Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


BİLET № 2 Fəlsəfə, predmeti və funksiyaları



Yüklə 63,51 Kb.
səhifə12/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
1.1-3.3

BİLET № 2



  1. Fəlsəfə, predmeti və funksiyaları.

«Fəlsəfə» qədim yunаn mənşəli söz оlub (philео – sеvirəm, sоphiа – müdrüкlüк, hiкmət), hərfiyyən «müd¬rüкlüyə məhəbbət», «hiкmətsеvərliк» dеməкdir. Bəzi tаriхi mənbələrin vеrdiyi məlumаtа görə «filоsоf» sözünü, ilк dəfə оlаrаq, qədim yunаn mütəfəккiri Pifаqоr (b.е.ə.VI əsr) işlətmişdir. «Fəlsəfə» tеrmininin еlmi ənənəyə dахil оlаrаq möh¬кəmlənməsi isə b.е.ə. V-IV əsrlərdə yаşаmış Yunаn fi¬lоsоfu Plаtоnun аdı ilə bаğlıdır.
Ilк fəlsəfi təlimlər еrаmızdаn əvvəl VI əsrdə Hin¬dis¬tаn¬dа, Çində və Yunаnıstаndа mеydаnа gəlmişdir.
Bütün bü və bunа bənzər prоblеmlər fəlsəfi biliyin mühüm tərкib hissəsi оlаn оntоlоgiyаnın (qədim yunаn mənşəli «оntоs»- «vаrlıq» sözündən əmələ gəlmişdir) prеdmеtini təşкil еdir.
Fəlsəfənin cəmiyyətdə rolu onun funksiyalarında təzahür edir. Bu elm öz strukturuna uyğun olaraq iki qrup funksiya yerinə yetirir: dünyagörüşü və metodoloji.
Fəlsəfənin predmeti nədir? Onun problem dairəsi hansılardır? Başqa elmlərlə onun nə kimi əlaqəsi vardır? Fəlsəfə tarixində bu suallara müxtəlif cavablar verilmiş-dir. Qədim dövrlərdə bütün elmi, bədii, fəlsəfi, dini, əxlaqi, siyasi və s. ideyaların sin-tezindən ibarət olan fəlsəfəyə “elmlər elmi” kimi baxılmışdır. Kainatı cəciyyələndirən bütün elmi ideyalara fəlsəfə kimi baxılmışdır. Fəlsəfə kosmosentrik səciyə daşımış-dır.
Lakin get – gedə elmlərin ayrı –ayrı yeni sahələri (riyaz, həndəsə, coğrafiya, ast-ronomiya, tibb və s.) əmələ gələrək fəlsəfə “elmlər elmindən” ayrılmışdır. Bu zaman fəlsəfənin predmentində insanın dünya görüşü məsələsinin öyrənilməsi (“ilkin əsas”, substansiya haqqında ideya, varlıq, maddi və mənəvinin münasibəti və s.) mühüm yer tutmuşdur. Daha sonrakı dövrlərdə fiziki, mexaniki, kimyəvi hərəkət qanunauyğun-luqlarının xüsusiyyətlərini öyrənən elmlərin yaranması və müstəqil elm sahələrinə çevrilməsi ilə fəlsəfənin predmet dairəsi daha da “məhdudlaşdı”. Bioloji və ictimai elm sahələrinin yaranması və müstəqil inkişafı ilə sivilizasiya tarixində “fəlsəfənin predmentinin yoxluğu”, onun “elmlər sistemindən çıxarılması” haqqında ideyalar təb-liğ olunmağa başladı. Son illərə qədər belə bir fikir yayılmışdır ki, fəlsəfənin pred-menti və elmlər sistemində onun yeri yoxdur. Məs. B. Rasselin fikrincə fəlsəfə artıq “sahibsiz torpaqdır”, cəmiyyətdə dinin mövqeyi güclənəndə o, teologiyanın, elmin mövqeyi güclənəndə isə o, elmin təsirinə düşür.
Əlbəttə, bu fikirlə razılaşmaq olmaz.
1) ona görə ki, hər bir elm o zaman mövcud olur ki, onun heç bir elm tərəfindən öyrənilməyən öz predmeti və həmin predmeti əks etdirən qanunları olsun. Fəlsəfənin də belə predmeti və qanunları vardır. Ən ümumi mənada fəlsəfənin predmetini insanı əhatə edən gerçəklik və onun inkişaf qanuna-uyğunluqlarının öyrənilməsi təşkil edir.
2) fəlsəfə gerçəkliyin, hərəkətin bu və ya digər sahəsini deyil, onu ümumi şəkil-də, bütöv halda götürüb öyrənir, gerçəkliyin ən ümumi inkişaf qanunauyğunluqların-dan və kateqoriyalarından bəhs edir.
Gerçəkliyin belə ən ümumi inkişaf qanunlarından heç bir başqa elm deyil, məhz fəlsəfə bəhs edir.
Fəlsəfənin predmetində duran problem dairəsinə bunlar daxildir: gerçəkliyə in-sanın münasibəti; təbiət – insan münasibətləri; cəmiyyət – insan münasibətləri; insan – mənəvi münasibətlər (gerçəkliyin dərk edilməsi məsələsi) və həmin qarşılıqlı mü-nasibətləri ifadə edən nəzəriyyə və baxışlar. Göründüyü kimi fəlsəfənin predmetində duran başlıca problem insan və onun gerçəkliyə münasibətidir.
Fəlsəfəyə belə bir tərif vermək olar: fəlsəfə insanın gerçəkliyə münasibətini ümumiləşdirilmiş şəkildə əks etdirən ideyalar prinsiplər və qanunauyğunluqlar haq-qında, təbiətin, cəmiyyətin və təşəkkürün ən ümumi inkişaf qanunları haqqında elm-dir.
Fəlsəfə bir tərəfdən xüsusi qanunları və kateqoriyaları vasitəsilə gerçəkliyi ən ümumi və dolğun şəkildə əks etdirdiyi üçün spesifik elmdir; digər tərəfdən isə təbiət, cəmiyyət və təfəkkürün ən ümumi qanunlarından bəhs etdiyinə, insanın gerçəkliyə ümumiləşmiş münasibətini əks etdirən ideya və təsəvvürlərin məcmusu olduğuna gö-rə dünyagörüşüdür. Fəlsəfə elm olmaqla yanaşı, daha çox dünyagörüşü, elmi – dün-yagörüşü – metodoloji səciyyə daşıyan hümanitar elmdir.
Fəlsəfə özünün predmetində duran məsələləri ayrılıqda, təcrid olunmuş halda öyrənə bilməz. Materiya, hərəkət, zaman, məkan, şüur, cəmiyyət, dövlət və s. kimi anlayışların fəlsəfi təhlilini vermək üçün təbiətşünaslığın (fizika, biologiya, kimya və s.) və cəmiyyət haqqında elmlərin nailiyyətlərinə əsaslanmaq lazımdır.
Bunsuz elmi – materialist fəlsəfə yarana və inkişaf edə bilməzdi. Digər tərəfdən, xüsusi elmlər özlərinin metodoloji, dünyagörüşü və nəzəri əsaslarını verərkən fəlsəfə-yə, onun nəzəri müddəalarına istinad etdikdə daha dolğun olur. Deməli, fəlsəfə ilə xü-susi elmələr arasında möhkəm qarşlıqlı zənginləşmə əlaqəsi və qarşılıqlı təsir vardır. Əgər xüsusi elmlər fəlsəfəni dünyagörüşü səciyyəli informasiya ilə, təbiət, cəmiyyət, insan, idrak, mənəviyyat, varlıq, həyat, ölüm və s. haqqında konkret faktik biliklə si-lahlandırırsa, fəlsəfə xüsusi elmlərə hadisələrə yanaşma üsulu, dialektik metod və metodologiya, fəlsəfi idrak metodları verir, konkret elm sahələrində çalışmaq ziyalı-ların fəal sosial mövqe tutmalarına kömək edir. Əgər fəlsəfə ağacın gövdəsidirsə, xü-susi elmlər onun qol – budaqlarıdır.
Fəlsəfənin dünyagörüşü funksiyaları sırasında birinci yerdə humanist funksiya durur. Bu onunla izah edilir ki, insan, onun humanist idealı fəlsəfi dün^ yagörüşünün mərkəzi məsələsidir. Həmin funksiya bunda təzahür edir ki, o, insan həyatının mənasını düzgün izah edir. Cəmiyyətdə azad və humanist formaların bərqərar olmasına çalışır. Bütün dövrlərdə mütərəqqi fəlsəfi fikirlər insanın öz fəaliyyətinin nəticələrindən, siyasi hakimiyyətdən özgələşməsinə qarşı çıxır. Bununla yanaşı fəlsəfə insanın mənəvi azadlığını təbliğ edir. Müasir şəraitdə humanist funksiyanın əhəmiyyəti daha da artır. Çünki hazırda baş verən əsaslı dəyişikliklər, fəaliyyətin bütün sahələrində özünü göstərən ssiyentizm (elmi- ləşmə) və texnisizm insanın şəxsiyyət göstəricilərinə güclü mənfi təsir edir. Nəticədə şəxsiyyətin mənəvi kasadlaşması baş verir. Belə şəraitdə texniki və sosial inkişafa insan ölçüləri baxımından yanaşmağın rolu və əhəmiyyəti durmadan artır. Bu zərurət həm də indiki şəraitdə insanların fəaliyyəti və dünyagöıdişünün kəskin surətdə siyasiləşməsi meyli ilə izah olunur. Həmin meyl də şəxsiyyətin humanizmi üçün müəyyən təhlükə yaradır. Beləliklə, fəlsəfənin daha da huma- nistləşməsi, onun yeniləşməsi və inkişafının əsasını təşkil edir. Cəmiyyətin yaşadığı indiki keçid dövıiində, ictimai həyatda özünü göstərən, qeyri-stabillik hallan və çətinliklər, köhnə davranış stereotiplərinin və ideallarının əsaslı surətdə yeniləşməsi humanisrləşməni daha da zənıriləşdirir.
Fəlsəfənin digər dünyagörüşü funksiyası sosiai aksinloji funksiya adlanır. Onun mahiyyəti aşağıdakından ibarətdir. Yuxanda qeyd edildiyi kimi fəlsəfə insanlarda ətraf aləmə düzgün qiymətverici münasibət aşılayır, onları əhatə edən hadisə və proseslərə əsas dəyərlər (həqiqət, xeyirxahlıq, ədalət və gözəllik) baxımından yanaşır. Beləliklə də o, şəxsiyyətin dəyərlər oriyentasiyasının və ictimai idealının formalaşmasına müsbət təsir göstərir.
Fəlsəfənin eksplikasiya (üzə çıxarmaq, aşkar etmək deməkdir) funksiyası da çox mühümdür. Bu o deməkdir ki, fəlsəfə müəyyən konkret mədəniyyətin və bütövlükdə insanların ictimai həyatının əsasında duran ən ümumi anlayışları, ide- yalan, təsəvvürləri, təcriibə formalarını üzə çıxarır. Belə ümumi kateqoriyalara, universal anlayışlara misal olaraq varlıq, materiya, dəyişilmə, inkişaf, səbəb və nəticə, təsadüf və zərurəti və onlarca başqalarını göstərmək olar. Real gerçək- likdəki hadisə və proseslər arasındakı ən ümumi əlaqələri və münasibəti ifadə edən bu kateqoriyalarsız nə gündəlik həyatda, nə də elmdə və praktiki fəaliyyətin heç bir sahəsində keçinmək mümkün deyildir. Onlar təfəkkür prosesinin zəruri tərəfini təşkil edir. ,
Eksplikasiya funksiyası ilə yanaşı, fəlsəfə rasionallaşdıncı funksiya (fikrin məntiqi formaya, anlayışlar formasına çevrilməsi) və sistemləşdirici funksiya (insan təcrübəsinin və biliklərin müxtəlif formalarmın nəzəri şəkildə qaydaya düzülməsi, sahmana salınması) da yerinə yetirir.
Ümumiləşmiş ideya və təsəvvürlər işləyib hazırlamaq vəzifəsi dünyagörüşünün nəzəri-rasional forması kimi fəlsəfəyə lap əvvəldən xas olmuşdur. İlk dövrlərdə fəlsəfə ümumiləşdirmə üçün elmdən kənar və elmə qədər mövcud olan təcrübələrə, faktlara (o cümlədən də adi gündəlik həyatda mövcud olan faktlara) müraciət etmişdir. Məsələn, qədim yunan fəlsəfəsinin bütün mövcudluqlarm atomlardan təşkil olunması haqqında təlimi bu sahədəki konkret elmi kəşflərdən çox-çox əvvəl yaranmışdır. Deməli, bu fəlsəfi ümumiləşdirmə elmə deyil, maddi cismlərin hissələrə bölünməsi haqqında gündəlik praktiki müşahidə və vərdişlərə, həndəsi parçanı hissələrə bölmək haqqında riyaziyyatın malik olduğu təcrübəyə əsaslanmışdır. Ən adi görünən, gündəlik həyatda addımbaşı rast gəlinən müşahidələrin fəlsəfi təfəkkür tərzi ilə birləşməsi nəticəsində ətraf dünyanın bəzən dərin səciyyəvi cəhətlərini və qanunauyğunluqlarını açmaq (kəmiyyətin keyfiyyətə keçməsi, müxtəlif predmetlərə daxilən ziddiyyətliliyin xas olması və s.) mümkün olmuşdur. Gündəlik təcrübə, həyati praktika fəlsəfi ümumiləşdirmələr üçün bu gün də mühüm mənbə rolunu oynayır. Lakin tarixi inkişaf gedişində fəlsəfi ümumiləşdirmələr aparmaq üçün praktiki və elmi nəzəri biliklərin rolu durmadan artır.
Deyilənlərlə yanaşı, fəlsəfə mədəniyyət sistemində mühüm tənqidi funksiya yerinə yetirir. Bu, onda ifadə olunur ki, mürəkkəb fəlsəfi problemlərin həlli, dünyaya baxışın təkmilləşməsi bir qayda olaraq müxtəlif yanlışlıqların, səhvlərin və qalıqların tənqidi sayəsində baş verir. Fəlsəfə tarixində F.Bekon bu flınk- siyanın rolunu xüsusi qeyd etmişdir. O, göstərirdi ki, müxtəlif kabuslar (cəhalət, dini fanatizm, ehkamçı idrak və mühakimə ənənələri və s. maneələr) canlı, daim axtarışda olan intellektin düşmənidir.
Bütün tarixi dövrlərdə qabaqcıl mütəfəkkirlər köhnə baxışlara, ehkamlara, dünyagörüşü sxemlərinə şübhə ilə yanaşmışlar. Bununla yanaşı, onlar köhnə sistem və baxışlarda mütərəqqi olanı, həqiqi və qiymətli nə varsa hamısını müdafiə etmiş, əsaslandırmış və inkişaf etdirmişlər. Bu, onu sübut edir ki, mədəniyyət sistemində fəlsəfə tənqidi süzgəc rolunu həyata keçirir. O, müxtəlif dünyagörüşlərində yaranmış olan müsbət tərəfləri toplayır və onu gələcək nəsillərə ötürür.
Fəlsəfə insanların mədəni-tarixi təcrübəsinin bütün formalarının (praktiki, idraki və qiymətverici) birləşdiricisi funksiyasını da yerinə yetirir. Bütün digər şüur formalarında (siyasi, hüquqi, əxlaqi, dini və s.) yaranan ideyalar fəlsəfə tərəfindən xüsusi nəzəri dil, dünyagörüşü əsasları şəklinə salınır. Filosoflar gündəlik təcrübəni, praktiki və elmi bilikləri nəzəri cəhətdən ümumiləşdirir, sintez edirlər. Fəlsəfi təfəkkürün praktiki, idraki və qiymətverici tərəflərin vəhdətini təmin etmək sahəsindəki rolu ictimai həyatda çox mühümdür. Belə ki, həmin üç tərəfin ahəngdarlığı və mütənasibliyi ictimai inkişafın zəruri şərtidir. Məsələn, deyək ki, bu və ya digər tarixi dövrdə yeridilən siyasət yalnız elm və əxlaq ilə düzgün əlaqələndirildikdə tam dolğun reallaşa bilər. Xüsusilə də bugünkü şəraitdə bəşəriyyətin ümumi mənafeyinə uyğun gələn dünyagörüşü oriyentasiyası mədəniyyətin bütün vəzifə və sərvətlərinin birləşdirilməsini - elmi, humanist və əxlaqi tərəflərin əhatə olunmasını tələb edir. Bu işdə isə fəlsəfi təfəkkür müstəsna yer tutur.
Fəlsəfə həm də mühüm mədəni-tərbiyəvi funksiya yerinə yetirir. Onu öyrənərkən insanın təfəkkür və ümumi mədəni)o^əti yüksəlir. Fəlsəfəni bilən adam dünyada və cəmiyyətdə gedən prosesləri izah edərkən adi şüur səviyyəsinə xas olan dayazlıq, dağınıqlıq və ziddiyyətlilikdən azad olur.
Fəlsəfənin dünyagörüşü funksiyalarından biri də izahedici, informasiya-verici funksiyadır. Bu o deməkdir ki, insan fəlsəfəni öyrəndikdə onda elmin müasir inkişafına, ictimai-tarixi praktikanın mövcud səviyyəsinə və intellektual tələbatlara uyğun nəzəri təsəvvürlər formalaşır. Bu təsəvvürlər obyekti mütabiq əks etdirmək, onun mahiyyəti və strukturunu aşkarlamaq, onun inkişafı haqqında mötəbər bilik əldə etmək kimi keyfiyyətləri ilə seçilir. Fəlsəfi kateqoriyalar və anlayışlarda gerçəkliyin bu və ya digər tərəfinə aid çox qiymətli informasiyalar toplanılır, təhlil edilir və nəsildən-nəslə ötürülür.
Nəhayət, fəlsəfənin dünyagörüşü funksiyalarından danışarkən onun proqnozlaşdırıcı rolunu qeyd etməmək olmaz. Bu funksiya o deməkdir ki, nəzəri təfəkkür forması kimi fəlsəfə təkcə keçmişi və müasir dövrü öyrənməklə məhdudlaşmır, həm də gələcəyə müraciət edir. Fəlsəfi təfəkkür gələcəyin dünyagörüşü modellərini, obraz və ideallarını yaradır (əlbəttə, bunlar qəti deyildir, tarixin gələcək inkişafı prosesində təshih olunur, dəqiqləşir).
Fəlsəfənin metodoloji funksiyaları aşağıdakılardır: evristik, əlaqələndirici, inteqrasiyaedici və məntiqi qnoseoloji funksiya.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə