Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   14   15   16   17   18   19   20   21   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 78 - 
ictimai  rəsm  və  ədəblərin  söndüyü,  qarət  və 
quldurluğun  hesabsız  bir  dərəcəyə  çatdığı  bir 
zamanda,  qızların  diri  halda  basdırıldığı,  xəyanət, 
fəsad  və  ədalətsizliyin  aləmi  əhatə  etdiyi  bir  vaxtda 
Quran  nazil  olur,  həddindən  artıq  dərəcədə  mütərəqqi 
olan  bir  qanun  gətirir.  İnsani  fəzilətlər  bayrağını 
qaldırır.  Camaatı  qardaşlığa,  sədaqətə,  əmanətdarlığa, 
vəhdət  və  insaniyyətə  dəvət  edir.  Insanları  cəhalətdən 
elmə, zülmətdən  nura çağırır. Bu  gün də şərq və qərb 
islam 
mədəniyyətinin 
kölgəsində 
qalıbdır. 
Ümumiyyətlə Quranda olan qanunların cəmi, Quranın 
möcüzə olmasına bir dəlildir. 
Qeybi xəbərlər vermək cəhətindən 
Quranın möcüzə olması 
 
Qurani-Kərimdə  keçmişlərin  xəbəri  xilqətin 
əvvəlindən besətə qədər vardır. Habelə gələcəkdən də 
çoxlu  xəbərlər  verilmişdir  ki,  bunların  hər  ikisi  qeybi 
xəbərlərdir.  Gələcəkdən  bir  xəbər  vermək  və  o 
xəbərin də düzgün çıxması özü də bir möcüzədir. 
 
Bu xəbərlərdən bəzilərinə işarə edək: 
1.  Quran, 
keşmiş 
peyğəmbərlər 
və 
onların 
ümmətindən  söhbət  açaraq  bu  xəbəri  qeybi  bir 
xəbər  adlandırır.  Həqiqətdə  bunlardan  tarixdə  heç 
kəsin xəbəri olmayıb. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 79 - 
“Hud”  surəsinin  49  –  cü  ayəsində  belə 
buyurulur:  (Həzrət  Nuhun  haqqında  danışandan 
sonra)  “Dediyimiz  qeybi  xəbərlərdir,  sənə  vəhy 
etdik,  nə  sən,  nə  də  sənin  qövmün  bunlardan 
xəbərdar deyildiz”. 
...
 و ﺖﻧا ﺎﻬﻤﻠﻌﺗ ﺖﻨﻛ  ﺎﻣ ﻚﻴﻟا ﺎﻬﻴﺣﻮﻧ ﺐﻴﻐﻟا ءﺎﺒﻧا ﻦﻣ ﻚﻠﺗ
اﺬﻫ ﻞﺒﻗ ﻦﻣ ﻚﻣﻮﻗ ﻻ
 
2.  Qurani-Kərim  gələcəkdə  baş  verəcək  hadisələrdən 
xəbər  veribdir  ki,  onların  hamısı  xəbər  verildiyi 
kimi baş veribdir. Məsələn: 
نﻮﺒﻠﻐﻴﺳ ﻢﻬﺒﻠﻏ ﺪﻌﺑ ﻦﻣ ﻢﻫو ضرﻻا ﱏدا ﰱ   موﺮﻟا ﺖﺒﻠﻏ
 
“Rumlular məğlub oldu, amma yaxın vaxtda onlar 
qələbə  çalacaqlar”.  Eyni  ilə  Quran  deyən  kimi  oldu. 
Bunun  kimi  çoxlu  ayələr  keçmişdən  xəbər  verib  ki, 
heç  kəsin  ondan  xəbəri  yox  idi.  Gələcəkdən  də  xəbər 
veribdir,  onların,  Quran  dediyi  kimi  baş  verməsinə 
minlərlə  insanlar  şahid  olublar.  Bu  da  Quranın 
möcüzə olmasına dəlalət edir. 
Elmi məsələləri dəqiq surətdə açıqlaması 
cəhətdən Quranın möcüzə olması 
Qurani-Kərim  o  zamanda  elə  dəqiq  elmi 
məsələlərə  işarə  edibdir  ki,  o  vaxt  insanların  dərk 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 80 - 
etməsi  çətin  olub.  Hətta  bəzi  hallarda  onların  əqidəsi 
ilə  böyük  ziddiyyət  təşkil  edibdir.  Buna  misal  olaraq: 
“Biz küləyi bitkilərin tozlanması üçün göndərmişik”. 
Bu  gün  elm  subut  etmişdir  ki,  bəzi  bitkilər 
küləyin  vasitəsi  ilə  tozlanır.  Amma  Quran  bunu  min 
dörd yüz il bundan qabaq xəbər veribdir. 
Bundan  əlavə  yuxarıda  söhbət  açdığımız  Rum 
müharibəsi  barədə  Allah-Təala  bu  müharibənin  yerin 
ən  alçaq  hissəsində  olduğunu  bildirir.  Bu  gün  alimlər 
sübut  edirlər  ki,  o  müharibənin  baş  verdiyi  məntəqə 
dəniz səviyyəsindən neçə yüz metr alçaqdadır. 
Bunun  kimi  çoxlu  elmi  məsələlər  vardır  ki,  o 
zaman  Quranın  vasitəsi  ilə  izah  olunmağı  bu  kitabın 
möcüzə olmasına dəlalət edir. 
11-ci Dərsin Sualları 
1)  “Ecaz” və ya “Möcüzə” nə deməkdir və Allah Öz 
peyğəmbərlərinə nə üçün möcüzə göstərmək 
qabiliyyəti vermişdir?  
2)  Nə üçün bütün peyğəmbərlər öz zamanlarında 
inkişaf edən bir peşəyə uyğun möcüzə gətiriblər? 
3)  Yaradılmışların Əşrəfi Həzrət Muhəmməd (s)-ə 
verilən möcüzə nə üçün bütün peyğəmbərlərə 
verilən möcüzələrdən üstün sayılır? 
4)  Tarix boyu bəzi insanların əqlən dərk etdikləri 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 81 - 
halda peyğəmbərlərin buyuruqlarını qəbul 
etmələrinə nə mane olub? 
5)  Quranda ixtilaf (ziddiyyət) varmı? 
6)  Allahı və Həzrət Peyğəmbər (s)-i tanıma 
cəhətindən Quran digər dinlərin kitablarından nə 
cür fərqlənir? 
7)  Qanun qoymaq cəhətindən Quranın möcüzə 
olmasını necə başa düşürsüz? Quranın dünyaya 
bəxş etdiyi ən mütərəqqi qanunlara nümunə 
deyin və fikrinizi əqli və nəqli (ayə, hədis və ya 
rəvayət) yollarla əsaslandırın. 
8)  Quranda keçmişə və gələcəyə aid qeybi xəbərləri 
özündə əks etdirən ayələrdən bir neçəsini misal 
gətirin. 
9)  Quranın bəyan etdiyi həqiqətlərin elmi 
nailiyyətləri hər əsrdə qabaqlamasına dair bir 
neçə nümunə gətirin.     


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 82 - 
12-ci DƏRS 
I.  Quranın təhrifdən qorunması    
1.  Mənəvi təhrif  
2.  Ləfzi təhrif  
Quranın təhrifdən qorunması 
 
Yuxarıdaki  bəhsdə  Quranın  ilahi  bir  kitab 
olaraq,  möcüzə  olub  başqalarının  onun  kimi  kitabın 
bir miqdarını hətta gətirməyə qüdrətlərinin olmadığını 
bildik.  Bu,  Quran  üçün  böyük  bir  imtiyaz  və  onun 
əlçatmaz bir yüksəklikdə olmasını sübut edir. 
 
Quran  elə  bir  kitabdır  ki,  onun  barəsində  nə 
qədər  təhqiqlər  olunsa  yeni  mətləblər  meydana  çıxır. 
Quranın ilahi bir möcüzə olduğu bir daha yəqinləşir. 
 
Quran  başqa  bir  cəhətdən  də  böyük  bir 
möcüzədir.  O  da  Qurani-Kərimin  1400  ildə  təhrif 
olunmamağıdır.  Biz  bilirik  ki,  başqa  asimani  kitablar 
həmən  dinlərin  öz  insanları  tərəfindən  təhrif  olunub, 
bəzi 
şəxslərin 
mənafeyinə 
uyğunlaşdırılmışdır. 
Özlərini  peyğəmbərələrdən  sonra  onun  davamçıları 
elan  eləyənlər  hətta  asimani  kitablarını  da  öz 
mənafelərinə  uyğun  döndərməyə  cəsarət  ediblər.  Biz 
burada  məsələnin  xırdalıqlarına  varmaq  istəmirik, 
amma onu da bilirik ki, Həzrət Musa (ə)-ın, ya Həzrət 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə