BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə5/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   2   3   4   5   6   7   8   9   ...   155

 

13

nın zaman-zaman inkişaf və  tənəzzüllə bağlı  məruz qaldığı  dəyişikliyi, 

adın mənasını öyrənməklə tarixi adın səciyyəvi xüsusiyyətini, müasirlikdə 

rolunu qiymətləndirməyin tədqiqat üçün əhəmiyyəti olacaq. 

Bərdə şəhərinin adı ilə bağlı ən qədim yazılı məlumat ilk orta əsr-

lərə aid olan alban, erməni və gürcü mənbələrində saxlanmışdır.  

M.Kalankatlının “Albaniya tarixi” əsərində Bərdənin (Partav) adı 

daha çox çəkilir, onun tarixi coğrafiyasına, siyasi, iqtisadi, mədəni həyatı-

na dair geniş məlumatlar verilir, lakin Bərdə sözünün etimologiyası haq-

qında məlumata rast gəlinmir. Bərdənin adı ilk olaraq orta əsr gürcü mən-

bələrində  qədim gürcü əfsanələri  əsasında  şərh edilir. Gürcü tarixçisi 

Leonti Mrovelinin “Kartli çarlarının həyatı” adlı xronikasında Bardos haq-

qında söylənilən rəvayətin Bardiyaya (Bərdəyə) aid olduğu qeyd edilir. 

Bərdənin adı ulu dastanımız Dədə Qorqud əsərində  də  çəkilir. 

Doqquzuncu Oğuznamədə deyilir: “...Qorqud Begil adında bəyi razı saldı, 

özü ona qılınc verdi, barmağına qolçaq taxdı, əmr etdi cəsur at gətirdilər, 

onun yurtunu çıxardı  və  bəyi Bərdə  və  Gəncəyə göndərdi ki, oğuz ilini 

(elini-müəllif) qorusun”. 

Orta əsrlər ərəb və fars mənbələrində Bərdənin adı dəfələrlə çəki-

lir, lakin onlarda da “Bərdə” toponimi izahını tapmır. Yalnız Yaqut əl-Hə-

məvi üç yerdə “Bərdə” adlı  məntəqənin olduğunu qeyd edir və “Bərdə” 

toponiminin etimologiyasını açmağa səy göstərir. O, “Bərdə” sözünün 

fars mənşəli “Bərdədar” olub, “əsir etmə yeri” mənası verdiyini bildirir. 

Sonra şərh edir ki, hökmdarlar ətraf yerlərdən tutduqları əsirləri dustaq ki-

mi burada saxlayırdılar. Hətta bəziləri bu fikri ifratlaşdırıb yazır ki, “əya-

lətlərdən tutduqları əsirləri gətirib burada məskun edirdilər”. Əvvəla, Ya-

qut əl-Həməvidən əvvəl və sonra heç bir müəllif “Bərdə” toponimini dus-

taq saxlanılan yer kimi qeyd etmir. Eyni zamanda, Bərdənin yerləşdiyi 

ərazi yalnız həbsxana üçün əlverişli yer ola bilməzdi ki, şəhərin adlandı-

rıla bilinəcək başqa əlamətlərini üstələyə bilsin. Bu da istisna deyildir ki, 

qədim  şəhərlərin hər birinin, o cümlədən Bərdənin dustaq saxlanılan 

həbsxanası olmuşdur. Tarixən möhkəm mühafizəli həbsxanası ilə məşhur 

olan  şəhərlər də  məlumdur, lakin “Bərdə” toponiminin etimologiyasını 

bununla bağlamaq üçün əsas yoxdur. 

Bərdə sözünün fars dilində olan hərfi tərcüməsi qul, kölə olsa da, 

“bərdədar” bar verən, bol məhsul verən, həmçinin xeyir verən, mənfəət 

verən mənasında işlədilir. Onu da qeyd etmək lazımdır ki, Bərdə sözünün 

fonetik kökü “bərd”  ərəbcə bir mənada daş, ikinci mənada soyuq, sərin 

sözündən ibarətdir. 

Orta  əsr tarixçi və coğrafiyaşünası  Əbd-ər-Rəşid  əl-Bakuvinin 

“Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərində də “Bər-

də” toponimi haqqında məlumat verilir.  

Qeyd etmək lazımdır ki, adları  çəkilən mənbələrdə  Bərdə adının 



 

14

etimologiyası haqqında məlumat verilməməsi müxtəlif mülahizə və fikir-

lərin meydana çıxmasına səbəb olmuşdur. Burada Bərdə adının etimologi-

yası ilə bağlı maraqlı araşdırmaların məğzini tarixi ardıcıllıqla təqdim et-

məyi məqsədəuyğun sayırıq. 

Mənbələrdə qədim dövrdə şəhərin necə adlandırıldığı barədə mə-

lumat verilmir. Orta əsrlərdə isə  şəhər zaman-zaman Firuzabad, Partav, 

Bərdaa, nəhayət, Bərdə adlandırılmışdır. Qeyd edək ki, qonşu xalqların 

dilində bu adlar müxtəlif formalarda işlədilmiş, mənbələrdə də həmin for-

mada saxlanmışdır. Məsələn: farsca Partav və Perozapat (Firuzabad), er-

məni dilində  də Partav, gürcü dilində Bardos, ərəbcə  Bərdaa adlandırıl-

mışdır. 


Bərdənin adı  və onun etimologiyasının öyrənilməsində tarixi və 

coğrafi əsərlərdən başqa özündə tarixi hadisələri, toponimləri əks etdirən 

şifahi xalq yaradıcılığı nümunələri, yazılı ədəbi-bədii əsərlər və etnoqrafik 

məlumatlardan da faydalanmaq mümkündür. 

Nizami Gəncəvi “İsgəndərnamə” poemasında yazır: 

           



          Harun (Hurum) adlanırdı bu yurd hər yerdə, 

          İndisə adına deyirlər Bərdə. 

 

Maraqlıdır ki, Nizami Gəncəvidən başqa heç kim Bərdənin “Ha-



run” adlandırıldığını qeyd etmir. Bununla belə, o da çox maraqlıdır ki, 

XVIII  əsrdə  tərtib olunmuş “Gəncə-Qarabağ  əyalətinin müfəssəl dəftə-

ri”ndə Bərdə nahiyəsinin kəndləri sırasında “Harun” adlı kəndin adı çəki-

lir. Həmin kəndin Tərtər çayının kənarında yerləşdiyi, eyni zamanda ora-

da yaşayış olmadığı bildirilir.  

Demək olar ki, qaynaqlarda, Yaqut əl-Həməvinin qeydləri istisna 

olmaqla, “Bərdə” toponiminin mənşəyi və mənası haqqında məlumat ve-

rilmir. 


Adının sonuncu deyiliş  və yazılış formasını, qismən dəyişməklə, 

son dövrlərədək saxlayan “Bərdə”nin etimologiyası haqqında fikirlərə ke-

çən əsrin axırlarında və son dövrlərdə müraciət edilmişdir. Həmin tədqi-

qatçıların fikirlərini ardıcıllıqla təqdim etməklə onlara öz münasibətimizi 

də bildirək. İ.Şopen (1894-cü il) “Bərdə” sözünün mənasını yunan dilində 

axtarır. Q.Osipov, qəribə də olsa, “Bərdə” sözünün mənasının erməni di-

lində “qovaqlı yer” mənası verdiyini yazır. V. Sısoyev əl-Həməviyə əsas-

lanaraq “Bərdə”ni “qul yeri – qul saxlanan yer” hesab edir. Qrum – Qrci-

malo Orta Asiyada, Sakistan vilayətində “Bərdə” adlı şəhərin mövcudlu-

ğunu və Bərdə şəhərinin adının da onunla bağlı olduğunu qeyd edir. Y.Pa-

xomov gürcü mənbələrində olan rəvayətlərə və erməni dilində şərhlərə öz 

münasibətini bildirərək “Bərdə” toponimini Qafqaz dillərində axtarma-

maq qərarına gəlir, yəni “Bərdə” toponiminin Qafqazda yaşayan xalqlara 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə