BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə4/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   2   3   4   5   6   7   8   9   ...   155

 

11

Bərdə baş  şəhərdir... Bərdədə  şəhəri kəsib keçən çay var, Kür çayı isə 

şəhərdən iki fərsənglikdədir. Bərdə gözəl  şəhərdir”.  İstəxri və  İbn-Xor-

dadbeh Arran və Kürlə bərabər Kərnə (Gərnə) sözlərini işlədir ki, bu da 

Bərdənin toponimlərinə aid məlumatı zənginləşdirir. 

Bərdənin coğrafi yeri haqqında İbn Rusta bildirir ki, “Adərbaycan: 

... Bərdaa, Nəşəva, Sisacan, Arzan, Xilat beşinci iqlimdədir”. 

Yaqut əl-Həməvinin yazdığına görə, “Kitab əl məlhəmə” əsərinin 

müəllifi danışıb ki, Bərdə şəhəri yetmiş doqquz dərəcə otuz dəqiqə uzun-

luq, qırx beş dərəcə en dairəsində, altıncı iqlimdə yerləşir. Əbu Avn isə öz 

astronomik cədvəlində Bərdəni beşinci iqlimin yetmiş dərəcə uzunluq və 

qırx üç dərəcə endə göstərir. Əl-Biruni “Məsud cədvəli”ndə Bərdəni be-

şinci iqlimdə göstərir və qeyd edir ki, Bərdə Kür çayı yaxınlığındadır. 

Əl-İdrisi coğrafi  ərazilər haqqında danışarkən qeyd edir ki, “Be-

şinci iqlimin altıncı hissəsinin  əhatə etdiyi yerlərə... Azərbaycanın bəzi 

şəhərləri və bütün Arran daxildir. Biz buna Bərdə şəhərinin təsviri ilə baş-

layırıq. Çünki bura Arran ölkəsinin paytaxtıdır. Bu şəhər çox böyükdür, 

onun uzunluğu 3 milə qədərdir, eni də bundan az deyildir”. 

Həmdullah Qəzvini də Bərdəni beşinci iqlimə aid edir və göstərir 

ki, Bərdənin “yerləşdiyi coğrafi yer uzunluğu 80, eni 40 dərəcə 20 dəqi-

qədir...” Sonra müəllif yazır: “Suyu kiçik çaydan götürürlər ki, o da Tərtər 

(adı ilə) tanınır”. Həmdullah Qəzvini Bərdə şəhərinə məxsus olan yay iqa-

mətgahından da bəhs edir: “Hərik – Bərdəyə yaylaq (yay iqamətgahı) ki-

mi qulluq edir və o çox cazibədar və gözəl yerdir, bulaq suları, zəngin ya-

şıllıq və ov üçün yerlərlə zəngindir. Bərdə əhalisi yayda oraya gedir, qışda 

isə şəhərə qayıdır”. 

Məcdəddin  əl-Hüseyni (Məcidi) də  Bərdənin beşinci iqlimə aid 

olduğunu qeyd edir. 

Bərdənin koordinatları Nəsirəddin Tusinin və Uluqbəyin astrono-

mik bölgülərə aid cədvəlində də verilmişdir. 

Bərdə şəhərinin gözəlliyinin təsvirinə Nizami Gəncəvinin “İsgən-

dərnamə” poemasında da rast gəlirik: 

 

“Bərdə nə gözəldir, necə qəşəngdir, 

Yazı da, qışı da güldür, çiçəkdir. 

İyulda dağları lalələr səpər,  

Qışını baharın nəsimi öpər. 

O yaşıl meşəsi cənnətə bənzər, 

Şən ətəklərinə bağlamış kövsər. 

Söyüdlük çöllərə vermişdir zinət, 

Ağ bağı elə bil həqiqi cənnət. 

Qırqovul yuvası hər sərv ağacı, 

Oxuyur kəkliyi, ötür turacı. 



 

12

Səssizlik içində dincəlir gülşən

Torpağı silinmiş qayğı, kədərdən. 

Reyhanı yaşıldır illər uzunu, 

Hər çeşid naz-nemət bürümüş onu. 

Yem üçün quş gələr bu gözəl yurda, 

İstəsən “quş südü” taparsan burda. 

Torpağı yoğrulmuş qızıl suyundan, 

Elə bil hər yanda bitmiş zəfəran. 

O yaşıl yerləri dolaşıb gəzsən, 

Şənlikdən başqa bir xəyal görməzsən”. 

 

Bərdəni tərənnüm edən ulu şair bu zəngin şəhərin yerləşdiyi mə-



kanın bənzətmə və poetik ümumiləşdirmələrlə mənzərəsini yaratmışdır. 

Nisbətən son dövrün mənbələrində də Bərdə haqqında məlumatlar 

verilmişdir. Məsələn, Abbasqulu ağa Bakıxanov Bərdənin öz dövründəki 

görkəmi və vəziyyəti haqqında qısa məlumat vermişdir.  

Yusif Vəzir Çəmənzəminli qeyd etmişdir ki, “min sənə  əvvəl 

Bərdə bağlı-bağçalı, gözəl bir şəhər idi. Çoxlu hamamlar, karvansaralar, 

bazarlar şəhəri zinətləndirirdi...”. 

Qədim tarixi mənbələrin və  tədqiqat  əsərlərinin araşdırılması  nə-

ticəsində belə bir qənaətə gəlmək olur ki, Bərdə Qafqaz Albaniyasının ge-

niş düzənlik əraziyə, əkinə yararlı torpaqlara, təbii və süni su hövzələrinə 

malik olan Uti nahiyəsində, Kür çayı ilə  Tərtər çayının arasında yerləş-

mişdir. İki tərəfdən çaylar, digər tərəflərdən böyük göl və ucsuz-bucaqsız 

meşələr, otlaqlar, əkinlər və bağlarla əhatə olunan Bərdə Uti nahiyəsinin, 

eyni zamanda Albaniyanın mərkəzində yerləşmiş,  ətrafda olan həm dü-

zənlik, həm də dağlıq hissələrin təbii sərvətləri ilə  əhatədə olmuş,  əhali 

qeyd edilən təbii şərait və sərvətlərdən bəhrələnmişdir. Ərazicə beşinci iq-

limdə yerləşən, təbii-coğrafi cəhətdən özünəməxsus müsbət xüsusiyyətlə-

rə malik olan Bərdədə müxtəlif təsərrüfat növləri inkişaf etmiş, burada sə-

nətkarlığın meydana çıxmasına zəmin yaranmış  və bütün bunlar şəhərin 

əmələ gəlməsi və inkişafında mühüm rol oynamışdır. 

Beləliklə,  əlverişli təbii  şəraitə  və strateji mövqeyə malik olan 

Bərdə  ərazisində  təsərrüfatın, sənətin yüksək inkişafı  zəminində  şəhər 

əmələ  gəlmişdir.  İndiki Bərdə  şəhərinin  şimal-qərbində yerləşən “Şortə-

pə” e.ə. III minillikdə yaşayış məskəni, e.ə. IV əsrdən etibarən şəhər ol-

muşdur. 

Tarixən qədim olan hər bir şəhərin adının etimologiyası  tədqiqat 

obyekti kimi böyük maraq doğurur. Bu baxımdan Bərdə şəhəri də diqqəti 

cəlb edən obyektdir. Bərdənin adının tarixi mənbələrdə çəkilməsi ilə əla-

qədar araşdırmalarımızı, “Bərdə” toponimi və adının etimologiyası ilə 

bağlı mənbə məlumatlarını və tədqiqatçıların fikirlərini müqayisəli şəkil-

də təqdim edirik.  

Fikrimizcə, özündə şəhərin tarixi keçmişini əks etdirən Bərdə adı-




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə