Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§2. İqtisadi münasibətlər sistemi



Yüklə 6,62 Mb.
səhifə4/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   40
§2. İqtisadi münasibətlər sistemi.
İqtisadi münasibətlər cürbəcürdür və sistem halındadır. Bu sistemdə istehsal vasitələri və istehsalın nəticəsi olan nemətlərin mənimsənilməsi üzrə münasibətlər müəyyənedici rola malikdir. Bu, mülkiyyət münasibətləridir və onun haqqında gələn mövzuda ətraflı danışılacaq. Ancaq burada onu bilmək lazımdır ki, iqtisadiyyatda həlledici mövqe müəssisə sahiblərinə, hazırlanan nemətlərin mülkiyyətçilərinə məxsusdur. Buna görə də sosial-iqtisadi münasibətlər əsasən mülkiyyətin tipindən (formasından) asılıdır. Sosial-iqtisadi münasibətlərin məzmunu və inkişaf istiqamətləri mülkiyyətlə müəyyən olunur.

Təşkilati-iqtisadi münasibətlər. Bu münasibətlər iqtisadi fəaliyyətin təşkili ilə bağlıdır. Belə ki, ictimai istehsal, bölgü, mübadilə və istehlak müəyyən formada təşkil olunmadan baş verə bilməz. Prosesin təşkili insanların birgə fəaliyyəti zamanı zəruridir. (skripkaçı) (arılar, qarışqalar). Bu zaman aşağıdakı təşkilati məsələlər həll edilir:

  • ayrı-ayrı işləri yerinə yetirmək üçün adamları necə bölmək və bütün işçiləri müəssisənin qarşısında duran ümumi məqsəd ətrafında birləşdirmək;

  • Təsərrüfat fəaliyyətini hansı üsullarla həyata keçirmək;

  • Adamların məhsuldar fəaliyyətini kim və necə idarə edəcək.

Bunlarla bağlı təşkilati-iqtisadi münasibətlər üç iri növə ayrılır:

  1. Əməyin bölgüsü və istehsal daxilində (sahələr arasında, müəssisələr arasında və onların bölmələrinin daxilində) onların kooperasiyası.

  2. Təsərrüfat fəaliyyətinin müəyyən formada təşkili (natural, bazar təşkili).

  3. İqtisadiyyatın idarə edilməsi (kortəbii-bazar və planlı dövlət tənzimi).


İqtisadi münasibətlər


Mülkiyyət münasibətləri (sosial-iqtisadi münasibətlər)



Təşkilati-iqtisadi münasibətlər



İstehsalda əməyin bölgüsü və kooperasiyası



Təssərrüfat fəaliyyətinin təşkili

İqtisadiyyatın idarə edilməsi


Sxem 3. İqtisadi münasibətlər sistemi
Sosial-iqtisadi münasibətlər spesifikdir və tarixən keçicidir. İbtidai-icma, quldarlıq, feodalizm, kapitalizmin hər birinin özünə xas olan sosial-iqtisadi münasibətləri var. Mülkiyyətin bir formasının digərini əvəz etməsi ilə sosial-iqtisadi münasibətlər də dəyişir. Ancaq təşkilati-iqtisadi münasibətlər sosial-iqtisadi münasibətlərdən asılı olmayaraq da mövcud olur. Bunlar iqtisadiyyatın ümumi elementləridir. Məsələn, müxtəlif ictimai sistemlərdə təsərrüfatın eyni təşkili formasını tətbiq etmək olar (fabrik, universam, xidmət müəssisəsi və s.). həmçinin, əməyin elmi təşkilini və idarəetmə formasını tətbiq etmək də mümkündür.

Beləliklə, iqtisadi nəzəriyyə iki münasibət tipini öyrənir: 1. Mülkiyyət münasibətlərini (sosial-iqtisadi münasibətləri); 2. Təşkilati-iqtisadi münasibətləri.

§3. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar.
İqtisadiyyat elmi öyrəndiyi hadisə və prosesləri iqtisadi anlayışlar, iqtisadi kateqoriyaların köməkliyi ilə öyrənir, araşdırır, onların mahiyyətini və qanunlarını açıb göstərir. Hər cür anlayış kateqoriya deyildir. İqtisadi kateqoriya real iqtisadi gerçəkliyi əks etdirən məntiqi anlayışdır. İqtisadi kateqoriyalar cəmiyyətin iqtisadi həyatını ümumiləşdirilmiş şəkildə əks etdirir, onun ayrı-ayrı cəhətlərini nəzəri olaraq ifadə edir. İqtisadi münasibətlər nəzəri olaraq iqtisadi kateqoriyalarda ifadə olunur. Mülkiyyət, kapital, pul, mənfəət və s. iqtisadi kateqoriyalardır. Onlar olduqca çoxdur və tədris prosesində onlarla tanış olacağıq.

İqtisadi qanunlar. İqtisadi qanunların iqtisadi nəzəriyyənin predmetinə aid olduğunu yuxarıda göstərdik. İqtisadi qanun da kateqoriyadır, lakin mürəkkəb məzmunlu kateqoriyadır. Nəzəri tədqiqatların gedişində iqtisadi qanunun məzmunu, fəaliyyət mexanizmi və onlardan istifadə etməyin üsul və vasitələri müəyyən edilir.

Ən ümumi formada QANUN şeylər, hadisələr, proseslər arasındakı müəyyən zəruri münasibətdir, bu da onların daxili təbiəti və mahiyyətindən irəli gəlir. Hər cür əlaqə forması qanun deyildir. Qanun hadisələrdəki mühüm, möhkəm, sabit, təkrarlanan, səbəb və nəticə əlaqələrinin ifadəsidir. Qanunları insanlar yaratmır, onlar obyektiv baş verən hadisələr və ya proseslərə məxsusdur. Bu cür hadisə və proseslər həm təbiət, həm də cəmiyyətdə baş verir. Ancaq onların qanunları, o cümlədən də iqtisadi qanunlar bir-birindən fərqlidirlər.

Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektivdir, yəni onlar insanların iradəsindən asılı olmayaraq meydana gəlib fəaliyyət göstərirlər. Ancaq təbiət qanunları insanların tştirakı olmadan fəaliyyət göstərirlər və uzun ömürlüdürlər.

İqtisadi qanunlar isə insanların təsərrüfat fəaliyyəti və iqtisadi münasibətləri ilə bağlıdır. Onlar uzun ömürlü deyildir, müəyyən konkret şəraitlə bağlı meydana gəlib fəaliyyət göstərirlər. Həmin tarixi şəraitin yox olması ilə bağlı onların bir çoxu öz fəaliyyətlərini dayandırır.

İqtisadi qanunlar ən ümumi, ümumi və spesifik qanunlar olmaqla fərqlənirlər.

İqtisadi nəzəriyyə bütün bu qanunları öyrənir, onların fəaliyyət və istifadə mexanizmlərini aşkara çıxarır. Bu iqtisadi nəzəriyyənin ən başlıca funksiyasıdır (dərketmə funksiyası). İqtisadi qanunlarla yanaşı dövlətin qəbul etdiyi və hüquqi qüvvəsi olan qanunlar da var ki, iqtisadi proseslərin təşkili və idarə edilməsində mühüm rol oynayırlar.


Qanunlar



İqtisadi qanunlar





Təbiət qanunları

Hüquqi qanunlar






Ən ümumi:

Bütün istehsal üsullarında fəaliyyət göstərir

Spesifik: bir istehsal üsulunda fəaliyyət

göstərir



Ümumi: bir neçə istehsal üsulunda fəaliyyət

göstərir



Ən spesifik bir istehsal üsulunun fazasında fəaliyyət göstərir




Sxem 4. Qanunlar sistemi
§4. Məhdud resurslar şəraitində istehsal, bölgü, mübadilə və istehlak sferasında

insanların davranışı. Subyektiv-psixoloji qanunlar.
İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyəti, iqtisadi münasibətlər zamanı insanların davranışlarını, onların davranış formalarını da öyrənir. Onların davranışları həm obyektiv şəraitdən, obyektiv iqtisadi qanunların tələbindən və həm də subyektiv-psixoloji amillərdən, subyektiv-psixoloji qanunlardan asılı olaraq baş verir.

İnsanlar məhdud imkanlar və resursların az olduğu bir dünyada yaşayırlar. Hava və günəş şüası istisna olmaqla, insanları əhatə edən və onların istifadə etdiyi nə varsa kəmiyyət və keyfiyyətcə məhduddur. İnsanların fiziki və mənəvi qabiliyyətləri də məhduddur. Vaxtın özü də məhduddur, sutka cəmi 24 saatdır.

Bunlarla belə bu məhdud resurslardan istifadə imkanları, variantları da müxtəlifdir. İnsanların seçimi üçün imkanlar da böyükdür və bu seçim təsərrüfatçı subyektin bacarığından, qabiliyyətindən çox asılıdır. Məsələn, metaldan kosmik raket, traktor, tank, uşaq oyuncaqları və s. düzəltmək olar. Mövcud vaxtdan səmərəli və səmərəsiz istifadə mümkündür. Müxtəlif resurslardan istifadə olunması imkanı onların təbii xassələri ilə bağlıdır. Onlardan alternativ qaydada istifadə edilməsi ilə insanların öz qarşılarına qoyduqları məqsədlərin əhəmiyyətliliyi dərəcəsindən asılıdır.

Resursların məhdudluğu insanları öz tələbatlarını ödəmək naminə alternativ variantlardan istifadə etməyə məcbur edir və o, seçim qarşısında qalır, məhdud resursları hansı məqsədə yönəltmək sualəna cavab vermək və ona uyğun olaraq da addımlar atmaq. Belə şəraitdə təsərrüfatçı subyekt hansı addımları atmalıdır? Nə, necə və kim üçün istehsal etməlidir?

İqtisadi nəzəriyyə iqtisadi subyektlərin müxtəlif maddi və mənəvi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iqtisadi davranışlarını, yəni fərdi və ictimai fəaliyyətləri zamanı hansı qərarlar qəbul edəcəkləri ilə bağlı məsələləri ayırıb öyrənir.

Resursların məhdudluğu onlardan istifadə edilməsində alternativliyi tələb edir. Yəni cəmiyyət seçim qarşısında qalır. Resursları mülkü sahəyə sərf etsin, yoxsa hərbi sahəyə. Məsələn, fərz edək ki, iki əmtəə – tank və yağ istehsal etmək lazımdır. Mövcud resursların hamısı 5 mln.kq. yağ istehsal etməyə çatır. Bu vəsait tank istehsalına sərf edildikdə maksimum 15 min tank istehsal etmək olar. Cəmiyyət yağ istehsalına resursları azaltsa, ancaq onda tank istehsal etmək olar və əksinə. Bütün resurslar tank istehsalına sərf edilərsə cəmiyyət yağsız qalar. Əgər seçim edib hər iki əmtəədən iətehsal etmək istəyirsə resursları lazımi nisbətdə yenidən bölməlidir. Bu istehsalın imkanını göstərir. Resurslardan tam istifadə olunmaya da bilər ki, bu da itkidir. Bizim misalımızda 5 mln. ton yağın dəyəri 15 min tanka istifadə olunur. Bu o deməkdir ki, 5 mln. ton yağ istehsal etmək üçün 15 min tankın istehsalından imtina etmək lazımdır. Burada 5 mln. ton yağın qiyməti 15 min tankda ifadə olunmuşdur. Bu zaman qiymət alternativ dəyərdə ifadə olunur. Deməli, iqtisadi anlamda qiymət alternativ dəyər, yaxud əldən verilmiş imkanlara görə xərclə bağlıdır.

Məhdud resurslar müəyyən nisbətlərdə cəmiyyət tərəfindən yığıma (kapital qoyuluşuna) və istehlaka ayrılmalıdır (bölünməlidir). Burada nisbətlərdən asılı olaraq yığım və istehlakın səviyyəsi dəyişəcəkdir. Bu prosesə obyektiv amillərlə yanaşı subyektiv-psixoloji amillər də təsir göstərir. Məsələn, C.M.Keyns əldə olunmuş gəlirin yığıma və istehlaka ayrılması nisbətinin psixoloji amillərlə bağlı olduğunu göstərir.

İqtisadiyyat sferasında obyektiv iqtisadi qanunlarla yanaşı subyektiv-psixoloji qanunlar da fəaliyyət göstərir ki, iqtisadi tədqiqatlar zamanı nəzərə alınmalıdır.

Təsərrüfatçı subyektlərin iqtisadi davranışlarında subyektiv-psixoloji qanunların olması nə ilə izah olunur?

Məlumdur ki, psixologiya insanın daxili aləmini, ürəyinin səsini ifadə edir ki, bu da insanın şüurunda, iradəsində, tələbatında və digər davranış cəhətlərində özünü göstərir.

İnsanların əksəriyyətinin həyatı təsərrüfat fəaliyyəti ilə bağlı olur, vaxtlarının çoxu buna sərf olunur. Buna görə də çoxsaylı insanlarda iqtisadi psixologiya formalaşır. Buna iqtisadi şüur və təfəkkür, təsərrüfat fəaliyyətinin motivləri və iqtisadi mənafelər daxildir. Bütün bunlar isə insanların maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakında iştirakının real səbəbləridir. Təsərrüfat fəaliyyəti, xüsusilə də bazar münasibətləri şəraitində iqtisadi psixologiyanın müdaxiləsi olmadan mümkün deyildir.

İnsanlar istehsal qərarları qəbul edəndə onları həyata keçirəndə özlərinin iqtisadi düşüncələrinə mənafelərinə uyğun hərəkət edirlər. nəticədə onların təsərrüfatçılıq davranışlarında müəyyən psixoloji qanunlar təzahür edir (meydana çıxır). Bu qanunlara faydalılıq həddinin azalması qanunu, əhali gəlirlərinin istehlaka yığıma bölünməsinə təsir edən qanunlar b. aiddir.

Beləliklə, təsərrüfat fəaliyyətində uzunmüddətli meylləri hərtərəfli öyrənmək üçün, iqtisadi nəzəriyyə iki tip qanunlarıobyektiv iqtisadi subyektiv-psixoloji qanunları öyrənməlidir.

§5. İqtisadi nəzəriyyənin funksiyaları.
İqtisadi nəzəriyyə bir sıra funksiyanı yerinə yetirir. Bunlar aşağıdakılardır:

  1. Dərketmə funksiyası;

  2. Proqnozlaşdırma funksiyası;

  3. Praktiki funksiya;

  4. İdeoloji funksiya;

  5. Metodoloji funksiya.

Dərketmə funksiyası – cəmiyyətin iqtisadi həyatı onun vasitəsilə dərk edilib öyrənilir. İqtisadi hadisə və proseslərin mahiyyətinin öyrənilməsi orada fəaliyyət göstərən qanunların aşkara çıxarılmasına imkan verir. Bu cür öyrənmə faktlardan, çoxsaylı iqtisadi məlumatların və təsərrüfatçı subyektlərin davranışlarının təhlilindən başlayır. Bu cür öyrənmə qərb ədəbiyyatında təsviri elm kimi səciyyələndirilir. Dərketmə prosesində faktların rolu danılmazdır. Faktlara əsaslanan iqtisadi nəzəriyyə özünün elmi xarakterini saxlayır. Faktlar dəqiq, doğru olduqda onlara əsaslanan nəzəri nəticələr də elmi olur. Real faktların elmi şəkildə ümumiləşdirilməsi inkişaf meyllərini və inkişaf qanunlarını açmağa imkan verir. Qərb ədəbiyyatında mövcud faktlara əsaslanaraq çıxarılan nəzəri nəticələr pozitiv elmə aid edilir.

Proqnozlaşdırıcı funksiya - İqtisadi nəzəriyyənin bu funksiyası gələcək illər üçün olacaq hadisələri əvvəlcədən görə bilməyin elmi əsasını işləyib hazırlayır. Bunlar elmi-texniki və sosial-iqtisadi inkişafın proqnozları üçün nəzəri bazadır. Nəzəriyyəyə əsaslanan proqnozlar milli iqtisadiyyatın inkişaf planlarını və proqramlarını hazırlamaq üçün çox əhəmiyyətlidir.

Praktiki funksiya - İqtisadi nəzəriyyənin bu funksiyası dövlətin iqtisadi siyasətinin əsaslandırılması, səmərəli təsərrüfatçılıq etməyin prinsip və metodlarını müəyyən etmək üçün əhəmiyyətlidir. Qərb ədəbiyyatında bunu normativ iqtisadi nəzəriyyə adlandırırlar və bu nəzəriyyə iqtisadiyyat və dövlətin iqtisadi siyasəti necə olmalıdır sualına cavab verməlidir.

İqtisadi nəzəriyyə qarşıya qoyulmuş vəzifələrin (məqsədlərin) yerinə yetirilməsinin mümkün olub-olmayacağını müəyyən etməlidir. İqtisadi nəzəriyyə dövlətin iqtisadi fəaliyyəti və sahibkarlıqla bağlı tövsiyələr hazırlayıb təklif edə bilər. Elmə əsaslanmaqla hazırlanmış iqtisadi siyasət uğurla reallaşdırılır.

İdeoloji funksiya - İqtisadi nəzəriyyə hər hansı bir partiyanın əlində mübarizə vasitəsi olmamalıdır və buna yol vermək olmaz. Bununla belə iqtisadi nəzəriyyə istənilən iqtisadi sistemin ziddiyyətlərini və onların həlli yollarını açıb göstərməlidir. İqtisadi nəzəriyyə təsərrüfatçı subyektlərin yaradıcı fəaliyyətinin ideya-nəzəri əsasını təşkil etməli və onu istiqamətləndirməlidir. Bu bir elm olmaqla, real gercəkliyi olduğu kimi, qərəzsiz əks etdirməlidir. İdeyalarda, baxışlarda dolaşıqlıq, kəskin mübarizə şəraitində yalnız elmilik prinsipi iqtisadi nəzəriyyənin obyektivliyini təmin edə bilər və mövcud iqtisadi sistemin həqiqi mənzərəsini açıb göstərə bilər.

Metodoloji funksiya. Bir çox konkret iqtisad elmləri mövcuddur və onlar üçün nəzəri baza olmalıdır. Belə bir nəzəri baza rolunu iqtisadi nəzəriyyə elmi oynayır.


İqtisadi nəzəriyyənin funksiyaları







Dərk etmə



Praktiki

Metodoloji

İdeoloji

Proqnozlaşdırma


Sxem 5. İqtisadi nəzəriyyənin funksiyaları

§6. İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri.
Tarix boyu toplanmış iqtisadi biliklərə yiyələnmədən iqtisadi şüuru formalaşdırmaq, inkişaf etdirmək və fəallaşdırmaq qeyri-mümkündür.

Qədim elmin ən yüksək nümunələrini antik yunanlar və romalılır yaratmışlar. Bir çox iqtisadi hadisələr: mübadilə, pul, qiymət, ticarət, mənfəət, borc faizi hələ qədim Misirdə, Babilistanda, Çində, Hindistanda. İranda məlum idi.

İqtisadi fikrin meydana gəlməsi ilk növbədə iqtisadiyyatın inkişafı ilə bağlı idi. Qədim dövrldərdə inkişaf etmiş iqtisadiyyat Şərq ölkələrində meydana gəlmişdir. İqtisadiyyatın əkinçilik, heyvandarlıq, sənətkarlıq, ticarət, suvarma sistemləri, şəhər mədəniyyəti də adı çəkilən ölkələrdə yüksək səviyyədə inkişaf etmişdi. İctimai əmək bölgüsü, əmtəə mübadiləsi və pul da qədim şərqdə meydana gəlmişdir. İqtisadiyyatın inkişafı iqtisadi fikirin də məhz Şərqdə meydana gəlməsinə səbəb olmuşdur. Qədim Şərq sivilizasiyası yunan və Avropa mədəniyyətlərinə , elmi fikrin inkişafına, elmi təlimlərin meydana gəlməsinə, o cümlədən də iqtisadi təlimin yaranmasına çox müsbət təsir göstərmişdir. Cəmiyyətin iqtisadi problemlərinin öyrənilməsi sahəsində yunan mütəfəkkirlərinin böyük xidmətləri olmuşdur. Quldarlıq cəmiyyətinin iqtisadi sisteminin, təsərrüfat fəaliyyətinin öyrənilməsində yunan filosofları Ksenofont, Platon və Aristotelin adı ilə bağlıdır, «İqtisadiyyat» («Ekonomiya») məfumunu da elmə onlar gətirmişdir.

Aristotel (b.e.ə. 364-322) Platon (b.e.ə.428-348) iqtisadi həyata dair bilikləri sistemləşdirməyə səy göstərmişlər. Məhz Aristotel təsərrüfat fəaliyyəti ilə bağlı məsələləri öyrənməyə nail olur, iqtisadiyyatı xrematistikadan fərqləndirir. İlk dəfə olaraq iqtisadiyyatı ev təsərrüfatı haqqında elm, xrematistikanı isə ticarət, faiz əldə etməklə varlanmaq elmi adlandırır. O, dəyər, qiymət pul haqqında nəzəriyyəni daha da inkişaf etdirir.

«Ekonomika» - «Ekonomiya» termini də yunan yazıcısı-tarixçisi Ksenofonta (b.e.ə.430-355) məxsusdur. «Eykonomiya»nın mənası isə ev təsərrüfatını idarə etmək, təşkil etmək bacarığı kimi izah olunur.

İqtisadi təlimin sistemli inkişafının sonrakı mərhələsi merkantilistlərin adı ilə bağlıdır. Merkantilizm (ital.merkante, ticarət, tacir) – iqtisadi nəzəriyyə məktəbi kimi İngiltərədə, Fransa və İtaliyada meydana gəlmişdir.

İctimai əmək bölgüsünün mübadilənin inkişafı qapalı natural təsərrüfatın hüdudlarını aşmağa iqtisadiyyatın müəyyən bir dövlətin hüdudları çərçivəsində vahid halda formalaşmasına gətirib çıxartdı. Bütün ölkənin xalq təsərrüfatı haqqında biliklərin yaradılmasına ehtiyac duyuldu.

1615-ci ildə Fransız iqtisadçısı Antuan de Monkretyen (1575-1621) özünün «Siyasi iqtisad traktatı» nəşr etdirir. Onun iddiasına görə istehsalın başlıca məqsədi ticarəti genişləndirməkdən ibarətdir. Monkretyen «Ekonomiya» adını «Siyasi iqtisad»la əvəz edir ki, elmin bu adı indiyə kimi saxlanılır. Elmin adındakı «politeya» sözü qədim yunan mənşəlidir. O, «polis» (şəhər, dövlət) sözündən götürülmüş geniş məna yükünə malikdirdövlət təsərrüfatını, ictimai təsərrüfatı idarə etmək mədəniyyəti deməkdır. Bu dövrün siyasi iqtisadı empirik xarakterdə olub dövlətin istifadə edəcəyi faktları, tövsiyələri verirdi ki, bunlar da dövlətin monarxların gəlirinin artmasına xidmət edirdi.

Merkantilistlər qızıl və gümüşü sərvətin əsas forması hesab edir, daxili və xarici ticarət vasitəsilə bu sərvətin artırılması yollarını göstərməyə çalışırdılar. Merkantilizm xarici ticarətdə dövlət tərəfindən himayəçilik siyasətinin həyata keçirilməsini tövsiyə edirdi. Dövlət öz iqtisadi siyasəti ilə daxili və xarici ticarətin genişlənməsinə, daxili bazarın xarici müdaxilədən qorunmasına yönəldilmiş tədbirlər həyata keçirməli idi. Hansı ölkədə olmasından asılı olmayaraq bütün merkantilistlər dövlətin iqtisadi proseslərə fəal müdaxiləsinə tərəfdar idilər.

Merkantilizmin görkəmli nümayəndələri: İngiltərədə Tomas Man (1571-1641), Fransada A.Monkretyen (1575-1621), Jan Batista Kolber (1619-1683), Rusiyada İvan Pasaşkov (1652-1726) və b. hesab olunur.

İqtisadiyyatda hökmran mövqelərin ticarət kapitalından sənaye kapitalına keçməsilə merkantilizm dövrü də başa çatır. İstehsalın sənaye inkişaf mərhələsinə keçidlə bağlı olaraq klassik siyasi iqtisad meydana gəlir və siyasi iqtisadın inkişafı üçün zəmin yaranır.

Əvvəlcə klassik iqtisad məktəbinin daxilində spesifik cərəyan hesab olunan fiziokratlar məktəbi meydana gəlmişdir.

Fiziokratlar (yunanca təbiətin hökmranlığı deməkdir) – siyasi iqtisad məktəbi, XVIII əsrin ortalarında Fransada meydana gəlmiş, sonralar İtaliyada, İngiltərədə və Almaniyada yayılmışdır. Fransada bu məktəbin yaradıcıları Fransua Kene (1694-1774) və A.Tyurqodur (1727-1781). Fiziokratiya təliminə görə yalnız əkinçilik ictimai sərvəti artırır. Yalnız kənd təsərrüfatı əməyi məhsuldardır və «xalis gəlir» yaradır. Sənaye və ticarətdə «xalis məhsul» yaranmır və qeyri-məhsuldar sahələrdir. Sənaye kənd təsərrüfatının verdiyi xammalı emal edir, ticarət isə hazır əmtəələri satır. Onların gəlirləri «ikinci əldən» asılıdır.

F.Kene ilk dəfə olaraq ictimai məhsulun təkrar istehsalı prosesini xalis məhsulun cəmiyyətdə bölgüsü məsələsini öyrənməyə səy göstərir. Cəmiyyətin üç sinifdən ibarət olduğunu xalis məhsulun bu siniflər arasındakı bölgüsünü özünün «İqtisadi cədvəl»ində şərh edir.

Klassik siyasi iqtisad məktəbi İngiltərədə yaranmış (XVII-XVIII) inkişaf etmişdir. Bu nəzəri məktəbin baniləri Ulyam Petti (1623-1687), Adam Smit (1723-1790), David Rikardo (1772-1823), C.Styuart Mil (1806-1873), Fransa iqtisadçısı Jan-Batist Sey (1762-1832) başqaları hesab olunurlar.

Klassik siyasi iqtisadın bu nümayəndələrinin görüşlərində müəyyən fərqlərin olmasına baxmayaraq onlar kapitalizm iqtisadiyyatını, bazar münasibətlərinin dərindən tədqiq edərək milli gəlirin artırılması haqqında öz təlimlərini yaratdılar və sərvətin mənbəyinin əmək olduğunu göstərdilər. «Əmək sərvətin atası və fəal prinsipi, torpaq isə anasıdır» kəlamı da U. Pettiyə məxsusdur.

Klassiklər azad iqtisadiyyat, tam iqtisadi azadlıq, azad rəqabətin olmasını və dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdırılmasını nəzəri olaraq əsaslandırmağa çalışırdılar.

Klassik məktəb insana öz marağı, mənafeyi olan «iqtisadi insan» kimi baxırdı. Smitə görə «görünməyən əl» iqtisadiyyatı avtomatik olaraq tənzimləyir və sistem uzun müddətli tarazlı vəziyyətdə olur. İşsizlik, ifrat istehsal, yaxud əmtəə çatışmazlığı olmur. A.Smit və D.Rikardoya görə sərvətin ən ümumi forması əmtəə və pulda maddiləşmiş dəyərdir. Dəyərin özü isə əmtəəni istehsal edən işçilərin əməyi ilə yaradılır. A.Smitə görə yalnız əkinçi əməyi deyil, digər sahələrdəki əməklər də sərvət, nemət yaradıcısıdır. Bu məktəb əmək-dəyər nəzəriyyəsi əsasında öz təlimlərini qurmuş və kapitalizm iqtisadi sistemini hərtərəfli təhlil edərək, onun inkişafının qanunauyğunluqlarını açıb göstərmişlər. Onlar əslində bazar iqtisadi sisteminin mahiyyətini, qanunlarını və fəaliyyət mexanizmi haqqında mükəmməl nəzəriyyə yaratmışlar.

K.Marksın iqtisadi təlimi. K.Marks (1818-1883) özünün başlıca iqtisadi əsəri olan «Kapital»da dəyərin əməklə yaradılması nəzəriyyəsini və izafi dəyər nəzəriyyəsini yeni yanaşma ilə tədqiq və şərh etmişdir. K.Marks bazar iqtisadiyyatını - kapitalizm iqtisadi sistemini dərindən təhlil etmiş, Kapital, mənfəət haqqında dolğun nəzəriyyə yaratmışdır. ABŞ iqtisadçısı V.Leontyev yazır ki, kim həqiqətən bilmək istəyirsə ki, mənfəət, əmək haqqı, kapitalist müəssisəsi nədir, o, «Kapital»ın cildlərində bu haqda real cavab tapa bilər. (Borisov. S.48).

K.Marksa görə sahibkarın əldə etdiyi mənfəət də fəhlənin əməyilə yaradılır.

K.Marksa görə cəmiyyətin kapitalist forması öz daxili ziddiyyətlərinin dərinləşməsi nəticəsində məhv olacaq və öz yerini daha mütərəqqi quruluş olan sosializm (kommunizm) cəmiyyətinə verəcəkdir.

Neoklassik nəzəriyyələr. Bu nəzəriyyələr XIX əsrin sonlarında İngiltərədə yaranmışdır. Kembric universitetinin professoru A.Marşall (1842-1924) «Ekonomiksin prinsipləri» (1890) əsərində «Ekonomiks»i siyasi iqtisada qarşı qoyur və onu elmi dövriyyəyə buraxır. O «Ekonomiks»i məhdud resurslar şəraitində nadir (az) olan nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi prosesində iqtisadi subyektlərin davranışları haqqında elm hesab edir.

Neoklassik istiqamət marjinal (fr. Marjinal - hədd) inqilabın nəticəsində meydana gəlmişdir. Bu inqilab: 1.faydalılıq həddi nəzəriyyəsini; 2.əməyin və kapitalın məhsuldarlıq həddi nəzəriyylərini meydana gətirdi.

Neoklassik məktəb əmtəə və xidmətlərin istehlakçılarının bazar davranışlarını öyrənirdi lakin bu məktəb bazar strukturlarını idarə etməyin sistemli nəzəriyyəsini yarada bilmədi. Bu boşluğu siyasi iqtisadın Avstriya məktəbi doldurdu. Məktəbin nümayəndələri K.Menger (1840-1921), Oyken Bem-Baverk (1851-1914) və F.Vizer (1851-1926) əmək-dəyər nəzəriyyəsinin əksinə olan subyektiv-psixoloji konsepsiyanı irəli sürdülər. Bu konsekpsiyaya görə hər bir şəxs nemətin faydalılığına uyğun olaraq nemətin qiymətlitliyini (dəyərini) özü müəyyən edir. Nəzəriyyəyə hədd kəmiyyətlərinin gətirilməsi iqtisadiyaatda riyazi məktəbin yaranmasına səbəb oldu. Bu məktəbin əsas nümayəndələri – ingilis U.Cevons, isveçrəli L.Valras, italiyalı V.Pareto ali riyaziyyatdan istifadə edərək son kəmiyyətləri müəyyən edirlər. Riyazi metodun köməyi ilə istehsalda, bazarda və istehlakda bir çox funksional asılılıqları müəyyən etmək mümkün olmuşdur.

J.B.Seyin «bazar qanunu» (bu qanuna görə təklif həmişə tələbi doğurur – «əmtəə əmtəəyə mübadilə olunur») – əsas götürərək, neoklassiklər bazar iqtisadiyyatının avtomatik olaraq özünü tənzimləməsini, dinamik və böhransız inkişafını əsaslandırırlar.

İqtisad elmində azad bazar tərəfdarları olub, dövlətin iqtisadi proseslərə müdaxiləsinin təhlükəli olduğunu iddia edən avstriya-amerikan iqtisadçısı Fridrix Hayek (1899-1992) və avstriya iqtisadçısı Lyudviq Mizes (1891-1973) kimi iqtisadçıların adları xüsusi olaraq çəkilir.

1929-1933- illər dünya iqtisadi böhranı ilə mikroiqtisadi neoliberal nəzəriyyələrində böhran baş verdi. İqtisadi nəzəriyyədə Keynsçilik bir istiqamət kimi meydana gəldi. Bu məktəb makroiqtisadi problemləri ön plana çəkir dövlətin iqtisadi proseslərə müdaxiləsini zəruri sayır. C.M.Keynsin (1883-1946) 1936-ci ildə çapdan çıxmış «Məşğulluq, faiz pul haqqında ümumi nəzəriyyə» əsəri iqtisadi nəzəriyyədə həqiqi inqilab yaratdı mikroiqtisadi səviyyədə həlli çətin olan bir çox problemlərin cavabını verdi.

C.Keyns Seyin «bazar qanunu»ndan imtina etdi bazarın avtomatik tənzimlənməsi sisteminin olmasına istinad edən neoklassik nəzəriyyəyə qarşı çıxdı. Keynsə görə iqtisadiyyatın «mühərriki» təklif deyil, tələbdir. «Tələb istehsalın təklifin inkişafına səbəb olur». Keyns dövlətin vergi-büdcə pul-kredit siyasətindən istifadə etməyi məsləhət görür.

C.Keynsin nəzəri sisteminin daha da inkişaf etdirilməsində amerika alimləri E.Hansen və P.Samuelsonun xidmətləri xüsusi olaraq qeyd edilir. İqtisad elmində «Ekonomiks»in mövcud olduğu vaxtdan keçən bir dövr ərzində onun məzmununda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bu dəyişikliklər Keynsçi inqilabın, idarəetmə inqilabının, C.Robinsonun «natamam rəqabət», E.Çemberlinin «inhisarçı rəqabət», P.Samuelsonun «qarışıq iqtisadiyyat» və s. sayəsində baş vermişdir.

İqtisadi fikir tarixində xüsusi seçilən nəzəriyyələrdən biri də monetarizmdir. Monetaristlər milli iqtisadiyyatın inkişafını tədavüldə olan pulun miqdarı ilə bağlayırlar. Bu nəzəriyyə iqtisadiyyatı tənzim edən dövlətin pul-kredit siyasətinin əsasını təşkil etmişdir. İqtisadiyyatın dövlət tənzimi, müasir monetaristlərin fikrincə, pul emissiyası və pul kütləsi üzərində nəzarətdən, dövlət büdcəsinin tarazlığına nail olmaqdan, kreditlər üçün yüksək bank faizi qoymaqdan ibarət olmalıdır ki, inflyasiyanın qarşısı alınsın. Monetarizmin müasir konsepsiyası Nobel mükafatı laureatı (1976) Milton Fridmenin əsərlərində aydın şərh olunmuşdur. Fridmenə görə təsərrüfat həyatındakı dəyişikliklər pul emissiyası, pul impulsu ilə bağlıdır. «Təsərrüfat dollar tütəyinin təsiri altında oynayır, onun rəqsini təkrar edir» (M.Fridmen).

Neo klassik makroiqtisadi nəzəriyyə. Bu nəzəriyyə 1970-ci illərdə mikroiqtisadi təhlil prinsiplərinin makroiqtisadiyyata tətbiqi nəticəsində formalaşmışdır. Neo klassiklər «rasional gözləmə» hipotezini irəli sürdülər. Onun müəllifi Nobel mükafatı laureatı (1995), Çikaqo universitetinin professoru Robert Lukas (1937-ci il) olmuşdur. Bu ideyaya görə gələcəkdə gözlənilən qiymətlər iqtisadi qərarlar qəbul edənlərin hamısının davranışlarına təsir göstərən çox mühüm motivdir (kompaniyalar, təşkilatlar və ayrıca ailə üçün). Rasional gözləmə hipotezi daim irəliyə baxmağa və baş verəcək dəyişikliyə uyğun hərəkət etməyi lazım bilir.

Müasir, mühüm iqtisadi nəzəriyyələrdən biri də «təklif iqtisadiyyatı» nəzəriyyəsidir. Onun müəllifi amerika iqtisadçısı Artur Lafferdir. 1970-ci illərdə Keynsçi model əsasında, dövlət tənzimi uğursuzluğa düçar olur.

Bu nəzəriyyə tələb əsasında iqtisadiyyatın dövlət tənziminə, yəni tələbin tənzimlənməsi əleyhinə yönəlmişdir. Laffer və onun tərəfdarlarına görə iqtisadi inkişafın əsas amili tələb deyil, təklifdir. «Təklif iqtisadiyyatı» tərəfdarlarına görə dövlətin iqtisadi proseslərə müdaxiləsi məhdudlaşdırılmalı və şəxsi təşəbbüs stimullaşdırılmalıdır. Bunun üçün: vergilər azaldılmalı, dövlət məsrəfləri ixtisar edilməli, tədavüldə olan pulun miqdarı dövlət krediti siyasəti vasitəsilə azaldılmalıdır. Bu nəzəriyyə 80-ci illərdə «Reyqonomika» siyasətinin mühüm ünsürü olmuşdur.

İnstitusional-sosioloji istiqamət – onun nümayəndələri T.Veblen, C.Kommon, S.U.Mitçell, C.Helbreytdir. Bu istiqamət öz başlanğıcını C.Kommonsun 1924-cü ildə Nyu-Yorkda çıxmış «İnstitusional iqtisadiyyat» kitabından götürmüşdür. Ancaq bu istiqamətin banisi T.Veblen (1857-1929) sayılır. «İnstitusionalizm» (adət, qayda yaratmaq) və «institut» (qayda, qanunla yaxud idarə tərəfindən müəyyən edilmiş) kimi mənaları verir.

Bu istiqamət «iqtisadi insanı» ayrılıqda deyil, onun olduğu mühitlə bağlı öyrənməyi təklif edir. Buna görə də təsərrüfat üçün «iqtisadi insan» «sosial insan» anlayışı ilə əvəz edilir, yəni ictimai münasibətlərin toplusunda olan insanı yaxud «konkret situasiyada olan insanı» başlanğıc götürülür. Dövlət, ailə, mənəvi və hüquqi normalar, korporasiya, həmkarlar, müxtəlif iqtisadi mexanizm, xüsusi mülkiyyət, kredit və s. insanı əhatə edən mühitə aid edilir və bu mühitin iqtisadi proseslərə təsiri öyrənilir.

Başqa bir istiqamət «ictimai seçim nəzəriyyəsi»dir. Burada siyasi və iqtisadi hadisələr qarşılıqlı əlaqə halında tədqiq edilir. Şəxsi maraq (mənafe) nəinki fərdin və firmanın, habelə cəmiyyətin ictimai həyatın hərəkətverici amili hesab edilir. Həqiqətdə isə ictimai həyatda şəxsi maraqların ümumi marağa uyğun gəlmədiyi hallar çox olur.




İqtisadi nəzəriyyənin inkişafının əsas istiqamətləri


Klassik siyasi iqtisad

Marksist siyasi iqtisad

Ekonomiks

Merkantalizm









fiziokratiya məktəbi neoklassik istiqamət

bazar məktəbi keynsçilik
Sxem 6. İqtisadi nəzəriyyənin inkişaf istiqamətləri
İqtisadi nəzəriyyənin inkişafının göstərilən bütün bu istiqamətləri başlıca olaraq Qərb dünyasına məxsusdur. Ancaq bilmək lazımdır ki, iqtisadi fikir şərq ölkələrində, o cümlədən Azərbaycanda da inkişaf etmişdir. Xüsusilə orta əsr şərqində iqtisadi fikirin inkişafı sahəsində nəzərə çarpacaq dərəcədə irəliləyişlər olmuşdur. Bu sahədə Fərabi (870- 950), İbn Sina (980-1037), Burini (973-1048), Bəhməniyar (993-1066), Nizami Gəncəvi (1141-1209), Nəsrəddin Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlərin xidmətləri, elmi fikirləri diqqəti daha çox cəlb edir. Bu dahi şəxsiyyətlərin əsərlərində iqtisadi hadisə, proseslər və onların qanunauyğunluqları haqqında qiymətli fikirlər öz əksini tapmışdır. Onların əsərlərində əmək bölgüsü, mübadilə, sərvət və onun yaradılması, əmtəə, pul, bazar, maliyyə, vergi, sərvətin bölgüsü, əməyin ictimai olması və s. kimi iqtisadi məsələlərə geniş yer verilmişdir.

İslam dininin Azərbaycanda yayılması xalqımızın mədəniyyətinə, sosial-iqtisadi həyatına, dünya görüşünə güclü təsir göstərmişdir. Müqəddəs kitabımız olan «Qurani-Kərim»də və Məhəmməd Peyğəmbərin Kəlam və hədislərində mülkiyyət, sərvət, mübadilə, ticarət, pul, sələm, əmək, bölgü və vergi kimi iqtisadi məsələlərə lazımi qədər yer ayrılmış və onların şərhi verilmişdir.

Azərbaycanda iqtisadi fikirin inkişafında Nizami Gəncəvinin xüsusi yeri vardır. Onun «Xəmsə»sində əmək, sərvət onun mənbəi məsələlərinə xüsusi əhmiyyət verilir, maddi və mənəvi nemətlərin yaradıcısı olan əməkçi insanların fəaliyyətinə yüksək qiymət verir, əmək və peşə bölgüsünün sərvətin artırılmasındakı əvəzsiz rolundan danışır. O əmtəə mübadiləsi, bazar, pul, qiymət, sələmçilik, faiz haqqında və ədalətli cəmiyyətə dair öz düşüncələrini ustalıqla ifadə etmişdir.

Azərbaycan iqtisadi fikrinin inkişafında XIII əsrdə yaşamış Nəsrəddin Tusinin çox böyük xidmətləri olmuşdur. Onun «Əxlaqi-Nasir» və «Maliyyə haqqında tədqiqat» əsərləri iqtisadi fikirlərlə zəngindir və onların öyrənilməsi çox faydalıdır.

Azərbaycan iqtisadi fikiri sonrakı əsirlərdə də görkəmli mütəfəkkirlərin əsərlərində müxtəlif dərəcədə öz əksini tapmışdır. Bu cəhətdən X1X əsrin ikinci yarısında fəaliyyət göstərmiş M.F.Axundov, N.B.Zərdavi, N.B.Vəzirov və digər görkəmli şəxsiyyətlərin iqtisadi fikirləri çox qiymətlidir.

XX əsr Azərbaycan iqtisadi fikirinin inkişafı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökumətin iqtisadi proqramlarında və Sovet dövründə isə fəaliyyət göstərmiş iqtisadçı alimlərin əsərlərində öz əksini tapmışdır.
§7. İqtisadi nəzəriyyənin tədqiqat və şərh metodları.
İqtisadi hadisə və proseslərin tədqiqat və şərh metodlarını dərindən öyrənmədən onların mahiyyətini, qanunlarını, inkişaf meyllərini və qanunauyğunluqlarını lazımi səviyyədə bilmək olmaz.

Metodologiya – həqiqəti elmi dərk etməyin üsulları, vasitələri, priyomları haqqında elmdir və ona yiyələnməklə iqtisadi hadisələr və proseslər öyrənilir, insanların iqtisadi şüuru formalaşdırılır.

İqtisadi həyat haqqında iki cür təfəkkür formalaşır: 1) adi təfəkkür; 2) elmi təfəkkür. İqtisadiyyat hamının marağına toxunan bir sahədir. Onun haqqında hamıda adi təsəvvürlər yaranır. Elmi təfəkkür isə iqtisadiyyatı hərtərəfli, tam halında, sistemli şəkildə əks etdirir. Bu cür təfəkkürə elmi yanaşma yolu ilə nail olmaq mümkündür.

İqtisadi nəzəriyyə təsərrüfat hadisələrinin xarici təzahürlərindən onların mahiyyətinə daxil olur, onların daxili məzmununu öyrənir. Bu zaman bir çox metodlardan istifadə olunur.

Tədqiqat metodları çoxdur və bütün elmlərdə onlardan istifadə olunur. Bu metodları belə qruplaşdırmaq olar:

1.Ən ümumi (fəlsəfi) metodlar – bütün elm sahələrini silahlandırır (məsələn, metafizik və dialektik metod);

2.Ümumi elmi metodlar (tarixi, məntiqi, riyazi və s.);

3.Spesifik metod- bu yanaşmada (elmin hər bir sahəsi üçün).

Metafizik metod – bütün hadisələr ayrılıqda (əlaqəsiz), sakit və dəyişməz halında öyrənilir. Bu cür yanaşma sistemin ayrıca bir elementinin öyrənildiyi halda mümkündür (məsələn, mülkiyyət tipi, bazarın bir növü, pulun funksiyası və s.).

Dialektik metod – iqtisadi nəzəriyyə bu metoda əsaslandıqda həqiqəti tam əks etdirə bilir.

Dialektika – təbiətin, cəmiyyətin və təfəkkürün meydana gəlməsi və inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlimdir.

H.Hegel dialektikanın sistemli nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyədə mərkəzi yeri ziddiyyətlər təşkil edir. Hegelə görə «ziddiyyətlər hər cür inkişafın daxili «mühərriki»dir».

İqtisadi nəzəriyyə iqtisadi hadisə proseslərdə olan ziddiyyətləri onların həlli yollarını öyrənir.

Dialektik metod yalnız ziddiyyətləri deyil, əksliklərin vəhdətliyini də əks etdirir. Məsələn, iqtisadi həyatda bir çox problemlər tərəflərin razılığı əsasında həll olunur.

Tarixi və məntiqinin vəhdətliyi metodu. Hadisələrə tarixi yanaşılır və öyrənilir. Məntiqi əldə olunmuş nəticələr tarixini təsdiq edir. Məntiq – real təsərrüfat həyatında mövcud olan hadisə və proseslərdə səbəb-nəticə əlaqələrini dərindən və düzgün başa düşməyə imkan verən elmi alətdir. Məntiqi yanaşma mürəkkəb təsərrüfat əlaqələrini məntiqi düşünməyə və nəticələr çıxarmağa imkan verir.

İqtisadi tədqiqatlar zamanı təhlil və sintez metodundan geniş istifadə olunur. Təhlil zamanı öyrənilən obyekt tərkib hissələrinə ayrılır. Hər bir hissə ayrılıqda tədqiq olunur və sonrakı pillədə ayrı-ayrı hissələr arasındakı əlaqələr araşdırılır və hadisə bütövlükdə öyrənilir.

XX əsrin II yarısından iqtisadi tədqiqatlarda riyazi metodlardan və statistikadan daha geniş istifadə olunur. Nəticədə iqtisadi-riyazi metodun tətbiqi daha düzgün nəticələr əldə etməyə, modellər qurmağa imkan verir. İqtisadi statistika nəzəri tədqiqatların faktlara əsaslanmasına imkan yaradır. Bu metodların tətbiqi sayəsində dünya iqtisad elminin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. 1969-cu ildən başlayaraq iqtisadi sahədə Nobel mükafatları verilir. Məsələn, bu mükafatı 1970-ci ildə P.Samuelson (ABŞ) – iqtisad elmində elmi təhlilin səviyyəsini yüksəltdiyinə görə alır. 1973-cü ildə V.Leontyev (ABŞ) – «Xərclər - buraxılış» metodunu işlədiyinə görə alır. 1974-cü il F.Hayek (İng.) və Q.Myurdal (İsveç) – pul nəzəriyyəsi, konyunktur dəyişiklik və iqtisadi, sosial və struktur hadisələrinin qarşılıqlı asılılığı haqqındakı işlərə görə mükafata layiq görülürlər.

İqtisadi sahədə Nobel mükafatı alanların əksəriyyəti riyazi-statistik metodlardan geniş istifadə etdikləri üçün yüksək elmi nəticələrə nail olmuşdular.

III Fəsil.

İQTİSADİ SİSTEM VƏ MÜLKİYYƏT

1. İqtisadi sistem: məzmunu, xarakteri ümumi əsasları.

2. İctimai istehsal və onun tərəfləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri.

3. İqtisadi sistemin tipləri. Keçid iqtisadiyyatı.

4. Mülkiyyət: məzmunu, iqtisadi və hüquqi kateqoriya kimi. Mülkiyyət hüququ. Mülkiyyətin obyektləri və subyektləri.

5. Mülkiyyətin formaları və onların reallaşdırılması. Azərbaycanda yeni mülkiyyət formalarının yaradılması.
§1. İqtisadi sistem: məzmunu, xarakteri və ümumi əsasları.
İctimai tşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq lazımdır. Təbiətin öz nizamı, cəmiyyətin isə öz nizamı vardır. Təbiətdə də, cəmiyyətdə də baş verən hadisə və proseslər qarşılıqlı əlaqədə və asılılıqda olur. Bu proseslərdə iştirak edən bütün komponentlər görünməz tellərlə bir-birilə bağlıdır. Bu komponentlərin hər birinin də öz daxili quruluşu, sistemi mövcuddur.

Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür.

Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki hər bir sistemdaxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili komponentlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar.

Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri, özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir. Hər bir iqtisadi sistem müəyyən maddi-texniki baza üzərində formalaşır. Maddi-texniki əsas özünün inkişaf səviyyəsinə görə eyni olmadığı üçün iqtisadi sistemlər də öz məzmununa, inkişaf səviyyəsinə və əlaqələndirici mexanizminə görə müxtəlif olurlar.

İqtisadi sistemlər müxtəlif məzmunlu və səviyyəli olsalar da onların hamısı üç mühüm vəzifəni yerinə yetirməlidir. Bu, məhdud resursların mövcud olduğu şəraitdə nə istehsal etmək, necə istehsal etmək və kim üçün istehsal etməkdən ibarət olan üç vəzifədir. Bu vəzifələri həmin sistemlərdə fəaliyyət göstərən təsərrüfatçı subyektlər yerinə yetirməlidir.

Birinci vəzifə – nə istehsal etməkdir. Burada belə bir qərar qəbul olunmalıdır ki, məhz hansı nemət, hansı keyfiyyətdə və miqdarda istehsal olunmalıdır.

İkinci vəzifə – necə istehsal etməkdir. Burada belə bir qərar verilməlidir ki, nemət (məhsul) hansı məhdud resürslar, onların kombinasiyası və hansı texnikanın köməyi ilə istehsal olunmalıdır.

Üçüncü vəzifə – kim üçün istehsal etməkdir. Bu problem nemətlərin bölgüsü ilə bağlıdır: istehsal olunmuş nemət kimə çatacaq və iqtisadi subyekt hansı məbləğdə ona sahib (malik) olacaqdır.

Bunlar o deməkdir ki, insanların iqtisadi (təsərrüfat) fəaliyyəti, bəzən düşünüldüyü kimi, heç də ixtiyarı bir fəaliyyt deyildir. Nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı müəyyən formalarda həyata keçirilir və həmişə bu və ya digər şəkildə təşkil olunur. Buna görə də iqtisadi sistem (təsərrüfat sistemi) maddi və qeyri-maddi nemətlərin istehsalçısı və istehlakçısı arasındakı əlaqələrin qaydaya salınmış sistemindən ibarətdir.

İnsan cəmiyyətinin tarixi inkişafının müxtəlif dövrlərində mövcud olmuş ibtidai icma təsərrüfatı, quldar latifundiyası, feodal malikanəsi, kapitalist sahibkar müəssisəsi və sosialist müəssisəsinin hər biri özlüyündə bir təsərrüfat sistemidir. Onlar da məhdud resurslar şəraitində fəaliyyət göstərir. Onların hər biri müəyyən maddi-texniki əsasa, münasibətlər sisteminə, təsərrüfatçılıq mexanizminə və idarəetmə formalarına malikdir.

Deməli, təsərrüfat (iqtisadi) sistemi vahid bir orqanizmdir. Ev təsərrüfatı, müəssisə və milli təsərrüfat bu cür vahid təsərrüfatlardır. Onların hər birinin daxili təşkili və idarəetmə sistemi vardır ki, onlar daim yaxşılaşdırılmalıdır.

İqtisadi sistem müxtəlif quruluşlu olur. Bu quruluşu təşkil edən hər bir hissə yarımsistem kimi çıxış edir. Məsələn, məlumdur ki, müasir istehsal iki yarımsistemdən ibarətdir: maddi istehsal sferası və qeryi-maddi istehsal sferası. Bazar sisteminə də bir çox nisbi müstəqil bazarlar daxildir. Müəssisələr müxtəlif sexlərdən, müəssisədaxili idarə sistemlərindən, təchizat və məhsulun satışı və s. şöbələrdən ibarət yarımsistemlərə malikdir.

Milli iqtisadiyyat xalq təsərrüfatı komplekslərini; pul, kredit maliyyə sistemlərini; ümummilli iqtisadi idarəetmə sistemlərini s. özündə birləşdirir.İqtisadiyyatda sistemlərin tipləri formaları müxtəlifdir. Onların ən sadəsi ev təsərrüfatı, mürəkkəbi isə cəmiyyətin sosial-iqtisadi quruluşudur.Təsərrüfatın strukturunda isə müxtəlif «qatlar»ın olduğu aydındır. Bunlardan istehsal texnikası, yəni müxtəlif texniki sistemləri, - robot kompleksi, texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemi s. göstərmək olar.

İqtisadiyyatın təşkiliəmək bölgüsü sistemi, səhmdar cəmiyyətlərdə iştirak sistemi s.

Əməyin ödənilməsi – əməyin ödənilməsi sistemi, tarif sistemi və s.

İqtisadi sistemlər öz xarakteri etibarilə fərqlənir. Birincisi, natural istehsaldır ki, bu müəyyən çərçivədə uzun bir dövr ərzində qapalı şəkildə fəaliyyət göstərir. İkincisi, açıq iqtisadi sistemdir ki, buna misal olaraq əmtəə-bazar təsərrüfatını göstərmək olar. Bunların haqqında sonrakı mövzularda geniş danışılacaq.

Beləliklə, iqtisadi sistemmaddi qeyri-maddi nemətlərin xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi istehlakı zamanı yaranmış, bir-birilə möhkəm tellərlə bağlı olan təsərrüfat münasibətlərinin məcmusudur.


İqtisadi sistemin xarakterik xüsusiyyətləri










Təsərrüfatçılığın maddi və ictimai tərəflərinin qarşılıqlı asılılığı: subyekt-əşya- əşya-subyekt

İqtisadi sistemin bütün tərkib hissələrinin vəhdətliyi və bütövlüyüdür. İstehsal-bölgü-mübadilə-istehlak

Strukturunun mürəkkəbliyi: iqtisadiyyatın hər elementi ayrılıqda iqtisadi sistemin bir hissəsidir, yaxud yarım sistemidir



Sxem 1. İqtisadi sistemin xysusiyyətlri
İqtisadi sistemi təşkil edən əsas ünsünlər bunlardır:

1.İqtisadi resurslar üzərində qərarlaşmış mülkiyyət formaları və təsərrüfat fəaliyyətinin nəticələrinin mənimsənilməsinə əsaslanan sosial-iqtisadi münasibətlər;

2.təsərrüfat mexanizmi və iqtisadiyyatın təşkili və idarə edilməsi formaları, iqtisadi fəaliyyətin tənzimlənməsi üsulları;

3.təsərrüfat subyektləri arasındakı konkret iqtisadi əlaqə formaları.

Cəmiyyətin məhsuldar qüvvələri iqtisadi sistemin maddi-texniki əsasını insani potensialını təşkil edir.

Akademik Q.P.Juravlyeva iqtisadi sistemin aşağıdakı ümumi momentlərini göstərmişdir:

    1. İstehsal qüvvələri – məhsuldar qüvvələr: 1) təbii resurslar, insanların imkanları və s. 2) ictimai qüvvələr (istehsal vasitələri, əmək bölgüsü və s.), ümumi qüvvələr (elm, təhsil, mədəniyyət) və s.

    2. İqtisadi münasibətlər: 1) sosial-iqtisadi münasibətlər (mülkiyyət münasibətləri), 2) təşkilati-iqtisadi münasibətlər (təcrübə mübadiləsi, menecment, marketinq və s.), 3) texniki-iqtisadi münasibətlər.

Adı çəkilən müəllifə görə iqtisadi sistem – istehsalçılarla istehlakçılar arasında, maddi nemətlər istehsalı sahələri ilə qeyri-maddi istehsal sahələri və xidmət sferası arasında əlaqələrin qaydaya düşmüş, müvazinətli olan sistemidir.

C.Helbreytin fikrincə «Ən yaxşı iqtisadi sistem insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir». Bunun üçün iqtisadi sistem aşağıdakı məsələlərin həllinə nail olmalıdır:

  1. İqtisadiyyatın optimal strukturu formalaşdırılmalıdır;

  2. İqtisadi fəaliyyətin bütün növlərinin əlaqəsini təmin etməlidir;

  3. Sosial məqsədlərin həyata keçirilməsini təmin etməlidir.


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə