Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə6/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   40

Bir iqtisadi sistem kimi bazar iqtisadiyyatı XVI - XVIII əsrlər ərzində formalaşmışdır. öz inkişafında iki əsas mərhələdən keçmişdir: 1. azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı; 2. müasir bazar iqtisadiyyatı.


Azad rəqabətin hakim olduğu mərhələdə əsas tənzimləyici mexanizm bazarın öz mexanizmidir, dövlət iqtisadi proseslərə əsasən müdaxilə etmir.

Müasir bazar iqtisadiyyatı şəraitində bazarın öz mexanizmi, inhisar mexanizmi və dövlət tənzimi mexanizmi eyni vaxtda fəaliyyət göstərir. (Bu iqtisadi sistem haqqında sonra ətraflı danışılacaq).

III. Planlı iqtisadi sistem. Bu iqtisadi sistem istehsal vasitələri və digər iqtisadi resurslar üzərində ictimai (dövlət) mülkiyyətə, iqtisadiyyatın mərkəzdən planlı idarə olunmasına əsaslanır. Əsas iqtisadi qərarlar mərkəzləşdirilmiş qaydada qəbul olunur.

Ölkənin sosial-iqtisadi inkişaf planları hazırlanır, icra olunmaq üçün yerlərə, müəssisələrə çatdırılır. Plan tapşırıqlarının yerinə yetirilməsi üçün resurslar tapşırıqlara uyğun olaraq bölüşdürülür. İstehsal edilmiş məhsullar planlı qaydada istehlakçılara çatdırılır. Planların yerinə yetirilməsi üzərində mərkəzi nəzarət həyata keçirilir s. Burada söhbət mərkəzdən planlı idarə edilən bütün iqtisadiyyatı əhatə edən bir sistemdən gedir. Buna misal olaraq keçmiş SSRİ iqtisadiyyatını göstərmək olar.

IV. Qarışıq iqtisadi sistem. Bu sistem haqqında vahid fikir yoxdur. Bu sistem aşağıdakı cəhətləri ilə xarakterizə olunur:

  1. Burada iqtisadiyyatın xüsusi dövlət bölməsi eyni vaxtda fəaliyyət göstərir.

  2. Bu iqtisadi sistemdə bazar mexanizmi ilə yanaşı dövlət tənzimi mexanizmi fəaliyyət göstərir.

  3. Bu iqtisadi sistemdə bazar mexanizmi və plan mexanizmindən istifadə olunur.

  4. Qarışıq iqtisadi sistemdə iqtisadiyyatın sosial yönümü güclüdür. Burada sosial müdafiə tədbirləri geniş miqyasda həyata keçirilir.

V. Keçid iqtisadiyyatı. Bu keçid xarakterli olduğuna görə keçid iqtisadiyyatı adlanır bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçməklə bağlı olaraq yaranır müəyyən bir dövr ərzində mövcud olur. Hal-hazırda keçmiş sosialist ölkələrindəki, o cümlədən Azərbaycanın müasir iqtisadiyyatı keçid iqtisadiyyatıdır. Burada mərkəzdən idarə olunan iqtisadi sistemdən bazar iqtisadiyyatı sisteminə keçid prosesi gedir. Bu proses müəyyən dövr ərzində baş verdiyinə görə ona keçid dövrü iqtisadiyyatı da deyilir. Keçid iqtisadiyyatı aşağıdakı cəhətlərlə səciyyəvidir:

  1. Burada eyni zamanda həm keçmiş sistemin iqtisadi münasibətləri və həm də yeni meydana gələn sistemin münasibətləri mövcuddur.

  2. Keçid dövrü iqtisadiyyatı çoxukladlıdır, müxtəlif təsərrüfat formaları fəaliyyət göstərir.

  3. Bu iqtisadiyyatın özünəməxsus təsərrüfatçılıq mexanizmi və idarəetmə sistemi vardır.

  4. Keçid iqtisadiyyatı şəraitində sosial-iqtisadi ziddiyyətlər çox və kəskin xarakterdə olur.

  5. Keçilməsi nəzərdə tutulan yeni iqtisadi sistem keçid dövrü şəraitində formalaşır.

Bu mövzu haqqında sonra ətraflı danışılacaq.

§4. Mülkiyyət: məzmunu, iqtisadi və hüquqi kateqoriya kimi. Mülkiyyət hüququ. Mülkiyyətin obyektləri və subyektləri.
Mülkiyyət bütün iqtisadi sistemlərin əsasıdır. Mülkiyyət münasibətlər sistemidir. Dünyanın görkəmli elm xadimləri mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi mahiyyətini və onun cəmiyyətin həyatında oynadığı rolunu açıb göstərmişlər.

Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da o, əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir (Hegel).

İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. İctimai formada mənimsəmənin müxtəlif formalarda olduğunu başa düşmək üçün aşağıdakı sualların cavablarına fikir vermək lazımdır. Bu müəssisə kimindir? –Mənimdir! Bu müəssisə kimindir? – Sahibkarındır! Bəs bu müəssisə kimindir? – Bizimdir! O müəssisə kimindir? – Dövlətindir və s. Burada mənimdir, sahibkarındir, bizimdir və dövlətindir ifadələri mənimsəmənin (mülkiyyətin) müxtəlif formalarda olduğunu ifadə edir.

Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir. Mülkiyyət münasibətləri istehsal vasitələri və istehsalın nəticələrinin mənimsənilməsinə görə insanlar arasında yaranan və müntəzəm təkrar olunan iqtisadi münasibətlər sistemidir.


Мцлкиййят мцнасибятляри бунлары характеризя едир




Истещсал ресурсларына сярянъам вермя вя истифадя шяртлярини


Иш гцввясинин истещсал васитяляри иля бирляшмяси цсулуну






Истещсалын мягсядини вя

ъямиййятин типлярини мцяййян едир



Истещсал васитяляри цзяриндя мцлкиййят мцнасибятляри – сосиал -игтисади мцнасибятлярин ясасыны тяшкил едир


Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur.

Müasir iqtisadi nəzəriyyədə «mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi»ndən geniş istifadə olunur. Bu nəzəriyyənin müəllifi ABŞ iqtisadçısı R.Kouzdur və onun çoxlu tərəfdarları vardır. Bu nəzəriyyə tərəfdarları öz tədqiqatlarında «mülkiyyət» deyil, «mülkiyyət hüququ» anlayışından istifadə edirlər. Bu müəlliflərə görə özlüyündə resurslar mülkiyyət deyil, «resurslardan istifadə etmək hüququ mülkiyyətdir – bax bu mülkiyyəti təşkil edir.» (Çepurin, Kiselyova, s.69).

İngilis hüquqşünası A.Oner 1961-ci ildə aşağıdakı 11 mülkiyyət hüququnun olduğunu göstərmişdir.

  1. Sahib olma hüququ – nemət üzərində tam fiziki nəzarət hüququ:

  2. İstifadə hüququ – nemətin faydalı xassəsini özün üçün istifadə etmək:

  3. İdarəetmək hüququ – nemətin istifadə olunmasını kimin və necə həyata keçirəcəyinə qərar vermək:

  4. Gəlir götürmək hüququ – nemtin istifadə olunmasından əldə olunan nəticəyə sahib olmaq hüququ:

  5. Suverenlik hüququ – neməti özgəninkiləşdirmə, istehlak etmək, məhv etmək, dəyişmək hüququ:

  6. Təhlükəsizlik hüququ – nemətlərdən məhrum olmaqdan və xarici mühitin vurduğu ziyandan qorunmaq hüququ:

  7. Nemətin vərəsəliyə verilməsi hüququ:

  8. Nemətlərə sahib olmanın möhkəmliyi hüququ:

  9. Ziyanlı istifadədən müdafiə hüququ – digər təsərrüfat agentlərinə ziyan vura biləcək formadan istifadəyə qadağa qoymaq:

  10. Cəzalandırmaq formasında cavabdehlik hüququ – yəni nemətin borca görə ödənilməsinin mümkünlüyü:

  11. Pozulmuş hüquqların bərpa etdirilməsi hüququ – bu qalıq xarakterli hüquq adlanır.

Mülkiyyət hüququ «oyun qaydaları»ndan başqa bir şey deyildir. Bu davranış qaydaları, münasibətləridir hamı onlara əməl etməlidir. Bu hüquq dövlətin müəyyən etdiyi normalar, qəbul etdiyi qanunlar çərçivəsində həyata keçirilir.

Mülkiyyətin obyektləri və subyektləri vardır.

Mülkiyyətin obyektləri – mülkiyyət ola biləcək hər şey, yəni mülkiyyətin maddi varlığı hesab olunur. Məsələn, torpaq, zavod, bina, zinət əşyaları, pul, iş qüvvəsi və s.

Mülkiyyətin subyektləri – mülkiyyətin sahibləri: dövlət, kollektivlər, icma, sosial qrup, təşkilat, şəxs və s.
§5. Mülkiyyətin formaları və onların reallaşdırılması. Azərbaycanda yeni mülkiyyət formalarının yaradılması.
İnsan cəmiyyətinin bütün inkişaf dövrlərində, bütün ictimai-iqtisadi formasiyalarda mülkiyyətin müəyyən tipi və ona uyğun gələn formaları olmuşdur.

Mülkiyyətin iki əsas tipi məlumdur: 1. İctimai mülkiyyət tipi; 2. Xüsusi mülkiyyət tipi.

İctimai mülkiyyət tipinin iki əsas forması vardır: 1. İcma mülkiyyəti; 2.Sosialist ictimai mülkiyyətibu geniş mənada dövlətə məxsus olan mülkiyyət formasıdır. Kooperativ mülkiyyəti ictimai mülkiyyətdir. Müasir ədəbiyyatda dövlətlərə məxsus olan mülkiyyət ictimai mülkiyyət adlanır.

Xüsusi mülkiyyət tipi. Bu tipin əsas formaları:

  1. quldarlıq xüsusi mülkiyyət forması – burada istehsal vasitələri və qullar üzərində quldarların şəriksiz mülkiyyəti mövcud olur.

  2. feodal torpaq mülkiyyəti forması – burada torpaq üzərində feodalın tam, təhkimli kəndli üzərində natamam mülkiyyəti mövcud olur.

  3. kapitalist xüsusi mülkiyyət forması. Burada istehsalın bütün maddi amilləri üzərində xüsusi kapitalist mülkiyyətidir. İş qüvvəsinin sahibi olan işçi isə öz iş qüvvəsinin mülkiyyətçisidir.

Hər mülkiyyət tipinə uyğun olan digər forma növlər vardır.

Hər bir iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması vardır. Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir. Təkrar olmasın deyə mülkiyyətin forması ilə təsərrüfatın formasını bir yerdə şərh edəcəyik.

I. Fərdi mülkiyyət formasıbu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);

II. Xüsusi mülkiyyət forması – bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.

III. Dövlət mülkiyyəti forması – bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.

IV. Kooperativ mülkiyyət forması – Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooperativ hüquqi şəxsdir.

V. Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənin bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, ondan istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müəyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.

VI.Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.

VII.Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində dividend (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.

VIII.Şəxsi mülkiyyət - ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən na varsa hamısını əhatə edir.

IX.Qarışıq mülkiyyət – müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyilə həyata keçirilir.

X. İntellektual mülkiyyət – intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə, kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda «İntellektual mülkiyyət»lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanmışdır. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilmişdir: patent hüququ; müəlliflik hüququ və s. intellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s ilə bağlıdır.

İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri konstruktor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.

Bütün bunlarla yanaşı mülkiyyətin çoxsaylı törəmə formaları da vardır. Dini icmaların, könüllü ictimai təşkilatların və s. törəmə mülkiyyət formalarıdır. Səhmdar, kooperativ, qarışıq mülkiyyətlər də müəyyən mənada törəmədir.

Azərbaycanın keçid dövrü şəraitində yuxarıda göstərilən bütün mülkiyyət formaları vardır.

Mülkiyyət formaları iqtisadi və hüquqi cəhətdən reallaşdırılır.

İqtisadi cəhətdən reallaşdırma o deməkdir ki, mülkiyyət sahibinə gəlir gətirsin, yəni iqtisadi xeyir versin. iqtisadi reallaşdırma gəlir, mənfəət, faiz, renta və s. əldə etməyə imkan yaradır.

Hüquqi cəhətdən reallaşdırma – sahibolma, sərəncamvermə və istifadəetmə, obyektin satılması, icarəyə verilməsi və s. ilə bağlıdır. Bu hallarda qanunvericilikdə nəzərdə tutulmuş normalar, qaydalar əsas götürülür və bütün əməliyyatlar sənədləşdirilib təsdiq edilir.

Müasir dövrdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi gedir. Nəticədə mülkiyyətin müxtəlif formaları yaradılır ki, bu da bazar iqtisadiyyatına keçmək üçün obyektiv zərurətdir. Azərbaycanda təsvir olunmuş mülkiyyət formaları.


Азярбайъанда мцасир мцлкиййятин формалары
Azərbaycanda müasir mülkiyyətin


formaları

Хцсуси

Бялядиййя

Дювлят

Sxem 3. Azərbaycanda təsbit olunmuş mülkiyyət formaları


Müasir dövrdə mülkiyyətin iqtisadi sahəsində müəyyən dəyişikliklər baş verir ki, bu da özünü mülkiyyətin fərdiləşməsində, mülkiyyətin difersifikasiyasında bəzi mülkiyyət formalarının güclənməsində və s. göstərir.


Мцлкиййятин инкишафынын

мцасир мейлляри





Тясяррцфатчылыьын айрылмасы мясялян кянд тясяррцфатында тясяррцфатчылыьын иъаря формасы, сянайедя-истещсалын тяшкилинин модул цсулу

Мянимсямянин фярдиляшмяси

Мцлкиййятин кооператив вя диэяр ири мигйаслы формалары чярчивясиндя щяр бир шяхс хцсуси мцлкиййятчи олур




Активлярин мягсядли истифадясинин

Иътимаи мящдудулуьу (мяс. кянд

тясяррцфат тяйинатлы торпаг)

Мцлкиййятин диверсификасийасы

мянимсямянин минлярля сящмдар-

лара сяпялянмяси




Мцлкиййятин мцхтялиф формаларынын

эцъляндирилмяси

Дювлятсизляшмя вя юзялляшдирмя

истещсал цзяриндя дювлят нязарятинин азалмасы просеси




Sxem 4. Mülkiyyətin inkişaf meylləri

IY Fəsil.

BAZAR İQTİSADİYYATI: ÜMUMİ ƏSASLARI, QANUNLARI

VƏ MODELLƏRİ

1. Bazar iqtisadiyyatı onun genetik əsasları. Natural əmtəə istehsalı.

2. Məhsulun iqtisadi forması. Əmtəənin xassələri. Pulun meydana gəlməsi və mahiyyəti.

3. Bazar iqtisadiyyatı: mahiyyəti, əsas cəhətləri, obyekt və subyektləri.

4. Bazar iqtisadiyyatının qanunları, tipləri və modelləri.

5.İnzibati-amirlik sistemindən (planlı iqtisadiyyatdan) bazar iqtisadiyyatına keçidin zəruriliyi və yolları. «Şok terapiyası». Azərbaycan bazar iqtisadiyyatına keçid yollarında.

§1. Bazar iqtisadiyyatı onun genetik əsasları. Natural əmtəə istehsalı.

Bazar iqtisadiyyatı dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmış sistemdir. Bazar iqtisadiyyatı məfhumundakı «bazar» iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdir. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.

Bazar istehsalçı istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır. Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.

Bir iqtisadi sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları «bazar iqtisadiyyatı - kapitalizm» ifadəsini işlədirlər.

Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.

Bazar iqtisadiyyatı özünə xas genetik əsaslara malikdir. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə əmtəə mübadiləsi, mübadilənin inkişafı gedişində pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.

İnsan cəmiyyətində istehsalın təşkilinin ilkin forması natural təsərrüfat olmuşdur. Natural təsərrüfat elə təşkil olunmuşdur ki, insanlar ancaq öz tələbatlarını ödəmək üçün məhsul istehsal edirlər. Onun aşağıdakı spesifik cəhətləri vardır: 1) təsərrüfatın qapalı olması; 2) əmək universal xarakter daşıyır; 3) təsərrüfat əlaqələri birbaşadır.

Natural təsərrüfat qapalıdır. Bu təsərrüfatın mövcud olduğu cəmiyyətlərdə təsərrüfat əlaqəsiz, dağınıq şəkildə fəaliyyət göstərir (ailə, icma, malikanə). Hər bir təsərrüfat vahidi özlərinə məxsus resurslardan istifadə edir və ailənin tələbatını ödəmək üçün məhsul istehsal edirlər. Müasir dövrdə (dövlətin daxilində inkişaf etmiş əmtəə istehsalı olduğu halda) bəzi təsərrüfat birliklərində, kənd təsərrüfatı müəssisələrində və hətta ayrıca bir dövlətdə də qapalılığa, naturallığa meyl ola bilər.

Natural istehsal üçün universal əl əməyi xarakterikdir. Əməyin növlərə bölünməsi yoxdur. Məsələn, bir nəfər əyirir, toxuyur, boyayır və s. Burada ən sadə alətlərdən istifadə olunur.

Natural təsərrüfatda istehsalla istehlak arasında birbaşa iqtisadi əlaqə yaranır. Burada «istehsal-bölgü-istehlak» əlaqəsi var, mübadilə isə yoxdur. Bu cür əlaqə natural təsərrüfatın davamlığını təmin edir. Burada ancaq sadə təkrar istehsal baş verir.

Qərb ədəbiyyatında natural təsərrüfat sistemi ənənəvi iqtisadiyyat adlandırılır. (Onun xarakterik cəhətləri: 1) istehlak üçün eyni, ənənəvi məhsul istehsal etmək; 2) texniki tərəqqinin məhdudluğu; 3) cəmiyyətin həyat tərzində dəyişikliyin olmasında geriliyin qalması; 4) sosial-iqtisadi münasibətlərdə durğunluq).

Əmtəə istehsalı. Təsərrüfat təşkilinin ikinci forması əmtəə istehsalıdır. Əmtəə istehsalı – təşkilati-iqtisadi münasibətlərin elə sistnmidir ki, burada məhsullar bazarda satılmaq üçün istehsal olunur.

Əmtəə təsərrüfatının əsas cəhətləri:

    1. təsərrüfat açıqdır;

    2. əmək bölgüsünə əsaslanır;

    3. təsərrüfat əlaqələri bilvasitədir (dolayıdır), bazar vasitəsilədir.

Əmtəə istehsalı ictimai əmək bölgüsünə əsaslanır. Hər bir istehsalçı konkret, ixtisaslaşmış məhsulun istehsalı ilə məşğul olur. Hər bir sahədə, müəssisədə yaradılmış artıq məhsul başqa faydalı şeylərlə mübadilə edilir. Əmtəə istehsalında əmək bölgüsünün rolu elmi cəhətdən A.Smit tərəfindən əsaslandırılmışdır.

Əmək bölgüsü əmtəə istehsalı sayəsində geniş meydan alır və ictimai əmək bölgüsü qanun statusu alır və fəaliyyət göstərir. İctimai əmək bölgüsünün aşağıdakı formaları meydana gəlir: 1. Beynəlxalq (ölkələrarası) əmək bölgüsü; 2. Ümumi (xalq təsərrüfatının sahələri arasında) əmək bölgüsü; 3. Xüsusi (sahələr daxilində) əmək bölgüsü; 4. Tək (müəssisə daxilində) əmək bölgüsü.

Əmtəə təsərrüfatı – açıq sistemdir. Burada işçilər öz istehlakları üçün deyil, başqa adamlara satm aq üçün istehsal edirlər. Bu təsərrüfatda hər şey bazar üçün istehsal olunur.

Əmtəə təsərrüfatına istehsalçı və istehlakçılar arasında dolayı, bilvasitə əlaqə forması xasdır. Bu istehsal – mübadilə – istehlak əlaqəsidir. Məhsul ancaq mübadilədən sonra istehlaka daxil olur. İstehsalçı və istehlakçı arasında iqtisadi münasibət bazar vasitəsilə yaranır. Əmtəə təsərrüfatı üçün geniş təkrar istehsal xasdır.

Əmtəə istehsalının 5-7 min il tarixi vardır. O, ibtidai - icma dövrünün sonlarından indiyə kimi mövcuddur. O, bütün ictimai-iqtisadi sistemlərdə mövcud olmuşdur və özünün tarixi inkişaf mərhələlərini keçmişdir.

Əmtəə istehsalının meydana gəlməsinin ümumi əsası ictimai əmək bölgüsüdür. Əmək bölgüsünün inkişafı ilə əmtəə istehsalı da genişlənir. Artıq elə müəssisələr yaranır ki, onlar bir deyil, bir neçə əmtəəlik məhsul istehsal edir (diversifikasiya).

Əmtəə istehsalının meydana gəlməsinin başqa bir səbəbəi adamların təsərrüfatca əlahiddələşməsidir (ayrılsmasıdır). Ayrılma müəyyən bir əmtəənin istehsalına şərait yaradır. Ayrılmış istehsalçı öz məhsulunu mübadilə etmək üçün bazar əlaqəsinə girir. Belə bir əlaqə, kənar müdaxilə olmadan, öz mənafeyini reallaşdırmaq naminə baş verir və məhsulun keyfiyyəti və miqdarını artırmaqda maraqlı olur.

T
Иътимаи тясяррцфатын типляри
əsərrüfatca əlahiddələşmə mülkiyyətin forması ilə bağlıdır. Buna uyğun gələn isə xüsusi mülkiyyət formasıdır. Xüsusi mülkiyyət ayrılıb müstəqil əmtəə istehsalçısı olmağı şərtləndirir.






Ямтяя тясяррцфаты- ямяк бюлэцсцня ясасланан, бу вя йа диэяр мящсул истещсалы йахуд хидмятляр цзря ихтисаслашан иътимаи истещсалын тяшкили формасыдыр

Натурал тясяррцфат-истещсалчынын шяхси тялябатыны,тясяррцфатдахили тялябатлары юдямяйя йюнялдилян игтисадиййатын тяшкилинин садя формасыдыр.





Иътимаи ямяк бюлэцсцнцн инкишаф етмиш

системи
Xarakterik əlamətləri Xarakterik xüsusiyyətlər


Инкишаф етмямиш ямяк бюлэцсц


Истещсал вя истещлак арасында базар васитясиля ялагя

Истещсал вя истещлак арасында билаваситя ялагя

машынлы истещсалын мювъудлуьу

Тябии ресупсларын щялл едиъи ролу


Базар инфраструктурунун мювъудлуьу


Ял ямяйинин цстцнлцйц


Базар системинин олмасы






Сосиал мцнагишялярин игтисади базасынын олмамасы

Сосиал мцнагишялярин игтисади базасынын мювъудлуьу





Əmtəə istehsalının iki növü vardır:

  1. Sadə əmtəə istehsalı (təsərrüfatı);

  2. Kapitalist əmtəə təsərrüfatı (istehsalı)

Sadə əmtəə təsərrüfatı istehsalçının şəxsi əməyinə sadə alətlərə əsaslanan kəndlinin sənətkarların təsərrüfatlarıdır.

Kapitalist əmtəə təsərrüfatıistehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsasən muzdlu əməyə əsaslanır. Bu təsərrüfatın meydana gəlməs inkişafı ilə istehsal edilən hər şey hətta qüvvəsi əmtəə olur. natural təsərrüfatı sıxışdırıb aradan çıxarır. Kapitalist əmtəə istehsalçısı sahibkar olur.

Klassik kapitalizm şəraitində, xüsusi mülkiyyətin artması ilə əmtəə istehsalı daha da genişlənir və özünün əsası kimi yeni mülkiyyət formaları – səhmdar, korporativ və yoldaşlıq – yaranır (XX əsrdə).

Klassik kapitalizm şəraitində əmtəə istehsalı ən ümumi forma alır və hər şey əmtəə olur. XX əsrin ikinci yarısından etibarən elmi-texniki tərəqqinin təsiri və dövlətin təsərrüfat həyatına müdaxiləsinin təsiri altında iqtisadiyyatın qeyri-əmtəə bölməsi yaranır (fundamental elmi tədqiqatlar, pulsuz təhsil, hərbi-sənaye kompleksinin bir çox məhsulları və s.). Bu forma getdikcə genişlənir. Buna görə də müasir istehsalı qarışıq istehsal adlandırmaq olar. Ancaq üstünlük əmtəə təsərrüfatına məxsusdur.
§2. Məhsulun iqtisadi forması. Əmtəənin xassələri.

Pulun meydana gəlməsi və mahiyyəti.

İstənilən əmək məhsulu, özünün natural formasında bu və digər tələbatı ödəmək qabiliyyətinə malikdir. Məhsulun bu qabiliyyəti «istehlak dəyəri» adlanır. Məsələn, çörək insanın yeməyə, paltar geyinməyə olan tələbatını ödəyir. Traktor, kombayn faydası olan istehsal vasitələridir.

İqtisadi nəzəriyyədə «faydalılıq» dedikdə hər cür tələbatı ödəmək qabiliyyəti, hətta ziyanlı olanlar da (narkotik, papiros s.) faydalı hesab edilir.

Maddi nemətin neçə cür faydası vardır? İnsanlar təcrübədə və elm sayəsində şeylərin bir çox faydalı keyfiyyətlərini aşkar edir. Bir məhsul bir çox cəhətdən faydalı ola bilər. Məsələn, çıxarılan xam neftdən çoxsaylı məhsullar alınır. Sual olunur ki, nemətin faydasını kim və necə müəyyən edir, hansı meyar əsas götürülür – obyektiv meyar yaxud subyektiv? Bu istehsalçı və istehlakçı tərəfindən müxtəlif cür qiymətləndirilir.

Məhsulun istehsalçısı onun keyfiyyətini obyektiv qiymətləndirir. Məhsulun faydalılığı onun əşyavi xassəsindən ayrı deyildir və ölçülə bilir. Məsələn, südün tərkibi yağdan, zülaldan, vitaminlərdən və s. ibarətdir. Bu komponentlərə görə onun keyfiyyəti və deməli faydalılıq dərəcəsi müəyyən edilir. Ərzaq məhsulunda olan faydalı maddələr çoxdursa o keyfiyyətli hesab olunur və onun dəyəri artır. İstehlakçı isə özünün subyektiv düşüncəsi ilə nemətin faydasını müəyyən edir. Bu zaman özünün zövqünü, ona olan ehtiyacını və seçimini əsas götürür. Biri seylon çayını xoşlayır, digəri kəklikotu çayını. Subyektiv qiymətləndirmə nemətin azlığından və çoxluğundan da asılıdır. Əmtəə istehsalı şəraitində faydalılıq kateqoriyası daha böyük əhəmiyyət kəsb edir.

Məhsulun iqtisadi forması müxtəlif olur. Məhsulun natural forması və əmtəə forması onun əsas formalarıdır. Bunlarla yanaşı zəruri məhsul və izafi məhsul, xüsusi məhsul və ictimai məhsul, milli məhsul və s.də məhsulun ictimai-iqtisadi formalarıdır.

Əmtəə və onun xassələri. Əmtəənin iki xassəsi vardır: onun birinci xassəsi faydalı olub insanın bu və ya digər tələbatını ödəmək qabiliyyətidir. Əmtəə kimi istehsal olunan məhsulun keyfiyyətinə tələb yüksək olur. Faydası olan hər şey əmtəə deyildir. Hansı halda faydalı şey əmtəə olur? 1. O şeylər ki, insan əməyinin məhsuludur. 2. İstehsalçının özü üçün deyil, başqası üçün istehsal olunur və ictimai cəhətdən faydalı olur. 3. Bazarda başqa bir faydalı şeylə mübadilə olunur və ekvivalenti satıcıya ödənilir.

Deməli, əmtəə ictimai cəhətdən faydalı olub bazarda başqa bir məhsula mübadilə olunan ictimai əmək məhsuludur.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə