ixtisaslaşma; ölkələr arasında ictimai istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasını ifadə edən mütərəqqi proses.

Beynəlxalq lizinq – lizinq kampaniyaları tərəfindən bir ölkədə xarici firmadan hər hansı bir əmlakı pulla alıb digər bir firmaya uzun müddət icarəyə vermək. Əsasən texnikanın, maşın və avadanlığın icarəyə verilməsi forması.

Beynəlxalq valyuta-kredit təşkilatı – valyuta və maliyyə-kredit münasibətlərinin tənzim edilməsi məqsədilə beynəlxalq sazişlər əsasında yaradılmış təşkilat. Məs. Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və s.

Beynəlxalq ticarət rüsumu – bu və ya digər ölkənin sərhədindən gömrükxana vasitəsilə buraxılan əmtəələrə qoyulan vergi.

Beynəlxalq qızıl standartı –XIX əsr və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş beynəlxalq valyuta sistemidir ki, ona müvafiq olaraq hər ölkə öz pul vahidlərinin dəyərini qızılın müəyyən kəmiyyəti ilə ifadə edirdi, özünün qızıl ehtiyatı ilə tədavüldəki pul kütləsi arasında dəyişməz nisbəti gözləyirdi və qızılın sərbəst idxal və ixracına yol verirdi. Milli valyuta sərbəst qızıla dəyişdirilirdi.

Bretton-Vud sistemi – 1944-cü ildə Bretton-Vud (ABŞ) konfransında beynəlxalq valyuta sisteminin yeni qaydası müəyyən edilir. Yeni sistem iştirakçı dövlətlərin qəti müəyyən edilmiş qızıl paritetinə və valyuta kursuna əsaslanırdı. Kurs yalnız Fondun icazəsi ilə dəyişdirilə bilərdi. ABŞ dolları (35 dollar 1 unsiya qızıl) əsas ehtiyat və hesablaşma valyutası olaraq qəbul edilir.

Biznes – bazar iqtisadiyyatı şəraitində mənfəət əldə etmək məqsədilə subyektlərin iqtisadi fəaliyyəti. Biznes işgüzar fəaliyyətdir.

Birja – bazar təşkilinin xüsusi forması. Əmtəələrin və qiymətli kağızların kütləvi alqı-satqısı aparılan bazar.

Birja vahidi – nümunəvi birja sazişində nəzərdə tutulan, məlum əmtəələrin standartlaşdırılmış minimal satış həcmi.

Birja qiyməti – tələblə təklifin nisbətlərinə əsaslanmış birja ticarəti qaydası ilə satılan əmtəə və xidmətlərin qiyməti.

Birja məzənnəsi – birjada dövriyyədə olan qiymətli kağızların (səhmlərin, istiqrazların və s. ) satış qiyməti.

Broker (makler, dəllal) – alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs. Broker firmaları mövcuddur. Broker müştərinin adından, onun tapşırığı və hesabına işləyir.

Birja rüsumu – birja komitəsi tərəfindən, onun üzvlərindən və müştərilərindən alınan və onlara birja sövdələşməsi hüququ verən rüsum (vergi).

Birgə müəssisə – məhsul istehsal etmək və xidmət göstərmək məqsədi ilə müxtəlif ölkələrin sahibkarlarının xüsusi əməkdaşlığı əsasında yaradılan müştərək müəssisə.

Beş əsas iqtisadi sual – hər bir iqtisadiyyat beş əsas iqtisadi suala cavab verməlidir: nə istehsal etmək, necə istehsal etmək, istehsal olunmuş məhsulun ümumi həcmini necə bölmək, ümumi məşğulluğa necə nail olmaq və iqtisadi sistemin elastikliyini necə təmin etmək.

Borc öhdəliyi – borc götürənin kreditora verdiyi sənəd. Bu sənəddə borclunun öhdəliyi əks olunur.

Bonus – 1) əlavə mükafatlandırma; 2) saziş şərtlərinə uyğun olaraq alıcının satıcıya güzəştləri.

Bölgü – ictimai təkrar istehsalı fazalarından biri, istehsal amillərinin və istehlak şeylərinin təyinatı üzrə bölünməsini həyata keçirən mexanizm. Bölgünün mahiyyətini istehsal müəyyən edir. O, istehsalın məhsuludur, ancaq istehsalın inkişafına mənfi və müsbət təsir göstərə bilər.

Büdcə – müəyyən vaxtda (1 ildə) dövlətin, yerli idarə orqanlarının, firmaların, müəssisələrin, ailənin və ayrı-ayrı şəxslərin pul gəlirləri ilə xərclərinin balansı, dövlətin əsas maliyyə planı.

Büdcə gəlirləri – büdcəyə birbaşa vergilərdən və dolayı vergilərdən daxil olmalar.

Büdcə kəsiri – büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği.

Büdcə tənzimlənməsi – iqtisadi inkişafın stimullaşdırılması, inflyasiyanın azaldılması, ticarət balansında mənfi meyllərin aradan qaldırılması və s. məqsədlə dövlətin vergi siyasətində və öz xərclərində fəal dəyişikliklər aparması.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə