BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə7/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   2   3   4   5   6   7   8   9   10   ...   155

 

17

Bardiya-Zöhhak haqqında  şərhlər verir, Bardiyanın (Qaumata) qiyamın-

dan xüsusi bəhs edir. 

Bunlardan əlavə, tarixi ədəbiyyatda Makedoniyalı İsgəndərin Şər-

qə doğru yürüşləri ilə bağlı  bəzi maraqlı faktlar da öz əksini tapır. Bar-

yaks adlı birisi makedoniyalıların hakimiyyətinə qarşı üsyan qaldırıb özü-

nü Parsa və Madanın çarı elan edir. Atropat öz gücü ilə Baryaksın üsyanı-

nı yatırır. Üsyançını  əsir edib, makedoniyalılara verirlər. Baryaks Pasar-

qadda qətlə yetirilir. 

Görünür Nizaminin “İsgəndərnamə” poemasındakı  Bərdə hökm-

darı (Nüşabə) surəti də İsgəndərin müasiri olmuş Alban çarı haqqında an-

tik müəlliflərin verdikləri məlumatlara söykənir. 

Skiflərin  Şimali Azərbaycan  ərazisində yayılması yeni tədqiqat-

larda çox mühüm yer tutur. Burada skif mədəniyyətinin izlərinin tarixi-

arxeoloji öyrənilməsi indiyə  qədər qaranlıq qalan problemlərin həllinə 

imkan verir. 

Skiflər haqqında qiymətli tədqiqatlardan biri olan Azər Həsənovun 

“Çar skiflər” adlı monoqrafiyasında qeyd edilir ki, “Skiflərin adı ən ilkin 

olaraq Assuriya çarı Asarxaddonun yazılarında (e.ə. VII əsrin 70-ci illəri) 

çəkilir”. Burada Assuriyaya qarşı mübarizə aparan skiflərin çarlarından 

birinin adı Partatua olduğu bildirilir, Asarxaddonun diplomatiyaya əl ata-

raq qızını Partatuaya ərə verməklə skiflərlə ittifaq bağlamasından bəhs 

edilir. 

Tarixən bir tayfa ittifaqının da şəhər yaratmaq imkanı olduğundan 

onlar “tayfa şəhərləri” hesab edilmiş, tayfanın və ya tayfa başçılarının bi-

rinin adı ilə adlandırılmışlar. Bərdə şəhərinin adı onun siyasi-inzibati hə-

yatında baş verən dəyişikliklərlə əlaqədar olaraq dəyişmiş, eləcə də başqa 

xalqların dilindəki sözlərə uyğun  şəkildə fonetik cəhətdən müxtəlif  şə-

kildə ifadə edilmiş, sonuncu şəklini – Bərdə – saxlamışdır. Belə ki, bu ad 

e.ə. VII əsrdən tarixə məlum olan Partatuadan götürülmüş, sonrakı dövr-

lərdə Partav, Bərdaa və nəhayət Bərdə şəklinə düşmüşdür. 

 

Qasım Hacıyev, 

tarix elmləri doktoru 



 

18


 

19


 

20

 



 

21


 

22

 

AZƏRBAYCAN  XALQININ  ÜMUMMILLI  LIDЕRI  

HЕYDƏR  ƏLIYЕV  VƏ  BƏRDƏ 

 

 

 

    Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir.  

                                                              

 

Heydər Əliyev 

    


 

 

Bəşər tarixinin ən məşhur simalarından biri, Azərbaycanın dahi 



oğlu, ümummilli liderimiz Heydər  Əliyev bütün fəaliyyəti dövründə qə-

dim Bərdəyə və bərdəlilərə xüsusi diqqət və qayğı göstərmişdir. Azərbay-

cana rəhbərlik etdiyi dövrdə 14 dəfə Bərdədə olmuş, Bərdənin inkişafına 

ağıllı  nəsihətləri, uzaqgörən məsləhətləri ilə  təkan vermiş, bərdəlilərin 

qəlbində əbədi məhəbbət yuvası salmışdır.  

 

 



Heydər Əliyevin Bərdə səfərləri 

 

28 may 1974-cü il                                  05 sentyabr 1980-ci il      

12 avqust 1975-ci il                              02 oktyabr 1980-ci il 

07 oktyabr 1976-cı il                              04 sentyabr 1981-ci il 

03 sentyabr 1977-ci il                             03 sentyabr 1982-ci il 

26 avqust 1978-ci il                              26 iyul 1993-cü il 

03 oktyabr 1978-ci il                              10 aprel 1994-cü il 

11 sentyabr 1979-cu il 

08 oktyabr 1998-ci il 

 

 



Heydər Əliyevin Bərdədə keçirdiyi görüşlər zamanı 

söylədiyi nitqlərdən 

 

Heydər Əliyevin Bərdəyə ilk səfəri 1974-cü ilin may ayına təsadüf 

edir. Böyük rəhbər səfəri zamanı rayonun təsərrüfatlarında olmuş, demək 

olar bütün sahələrdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə maraqlanmış-

dır. Sadə adamlarla görüşlər onda zəngin təəssürat yaratmışdır. 

İlk gəlişində Heydər Əliyev rayon partiya və təsərrüfat fəallarının 

yığıncağını keçirtmiş və toplantıda nitq söyləmişdir: 

– Bizim pambıq rayonlarına çıxmağımız və zona müşavirələri ke-

çirməyimizdə məqsəd ondan ibarətdir ki, rayonlarda partiya sovet orqan-

larının apardıqları təşkilatçılıq işlərinin vəziyyətini yoxlayıb, təhlil edək. 

Bu, çox vacibdir. Axı son illər respublika kənd təsərrüfatı məhsulları is-

tehsalını artırmaq sahəsində bir çox nailiyyətlər əldə etmiş, keçici qırmızı 

bayraqlar almışdır. Lakin bütün bunlarla yanaşı bizim işimizdə nöqsanlar 



 

23

və həll edilməmiş problemlər də vardır. İlin əvvəlində işimizi təhlil etmiş, 

gələcəkdə kənd təsərrüfatını inkişaf etdirməyin yollarını müəyyən etmişik.  

Respublikanın iri rayonlarından olan Bərdənin vəzifəsi daha ağır, 

daha ciddidir. Son zamanlar Mərkəzi Komitə Bərdə rayonuna böyük qay-

ğı göstərir. Lakin hər il rayon pambıqçılıq sahəsində öhdəlik götürür, onu 

yerinə yetirmir. Bu da bizdə inamsızlıq yaradır. Öhdəliklərin yerinə yeti-

rilməməsinin səbəbi isə təşkilatçılıq işinin aşağı səviyyədə olmasıdır. Bər-

də  zəhmətkeşləri işgüzardırlar, ancaq adamları  işlətmək, onlardan tələb 

etmək lazımdır.  

İndi pambığın becərilməsi vəziyyəti yaxşıdır.  Əgər arxayınçılığa 

yol verməsəniz, əlbəttə siz bütün öhdəliklərinizin yerinə yetirilməsinə nail 

olarsınız.  

 

“Kommunizm yolu” qəzeti,  

28 may 1974-cü il      

 

 

 

 

BƏRDƏLİLƏRİN  YENİ  ÖHDƏLİYİ: 

 

Dövlətə 53 min ton pambıq verəcəyik 

        


Bərdə pambıqçıları onuncu beşilliyin ilk ilində görkəmli  əmək 

qələbəsi qazanmışlar. Ölkəyə 50 min tondan çox ağ qızıl verilmiş, qəbul 

olunmuş əlavə öhdəliklər artıqlamasıyla yerinə yetirilmişdir. Bu qələbəyə 

həsr olunmuş rayon zəhmətkeşləri fəallarının yığıncağı keçirilmiş, yığın-

cağın işində Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev iştirak 

edərək nitq söyləmişdir: 

– Bu gün Bərdədə böyük bayramdır. Çünki rayonun zəhmətkeşləri 

partiyamızın XXV qurultayının qərarlarını  həyata keçirmək uğrunda so-

sializm yarışını genişləndirərək nəinki rayonun tarixində, habelə respubli-

kanın rayonları arasında ilk dəfə olaraq dövlətə 50 000 ton məhsul satmış 

və öz əlavə öhdəliklərini layiqincə yerinə yetirmişlər. Bu böyük qələbə 

münasibətilə sizi, rayonun bütün əməkçilərini Azərbaycan KP MK, Azər-

baycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Respublika Hökuməti adın-

dan səmimi qəlbdən təbrik edir, sizin hamınıza xoşbəxtlik və səadət arzu-

layıram.  

Pambıqçılıq iqtisadiyyatımızda mühüm rol oynayır. Son zamanlar 

həqiqətən pambıqçılıqda böyük dönüş yaranmışdır. Pambıq özü mürək-

kəb bitkidir və Azərbaycan şəraitində çətin başa gəlir. Bizim şəraitdə bol 

məhsul yetişdirmək əsl hünər tələb edir. Respublikamızda pambıqçılığın 

inkişaf etdirilməsində Bərdə rayonunun rolu böyükdür. Rayonun zəhmət-




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə