BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə9/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   5   6   7   8   9   10   11   12   ...   155

 

27

Həm xalq, həm də onların rəhbərləri yekdildir. Burada çıxış edən yoldaş-

lar məni ürəkdən təbrik etdilər, ünvanıma xoş sözlər dedilər. Bu sözlər 

çox səmimidir, onlar ürəkdən gəlir. Bu onu göstərir ki, mənə verilmiş mü-

kafat bütün respublika zəhmətkeşlərini sevindirir. Bunun üçün sizin hamı-

nıza və sizin simanızda bütün Azərbaycan zəhmətkeşlərinə öz minnətdar-

lığımı bildirirəm. 

İcazə verin bir daha əmin olduğumu bildirim ki, Bərdə rayonunun 

kommunistləri və bütün zəhmətkeşləri 1979-cu ilin planlarını və sosialist 

öhdəliklərini, bütövlükdə onuncu beşilliyin tapşırıqlarını müvəffəqiyyətlə 

yerinə yetirmək üçün əllərindən gələni  əsirgəməyəcək, respublikamızın 

nailiyyətlərinə yaxından kömək göstərəcəklər. 

 

“Kommunizm yolu” qəzeti,  



15 sentyabr 1979-cu il 

 

 

Rayon partiya təşkilatı fəallarının yığıncağında  

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Azərbaycan 

KP Mərkəzi Komitəsinin birinci katibi H.Ə.Əliyevin nitqi 

 

– Bərdə rayon partiya təşkilatı fəalları yığıncağı çox əlamətdar bir 

dövrə təsadüf edir. Qarşıdan doğma Kommunist Partiyamızın XXVI qu-

rultayı  gəlir. Sovet adamları qurultayı layiqincə qarşılamaq üçün əzmlə 

çalışırlar.  

Respublikamız Sov.İKP XXVI qurultayına böyük əmək nailiyyət-

ləri ilə gedir. Hamımıza məlum olduğu kimi, respublikamız onuncu beşil-

liyin planlarını doqquz ay yarım  əvvəl yerinə yetirmiş  və buna görə  də 

Vətənin ən yüksək mükafatı-üçüncü dəfə Lenin ordeni ilə təltif olunmuş-

dur. Budur, on ildir ki, respublikamız dalbadal Ümumittifaq sosializm ya-

rışında qalib çıxır.  

Bu yaxınlarda 1979-80-ci ilin qışında heyvandarlıq məhsulları is-

tehsalı sahəsində Ümumittifaq yarışına yekun vurulmuşdur. Azərbaycan 

SSR müttəfiq respublikalar içərisində  həmin yarışda qalib gəlmiş, 

Sov.İKP MK, SSRİ Nazirlər Soveti, ÜİHİMŞ-in və ÜİLKGİ MK-nın fəx-

ri fərmanı ilə təltif olunmuşdur. Fərəhlə demək lazımdır ki, son on il içə-

risində ölkədə elə bir yüksək fəxri ad yoxdur ki, Azərbaycan respublikası 

ona layiq görülməsin. 

Bərdə respublikada kənd təsərrüfatının inkişaf etdirilməsində bö-

yük rol oynayır. Bərdə torpağı münbitdir. Rayon partiya təşkilatının işi 

təqdirəlayiqdir. Bərdə respublikada pambıqçılığın inkişaf etdirilməsinə 

böyük təkan vermişdir, bu barədə sükançıdır, bayraqdardır və respublika-

nın bütün rayonlarına nümunə göstərir.  

Bərdəlilər işdə sübut etmişlər ki, Azərbaycan pambıqçılıq sahəsin-

də böyük perspektivə malik respublikadır. Lakin respublikanın keçmiş 



 

28

rəhbərləri pambıqçılığı perspektivsiz sahə hesab edir və belə düşünürlər 

ki, o, xalqımız üçün bədbəxtlik gətirir. Beləliklə  də, onlar pambıqçılığı 

gözdən salmışdılar. Elə Bərdə rayonunda da pambıqçılığa fikir verilmirdi. 

Torpaq həmin torpaq, adamlar həmin adamlardır. Lakin burada məhsul-

darlığı artırmaq üçün imkanlardan istifadə edilmirdi. Ancaq son 5-6 ilin 

içərisində  Bərdə rayonunda pambıqçılığın sürətli inkişafı sahəsində  əldə 

edilmiş nailiyyətlər təkcə sizin rayon üçün deyil, ümumən respublikada 

pambıqçılığın inkişaf etdirilməsinin və artırılmasının canlı  təcəssümü və 

ən parlaq ifadəsidir. Qazanılmış bu böyük nailiyyətlərə görə  Bərdə indi 

respublikada pambıqçılığın mərkəzinə çevrilmişdir. Haqlı olaraq bərdəli-

lər öz işlərinin nəticəsi ilə fəxr edirlər.  

Bərdəlilər öz keçmişləri ilə də fəxr etməyə haqlıdırlar. Biz respub-

likamızda deyil, bütün Şərqdə milli mədəniyyətin mərkəzi olduğu üçün 

Bərdə ilə fəxr edirik. İndi fəxr etməyə dəyər ki, Bərdə rayonu nəinki res-

publikamızda, hətta bütün İttifaqda pambıq istehsalına görə birinci yerə 

çıxmışdır. Bütün bunların hamısı sizin gərgin əməyiniz, Bərdə rayon par-

tiya komitəsinin yaxşı işi və şəxsən rayon partiya komitəsinin birinci ka-

tibi R.Səfərəliyev yoldaşın düzgün və prinsipial rəhbərliyi nəticəsində 

mümkün olmuşdur. Bəli, hər il pambıqçılığın inkişafı sahəsində məsələlə-

ri müzakirə etmək üçün Bərdə bir mərkəzə çevrilmişdir və bu, artıq ənənə 

şəklini almışdır. Hər il respublika pambıqçılıq rayonlarının partiya-təsər-

rüfat fəalları  yığıncağı burada keçirilir. Bu, sizin pambıqçılıq sahəsində 

əldə etdiyiniz yüksək nailiyyətə görədir, rayonunuzun nüfuzunu təkcə res-

publikada deyil, bütün ittifaqda artırır. 

İndi Bərdədə tikinti işləri çox sürətlə gedir. Vətən müharibəsində 

həlak olanların xatirəsinə ucaldılan abidənin tikintisinə  cəmi bir neçə il 

bundan  əvvəl başlanılmışdır.  İndi bu abidə-park gülüstana, laləzarlığa 

çevrilmişdir. Xalça fabrikinin binası şəhərə xüsusi gözəllik verir. Son il-

lərdə çoxmərtəbəli evlərin sayı xeyli artmış, Bərdə abadlaşmışdır. Mən 

ürəkdən istəyirəm ki, Bərdə respublikamızın  ən gözəl  şəhərlərindən biri 

olsun.  


 

“Kommunizm yolu” qəzeti,  

11 sentyabr 1980-ci il 

 

 

Respublika prezidentliyinə namizəd Heydər Əliyevin 

Bərdə seçiciləri ilə görüşü 

 

 

Oktyabr ayının 8-də ölkə prezidentliyinə namizəd Heydər Əliyevlə 

Bərdə rayonunda seçicilərin görüşü keçirilmişdir. Bu görüşdə  həmçinin 

Ağcabədi, Laçın, Kəlbəcər və Tərtər rayonunun çoxsaylı seçiciləri də işti-

rak etmişlər. 

Görüş  Bərdənin zəfər tağı deyilən giriş qapısı yanında təntənəli 

qarşılanma mərasimi ilə başlanmışdır. Buraya yuxarıda qeyd edilən ra-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə