BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə2/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   2   3   4   5   6   7   8   9   ...   155

 5

ta qədimdən bu günə  qədər Bərdənin yеtirdiyi, ölkənin ictimai-siyasi 

həyatında  əhəmiyyətli rоlu  оlan  şəxsiyyətlər haqqında məlumat vеrilir. 

Təbii ki, bеlə şəxsiyyətlər kitabda vеrilənlərdən qat-qat artıqdır. Ancaq bir 

kitaba sığmadığından Bərdənin layiqli оğul və  qızlarının hamısını  əks 

еtdirə bilmədik.  

Bərdə haqqında yazılmış  şеirlərin bir qismi tоplanmış bölmə isə 

«Könüllər vəsf еdir gözəl Bərdəni» adlanır. 

Kitabı tərtib еdərkən yaradıcılıq məhsullarından istifadə еtdiyimiz 

tədqiqatçı alimlərə  və jurnalistlərə,  şairlərə dönə-dönə  təşəkkür  еdirik. 

Bərdəyə  sоnsuz məhəbbətinə, tarixə  еhtiramına, bərdəlilərə hörmətinə 

görə  hər bir qələm sahibi qarşısında minnətdarlıqla baş  əyirəm. Bu 

insanların adına kitabın hər səhifəsində rast gələcəksiniz. Bu üzdən ad-

larını çəkməyə еhtiyac duymadıq.  

Əziz bərdəlilər və möhtərəm  оxucular, böyük məhəbbətlə  tərtib 

оlunmuş bu kitab haqqında irad və rəylərinizi bildirməkdən çəkinməyin. 

Bizim üçün ən dəyərli söz, fikir оxucu sözü, оxucu fikridir.  

Sоnda kitabın çapına maddi və mənəvi kömək göstərən insanlara 

hamımızın adından təşəkkür еdirəm.  

 

 




 6

 

BƏRDƏ  RAYONUNUN  İNZİBATİ  ƏRAZİ  VAHİDİ 

 

Bərdə rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 

1930-cu ildə  təşkil edilmişdir. Qarabağ düzündədir. Sahəsi 957 km

2



əh. 138,1 min nəfərdir. (01.01.2006). Mərkəzi Bərdə şəhəridir. 

Rayona Bərdə  şəhəri və  Ərəblər, Güloğlular,  Şorəlli, Qaraqo-

yunlu, Qaradağlı, Divanlı, Cəyirli, Gərənə,  Şatırlı, Kürdborakı, Qa-

zaxlar, Nəzirli, Yeni Daşkənd, Mehdixanlı, Tağılar, Canavarlı, Qaya-

lı, Həsənqaya, Saatlı, Qəhrəmanlı, Mirzəcəfərli, Mollagüllər, Əyricə, 

Yeni  Əyricə, Kərimbəyli, Nəcəfqulubəyli, Mirzalıbəyli, Qaraməm-

mədli, Məmmədli, Mustafaağalı, Mollalı, Məşədiibişli, Lənbəran, Xə-

sili, Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkərlar, Otuz-

ikilər, Hacıəhmədli, Bayramlı, Xanərəb, Şərəfli, Qurdlar, Kətəlparaq, 

Piyadalar,  Şirvanlı, Dəymədağlı, Uğurbəyli, Qullar, Hüseynbəyli, 

Xanxanımlı, Kələntərli, Darğalar,  Əliyanlı, Muğanlı, Qasımbəyli, 

Alaçadırlı, Alpout, Qarayusifli, Tumaslı, Lək, Arabaçılar, Hacılar, 

Qaradırnaq, Qaratəpə, Mehdili, Qaradəmirçi, Türkmən, Həsənli, Kö-

bərkənd, Hacıbəyli, Çumalar, Təhlə, Çələbilər, Nifçi, Böyük Göyüş-

lü, Bala Göyüşlü, Soğanverdilər, Bəcirəvan, Zümürxaç, İmamqulu-

bəyli, Dilənçilər, Umudalılar, Cimcimli, Hacıalılı, Mirasəfli, Qaraha-

cı, Samuxlu, Vəliuşağı, Bala Qacar, Böyük Qacar, Körpüsındıran, Bi-

rinci Qaradəmirçi, İkinci Qaradəmirçi, Hüseynalılar, Xanagahlı, Mir-

zəxan-Qaraqoyunlu, Qafarlı, Hacılı,  Əmirli,  Şahvəlilər, Qazıqurdalı, 

Yerli Ağalı, Bala Ərəblər kəndləri daxildir.  

Rayonun ərazisi Qarabağ düzünün mərkəzi hissəsindədir. Sət-

hi az meylli və dalğalı düzənlikdən ibarətdir. Antropogen sisteminin 

çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var. Rayonun 

Muğanlı kəndində “Muğanlı suyu” adlanan müalicə əhəmiyyətli təbii 

bulaq mövcuddur. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq 

keçir. Orta temperatur yanvarda 1,2-1,8

o

C, iyulda 25,6-26,5



o

C-dir. 


İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çay-

ları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz – 

çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və 

yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi 

sah. 7,3 min ha) var. Heyvanları: tülkü, canavar, çöldonuzu, boz dov-

şan, süleysin və s. Quşları: turac, qırqovul, qaz, ördək və s. R-n ərazi-

sində Bərdə yasaqlığı var.  

Bərdə inkişaf etmiş  kənd təsərrüfatı rayonudur. Burada əkin-

çilik və maldarlıq əsas yer tutur.  

Rayonda “Qarabağ-Pambıq” ASC, “Yağ-Pendir” ASC, “Fərid” 

inşaat firması, mini makaron fabriki və s. müəssisələr fəaliyyət göstə-



 7

rir. 74 ümumtəhsil məktəbi, 32 məktəbəqədər və 5 məktəbdənkənar 

tərbiyə müəssisəsi, 112 klub, rəsm qalereyası, tarix-diyarşünaslıq mu-

zeyi, 121 kitabxana, 17 xəstəxana, 18 feldşer-mama məntəqəsi, 2 dis-

panser, vərəm sanatoriyası var. 

Rayonda Axsadanbaba türbəsi, Bərdə türbəsi, Güloğlular kən-

dində XVIII əsrə aid səkkizguşəli türbə və s. memarlıq abidələri mü-

hafizə olunur.  

 

 

“Azərbaycan ensiklopediyası”,  



Bakı, 2007   

 

 


 8

 

BƏRDƏ  ŞƏHƏRİNİN  TARİXİ  ƏRAZİSİ, 

TƏŞƏKKÜLÜ  VƏ  ADININ  ETİMOLOGİYASI 

 

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azər-

baycan həm də ulu tarixə malik şəhərlər diyarıdır. Həmin şəhərlərdən biri 

də vaxtilə ölkənin siyasi, iqtisadi və  mədəni mərkəzi – paytaxtı olmuş 

Bərdədir. Bərdə orta əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən 

olmuşdur. 

Azərbaycanda qədim və orta əsr şəhərlərinin yaranması və əsas in-

kişaf xüsusiyyətləri,  şəhərin quruluşu, ictimai həyatı, hərbi-strateji möv-

qeyi, inzibati-idarə üsulu, sənətkarlıq və ticarəti, mədəniyyəti, xarici əla-

qələri və şəhər həyatı ilə bağlı digər məsələlər tarix elmimiz üçün vacib, 

habelə mühüm elmi axtarışlar tələb edən məsələlərdir.  

Mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr əsasın-

da aparılmış  tədqiqat Bərdənin çoxəsrlik və  zəngin tarixə malik olması 

qənaətinə  gəlməyə imkan verir. Cənubi Qafqazda, qədim və beynəlxalq 

ticarət yollarının kəsişdiyi yerdə yaranaraq inkişaf etmiş  Bərdə  şəhəri 

Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oy-

namışdır. Bərdə orta əsrlərdə, mənbələrin dili ilə desək, “Arranın anası” 

olmuşdur. Yeri gəlmişkən, ərəb mənbələrində indiki Cənubi Azərbaycan 

“Azərbaycan”, Albaniya isə “Arran” adlandırılmışdır.  

Bərdə şəhəri dünyanın ən qədim insan məskənlərindən olan Azıx 

yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər çayları arasında sa-

lınmışdır.  

Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata yunan və 

latın mənbələrində – Strabonun coğrafi təsvirində, Ptolomeyin “Coğrafiya 

dərsliyi”ndə, Böyük Pliniyin “Təbiət tarixi”ndə rast gəlinir. Albaniyaya 

aid həmin təbii-coğrafi təsvirlər,  şərhlər qədim Bərdə  ərazisinin təbii-

coğrafi  şəraiti və eyni zamanda təbiətinin özünəməxsus xüsusiyyətləri 

haqqında ümumi nəticə çıxarmağa imkan verir. Bu baxımdan Strabonun 

“Coğrafiya” əsərindəki Albaniya ərazisinin etnonim, toponim, oronim və 

hidronimlərinə aid məlumatlar böyük maraq doğurur. 

I əsrdə yaşamış yunan alimi Strabon Kür çayı haqqında danışarkən 

qeyd edir: “Çay suları daşarkən sahilləri daşlarla doldururdu”. Çox güman 

ki, həmin fikir Kür çayının yuxarı axını boyuna aiddir. Arxeoloji qazıntı-

lar zamanı məlum olur ki, Bərdəyə yaxın ərazidə su selinin yuduğu yer-

lərdə yarğanlar əmələ gəlmiş və çay qumu təbəqələri əraziyə yayılmışdır.  

Kür çayı sahilinin yaşayış üçün təbii cəhətdən tarixən daha əlve-

rişli olduğu məlumdur. O da məlumdur ki, Kür çayı daşarkən sahillərinin 

subasması bir neçə kilometrə qədər çatırdı. Bəlkə də buna görə də Bərdə 

şəhəri Kür çayının lap sahilində deyil, bir qədər aralıda salınmışdır. Bu 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə