Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


Игтисади системлярин мягсядляри



Yüklə 6,62 Mb.
səhifə5/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   40

Игтисади системлярин мягсядляри


схеми


Там мяшьуллуьу тямин

етмяк

Игтисади артым



Гиймятин сявиййясинин

сабитлийи

Игтисади азадлыг

Игтисади сямярялилик



Эялирлярин ядалятли бюлэцсц







Сосиал игтисади тяминат:дювлят ямяк габилиййяти ол-

майанларрн, гоъаларын, хястялярин вя с. игтисади йашайышларыны тямин етмялидир




Sxem 2. İqtisadi sistemilərin məqsədləri

§2. İctimai istehsal və onun tərəfləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri. İqtisadi sistemdə təsərrüfat mexanizmi.
Hər bir iqtisadi sistemdə istehsal, bölgü, mübadilə və istehlak sistemin sabit, dəyişməz ünsürləridir. Onların vəhdətliyi ictimai istehsalı təşkil edir və bu vəhdətlikdə bilavasitə istehsal aparıcı rol oynayır.

İstehsal insanın məqsədəuyğun məhsuldar fəaliyyətidir. Bu fəaliyyətin nəticəsində insana lazım olan nemətlər yaranır. Özünə lazım olan nemətləri yaratmaq üçün insan təbiətə müraciət edir, onunla əlaqəyə girir. Buna görə də istehsal – ilk növbədə insanla təbiət arasında qarşılıqlı təsir, insanın maddi nemətlərə (ərzaq, paltar, mənzil və s.) olan tələbatını ödəmək naminə bu nemətləri hazırlamağa yönəldilmiş məqsədəuyğun fəaliyyət prosesidir.

İstehsal prosesinin baş verməsi üçün:1) əmək alətləri(vasitələri),2) əmək predmetləri, 3) bu vasitələri hərəkətə gətirməyi bacaran insanlar lazımdır.

Əmək vasitələri ilə əmək predmetləri istehsal vasitələrini təşkil edir. İstehsal vasitələri istehsalın maddi amilini, bu vasitələri hərəkətə gətirən insanlar isə istehsalın şəxsi amilini təşkil edir.

İstehsal vasitələri və onları hərəkətə gətirən, maddi və mənəvi nemətlər istehsal etməyi bacaran insanlar cəmiyyətin məhsuldar qüvvələri (məhsul yaradan qüvvələri) adlanır. Cəmiyyətin sərvətini artıran nə varsa məhsuldar qüvvədir. Bu mənada istehsala xidmət edən bütün sahələr, o cümlədən elm də məhsuldar qüvvədir. Məhsul yaradan qüvvələr (məhsuldar qüvvə) ictimai istehsalın birinci tərəfini təşkil edir və insanların təbiətə münasibətini ifadə edir. İnsanın tələbatlarını ödəmək üçün yalnız təbiətlə əlaqəyə girmək kifayət deyildir. Bunun üçün insanlar öz aralarında, istehsal edə bilmək üçün münasibətə, istehsal münasibətlərinə girməlidirlər. İqtisadi sistemin məzmununa daxil olan istehsal münasibətləri ictimai istehsalın ikinci tərəfini təşkil edir.

İstehsal etmək üçün insanlar müəyyən formada birləşməli, bilik və bacarıqlarını mübadilə etməli, öz aralarında müəyyən münasibətə girməlidirlər. Yalnız bu münasibətlər sayəsində insanlar təbiətlə əlaqəyə girib lazım olan nemətləri istehsal edə bilirlər.

Tərif: Maddi nemətlərin ictimai istehsalı və mənimsənilməsi üzrə yaranan münasibətlər – istehsal münasibətləri adlınar.

İnsanlar həmişə əsasən birlikdə, icma, qrup, kollektiv halında istehsalla məşğul olur və bu zaman zəruri olan münasibətlərə girməklə istehsal edə bilirlər. «Ayrılıb xüsusiləşmiş fərdin cəmiyyətdən kənardakı istehsalı… birlikdə yaşayıb bir-biri ilə danışan fərdlər olmadan dilin inkişafı kimi mənasız bir şeydir» (K.Marks).

İstehsal münasibətləri eyni xarakterli deyildir. İstehsalın texniki təşkili ilə bağlı münasibətlər onun məzmununa aid olub hər cür istehsala xasdır.

Bilavasitə əmək prosesində istehsalın təşkili ilə bağlı münasibətlərdən başqa iqtisadi, istehsal münasibətləri mövcuddur. Bunlar istehsal vasitələri (amilləri) istehsalın nəticəsi olan nemətlərin mənimsənilməsi üzrə münasibətlərdir, mülkiyyət münasibətləridir. Bütün iqtisadi sistemlərin əsasını mülkiyyət münasibətləri təşkil edir. İstehsal münasibətlərinin mahiyyəti, forması tipləri istehsal amilləri üzərində mülkiyyətin forması ilə müəyyən olunur.

İstehsal münasibətləri sistem halındadır. Bu sistemə mülkiyyət münasibətləri ilə yanaşı istehsal, bölgü, mübadilə və istehlak prosesi zamanı yaranan münasibətlər də daxildir. İstehsal münasibətlərinin subyekti yalnız istehsalın özündə çalışan insanlar deyil, özünün fəaliyyət növündən asılı olmayaraq cəmiyyətin bütün üzvləridir. Bilavasitə istehsalla məşğul olmayanlar bölgü, mübadilə və istehlak proseslərində iştirak edirlər.

İqtisadi münasibətlər mürəkkəb sistemdir bu sistemdə birinci ikinci dərəcəli, sadə mürəkkəb, əsas törəmə münasibətlər fərqləndirilməlidir.

İqtisadi sistem insanların düşünülmüş, müəyyən məqsədə yönəldilmiş fəaliyyəti ilə bağlıdır. İnsan öz fəaliyyətinə mütəşəkkil idarəetmə ünsürlərini daxil edir. Buna görə ictimai istehsalda sosial-iqtisadi forma ilə yanaşı müəyyən təşkilati-iqtisadi formalar da mövcuddur. Birgə əmək fəaliyəti müəyyən qaydada təşkil idarə olunmağı tələb edir.

Deməli, iqtisadi sistemin təşkili və idarə olunması üzrə də münasibətlər yaranır və iqtisadi münasibətlər sistemində özünə məxsus yer tutur. Beləliklə, ictimai istehsal münasibətləri sistemində üç növ münasibətlər xüsusi olaraq fərqlənirlər: 1) Məhsuldar qüvvələrin fəaliyyəti prosesində insanların iştirakını ifadə edən texnoloji münasibətlər; 2) Sosial-iqtisadi münasibətlər, yəni mülkiyyət münasibətləri. Bu müəyyənedicidir; 3) İstehsalın təşkili və idarə olunması üzrə münasibətlər. Bunlar bütün iqtisadi sistemlərə xas olan münasibətlərdir, ancaq onlar öz spesifikliyi ilə fərqlənir.

Təsərrüfat mexanizmi.

İqtisadi sistemlər özlərinə xas olan təsərrüfat mexanizminə malikdir və belə bir mexanizmin olmasını əksər iqtisadçılar qəbul edir. Hətta bəzi müəlliflər iqtisadi sistemi «istehsala, gəlirə, istehlaka aid qərarların qəbul edilməsi və reallaşdırılması üçün mexanizm və institutların məcmusu» hesab edirlər.

F.Prayor adlı iqtisadçı iqtisadi sistemi ona aid olan mexanizmin ünsürlərinin məcmusu kimi səciyyələndirərək qeyd edir ki, iqtisadi sistem «…iqtisadi davranışlara nəticələrə təsir edən institutları, təşkilatları, qanun qaydaları, ənənələri, inamları, mövqeləri, qadağaları davranış sxemlərini özündə birləşdirir» (İqt.nəz. s.54-55). Burada sadalanan qanun qadağalar, qaydalar, davranış sxemləri təsərrüfat mexanizminin ünsürlərinə aiddir.

Hər bir iqtisadi sistem müəyyən qaydada təşkil və idarə olunmalıdır, iqtisadi sistemin iştirakçıları müəyyən mexanizmin ünsürləri vasitəsilə əlaqəyə girməli, münasibətdə olmalı, istehsal edilmiş nemətlərin bölgüsündə iştirak edib ondan pay almalıdırlar.

Alimlər istehsalı, bölgünü, mübadiləni və istehlakı iqtisadi sistemin müəyyənedici elementləri hesab edirlər. Artıq məlumdur ki, məhdud resurslar şəraitində iqtisadi sistemin elementlərinin hər birinin özünə xas olan fəaliyyət mexanizmi ilə yanaşı onların vəhdətliyini təmin edən mexanizm də vardır. Bütün bunlar iqtisadi sistemdə fəaliyyət göstərən mexanizmlərdir.

İqtisadi sistemin təsərrüfat mexanizmi – sistemi hərəkətə gətirmək, idarə etmək üçün tətbiq olunan konkret təsərrüfatçılıq formalarının, metodların, iqtisadi göstəricilərin və mənafelərin, tənzimləyici vasitələrin, hüquqi normaların və təşkilat strukturlarının məcmusudur.

Bazar iqtisadiyyatı mexanizminin tam fəaliyyət göstərmədiyi iqtisadi sistemlərdə qeyri-iqtisadi metodlardan, vasitələrdən istifadə olunur. Burada qeyri-iqtisadi məcburiyyət vasitələri olan cəza formalarından, məcbur etmədən, zorakılıqdan, adət-ənənələrdən, dini qaydalardan və s. istifadə olunur. Qeyri-iqtisadi metodların geniş tətbiq edildiyi iqtisadi sistemlərdə bazar elementlərindən də istifadə olunur. (qiymətdən, ticarət qaydalarından və s.).

Bazar iqtisadi sistemin qərarlaşdığı şəraitdə: iqtisadi metodlar, bazar mexanizmi, inhisar mexanizmi, plan mexanizmi, inzibati-hüquq mexanizmi eyni vaxtda fəaliyyət göstərir və buna qarışıq mexanizm də demək olar. Ancaq iqtisadi sistem bazar təbiətli olduğuna görə təsərrüfatçılığın bazar mexanizmi həlledici rola malikdir. Bu sistemdə qiymət, vergi, faiz, renta, mənfəət, əmək haqqı və s. kimi iqtisadi vasitələrlə təsərrüfat mexanizmi hərəkətə gətirilir. Təsərrüfat mexanizminin bu vasitələrindən sonrakı mövzularda geniş danışılacaqdır.

§3. İqtisadi sistemin tipləri. Keçid iqtisadiyyatı.
İqtisadi sistemlər özlərinin maddi-texniki bazasına, mülkiyyətin formaları və mülkiyyət münasibətlərinin xarakterinə, təsərrüfat mexanizminə və idarəetmə sistemlərinə görə və başlıca sosial-iqtisadi problemlərin həllinin təşkili və həlli üsullarına görə fərqlənirlər.

İqtisadi sistemlər özlərinin inkişaf səviyyələri, yetkinlik dərəcələri həll etməli olduqları vəzifələrin (problemlərin) müxtəlif olmasına baxmayaraq, bütün iqtisadi sistemlərin hamısı üçün eyni olan problemlər mövcuddur. Bunlar: 1) istehsal etmək; 2) necə istehsal etmək; 3) kim üçün istehsal etməkdir. Bu problemlərin həlli üsulları da müxtəlifdir.

İqtisadi sistemlərin fərqləndirilməsinə yanaşma üsulları eyni deyildir. Müasir ədəbiyyatda aşağıdakı yanaşma üsulları mövcuddur: 1) formasiyalı; 2) sivilizasiyalı; 3) mərhələli; 4) informasiyalı və s.

Formasiyalı yanaşma K.Marks təliminə aiddir. Bu təlimə görə cəmiyyət öz tarixi inkişafında beş mərhələdən keçir və bu mərhələlərin hər biri digərindən köklü fərqli olan istehsal üsullarıdır, iqtisadi sistemlərdir. K.Marks tarixin inkişaf mərhələlərini: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, kommunizm (sosializm) kimi adlandırır və onların hər birini ayrıca ictimai-iqtisadi formasiya hesab edir. K.Marksa görə insan cəmiyyəti ardıcıl olaraq bu mərhələlərdən keçərək Kommunizm adlandırılan cəmiyyətə çatacaq. O, bu cəmiyyətə yüksək dərəcədə inkişaf etmiş və insanların bütün əsas tələbatlarını ödəməyə qadir olan iqtisadi sistem kimi baxırdı.

Mərhələli yanaşma. Amerikalı alim Uolter Rostou da hesab edir ki, cəmiyyətin inkişafı beş mərhələdən keçir: 1) ənənəvi cəmiyyət, 2) keçid cəmiyyəti (mərkəzləşmiş dövlət yaranır, sahibkarlıq inkişaf edir), 3) irəliyə hərəkət mərhələsi (sənaye inqilabı), 4) yetkinlik mərhələsi (ETİ, şəhər əhalisinin hökmranlığı), 5) kütləvi istehlak mərhələsi (istehlak şeyləri istehsalı artır, xidmət sferası üstünlük təşkil edir).

Sivilizasiyalı yanaşma. Bu yanaşmada cəmiyyətin tarixi inkişafı sivilizasiyanın müxtəlif mərhələləri kimi səciyyələndirilir və ictimai inkişafda yeddi sivilizasiya dövrü göstərilir:

  1. Neolit sivilizasiyası – 30-35 əsr;

  2. Şərq sivilizasiyası – 20-30 əsr;

  3. Antik sivilizasiya – 12-13 əsr;

  4. İlkin feodal sivilizasiyası – 7 əsr;

  5. Sənayeləşmənin əvvəli – 4,5 əsr;

  6. Sənaye dövrü – 2,3 əsr;

  7. Sənayeləşmədən sonrakı dövr – 1,3 əsr.

Müasir dövrü isə informasiya əsri kimi səciyyələndirilir.

Cəmiyyətin inkişafının bu cür dövrlərə bölünməsinin özü şərtidir belə bölgü iqtisadi sistemləri fərqləndirməyi şərtləndirmir.

Mövcud ədəbiyyatda iqtisadi sistemləri fərqləndirmək üçün dörd meyar əsas götürülür:

  1. İstehsal amilləri üzərində mülkiyyətin forması;

  2. Əsas iqtisadi qərarların necə qəbul edilməsi;

  3. İqtisadi fəaliyyətin əlaqələndirilməsi üsulu;

  4. İqtisadi fəaliyyətin həyata keçirilməsində maraqlandırmanın motivləri.

Bu meyarlara uyğun olaraq sxemdəki iqtisadi sistemləri fərqləndirmək olar.



Ənənəvi

İqtisadi sistem


Bazar

iqtisadiyyatı

sistemi


İnzibati mərkəzləşdirilmiş təsərrüfat

sistemi (planlı idarə olunan sistem)



Qarışıq iqtisadi sistem


Keçid iqtisadiyyatı

sistemi


Sxem 3. İqtisadi sistemin növləri
Deməli, bu meyarlara əsasən iqtisadi sistemlərin aşağıdakı növləri göstərilir: 1. ənənəvi iqtisadi sistem; 2. bazar iqtisadi sistemi; 3. planlı iqtisadi sistem; 4. qarışıq iqtisadi sistem; 5. keçid iqtisadi sistemi.

I Ənənəvi iqtisadi sistem. Bu sistem adət-ənənələrə əsaslanmaqla istehsalı təşkil etdiyinə, istehsal zamanı uzun dövr ərzində eyni üsul vasitələrdən istifadə edildiyinə görə belə adlandırılır. Bu iqtisadi sistemdə:

    • çoxukladlıq mövcuddur – müxtəlif mülkiyyət formalarına əsaslanır;

    • bir çox ölkələrdə icma mülkiyyət forması saxlanılır və bunun əsasında natural təsərrüfat mövcuddur;

    • xırda xüsusi mülkiyyət və bu əsasda xırda əmtəə istehsalı mövcuddur;

    • bu iqtisadi sistemə xas olan təsərrüfat forması kənd təsərrüfatı və sənətkarlıqdır.

Bu sistemdə iqtisadi qərarlar hər bir uklad səviyyəsində, icmalar olduğu halda icmada, icma başçısı səviyyəsində qəbul olunur. İstehsalın məqsədi minimum tələbatları ödəməkdir. Bu iqtisadi sistem geridə qalmış, ən sadə texnikaya əl əməyinə əsaslanır. Adət-ənənələr qabaqcıl texnikanın texnologiyaların tətbiqinə mane olur. Buna görə əmək məhsuldarlığının səviyyəsi çox aşağıdır.

II. Bazar iqtisadi sistemi. Bu əmtəə-pul münasibətlərinə xüsusi mülkiyyətə əsaslanan, bazar qanunları bazar mexanizmi ilə tənzim olunan, istehsalçı istehlakçıların azad rəqabəti azad seçiminin hökm sürdüyü iqtisadi sistemdir. Bu sistemdə istehsalçı istehlakçılar bazar qiymətləri vasitəsilə lazım olan informasiyanı alır: , necə kim üçün istehsal etmək haqda müstəqil qərar qəbul edirlər. Bu sistemdə bazar qiymətləri tələb təklif əsasında formalaşır. Əsas məqsədyüksək mənfəət əldə etməkdir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə