Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə8/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
























Sxem 1. Sahibkarlıq mühiti
Cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə sahibkarlıq fəaliyyətinin strukturunda dəyişikliklər baş verir, sahibkarlığın yeni formaları meydana gəlir.

Artıq Yaponiya və Qərb ölkələrində XXI əsrdə sahibkarlığın mövcud ola biləcək perspektiv istiqamətləri müəyyən edilmişdir. Yaponiyada informasiya biznesinə ümidlər bağlanır. Dünyanın informasiya bazarından istifadə edən Yapon sahibkarları başqalarından tez və daha yaxşı texnoloji yenilikləri tətbiq edirlər. Almaniya, İngiltərə və Fransada sənaye texnologiyası sahəsinə üstünlük verilir. ABŞ-da işçilərin intellektual səviyyəsinin yüksəldilməsinə daha böyük diqqət yetirilir (onların təhsil səviyyəsinə, ixtisasına) və sahibkarlığın potensial imkanını intellektdə görürlər.

Madam ki, sahibkarın funksiyasında ağırlıq mərkəzi yenilikçiliyin üzərinə keçirilir, onda sahibkarın şəxsiyyətinə, onun psixoloji xarakteristikasına qarşı yeni tələblər meydana çıxır. ABŞ-ın «Mak-Berend Kompani» firması öz tədqiqatları vasitəsilə biznesmenin aşağıdakı şəxsi keyfiyyətlərini üzə çıxarmışdır:

- imkanların və təşəbbüskarlığın axtarışı yolu ilə məqsədə çatmaq;

- riskə hazır olmaq (riski azaltmağa çalışmaq, yaxud nəticəyə nəzarət etmək);

-effektliyə və keyfiyyətə meylli olmaq (tez, yaxşı və ucuz istehsal etməyi bacarmaq);

- işçi əlaqələrdə cəlbedicilik (bütün məsuliyyəti öz üzərinə götürmək);

- məqsədə can atmaq (məqsədi yaxşı anlamaq, uzaqgörənlik);

- məlumatlı olmağa cəhd göstərmək (müştəri haqqında, tədarükçü, rəqib haqqında şəxsən məlumat toplamaq);

- müntəzəm (sistemli) planlaşdırma və müşahidə etmək (planlaşdırmaq, təsərrüfat göstəricilərini izləmək və onlardan qərar qəbulunda istifadə etmək);

- inandırmağı bacarmaq, işgüzar və şəxsi əlaqə qurmaq;

-müstəqil və özünə inamlı olmaq (öz bacarığına inanmaqla çətin məsələləri həll etmək).

Bu tələblərə əsasən, hamının sahibkar ola biləcəyinə inanmaq olmaz, yəni hamı sahibkar ola bilməz. (Bu məlumat Y.Borisovun dərsliyindən götürülüb).

Sahibkar mikroiqtisadiyyatda əsas iqtisadi agentdir. O, bilavasitə istehsalla məşğul olur, maddi nemətlər xidmətlər istehsal edir. Lakin onun bilavasitə məqsədi məhsul istehsal etmək deyildir. Əsas məqsəd mənfəət əldə etməkdir. O, bazar iqtisadiyyatı şəraitində yaşayır buna görə əmtəə istehsalçısı kimi çıxış edir.

Mikroiqtisadi səviyyədə bütün sahibkarlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər, biri biri üçün əmtəə istehsalçısı olur, biri digəri üçün alıcı, digəri isə satıcı rolunda çıxış edir. Onlar istehsal olunmuş məhsulun əsas istehlakçılarıdır. Məhsulların mübadiləsi əsasən onların arasında baş verir.

Mikroiqtisadi səviyyədə isə bölgü özünəməxsus, spesifik bir formada aparılır. Belə ki, istehsalın baş verməsi üçün istehsalın maddi və şəxsi amilləri mikroiqtisadiyyat sahələri arasında bazar mexanizmi vasitəsilə bölüşdürülür. Bazarın bütün əsas növləri mikroiqtisadiyyat strukturuna daxildir və onun fəaliyyəti, mexanizmi bütün sahibkarların fəaliyyətini tənzimləyir. Buna görə də mikroiqtisadi səviyyədə istehsal, bölgü, mübadilə və istehlak bazar rəqabəti, tələb, təklif və bazar qiymətlərinin təsiri altında baş verir.

Sahibkarlar istehsalı, bölgünü, mübadiləni və istehlakı əsas məqsədə – mənfəətin əldə olunmasına cavab verən istiqamətdə həyata keçirirlər. Bu zaman məhdud resurslar elə nisbətdə bölünməlidir ki, bazarın tələbinə cavab verən ucuz və keyfiyyətli əmtəələr istehsal etmək mümkün olsun.

Mikroiqtisadi səviyyədə istehlak məhsuldar və şəxsi istehlak formasında baş verir. Buna uyğun olaraq da istehsal olunmuş məhsulların bir hissəsi yenidən istehsala, resurs kimi, istehsal amili kim i daxil olur. Digər hissəsi isə sahibkarların və işçilərin şəxsi istehlakının ödənilməsi üçün ayrılır. Bu istehlakın nəticəsində iş qüvvəsi təkrar istehsal olunur və istehsalın yenidən başlanması üçün imkan yaranır.

Beləliklə, mikroiqtisadi səviyyədə istehsal, bölgü, mübadilə və istehlakın nəticəsində təkrar istehsal prosesi fasiləsiz baş verir və cəmiyyətin tələbatlarını ödəmək üçün maddi zəmin yaranır.

§3. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar

strukturunun formalaşması.
Mikroiqtisadiyyat yüzminlərlə müəssisənin, ailələrin, fərdlərin, çoxsaylı bazarların və nəhayət dövlətin də bu və digər dərəcədə iştirak etdiyi fəaliyyət sferasıdır. İqtisadiyyatın bu səviyyəsi ictimai əmək bölgüsünün inkişafı nəticəsində formalaşmışdır.

İlkin olaraq ən böyük əmək bölgüsü cəmiyyətdə baş versə (əkinçilik maldarlıqdan ayrılmış, sənətkarlıq əkinçilikdən ayrılmış, sonra isə tacirlər sinfi meydana gəlmişdir) onun dərinləşməsi nəticəsində ixtisaslaşmış konkret istehsal sahələri yaranmağa başlamışdır.

Əmək bölgüsü əməyin, istehsalın ayrı-ayrı sahələrində, sahələrin daxilində və müəssisə daxilində müəyyən bir məhsulun və məhsulun hissəsinin istehsalı üzrə bölünməsidir. Belə bir bölgünün nəticəsində böyük sahələr, yarımsahələr, yarımsahələr isə birliklər və müəssisələr formasında təşkil olunur. İstehsalın bu təşkili formasında birliklər və müəssisələr bilavasitə məhsulun istehsalçılarıdır.

Bazar iqtisadiyyatının hakim olduğu kapitalizmdən əvvəlki cəmiyyətlərdə əmək bölgüsü zəif inkişaf etdiyindən lazımi quruluşa malik mikroiqtisadiyyat formalaşmamışdır. Əvvəlki cəmiyyətlərdə əsasən kənd təsərrüfatı, qismən də sənət sahələri fəaliyyət göstərirdi. Bu isə müxtəlif növ bazarların yaranması və fəaliyyət göstərməsi üçün azlıq edirdi.

Kapitalizmə keçməklə əmək bölgüsü daha da dərinləşir, istehsalın sənaye kimi yeni sahəsi meydana gəlir, manufakturalar yaranır, manufakturalarda əmək bölgüsü baş verir. Və nəticədə əmək bölgüsü məhsuldarlığı görünməmiş dərəcədə yüksəldir. Bu dövrü, mikroiqtisadiyyatın bazar strukturunun formalaşdığı dövr kimi səciyyələndirmək olar. Sahibkarlıq fəaliyyətinin genişlənərək daha yeni-yeni sahələri əhatə etməsi də məhz bu dövrdən etibarən baş vermişdir.

İstehsala maşın tətbiqi və maşınlı istehsalın təşkilinin əsas forması kimi kapitalist fabrikləri meydana gəlir. Bu istehsalın mikro səviyyəsində böyük keyfiyyət dəyişikliyi demək idi. Əmək bölgüsünün daha da inkişafı nəticəsində sənayenin yeni-yeni sahələri meydana gəlir. Demək olar ki, mikroiqtisadiyyatın bazar strukturu formalaşır və nəticədə bazarın müxtəlif növləri yaranır. Yerli bazarlar genişlənir və region bazarları əmələ gəlir. Region bazarlarının qarşılıqlı əlaqəsi sayəsində milli bazar formalaşır.

Bütün bunlar sənayesi inkişaf edən ölkələrin mikroiqtisadiyyatının formalaşması prosesini başa çatdırır. Və mikroiqtisadiyyat bazar qanunları və bazar mexanizmi əsasında fəaliyyət göstərir.
§4. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması1.
Hər bir mövcud iqtisadi sistem əsas və köməkçi sahələrdən ibarətdir. Köməkçi sahələr bilavasitə əsas sahəyə xidmət edir, onun fəaliyyəti üçün lazımi şərait yaradır. Əsas sahəyə xidmət edən bütün struktur halqaları infrastruktur adlanır.

İnfrastruktura sosial-iqtisadi həyatın çox mühüm, zəruri olan tərkib hissəsidir və onun da öz strukturu vardır. Ümumi şəkildə infrastruktur sahələ-rinə aiddir: nəqliyyat, rabitə, səhiyyə, elm və s. Bunların hər biri də özlüyündə nisbi müstəqil sahələrdir və özlərini də infrastruktur sahələri vardır.

«İnfrastruktura» latın mənşəli sözdür (infra – aşağı, alt və struktura – yerləşmə mənalarını ifadə edir) və aşağı struktura mənasını verir. Başlıca təyinatı əsas sahələrə xidmət etməkdir və buna görə də köməkçi rol oynayır.

Bir anlayış kimi infrastruktura ilk dəfə olaraq XX əsrin I yarısında hərbi sahədə işlədilmiş və leksikona daxil olmuşdur. Hərbi sahədə bu silahlı qüvvələrə xidmət edən köməkçi sahələri nəzərdə tuturdu. Məsələn, hərbi aerodromlar, təlim keçmək üçün poliqonlar, raket buraxan meydançalar, orduya səhiyyə xidməti göstərən sahələr və s. infrastruktura aid edilir.

Artıq XX əsrin 40-cı illərindən etibarən infrastruktura maddi istehsal sahələrinin normal fəaliyyətini təmin edən kompleks təsərrüfat sahəsi kimi xarakterizə edilir və öyrənilir.

İqtisadiyyatın hər bir konkret səviyyəsinə uyğun olan infrastruktur sahələri vardır. Belə ki, mikroiqtisadiyyata xas olan infrastruktur (mikroinfrastruktur) sahələri, mezoiqtisadiyyata xas olan (mezoinfrastruktur) infrastruktur sahələri, makroiqtisadiyyata xas olan infrastruktur (makroinfrastruktur) sahələri, meqoiqtisadiyyata xas olan infrastruktur (meqoinfrastruktur) sahələri formalaşıb fəaliyyət göstərir.

Bu yanaşmada mikroiqtisadiyyatın strukturunda istehsalçı firmalar (müəssisələr), ev təsərrüfatları, bazarlar onlara xidmət edən infrastrukturlar fəaliyyət göstərir. Bu strukturda biri əsas işi görür, digəri isə ona txidmət göstərir infrastruktur rolunda çıxış edir. Məsələn, mikroiqtisadi sistemə daxil olan istehsalçı firmalar maddi məhsullar istehsal edən əsas, aparıcı sahədir, rabitə xidməti göstərən müəssisə isə bütün istehsalçı firmalar, ev təsərrüfatları üçün infrastruktur rolunu oynayır. İstehsalçı firmalara xidmət edən daxili xarici infrastrukturlar vardır. Firmanın daxili infrastrukturuna bilavasitə firmanın tabeliyində olan nəqliyyat vasitələri, məhsulları ehtiyatları saxlamaq üçün qarajlar təmir emalatxanaları, idarə etmək üçün rabitə qovşağı, işçilərə xidmət üçün müəssisədaxili poliklinika, yeməkxanalar, yataqxanalar, uşaq bağçaları, idman kompleksləri, sağlamlıq ocaqları s. daxildir. Bir çox iri müəssisələrdə sexlərarası yollar, istilik sistemi (qazanxanalar), elektrik şəbəkələri firmadaxili infrastruktura aiddir. Firmalara məxsus reklam, marketinq, informasiya sistemləri, tədris mərkəzi (ixtisasartırma), elmi-tədqiqat laboratoriyaları s. infrastruktura aid olmaqla hüquqi cəhətdən firmalara tabedir ona xidmət edir.

Firmadaxili infrastrukturlarla yanaşı mikroiqtisadiyyata xidmət edən aşağıdakı infrastruktur sahələrini göstərmək olar:

1. Mikroiqtisadi sistemdə fəaliyyət göstərən müstəqil infrastrukturlar.

Bunlara aiddir kommersiya bankları, özəl sığorta şirkətləri, məişət xidməti sis-temi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə sistemləri, su, elektrik, yanacaq xidməti göstərən müəssisələr, yol, səhiyyə, təhsil, elm, hüquq s. xidmətlər.

2.Mezoiqtisadiyyata aid olan infrastrukturlar. Bu səviyyədə elə infrastruktur obyektləri vardır ki, onların xidmətindən mikroiqtisadi sferada fəaliyyət göstərən hüquqi və fiziki şəxslər də istifadə edirlər. Məsələn, neft şirkətlərinin yanacaq doldurma məntəqələrindən, elektrik şəbəkələrindən, onlara məxsus olan yollardan, təmir müəssisələrindən, nəqliyyat vasitələrindən və s.dən, hətta kiçik müəssisələr də bəhrələnə bilərlər.

3. Makroiqtisadi sistemə aid olan infrastrukturlar. Bu səviyyəyə aid olan Milli Bankın, magistral yolların, ölkənin vergi sisteminin, maliyyə orqan-larının, qanunvericilik orqanlarının, dövlətin elektrik sisteminin və s.in xidmə-tindən də mikroiqtisadiyyata məxsus təsərrüfatçı subyektlər istifadə edirlər.

4. Meqoiqtisadi sistemə aid olan infratsruktur obyektləri. Bunlara beynəlxalq maliyyə qurumlarını, beynəlxalq nəqliyyat və rabitə sistemlərini, beynəlxalq limanları, azad ticarət və lizinq xidməti zonalarını və s. aid etmək olar. Mikroiqtisadiyyata aid olan firmalar göstərilən beynəlxalq qurumların xidmətlərindən istifadə etmək imkanına malikdirlər.

Deməli, mikroiqtisadi sistemə aid olan təsərrüfatçı subyektlər bütün səviyyələrdə mövcud olan infrastruktur obyektlərinin xidmətindən bu digər dərəcədə istifadə edə bilirlər. Buna görə bütün səviyyələrdə infrastrukturların lazımi dərəcədə inkişafı bütövlükdə iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün zəruri şərtdir.

Bütövlükdə götürülən infrastruktura üç əsas sahəyə ayrılır. Birincisi, istehsal infrastrukturu. Bu bilavasitə istehsala xidmət edir, onun sabit dinamik inkişafına fasiləsiz təkrar olunmasına şərait yaradır. Bilavasitə istehsala xidmət edən nəqldiyyat rabitə sistemləri, tikililər, texniki təmir xidməti s. istehsal infrastruktura aiddir.

İkincisi, sosial infrastruktur. Bu bilavasitə sosial tələbatların ödənilməsinə xidmət edir. Səhiyyə, təhsil, elm, mədəniyyət, idman, mənzil təminatı, əhaliyə xidmət edən ticarət, sağlamlığa yardımçı olan digər bütün sahələr sosial infrastruktura aiddir.

Üçüncüsü, bazar infrastrukturu. Bu bazarın normal fəaliyyətinə xidmət edən bütün sahələri əhatə edir və bu haqda sonrakı mövzuda ətraflı danışılacaqdır.

İnfrastruktur sahələrinin yaranma tarixi qədimdir. Yollar, körpülər, ticarət yolları üzərində karvansaralar, qədim suvarma sistemləri və s. kimi infrastruktur sahələri eramızdan əvvəlki zamanlarda yaranmışdır. Lakin onun sonrakı inkişafı ictimai əmək bölgüsünün genişlənməsi, bazar iqtisadiyyatının yaranması və kapitalizmin meydana gəlməsilə bağlıdır.

Kapitalist istehsalı təşkilinin sadə kooperasiya, manufaktura və maşınlı sənaye formalarının meydana gəlib inkişaf etməsilə mikroiqtisadiyyata xidmət edən infrastruktur sahələri də yaranıb fəaliyyət göstərir. İstehsalın xüsusi sahibkarlıq formalarının təşkili bazar münasibətlərinin genişlənməsinə səbəb olur, rəqabət güclənir. Belə bir şəraitdə istehsalın bazarın tələblərinə cavab verən strukturunun formalaşması və bu struktura uyğun gələn, onun inkişafını təmin edən şəraitin formalaşmasına obyektiv zərurət yaranır. İstehsala xidmət edən infrastruktur sahələrinin yaranması da bu zərurətdən irəli gəlmişdir. El-min, texnikanın sonrakı inkişafı, ETİ-ın baş verməsi, istehsalın elmi bazasının genişlənməsi infrastruktur sahələrinin də genişlənməsinə səbəb olmuşdur.

Mikroiqtisadiyyatın strukturuna uyğun gələn və əsasən ona xidmət edən mikroinfrastruktur yaranıb fəaliyyət göstərir. Yuxarıda qeyd etdik ki, bütövlükdə mikroiqtisadiyyat öz strukturlarına görə istehsalçı firmalardan, ev təsərrüfatlarından, bazarlardan ibarətdir və infrastruktura aid olan bütün halqalar (özəklər) qarşılıqlı əlaqədə və qarşılıqlı təsir halında mövcud olub fəaliyyət göstərirlər.

Bu sistemdə istehsalçı firmalar, ev təsərrüfatları və xidmət göstərən infrastrukturlar bazarın subyektləridir, bazar isə onların qarşılıqlı əlaqələrini təmin edən əsas mexanizmdir (müəssisədaxili infrastrukturlar müstəqil bazar subyekti deyillər).

Mikroiqtisadiyyat üçün vahid bir infrastruktur yoxdur. Burada mürəkkəb tərkibli infrastruktura fəaliyyət göstərir. Bu tərkibə aşağıdakı infrastrukturlar daxildir: 1. istehsala xidmət edən infrastruktur; 2. ev təsərrüfatlarına xidmət edən infrastruktur; 3. xidmət sahələrinin öz infrastrukturları; 4. bazarın infrastrukturu.

Mikroiqtisadi sistemə daxil olan struktur halqalarının hansının əsas və hansının yardımçı infrastruktur olduğunu müəyyən etmək üçün onların konkret şəraitdəki fəaliyyətini öyrənmək lazımdır. Məsələn, nəqliyyat müəssisələri istehsala xidmət etdiyi halda infrastruktur rolunda çıxış edirsə müstəqil müəssisə olmaqla onların özlərinin də infrastrukturları vardır.

Mikroiqtisadiyyat çoxsahəlidir və hər sahənin də özünə uyğun olan infrastrukturu vardır. Məsələn, sənayenin və onun hər bir sahəsinin öz infrastrukturu vardır. Kənd təsərrüfatının öz infrastrukturu, tikintinin, nəqliyyatın və ticarətin də özlərinə məxsus infrastrukturları vardır. Bütün bu infrastrukturlar konkret sahənin xüsusiyyətindən asılı olaraq konkret funksiyaları yerinə yetirirlər.

İnfrastrukturun ən başlıca funksiyası əsas sahəyə xidmət göstərməkdir. Ancaq bu adi xidmət deyil, əsas sahənin fəaliyyətinin səmərəliliyini artıran, yüksək nəticələr əldə etməsinə şərait yaradan, sabit və dinamik inkişafını təmin etməyə qadir olan bir xidmətdir.

Firma (müəssisə) – daxili infrastrukturun əsas funksiyası müəssisənin normal fəaliyyətini təmin etməkdər ibarətdir.

Firmadan xaric infrastrukturlar bilavasitə firmalara tabe olmayan müstəqil fəaliyyət göstərən xidmət sahələridir. Onların hər biri hüquqi şəxs, bazar subyektləri olmaqla bütövlükdə mikroiqtisadiyyata xidmət göstərirlər. Bu zaman onların hər biri özünə aid olan funksiyanı yerinə yetirir. Bu zaman infrastruktura aid olan hər hansı bir sahə öz funksiyasını lazımi səviyyədə yerinə yetirməzsə bu digər sahələrin fəaliyyətinə mənfi təsir göstərəcək, mikroiqtisadiyyatın normal inkişafı pozulacaq. Məsələn, mikroiqtisadi sahələrə verilən enerji (elektrik) dayandırılarsa bu bütün qalan sahələrin işinin qismən yaxud da tamamilə dayanmasına səbəb olacaqdır.

Xidmət sahələri başqa sahələrə və bir birinə nəzərən infrastruktur funksiyasını yerinə yetirirlər. Özləri isə əslində hüquqi şəxs statusuna malik müstəqil müəssisələrdir və onlar xidmət istehsalçılarıdırlar. Onların istehsalının nəticəsi başqaları üçün göstərdikləri xidmətdir, özləri üçün isə dəyəp (pul) formasında ifadə olunan gəlirdir və ÜDM-in tərkibinə daxil edilir. Buradan da infrastrukturun digər bir funksiyası aşkara çıxır. Bu ÜDM-in yaranmasında iştirak etmək funksiyasıdır. Özünün bu funksiyası ilə infrastrukturlar həm xidmət etdikləri əsas sahələrin gəlirlərinin formalaşmasında iştirak edir və ona təsir göstərir və həm də öz gəlirlərini formalaşdırırlar. Nəticədə infrastrukturlar ölkənin ÜDM-in formalaşması prosesində bilavasitə iştirak edirlər. Və bu məhsulda onların payı getdikcə artır.

İnfrastruktura fəaliyytədə olan hər hansı bir sistemin zəruri komponenti kimi çıxış edir və bütöv sistemin əsas, aparıcı sahəsinə xidmət edir. Eyni zamanda infrastrukturun özü də xidmət göstərən ayrı-ayrı sahə və müəssisələrin məcmusu kimi mövcuddur və sistem halındadır.

İnfrastrukturun bilavasiət istehsala təsirinin müəyyən xüsusiyyətləri vardır:

  1. İnfrastruktur texnoloji proseslərə bilavasitə təs ir göstərmir;

  2. Onun fəaliyyətinin nəticəsi xidmət etdiyi sahənin məhsulunda birbaşa maddi formada ifadə olunmur;

  3. infrastruktur xidmət göstərdiyi sahənin, müəssisənin iqtisadi nəticələrinə təsir göstərir və xərclərində ifadə olunur;

  4. infrastruktur istehsal olunan məhsulun hərəkətinə təsir edir, onun dövriyyəsini sürətləndirir;

  5. infrastruktur istehsal olunmuş məhsulun, xammalın, yarımfabrikatların qorunub saxlanılmasına, xarab olmasının qarşısının alınmasına və bununla da itkilərin azaldılmasına bilavasitə təsir göstərir.

Deməli, infrastruktur istehsal fəaliyyəti üçün normal şərait yaradır, təkrar istehsal prosesini sürətləndirir onun fasiləsizliyini təmin edir. Bu isə istehsal fondlarından, instehsala qoyulmuş investisiyalardan səmərəli istifadə etməyə imkan yaradır istehsalçı müəssisələrin mənfəətli işləməsini təmin edir.

Mikroiqtisadi səviyyədə infrastrukturların genişlənib inkişaf etməsi ölkənin ən başlıca problemlərindən olan işsizliyin azaldılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə real imkan yaradır. Bu da özlüyündə əhalinin gəlirlərinin artmasına, yoxsulluğun azaldılmasına həyat səviyyəsinin yüksəldilməsinə birbaşa təsir göstərir.

Müstəqillik əldə etmiş Azərbaycan Respublikası bütün səviyyələrdə özünün iqtisadiyyatını formalaşdırır. Ən öncə mikroiqtisadiyyatını yaradır, onun strukturunu bazar iqtisadiyyatının tələblərinə uyğun olan bir şəkildə yenidən qurur. Bu zaman mikroiqtisadiyyata xidmət edəcək infrastruktur özəkləri də yaradılır. Bu cür özəklərin yaradılması iqtisadiyyatın neft sektorunda, nəqliyyatda, rabitədə, ticarətdə, tikintidə daha aydın gözə çarpır. Digər sahələrdə də əvvəllər mövcud olmuş infrastruktur sahələri bərpa edilir və yeniləri yaradılır. Yollar çəkilir, körpülər tikilir, neft terminalları, neftin nəqli üçün boru kəmərləri inşa edilir.

Bazara keçidlə bağlı bazar infrastrukturu formalaşdırılır. Birjalar, kommersiya bankları, yarmarkalar, sığorta kompaniyaları, informasiya və reklam agentlikləri, ticarət palataları, gömrük sistemi, məsləhət kompaniyaları, audit kompaniyaları, qiymətli kağızlar bazarı, lisenziya və patent bazarı və s. bütün bunlar Azərbaycanda yeni yaradılmış infrastruktur özəkləridir. Sosial infrastruktur sahəsində də xeyli iş görülmüş, yeni-yeni xidmət sferaları yaradılmışdır.

Azərbaycanın kənd təsərrüfatı sferasında, regionlarında infrastruktur sahələri çox zəif inkişaf etmişdir buna görə əhalinin şəhərlərə axını güclüdür.

Azərbaycan Respublikası regionlarının inkişaf proqramında infrastruk-tur subyektlərinin genişləndirilməsi istiqamətində bir çox işlərin görülməsi -zərdə tutulmuşdur bu sahədə xeyli görülmüşdür. Rayonlarda idman kom-pleksləri, məktəblər, xəstəxanalar, rabitə qovşaqları tikilir, yollar, körpülər bərpa edilir. Rayonların elektrik qaz təminatı istiqamətində işlər görülür. Bütün bunlar regionlarda mikroiqtisadiyyatın əsas sahələrinin inkişaf etməsinə şərait yaradır.

Respublikamızda makro meqoiqtisadiyyat səviyyələrində yeni infrastruktur obyektləri yaradılır ki, bunlar da Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılmasına birbaşa xidmət edir.


YI Fəsil. BAZAR VƏ ONUN FƏALİYYƏT MEXANİZMİ.

BAZAR İNFRASTRUKTURU

1. Bazar: mahiyyəti və meydana gəlmə şərtləri. Bazarın funksiyaları, strukturu, forma və növləri.

2. Bazar qanunları bazar mexanizmi. Bazar əlaqələrinin tipləri.

3. Tələb qanunu. Tələbə təsir edən amillər. Fərdi və bazar tələbi. Tələbin elastikliyi.

4. Təklif və ona təsir edən amillər. Təklif qanunu. Təklifin elastikliyi.

5. Qiymətin əmələ gəlmə mexanizmi. Bazar tarazlığı. Subyektiv qiymətləndirmə. Faydalılıq həddi.

6. Bazar infrastrukturu. Birja.

§1. Bazar: mahiyyəti meydana gəlmə şərtləri. Bazarın funksiyaları, strukturu, forma növləri.

Bazar iqtisadiyyatı sistemində aparıcı mövqe bazara məxsusdur. Bazar nədir? sualına müxtəlif cavablar verilir. Onun ən sadə tərifi: bazar – əmtəələrin alqı-satqısı əməliyyatlarının məcmusudur. Bazar – satıcı və alıcıların görüşdüyü məkandır və s.

Bunlar bazar haqqında ən səthi təsəvvürlərdir. Bir qədər geniş tərif verənlər bazarı aşağıdakı kimi səciyyələndirirlər. Bazar – tələb və təklifin məcmusudur. Bazar – ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir. Bazar – ticarət aparmaq üçün adamların bir-birilə hər hansı qarşılıqlı fəaliyyətidir. Bazar – əmtəə mübadiləsi və əmtəə – pul mübadiləsi formasıdır. Bazar – əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapmış mübadilədir. Bazar – ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir və s.

Bütün bu təriflərə daxil edilmiş anlayışlar geniş mənada başa düşülən bazar kateqoriyasının məzmununa daxildir və onu müxtəlif tərəfdən səciyyələndirir.

Əvvəlki mövzuda göstərmişdik ki, bazar tarixən bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdir. Bazar əvvəl məhəlli, yerli, region, milli və nəhayət dünya bazarı səviyyəsinə qədər yüksələn tarixi bir inkişaf yolu keçmişdir. Onun da meydana gəlib inkişaf etməsi: 1. ictimai əmək bölgüsünün yaranıb inkişaf etməsi; 2. xüsusi mülkiyyətin yaranması və 3-də istehsalçıların müstəqil əmtəə istehsalçısı kimi fəaliyyət göstərmək imkanına malik olmaları ilə mümkün olmuşdur.

Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Ancaq burada satıcı – əmtəə – pul – alıcı iştirak edir. Bu artıq iqtisadi əlaqə formasıdır, yəni əmtəə-pul tədavülüdür. Burada satıcının məqsədı isə əlində olan əmtəəsini pula çevirməkdir, alıcının məqsədı əlində olan pula özünə lazım olan faydalı neməti əldə etməkdir. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtləridir (komponentləridir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur.

Bazarda tərəflər münasibətə girirlər, bu münasibətlər çoxsaylı bazar subyektlərinin münasibətləridir və sistem halındadır. Deməli, bazar iqtisadi münasibətlər sistemidir və onların öz qanunları vardır ki, bazar münasibətləri həmin qanunlarla idarə olunur, tənzimlənir.

Beləliklə, bazar – ictimai əmək bölgüsünə və mülkiyyətin müxtəlif formalarına əsaslanan spesifik fəaliyyət sferası olub, əmtəə – pul vasitəsilə münasibətdə olan alıcı və satıcıların iqtisadi mənafelərinin (maraqlarının) reallaşdırılmasına xidmət edən mürəkkəb iqtisadi mexanizmdir.

Bazar qədər insanları, xalqları, ölkələri birləşdirən ikinci bir vasitə yoxdur. Milli təsərrüfatlar bazar vasitəsilə bütövləşir və formalaşır. Milli təsərrüfatlar da bazar əlaqələrinə girərək dünya təsərrüfatını yaradır.

Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır. Ölkələr arasında iqtisadi əlaqələrin yaranması və genişlənməsi isə dünya bazarının yaranmasına səbəb olmuşdur.

Coğrafi yerləşməsinə, əhatə dairəsinə görə müxtəlif bazarların yaranması əmtəə istehsalının artması, əmək bölgüsünün dərinləşməsi, nəqliyyat və rabitə vasitələrinin inkişafı nəticəsində mümkün olmuşdur.

Müasir dünyada ayrı-ayrı milli təsərrüfatların və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsində bazarların rolu getdikcə artır və funksiyaları çoxalır. Bu, əmtəə-bazar təsərrüfatının qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri nəticəsində baş verir. Belə ki, 1) istehsal sferasında müntəzəm olaraq faydalı məhsullar yaradılır ki, bunlar da daim bazara açılır və alqı-satqı obyekti olur; 2) hazırlanmış hər bir məhsul potensial gəlir mənbəyidir və hökmən reallaşdırılmalıdır; 3) əmək bölgüsünün mövcud olması bazar vasitəsilə mübadilənin olmasını zəruri edir. Bununla yanaşı bazar da öz növbəsində əmtəələrin yaradılması prosesinə əks təsir göstərir və istehsalla əks əlaqə yaranır. Bu, bazarın əsas funksiyalarından biridir – əks iqtisadi əlaqə yaratmaq funksiyası. Bazarın ikinci funksiyası istehsal sferası ilə istehlak sferasını birləşdirmək, deməli, istehsalçı ilə istehlakçını qovuşdurmaqdan ibarətdir. Bazarın funksiyalarından biri də istehsalın son nəticələri üzərində əsas nəzarətçi olmaq funksiyası. Bu nəzarət kəmiyyətə və keyfiyyətə nəzarətdir. Digər bir funksiyası isə iqtisadi münasibətlərin reallaşdırılmasına xidmət funksiyasıdır. Bazar əlaqələri istehsalçı və istehlakçıların öz maraqlarının həyata keçirilməsi üsuludur. Burada prinsip belədir: «Mənə lazım olanı, mənə ver, sən isə sənə lazım olanı alarsan» (A.Smit). Bazarın tənzimləyici, bölüşdürücü, qiyməti formalaşdırmaq kimi funksiyaları da vardır.

Bazarın strukturu – müasir inkişaf etmiş ölkələrdə funksional təyinatına görə çoxsaylı bazarlar fəaliyyət göstərir və bazarlar sistemini yaradır. Bazarlar çoxsaylıdır, nə qədər əmtəə və xidmətlər varsa, bir o qədər də bazar vardır.

1) İstehlak məhsullarının bazarı; 2) istehsal vasitələri bazarı; 3) xidmətlər bazarı; 4) əmək (iş qüvvəsi) bazarı; 5) elmi və təcrübə-konstruktor işləmələr bazarı (elmin məhsulları, istehsala tətbiq üçün hazır olan texnologiyalar); 6) borc kapitalı bazarı; 7) qiymətli kağızlar bazarı; 8) valyuta bazarı; 9) mənəvi nemətlər bazarı (alimin, yazıçının, rəssamın və s. intellektual fəaliyyətini məhsullarının pulla reallaşdırılması); 10) informasiya məhsulları bazarı və s.

Bütün bu bazarların iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərməsi onların rolunun getdikcə artmasının sübutudur. Bazar istehsalı onun bütün amilləri ilə təmin edən bir sahəyə çevrilmişdir. Buna görə də bütün ən iri istehsal sahələri ixtisaslaşmış bazarlara möhtacdır. Elə buna görədir ki, bazarın hakim olduğu milli iqtisadiyyatlar bazar iqtisadiyyatı kimi səciyyələndirilir. İstənilən bazarın normal fəaliyyəti üçün sxemdə göstərilən şərtlərin olması olduqca vacibdir.


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə