BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə8/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   4   5   6   7   8   9   10   11   ...   155

 

24

keşləri partiyanın aqrar siyasətini dönmədən həyata keçirərək çox yüksək 

əmək nəticələrinə nail olmuşlar.  

Mən qabaqlar da sizin rayonda olmuşam. 1973-cü ildə 40 min ton 

pambıq satmaq vəd edilmişdi. Lakin cəmi 20 min ton məhsul istehsal 

olundu. Ancaq rayon partiya komitəsinin həyata keçirdiyi tədbirlər nəticə-

sində son üç ildə pambıqçılıqda böyük dəyişikliklər əmələ gəlmişdir. Bu 

ilin nəticələri daha sevindiricidir. 50 min tondan çox pambıq istehsal et-

mək, bu, sıçrayışdır. Özü də sizin rayon bu il həm pambığı qısa müddətə 

yığıb təhvil verməkdə, həm də gündəlik artım sahəsində ciddi dönüş ya-

ratmışdır. Hər gün tədarük məntəqələrinə 2 min tondan artıq pambıq gön-

dərilmişdir. Heç vaxt heç bir rayon bu nəticəyə nail olmamışdır. Eyni za-

manda təkcə kəmiyyət məsələləri deyil, keyfiyyətə də ciddi fikir verilmiş-

dir. İstehsal olunmuş pambığın çox hissəsi birinci növ kimi qəbul edilmiş-

dir. Siz bu təcrübənizi daha da artırmalısınız.  

Mənə rayonun qabaqcıl adamlarının adlarını yazıb veriblər. Lakin 

mən oxumaq istəmirəm. Çünki bu qələbədə hamının payı vardır, elə sizin 

hamınız qabaqcılsınız. 243 briqadadan 236-sı öhdəlik hesabına işləyir. 

Məni sevindirir ki, Tərlan Musayeva öz maşını ilə 315 ton pambıq yığıb. 

Mənə elə gəlir ki, bu, rekord nəticədir. Buna görə də biz sizin hamınızın 

işinə yüksək qiymət veririk.  

Mən bir daha sizi ürəkdən təbrik edir və kənd təsərrüfatı məhsulla-

rının istehsalını artırmaqda sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.  

 

“Kommunizm yolu” qəzeti,  



7 oktyabr 1976-cı il 

 

 

 

 

YUBİLEY  İLİNİN  MÜBARİZ  VƏZİFƏLƏRİ 

 

Vətənə 60 min ton pambıq verək 

 

Bərdə pambıqçıları Böyük Oktyabrın 60-cı ildönümü münasibətilə 

yüksək sosialist öhdəliyi qəbul etmişlər. Aylardan bəri çəkilən zəhmət gö-

zəl bəhrə vermiş, tarlalarda bol məhsul yetişmişdir. Artıq bir neçə gündür 

ki, kənd əməkçiləri elliklə tarlalara çıxmış, yetişdirilmiş bol məhsulu yığ-

mağa başlamışlar. Avqust ayının sonuncu ongünlüyündə  tədarük məntə-

qələrinə 19 min ton “ağ  qızıl” göndərilmişdir. Tarlalarda gedən işin bu 

qızğın çağında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Azərbay-

can KP MK-nın birinci katibi H.Ə.Əliyevin rayonumuza gəlməsi hər yer-

də əsl bayram təntənəsinə çevrilmişdir.  

 

Partiya təsərrüfat fəalları ilə keçirilən yığıncaqda H.Ə.Əliyev dedi: 




 

25

– Bu günkü fəallar yığıncağının əsas məqsədi indiyədək görülmüş 

işlərə yekun vurmaq və gələcək vəzifələri müəyyənləşdirməkdən ibarətdir.  

Bərdə pambıqçıları ildən-ilə məhsuldarlığı artırır və yüksək nəticə-

lərə nail olurlar. Keçən il olduğu kimi bu il də rayonun kənd əməkçiləri 

tarlalarda bol pambıq yetişdirmişlər. Elə buna görə  də biz bu yığıncağa 

toplaşmışıq ki, pambıqçıların işinə bir daha nəzər yetirək. Çünki Bərdə 

pambıqçılarının əldə etdiyi nailiyyətlər bütün respublikamıza yüksək təsir 

göstərir. Buna görə də heç də təsadüfi deyildir ki, bu gün pambıqçılıq ra-

yonlarının zona müşavirəsini də Bərdədə keçiririk.  

H.Ə.Əliyev yubiley ilində respublikamızda gedən işlərdən danışa-

raq göstərdi ki, indi hər yerdə Böyük Oktyabrın 60 illik yubileyinə əmək 

töhfələri hazırlanır. Sənaye işçiləri 8 aylıq planı hələ avqustun 26-da yeri-

nə yetirmişlər. Sənaye istehsalının artım səviyyəsi indi 9 faiz təşkil edir. 

Bu, ölkədə ən yüksək göstəricidir. Kənd təsərrüfatı sahəsində qəbul olun-

muş öhdəliklər də layiqincə yerinə yetirilir.  

Bütün bunlarla yanaşı, deməliyik ki, respublikamızda kənd təsər-

rüfatının başlıca və ən əsas sahəsi pambıqçılıqdır. Son illərdə respublika-

mızda pambıqçılığın inkişaf etdirilməsi üçün geniş perspektivlər açılmış-

dır. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, keçən il 532 min ton 

pambıq istehsal olunmuşdur. Halbuki, bir neçə il bundan əvvəl belə  rə-

qəm haqqında heç düşünmək olmazdı. Bu il də pambıqçılarımız yaxşı iş-

ləmiş, tarlalarda bol məhsul yetişdirmişlər. İndiyədək tədarük məntəqələ-

rinə 30 min ton pambıq təhvil verilmişdir. İndi qarşıda duran başlıca vəzi-

fə yetişdirilmiş bol məhsulu qısa müddətdə və itkisiz yığıb dövlətə təhvil 

verməkdən ibarətdir. Bərdə rayonunda və respublikamızın bütün rayon-

larında yetişdirilmiş  məhsula  əsasən deyə bilərik ki, bu il keçənilkindən 

artıq pambıq istehsal edə biləcəyik. 



 

“Kommunizm yolu” qəzeti,  

3 sentyabr 1973-cü il 



 

26

Rayon partiya-təsərrüfat fəalları yığıncağında Sov.İKP MK  

Siyasi Bürosu üzvlüyünə namizəd,  Azərbaycan KP MK-nın  

birinci katibi H.Ə.Əliyevin nitqi 

 

     – Ən əvvəl, sizi 1979-cu ildə əldə etdiyiniz böyük müvəffəqiy-

yətlər və kənd təsərrüfatı sahələrinin ən məsul, ən həlledici mərhələsi olan 

pambıq yığımına başlamağınız münasibətilə ürəkdən, səmimi qəlbdən 

təbrik edirəm.  

Bizim Sovetlər ölkəsi iri addımlarla kommunizmə doğru irəliləyir. 

Sov.İKP XXV qurultayının qərarları, onuncu beşilliyin plan və tapşırıqla-

rı müvəffəqiyyətlə  həyata keçirilir. Ölkənin hər yerində  qızğın iş gedir, 

yeni zavodlar, fabriklər işə salınır, dəmir yolları çəkilir. Qəhrəman fəhlə 

sinfi qarşıda duran vəzifələri layiqincə yerinə yetirir. Kənd təsərrüfatı 

əməkçiləri yetişdirilmiş məhsulu sürətlə toplayırlar. Sovet adamlarının ri-

fahı yaxşılaşır. Ölkəmizin iqtisadiyyatı, müdafiə potensialı, böyük Vətəni-

mizin beynəlxalq miqyasda tutduğu yer getdikcə daha da möhkəmlənir. Sovet 

İttifaqının sülh siyasəti yeni-yeni nailiyyətlər qazanır. Bütün bunlar hamı-

nın – fəhlələrin, kolxozçuların və ziyalıların fədakar əməyinin bəhrəsidir. 

Bütün ölkədə olduğu kimi, bizim respublikamızda da onuncu beş-

illiyin planları və sosialist öhdəlikləri layiqincə yerinə yetirilir. Beşilliyin 

3 il 8 ayında sənayedə planlar xeyli artıqlaması ilə  həyata keçirilmişdir. 

Azərbaycanın fəhlə sinfi yeni-yeni müvəffəqiyyətlər qazanır. Beşilliyin 3 

ilində sənaye istehsalı 21 faiz əvəzinə 17 faiz artmışdır. Bu ilin 3 ayında 

istehsalda keçən ilin müvafiq dövrünə nisbətən artım 8,7 faiz olmuşdur.  

Respublika zəhmətkeşlərinin rifahı get-gedə yaxşılaşır. Mən bura-

da ancaq bu beşilliyin göstəricilərindən danışmaq istəyirəm. Keçən doq-

quzuncu beşillik də bizim üçün çox gözəl beşillik oldu. Biz artıq on ildir 

ki, inkişaf yolundayıq. Bizim üçün ən böyük müvəffəqiyyət ondan ibarət-

dir ki, respublikamızda çox gözəl, sağlam siyasi iqlim yaranmış,  ədalət, 

həqiqət, düzgünlük bərqərar olunmuşdur. Bütün bunlar irəliləyişimizin 

əsas səbəblərindəndir. Buna görə də Azərbaycan xalqının, respublika par-

tiya təşkilatının Ümumittifaq miqyasda müfuzu artır.  İndi respublikanın 

hər bir vətəndaşı ölkənin harasında olursa-olsun özünü fəxrlə azərbaycan-

lı kimi təqdim edir. Respublikamızın  əldə etdiyi nailiyyətlər partiya və 

hökumət tərəfindən yüksək qiymətləndirilir. Biz doqquz dəfə Sov.İKP 

MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ  və  ÜİLKGİ MK-nın keçici 

Qırmızı bayrağını almışıq. Doqquz il dalbadal Azərbaycan üzərində Qır-

mızı bayraq dalğalanıb. Doqquz il dalbadal Azərbaycan Qırmızı bayraqlı 

respublika olmuşdur. Biz əminik ki, bu il də Azərbaycan zəhmətkeşləri 

qabaqkı illərdən daha yaxşı işləyəcək, yenə də respublikamız qabaqcıllar 

cərgəsinə  çıxacaq və onuncu dəfə  Vətənin keçici Qırmızı bayrağını ala-

caqdır. 

Bu gün biz tarlaları gəzərkən kolxozçular və burda yığıncaqda çı-

xış edənlər də  məhz bu fikirdə olduqlarını bildirdilər. Deməli, biz birik. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə