Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


Истещсалын дахили амилляри



Yüklə 6,62 Mb.
səhifə14/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Истещсалын дахили амилляри


Сащибкарлыг

фяалиййяти



Технолоэийа. Бцтцн бу амилляр технолоэи-

йанын кюмяйи иля бир йеря ъямлянир






Ямяк



Истещсал васитяляри

Ямяк васитяляри



Ямяк предметляри


Ямяк алятляри



Истещсал просеси цчцн шяраит йарадан васитяляр

Хаммал, материал, електрик енержиси вя с.

Машын, алятляр, аваданлыглар вя с.



Sxem 1. İstehsal amilləri
Qərb iqtisad ədəbiyyatında istehsalın 4 əsas amili göstərilir və başqa cür qruplaşdırılır: 1. Əmək; 2. Kapital; 3. Torpaq və 4.Sahibkarlıq fəaliyyti. Bu amillərin hər birinin istehsaldakı rolu və birinci üç amilin bazarları məsələsi ətraflı öyrənilir.

Əmək dedikdə müəyyən bir faydalı nəticənin alınmasına yönəldilmiş insan fəaliyyəti nəzərdə tutulur.

Kapital dedikdə – maddi nemətlərin istehsalı üçün lazım olan yığılmış bütün istehsal vasitələri nəzərdə tutulur.

Torpaq dedikdə – yalnız özlüyündə torpaq deyil, onunla yanaşı hava, su və təbiətin istifadə üçün verdiyi bütün nemətlər nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti dedikdə – istehsalın yuxarıda göstərilən üç amilin birləşməsinə təsir edən, onların hərəkətə gətirilməsi və istifadəsini təmin edən fəaliyyət növü başa düşülür.

Bütün bu amillər istehsal prosesində qarşılıqlı təsir halında, birlikdə fəaliyyət göstərirlər. Lakin, onların hər birinin öz funksiyası, öz rolu olduğundan onların hər biri ayrılıqda, nisbi müstəqil şəkildə öyrənilir. Birinci üç amil istehsal resursları kimi qiymətləndirilir.

Мцасир истещсалын амилляри




Ямяк



Капитал

Торпаг

Сащибкарлыг

фяалиййяти



Sxem 2. Müasir istehsalın amilləri

§2.Resurslar, onlardan istifadə qaydaları və normaları.

Resursların qarşılıqlı əvəzlənməsi



İstehsalın baş verməsi üçün lazım olan bütün təbii, insanın əməyilə yaradılan və istehsalda istifadə edilən istehsal vasitələri və onları hərəkətə gətirən insanlar iqtisadi resurslar adlanır. Bu resurslara maliyyə (pul) vasitələri də daxildir.

Resursları aşağıdakı kimi təsnifləşdirilir:

1) maddi resurslar; 2) insan resursları; 3) maliyyə resursları.

Maddi resurslara torpaq, xammal, materiallar kapital daxildir.

İnsan resurslarına qüvvəsi (əmək) sahibkarlıq qabiliyyəti aiddir.

Maliyyə resurslarına istehsal üçün tələb olunan pul vəsaitləri daxildir.

Bazar münasibətləri şəraitində bütün resurslar bazar süzgəcindən keçir, bazar mexanizminin köməyilə hərəkətə gətirilərək istifadə olunur. Resurslar məhduddur, onlara olan tələbat isə böyükdür. Onlardan elə istifadə olunmalıdır ki, firmaların tələbi ödənilsin lazım olunan qədər əmtəə xidmətlər istehsal oluna bilsin. Elə, istehsalın funksiyası da mövcud resurslar şəraitində maksimum miqdarda məhsul buraxılışını təmin etməkdir. Göründüyü kimi, resursların sərfi ilə məhsulun buraxılışı arasında bir asılılıq vardır. Buradan da mövcud resurslarla buraxılacaq məhsulun maksimum miqdarını müəyyən etmək imkanı əldə edilir. Bunun üçün mövcud resurslardan müxtəlif kombinasiyalarda istifadə etməklə əmək məhsuldarlığı yüksəldilir məhsul buraxılışı artırılır. Bu işlə məşğul olan firmalardır ki, onların da məqsədi mənfəəti maksimuma çatdırmaqdır. Buna görə resurslardan istifadə normaları müəyyən edilir müntəzəm olaraq yeniləşdirilir. Rəqabət şəraitində ən az məsrəflərlə daha yüksək nəticələrə nail olmaq zəruri tələbdir ona əməl edilməlidir. Bunun üçün konkret şəraitdə hansı istehsal amilindən istifadə etmək sərfəlidirsə ona üstünlük verilir. Hər bir konkret istehsal amilindən istifadə həddi var həddən artıq tstifadə edildikdə onun məhsuldarlığı azalır. Buna görə qarşılıqlı əlaqədə istifadə olunan istehsal amilləri arasında uyğun nisbətlər təmin edilməlidir. Bu amillərdən müxtəlif kombinasiyalarda istifadə etməklə buraxılışın həcmini əvvəlki səviyyədə saxlamaq ya artırmaq olar. bu zaman istehsal amillərində qarşılıqlı əvəzləməklə istifadə edilməsi faydalı olur. Ancaq qarşılıqlı əvəzlənmənin dərəcəsi müxtəlif növ ola bilər:

1.Mütləq qarşılıqlı əvəzlənməbu o halda olur ki, nəzərdə tutulan buraxılışın həcmi iki dəyişən resursdan birindən istifadə etməklə yaxud da onların kombinasiyası yolu ilə təmin edilir. Məsələn, yeni texnika tətbiq etməklə (bu halda canlı əməyə qənaət olunur).

2.Mütləq komplektləşdirmə – mövcud məhsul növünün istehsalı üçün eyni proporsiyada dəyişən resursdan istifadə olunur. Burada resursların yeganə mümkün kombinasiyasından istifadə olunur. Onların nisbəti kəmiyyətcə eynidir, nisbət birinin xeyrinə çox dəyişsə istehsal qeyri mümkün olur (məsələn, 1 süpürgəçiyə 20 süpürgə lazım deyil. 20 maşina 1 sürücü nisbəti ağıla batmazdır.)

3. Qismən qarşılıqlı əvəzləmə – bu halda məhsul istehsalı üçün iki dəyişən resursdan istifadə olunur, məsələn, əmək və kapitaldan. Ancaq onlar tapşırıqdan asılı olaraq müxtəlif kombinasiyada dəyişə bilər.

Qarşılıqlı əvəzləməni başqa mənada da başa düşmək olar. Məsələn, tikintidə daşı kərpiclə, dəmiri şiferlə, ağacı metal konstruksiya ilə əvəz etmək olar. Bu müxtəlif halda ola bilir: 1-ci halda, daş çatışmadıqda, onu kərpiclə əvəz etmək olar; 2-ci halda şifer dəmirdən ucuz olduqda s. Bütün bu qarşılıqlı əvəzləmələrdə məqsəd daha az resurslardan istifadə etməklə daha çox məhsul istehsal etməkdir.
§3. Əmək istesal amili kimi. İş qüvvəsi və əmək. İş qabiliyyətli əhali.

Əmək bazarı, əməyə olan tələb və təklif. Əmək haqqı və məşğulluq
İstehsalın dəyişməz və sabit amillərindən biri əməkdir. Əmək insanın məqsədəuyğun şüurlu fəaliyyətidir. Bu fəaliyyət isə insanın iş qüvvəsinin sərfi nəticəsində mümkün olur.

İş qüvvəsi nədir? Müəyyən bir neməti əldə etmək üçün insanın hər dəfə işə saldığı fiziki mənəvi qabiliyyətlərinin məcmusudur.

Əməklər müxtəlif məzmunlu olur: fiziki və əqli əmək; ixtisaslı və ixtisassız əmək; ağır əmək və yüngül əmək; canlı əmək və keçmiş əmək; məhsuldar əmək və qeyri məhsuldar əmək və s.

Öz funksional təyinatına görə əməklər: sənaye əməyi, aqrar əmək, elm əməyi, idarəetmə əməyi, sahibkar əməyi və fəhlə əməyi və s. kimi də fərqlənirlər.

Öz xarakterinə görə də əməklər fərqlənirlər: azad əmək, asılı əmək, muzdlu əmək, təhkimli kəndli əməyi və s. Əməniy növləi aşağıdakı sxemdə təsvir olunmuşdur.

зярури

Ямяйин нювляри


мящсулдар



ягли


гейри - мящсулдар

изафи

физики


мцряккяб



садя

ихтисаслы ямяк



аз ихтисаслы ямяк



Sxem 3. Əməyin növləri
Əmək müəyyən vaxt ərzində sərf olunur ki, bu vaxt iş vaxtı və yaxud iş günü adlanır. Əməyin təbii ölçüsü vaxtdır (1 saatlıq əmək və s.).

Məhsulun istehsalı əmək sərfilə mümkün olur. Əməyin məhsuldarlığının yüksəlməsi ilə istehsal olunan məhsulun miqdarı artır. Əməyin məhsuldarlığı onun sərfinin səmərəliliyi dərəcəsini ifadə edir. Əməyin intensivliyi isə onun sərfinin tezliyi dərəcəsini ifadə edir və nəticədə istehsal olunan məhsulun miqdarı artır. Hər bir sahibkar çalışır ki, onun müəssisəsində əmək məhsuldarlığı yüksək olsun.

Bazar iqtisadiyyatı şəraitində əmək (iş qüvvəsi) əmtəədir və onun öz bazarı vardır. İstehsal resurslarından biri kimi əmək bazarının öz fərqli cəhətləri və əlamətləri vardır. Əmək bazarının əsas fərqli cəhəti ondan ibarətdir ki, bu bazarda həmkralar ittifaqı, korporasiya və dövlət iştirak edir. Digər tərəfdən əmək insanın həyat fəaliyyətinin funksiyasıdır, insandan ayrı deyildir. Buna görə də bazarda firma və iş qüvvəsinin daşıyıcısı qarşılıqlı münasibətdə olur. Ancaq əmək insandan ayrı satıla bilməz, alqı-satqı obyekti ola bilməz. onun daşıyıcısı olan insan da alınıb satıla bilməz. bəs satılan nədir? Marksist təlimə görə əmək deyil, iş qüvvəsi alınıb satılır. Müasir ədəbiyyatida əmək deyil əməyin göstərdiyi xidmət alınıb satılır fikri geniş yayılmışdır.

Əməyin alqı-satqısı muzdlu formada həyata keçirilir, yəni işçi muzdla işə götürülür. Bu zaman işə götürən tərəf əməkdən istifadə hüququnu alır. Deməli, alınıb-satılan əmək deyil, əməyin xidmətindən istifadə hüququdur. Əməkdən istifadə hüququ da bazar qanunlarının tələbinə uyğun həyata keçirilir.

Digər bazarlardan fərqli olaraq əmək bazarının öz xüsusiyyətləri vardır:

1. Adi əmtəələrin alqı-satqısı zamanı alıcı və satıcının əlaqəsi (kreditə verilən istisna olmaqla) o saat da kəsilir. Əmək bazarında isə əsasən müqavilə münasibəti formasından istifadə edilir və işə götürənlə işçinin əlaqəsi uzun müddətli olur;

2. Əmək bazarında qeyri-pul amilləri böyük rol oynayır – işin mürəkkəbliyi və prestijliyi, əmək şəraiti və təhlükəsizliyi, məşğulluğa təminat, peşə-ixtisas səviyyəsi, kollektivdə mənəvi mühit və s.

3. Müxtəlif strukturların təsiri – həmkarlar ittifaqı, əmək qanunvericiliyi, məşğulluğa dair dövlət siyasəti, sahibkarlar ittifaqı və s. Əhalinin əksəriyyəti muzdlu işçilərdir və cəmiyyətin sabitliyi onların həyatından çox asılıdır. Buna görə də göstərilən orqanlar əmək bazarında baş verən proseslərə biganə qala bilməzlər və onun tənzimlənməsində fəal iştirak etməlidirlər.

İşləyən əhali sərf etdiyi əməyin müqabilində müəyyən əmək haqqı alır bu amil qüvvəsinin alqı-satqısı zamanı nəzərə alınır. Dar mənada əmək haqıq müəən vaxt (saat, gün s.) ərzində istifadə edilmiş əməyin pulla ödənilməsidir. Əmək haqqı gəlir mənbələrindən biri olmaqla başqa bir mövzuda ətraflı şərh olunur.

Əmək haqqı nominal real əmək haqqı olmaqla fərqləndirilir.

Nominal əmək haqqı – pul fonmasında işçinin aldığı məbləğdir.

Real əmək haqqı – pulun yaşayış vasitələrində ifadəsidir.

Əmək bazarında tələb və təklif əsasında proses baş verir. Əmək bazarında tələb tərəfdən sahibkarlar (firma) və dövlət çıxış edir (tələbin subyektləri). Təklifin subyekti kimi ev təsərrüfatları çıxış edir.

Muzdla işə götürülən işçilərin sayı iki amildən asılıdır: 1) əmək haqqının həcmindən; 2) son əmək məhsulunun qiymətliliyindən (pul ifadəsində). Muzdlu işçilərin sayı artdıqca məhsuldarlığın həddi azalır. Əmək haqqının mövcud miqdarı kifayət etmədikdə işə götürmə dayandırılır. Belə ki, əmək haqqı dərəcəsi (stavkası) artdıqca, bərabər şəraitdə, sahibkar əmək tətbiqini azaldır. Və əksinə, əmək haqqı stavkası azaldıqda işə götürülənlərin sayı artır. Əmək təklifi də əmək haqqının kəmiyyətindən asılıdır. Əmək haqqı yüksək olduqda əmək təklifi də artır. Bu bir çox amillərdən asılıdır:

a) Ölkə əhalisinin iş qabiliyyətli hissəsinin sayından və onun iqtisadi fəal hissəsinin miqdarından;

v) İş gününün orta uzunluğundan;

c) İşçilərin peşə-ixtisas tərkibindən və s.

Bu problem əhalinin məşğulluğu ilə bağlıdır. Əgər bütün sahibkarların əmək haqqı fondu ölkə əhalisinin işləyə bilənlərinin sayına uyğun olsa onda tələb və təklif uyğun olar və tam məşğulluq təmin olunardı. Bu isə əməli cəhətdən qeyri-mümkündür və buna görə də ölkədə işsizlik problemi daim mövcud olur.


§4. Kapital istesal amili kimi. Kapital bazarı. Kapitala olan tələb və təklif
Kapital məsələsi iqtisadi nəzəriyyədə mübahisə doğuran məsələlərdəndir və ona müxtəlif təriflər verilir:

1) A.Smitə görə kapital yığılmış əməkdir; 2) D.Rikardoya görə kapital istehsal vasitələridir; 3) K.Marksa görə kapitalöz-özünə artan dəyərdir, izafi dəyər yaradan dəyərdir, istismar münasibətləridir, 4) Digər müəlliflərə görə kapitial yığılmış puldur s.


Капиталын функсионал тяйинатына эюря










Торпаг

капиталы

Тиъарят

капиталы


Боръ

капиталы



Фярди капитал

айры-айры

мцяссисялярин

капиталыдыр



Сянайе капиталы-сащибиня мянфяят

эятирир



Иътимаи капитал-фярди капиталларын гаршылыглы яла-

гяси вя гаршылыглы асылылыьы-



нын мяъмуудур





Sxem 4. Kapitalın formaları
Bütün bu müxtəlif baxışlarda belə bir ümumilik var: kapital gəlir gətirir. Buradan da ona belə bir geniş tərif verilir: Kapital – gəlir gətirən dəyərdir. Bu mənada istehsal fondlarını, torpağı, qiymətli kağızları, banka qoyulmuş depozitlər, toplanmış biliklər («insan kapitalı») və s. kapitaldır. Sadalanan nemətlərin hər biri müxtəlif formalarda gəlir gətirir.

F.Kens, A.Smit, S.C.Mill, A.Marşall kimi görkəmli iqtisadçılar kapitalı tərkib ünsürləri üzrə əsas dövriyyə kapitallarına ayırırlar. Bunlar dövr etmə xüsusiyyətlərinə görə fərqlənirlər.

Əsas kapital: 1. İstehsalda bütövlükdə iştirak edir və öz dəyərini istehsal olunmuş məhsulun üzərinə hissə-hissə keçirir (binalar, maşınlar, qurğular); 2. Əsas kapital bir neçə istehsal prosesində iştirak edir, öz formasını saxlayır.

Dövriyyə kapitalı: 1. İstehsal prosesinə hissə-hissə daxil olur, öz dəyərini məhsulun üzərinə birdən-birə keçirir; 2. Yalnız bir istehsal prosesində iştirak edir və ilkin formasını dəyişir (xammal, material, elektrik enerjisi və s.).

Kapitalın öz bazarı vardır və bu bazarda kapital alınıb satılır. İqtisadçılar fiziki formasında kapitalı onun xidmət göstərməsindən fərqləndirirlər. Belə ki, nemət olan kapital (maşın, dəzgah, bina və s.) xidmət göstərən kapitaldan fərqləndirilir və qiymətləndirilir. Maşının öz qiymətilə ondan istifadənin qiyməti (pul ifadəsində maşın - saat) yəni icarəyə verildiyinə görə alınan icarə haqqı fərqlənir. Buna görə də kapital bazarı dedikdə onun üç seqmenti nəzərdə tutulur:

  1. Kapital neməti bazarı, burada istehsal fondları alınıb-satılır;

  2. Kapital xidməti bazarı – fondlar haqqı ödənilməklə, müvəqqəti istifadə üçün icarəyə verilə bilər;

  3. Borc kapitalı bazarıdır ki, faiz gətirir.

İstehsal amili olan kapital bilavasitə istehsalda iştirak edir onun köməyilə nemətlər hazırlanır. Bu nemət qədər çox hazırlanarsa, kapitalın məhsuldarlığı da bir o qədər yüksək olar. kapitalın məhsuldarlığı onun gəlirliyində, yaxud kapitalın gəlirliyi normasında ifadə olunur. Kapitalın gəlir gətirməsi ağacın meyvə verməsi kimi təbii haldır.

Bazarda kapitala olan tələb firma sahibləri tərəfindən irəli sürülür, məhsuldar kapitalı təklif edən isə ev təsərrüfatlarıdır.

Kapitalın xidmətini tələb və təklif edən isə firmalardır. Biri icarəyə verir, başqası isə icarəyə götürür. Məsələn, firma ona məxsus kompüteri icarəyə verib icarə haqqı alır. İstehsalın normal fəaliyyətini, fasiləsizliyini təmin etmək üçün pul formasında olan kapitaldan da istifadə olunur. Bu borc kapitalıdır. Borc kapitalına olan tələb də istehsal fondları almaq üçün lazımdır, pul əldə etmək üçün yox.

Kapitala görə sahibkar mənfəət əldə etməlidir. Lakin kapital həddən çox prosesə cəlb edildikdə mənfəət azalır. Bu kapitalın gəlirliyinin azalmasıdır və qanundur. Belə bir qanunun olduğunu Smit, Rikardo, Marks və Marşall görmüş və öyrənmişlər.

Rəqabət nəticəsində kapitalın sahələr arasında axını və əks axını baş verir və müxtəlif sahələrdə yaranmış mənfəət bölüşdürülür və orta mənfəət yaranır.

Borc verilən (təklif) kapitalın mənbəyi isə müvəqqəti sərbəstləşən pul vəsaitidir ki, banklarda toplanır və ehtiyacı olanlara təklif edilir və müqabilində faiz ödənilir. Pul təklifi çox olarsa, faiz norması aşağı olur, tələb çox, təklif az olduqda isə faiz norması yüksək olur. Faiz norması borc kapitalının gətirdiyi gəlirin borc verilmiş kapitala faizlə nisbətidir. Faiz borc kapitalının istifadəsinə görə ödənilən «haqqdır». Tələb və təklifdən asılı olaraq faiz dərəcələri (stavkası) nominal və real olaraq fərqlənirlər.

Nominal faiz dərəcəsi – inflyasiya səviyyəsini nəzərə almadan müəyyən edilmiş cari bazar dərəcəsidir. Real faiz dərəcəsi – nəzərdə tutulan (göstərilən) inflyasiya sürəti çıxılmış nominal faiz dərəcəsidir. Məsələn, illik nominal faiz dərəcəsi 9 %-dir, gözlənilən inflyasiya sürəti 5 %-dir, onda (9-5)=4 %-ə. Deməli, real faiz dərəcəsi 4 %-dir.

Faiz dərəcələri müxtəlif amillərdən asılı olaraq dəyişir: 1. borcun verildiyi müddətdən; 2. borc vəsaiti bazarının inhisarlaşması səviyyəsindən; 3. tələbdən və təklifdən.
§5. Kapital və investisiya qoyuluşları. İnvestisiya qoyuluşlarının

səmərəliliyi
Kapital və investisiya qoyuluşları arasında qarşılıqlı əlaqə vardır. İnvestisiya kapitalın tətbiqi formasıdır ki, nəticədə kapital nemətlərinin özü, (istehsal avadanlığı, dəzgahlar, maşın və s.) onun ehtiyatı artır.

Real investisiya (latınca «investre» - «geyindirmək» deməkdir) gəlir əldə etmək məqsədilə iqtisadiyyata uzun müddətə kapital qoymaqdır. İnvestisiya müəyyən müddət ərzində əmtəə istehsal vasitələrinin istehsalına (evlər, zavodlar, texnika s.) ya ehtiyatlara (xammal, material, istehlak şeyləri s.) sərf olunan vəsaitdir. İnvestisiya qoyuluşları müxtəlif istiqamətli olur, onun obyektləri subyektləri vardır.

Инвестисийа

Ясас капитал вя дювриййя вясаитляри




вятяндашлар

Гиймятли каьызлар





Мягсядли пул гойулушлары

Щцгуги шяхсляр

(о ъцмлядян хариъиляр



Елми-техники мящсуллар


Интелектуал дяйярляр



Дювлят, о ъцмлядян хариъи

Мцлкиййятин диэяр обйектляри



Sxem 5. İnvestisiyanın obyektləri və subyektləri
İnvestisiyalar mənşəyinə, mənbəyinə, məqsədinə, yerləşdirmə müddətinə və istifadə xarakterinə görə fərqlənir. İnvestisiya maliyyə məzmununa görə mənfəət əldə etmək məqsədilə təsərrüfat fəaliyyətinə qoyulan bütün növ vasitələrdir. Milli iqtisadiyyatda investisiya cəmiyyətin real kapitalının, o cümlədən insan kapitalının artırılmasına yönəldilən iqtisadi resurslardır. İqtisadi məzmununa görə investisiya əsas kapitalın yaradılması, yeniləşdirilməsi

ilə bağlı xərclərdir. İnvestisiya gəlir gətirən vəsaitdir. İnvestisiya qoyuluşları iki amillə müəyyən olunur: gözlənilən xalis mənfəətin norması; bank faizinin real dərəcəsi. Xalis mənfəət norması artımının faiz dərəcəsindən üstün olması investisiyanı stimullaşdırır.

İnvestisiya əsasən iki istiqamətdə qoyulur: 1. əsas kamitala qoyulan investisiyalar və 2. maliyyə aktivlərinə qoyulan investisiyalar.

İnvestisiyalar istehsal sahələrinə, əmtəə və material ehtiyatlarına, mənzil tikintisinə və s. qoyulur.

İnvestisiyalar xüsusi investisiyalara və dövlət investisiyalarına ayrılır. Xüsusi investisiyalar mənfəət əldə etmək məqsədini güdür, dövlət investisiyaları iqtisadi inkişafın tənzimlənməsinə və ölkənin müdafiəsinə yönəldilir.

Xüsusi və dövlət vəsaitləri ilə yanaşı şirkətlərin bölüşdürülməmiş mənfəəti, amortizasiya ayırmaları, kənardan alınmış (borc) vəsait, qiymətli kağızların satışından əldə olunan gəlirlər və uzun müddətli kreditlər də investisiya mənbələridir.

İnvestisiyaların aşağıdakı növləri vardır:

  1. daxili investisiyalar;

  2. xarici investisiyalar;

  3. real və ya birbaşa investisiyalar (iqtisadiyyatın müxtəlif sahələrinə);

  4. maliyyə investisiyaları – qiymətli kağızlara qoyulan;

  5. intellektual investisiyalar – kadrların hazırlanmasına, təcrübənin öyrədilməsinə və s.

İnvestisiya qoymaq üçün lazımi şərai, milli olmalıdır və mühiti təmin edən amillər aşağıdakı sxemdə göstərilmişdir.


Инвестисийа мцщити-сийаси, игтисади, щцгуги, сосиал, мяишят вя с. амиллярин мяъмуудур



Инвесторлар цчцн дягиг щцгуги базанын йарадылмасы

Ямтяя вя хидмятляр базарынын ъялбедиъилийи


Верэилярин тянзимлянмяси



Кейфиййятли вя уъуз ишчи гцввясинин мювъудлуьу



Валйута риски



Фондларын тянзимзялян-

мясиня йюнялдилян амортизасийа вясаити



Инвестисийа рискинин сыьортасы



Сийаси шяраит

Капиталын гайытмасы

вя с.

Пул базарынын сабитлийи






Sxem 6. İnvestisiya mühiti.


Kapital xüsusi bir əmtəədir və borc verməklə satılır. Bu halda pul xüsusi qabiliyyətə malik olmaqla dəyərin artırılması və mənfəətin yaranması prosesində iştirak edir. Pulun kapital kimi hərəkətində investisiyaların xüsusi rolu vardır. Başlıca odur ki, investisiyalar səmərəli istiqamətlərə yönəldilsin və yüksək səmərə versin.

İnvestisiyalar o halda səmərəli olur ki, nəzərdə tutulan dövrdə gəlir gətirsin, ancaq bu gəlirin miqdarı faizin bazar stavkasından az olmamalıdır, heç olmasa borc faizi dərəcəsinə bərabər olmalıdır.

Bazar rəqabəti şəraitində investisiya layihələrindən ən optimalını seçmək lazımdır. İnvestisiya qoyuluşundan əldə olunacaq gəlirin səviyyəsini müəyyən etməkdə faiz dərəcələri çox əhəmiyyətli rol oynayır.

İnvestisiya layihələrinin effektliyini əsaslandırmaq üçün əldə olunacaq gəlirin səviyyəsini faiz dərəcələri ilə müqayisə edirlər. Bu əsas üsullardan biridir. İnvestisiya layihələri həyata keçirirkən (avadanlıq alanda, yeni zavod tikəndə, dəmir yolu çəkəndə və s.) bu günkü xərclərin miqdarını gələcəkdə götürüləcək gəlirlə müqayisə etmək lazımdır. Ola bilər ki, hazırki haldı pulu banka qoyub faiz götürmək daha sərfəlidir. Başqa birisi kapitalını yüksək gəlirli qiymətli kağızların alınmasına sərf edib gəlir götürür və s. İnvestisiya qoyarkən vaxt amili nəzərə alınmalıdır. Ola bilər ki, indi qoyulan kapital bir ildən sonra 10 % gəlir gətirsin, iki ildən sonra 30 %. Buna görə də vaxt amili həmişə nəzərə alınmalıdır.

X Fəsil

TORPAQ VƏ AQRAR MÜNASİBƏTLƏR. RENTA.

TORPAQ BAZARI.
1.İstehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və onların xüsusiyyətləri.

2. Torpaq mülkiyyəti və onun iqtisadi reallaşdırma formaları.

3. Aqrar bölmədə istehsalın təşkili formaları. Kəndli fermer təsərrüfatları. Aqrar-sənaye kompleksləri.

4. Torpaq icarəsi və icarə haqqı. İcarə haqqının tərkib ünsürləri.

5. Renta və onun formaları. Differensial və mütləq renta.

6. Torpaq bazarı və torpağın qiyməti.

7. Azərbaycanda aqrar islahatlar və əsas məqsədlər.


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə