Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   14   15   16   17   18   19   20   21   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 88 - 
“Quranın  nasex  və  mənsuxuna bələdsən? Dedi:  xeyir. 
Həzrət  buyurdu:  özünü  də,  başqalarını  da  məhv 
etmişsən”. 
 
Məsciddə  insanları  moizə  edən  bir  nəfərin 
nasex  və  mənsuxu bilmədiyinə  görə Mövla İmam Əli 
(ə) onu məsciddən cixartdı. 
 
Bu  və  bundan  əlavə  çoxlu  hədislər,  nasex  və 
mənsux  barədə  saysız  yazılan  kitablar  bu  bəhsin  çox 
mühim olduğuna dəlalət edir. 
Nəsxin luğəti mənası 
 
Lüğətdə “nəsxin” müxtəlif  mənaları vardır: zail 
olmaq  (aradan  getmək),  təğyir  (dəyişmiş),  ibtal  (batil 
olmaq) və bir şeyi başqasının yerinə qoymaq. 
Nəsxin ictimai mənası 
 
“Nəsx”  üsul  alimləri  və  quranşünasların 
nəzərində, üst-üstə götürəndə bu mənalara gəlir: “Şəri 
hökmü şəri dəlil ilə götürmək”. 
 
Ayətullah  Uzma  Xoinin  (rahmətullahi  ələyh) 
nəzərində  “nəsx”  şəriətdə  olan  bir  hökmün  zaman  və 
müddəti  qurtardığına  görə  onu  ləğv  etməkdən 
ibarətdir. 
 
Əllamə  Təbətəbai  (rahmətullahi  ələyh)  “nəsx”i 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 89 - 
belə  tərif  edir:  “nəsx”  bir  hökmün  vaxtının 
qurtarmasını aşkar etməkdən ibarətdir. 
 
Bundan  da  əlavə  çoxlu  təriflər  vardır  ki, 
hamısının  məqsədi  yuxarıda  qeyd  etdiyimiz  mənaları 
verir. 
 
“Nəsx”in bir  neçə şərtləri  vardır. Bu şərtləri bu 
yazıda  gətirib  izah  etmək  fikrində  deyilik.  Çünki,  bu, 
nisbətən  ümumi  oxuculara  çətin  olacaq.  Bu  bəhs 
“Maarifi-Quran”  barəsində  və  “Nasex  və  Mənsux” 
zəminində  yazılmış  kitablarda  geniş  surətdə  izah 
olunmuşdur.  Hörmətli  oxucu  istəsə  onlara  müraciət 
edə  bilər.  Biz  isə  bu  bəhsi  qısa  surətdə  qeyd  etməklə 
istədik  ki,  az  da  olsa  bu  barədə  məlumat  verək. 
Ümumi  şəkildə  “nəsx”  barəsində,  təkrar  da  olsa,  belə 
bir  məlumat  verə  bilərik:  şəriətdə  bəzi  hökmlər  bir 
müddət  qüvvədə  olandan  sonra  Allah-Təala  onu 
qüvvədən salır və onu başqa birisi ilə əvəz edir. 
 
Bu  haqda  bir  ayədə  “Biz  hər  hansı  ayəni  nəsx 
etdiksə,  ondan  yaxşısını,  ya  onun  mislini  nazil  etdik” 
deyə  izahat  verir.  Bu,  əvvəldə  dediyimiz  kimi,  islam 
dininin  müqəddəs  kitabında  da  baş  vermişdir.  Allah-
Təala  bir  vaxt  nazil  etdiyi  hökmü  başqası  ilə  əvəz 
etmişdir. Bu iş isə, şübhəsizdir ki, insanlara xatir belə 
edilmişdir. Yoxsa o hökmün əvvəlcədən göndərilməsi 
Allah-Təala  üçün  məqdur  (Allah  ona  qadir  olub  – 
red.)  bir  hökm  olubdur.  Bizim  yetişməyimiz  və  ona 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 90 - 
hazır  olmağımız  lazım  olub.  Birinci  hökm  bizi  ikinci 
hökmə  hazırlayıb.  Lazım  olan  vaxtda  isə  ikinci  hökm 
nazil olubdur. 
 
Nəsx  olunumuş  ayələrə  misal  göstərmək  üçün 
Quranda  ayələr  vardır.  Onlardan  da  xəbərdar  olmaq 
üçün  yuxarıda  dediyimiz  ünvanlara  müraciət  edin. 
Amma  buna  bir  misal  olaraq  “nəcva”  ayəsini 
göstəririk: 
ﻛاﻮﳒ ﲔﺑ اﻮﻣﺪﻘﻓ لﻮﺳﺮﻟا ﻢﺘﻴﺟﺎﻧ اذا اﻮﻨﻣا ﻦﻳﺬﻟاﺎﻬﻳا ﺎﻳ
ﺔﻗﺪﺻ ﻢ
 
“Ey  iman  gətirənlər,  peyğəmbərlə  (s)  gizli  söhbət 
(pıçıltı) etməzdən əvvəl sədəqə verin”. 
 
Məsələ belə  idi: Müsəlmanlar yerli-yersiz gəlib 
peyğəmbərlə  (s),  işləri  oldu  ya  olmadı,  hətta  bəziləri 
özlərini peyğəmbərə (s) yaxın göstərmək üçün onunla 
pıçıldamağa  başlayırdılar.  Bu  da  Həzrət  Peyğəmbərə 
(s)  əziyyət  olurdu.  Ona  görə  bu  ayə  nazil  olub 
müsəlmanlara  Həzrət  Peyğəmbərlə  (s)  gizli  söhbət 
etməzdən  əvvəl  sədəqə  verməyi  vacib  etdi.  Əlbətdə 
bundan  başqa  səbəbləri  də  ola  bilər.  Onlardan  biri  də 
müsəlmanları  öz  mallarını  sədəqə  verməkdə  imtahan 
etmək idi. Hər halda bu ayə nazil olub, bu işdə sədəqə 
verməyi  əmr  etdi.  Amma  bu  ayəyə  ancaq  yeganə 
adam  olaraq  Əli  (ə)  əməl  edərək  on  dəfə  bu  formada 
Həzrət  Peyğəmbər (s)  ilə  ünsiyyətdə oldu.  Hamısında 
da Allahın buyurduğu kimi sədəqə verdi. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 91 - 
 
Sonra “Mücadilə” surəsinin 13 – cü ayəsi nazil 
olaraq  möminlərə  xitab  edib  sədəqə  verməkdən 
qorxdunuz deyərək əvvəlki ayənin hökmünü ləğv etdi. 
Bundan  əlavə  də  nəsx  olunmuş  ayələr  vardır. 
Xülasəyə görə onları qeyd etmirik. 
Möhkəm və mütəşabeh 
Quran 
xüsusi 
bir 
kitabdir. 
Xüsusi 
bir 
imtiyazlara  malikdir  ki,  onu  başqa  kitablardan  ayırır. 
Bu kitabdan bəhrələnmək, onun  uca olan  maarifindən  
istifadə  etmək,  ondan  düzğün  istifadə    edib,  onda 
olanları  düzğün  başa  düşməyə  bağlıdır.  Quranda  bəzi 
işlər  vardır  ki,  onları  başa  düşməmək  ona  əl 
çatmazlığa  bərabərdir.  Bu  işlərdən  də  biri  “möhkəm 
və mütəşabeh’’dir. 
Bu  məsələnin  o  qədər  əhəmiyyəti  vardır  ki, 
bütün  Quran  müfəssirləri  onun  hər  səhifəsində  bu 
məsələyə  artıq    diqqət  ediblər.  Ona  ğörə  ki,  bu 
məsələyə  diqqət  etməmək  Quranın  təfsirində  inhirafa 
düşməyə  səbəb  olur.  Əgər  bir  nəfər  Quranda  inhirafa 
düşsə  dünya  və  axirətdə  bədbəxt  olacaq.  Fasid 
məzhəblərin  meydana  gəlməsi  “mütəşabeh’’  ayələrin 
mənasını  düzgün  başa  düşməməyin  nəticəsində 
olubdur.  Bu  iş  islamın  ilkin  vaxtlarindan  bu  günə 
qədər  davam  edibdir.  Dəstələr  Quranın  nurani 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə