Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

heyətlərinin  üzvlərinin  geyimlə  təchizatını,  yol,  yataq,  yemək  və  digər  xərclərinin 

ödənilməsini təmin edir;

 

15.2.5. Milli Olimpiya Komitəsinin nümayəndə heyəti üzvlərinin rəsmi idman forması 



və geyimlərinin eskizlərini təsdiq edir;

 

1



5.2.6. ölkə idmançılarının olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin 

hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakı üçün 

zəruri  hazırlıq  səviyyəsinin  təmin  edilməsinə  yönəlmiş  tədbirlərin  işlənib 

hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 

15.2.7. ölkədə olimpiya oyunlarının keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə 



müraciət etmək hüququ olan şəhəri müəyyən edir.

 

15.3. Milli Olimpiya Komitəsi tərəfindən bu Qanunun 15.2.1



-

ci və 15.2.6

-

cı maddələri 



ilə  nəzərdə  tutulmuş  məsələlərin  həlli  müvafiq  icra  hakimiyyəti  orqanı  və  müxtəlif 

respublika  idman  federasiyaları  ilə  qarşılıqlı  əlaqə  və  əməkdaşlıq  şəraitində  həyata 

keçirilir.

 

15.4. Milli Olimpiya Komitəsi öz adından və rəsmi “Milli olimpiya komandası” adından 



istifadə etməkdə müstəsna hüquqa malikdir. Kommersiya və reklam məqsədləri ilə bu 

adlardan  və  ya  onlardan  yaranmış  sözlərdən  və  söz  birləşmələrindən  istifadə 

edilməsinə  yalnız  Milli  Olimpiya  Komitəsi  ilə  yazılı  şəkildə  bağlanmış  müqavilə 

əsasında  icazə  verilir.  Bu  adlar  və  ya  onlardan  yaranmış  sözlər  və  söz 

birləşmələrindən  informasiya  təminatı  məqsədləri  ilə  və  ya  kütləvi  informasiya 

vasitələrində  olimpiya  oyunlarının  və  Beynəlxalq  Olimpiya  Komitəsinin  hamiliyi 

(rəhbərliyi)  altında  keçirilən  digər  beynəlxalq  idman  tədbirlərinin  işıqlandırılması 

hüququnun əldə edilməsi halları istisna təşkil edir.

 

15.5.  Beynəlxalq  Olimpiya  Komitəsinin  Olimpiya  Xartiyasına  müvafiq  olaraq  Milli 



Olimpiya Komitəsi ölkə ərazisində Beynəlxalq Olimpiya Komitəsinə məxsus olimpiya 

simvollarından,  şüarlarından,  bayraq  və  himndən,  “Olimpiya  oyunları”  adından 

istifadəyə  dair  hüquqların  qorunması  üzrə  tədbirlər  həyata  keçirir.  Milli  Olimpiya 

Komitəsi  özünün  emblemi,  şüarı,  bayrağı  və  digər  milli  olimpiya  simvolları  üzərində 

müstəsna hüquqa malikdir.

 

15.6.  Milli  Olimpiya  Komitəsi  bədən  tərbiyəsi  və  idmanın  inkişafına  dair  nizamnamə 



məqsədləri  və  proqramlarının  icrasını  öz  maliyyə  mənbələri  hesabına,  o  cümlədən 

hüquqi və fiziki şəxslərin ianələri, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada 

ayrılan dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirir.

 

15.7.  Milli  yığma  komandaların  olimpiya  oyunlarında  çıxışları  Dövlət  bayrağı  altında 



həyata keçirilir.

 

Maddə 16. Paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları.

 

Parali

mpiya Komitəsi, Deflimpiya Komitəsi, Xüsusi Olimpiya Komitəsi

 

16.1.  Ölkədə  paralimpiya,  deflimpiya,  xüsusi  olimpiya  hərəkatları  müvafiq  olaraq 



beynəlxalq  paralimpiya,  beynəlxalq  deflimpiya  və  beynəlxalq  xüsusi  olimpiya 


hərəkatlarının tərkib hissələri olub,

 

məqsədləri sağlamlıq imkanları məhdud uşaqların 



və  əlillərin  bədən  tərbiyəsi  və  idmanının  inkişafına  dəstək  vermək,  bu  sahələrdə 

əməkdaşlığı  möhkəmləndirmək,  paralimpiya,  deflimpiya  və  xüsusi  olimpiya 

oyunlarında iştirak etmək və uğur qazanmaqdır.

 

16.2.  P



aralimpiya,  Deflimpiya  və  Xüsusi  Olimpiya  komitələri  öz  fəaliyyətlərini  qeyri

-

hökumət təşkilatları haqqında qanunvericilik, müvafiq beynəlxalq idman təşkilatlarının 



nizamnamələri  və  beynəlxalq  idman  təşkilatları  tərəfindən  tanınma  əsasında, 

həmçinin öz nizamnamələrinə uyğun qururlar.

 

16.3. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri milli yığma komandaları 



müvafiq  olaraq  paralimpiya,  deflimpiya  və  xüsusi  olimpiya  oyunlarında,  Beynəlxalq 

Paralimpiya  Komitəsinin,  Beynəlxalq  Deflimpiya,  Beynəlxalq  Xü

susi  Olimpiya 

təşkilatlarının  hamiliyi  (rəhbərliyi)  altında  keçirilən  digər  beynəlxalq  idman 

tədbirlərində təmsil edirlər.

 

16.4.  Paralimpiya,  Deflimpiya  və  Xüsusi  Olimpiya  komitələri  bədən  tərbiyəsi  və 



idmanın inkişafına dair nizamnamə məqsədləri və proqramlarının icrasını öz vəsaitləri 

hesabına,  hüquqi  və  fiziki  şəxslərin  ianələri,  habelə  qanunvericiliklə  qadağan 

edilməyən digər vəsaitlər hesabına həyata keçirirlər.

 

16.5.  Paralimpiya,  Deflimpiya  və  Xüsusi  Olimpiya  komitələri  öz  fəaliyyətlərində 



müvafiq  beynəlxalq  təşkilatların  qaydalarını  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyini  rəhbər  tutan,  ölkədə  paralimpiya,  deflimpiya  və  xüsusi  olimpiya 

hərəkatlarına aid məsələlərin həllini həyata keçirən ictimai birliklərdir.

 

16.6.  Paralimpiya,  Deflimpiya  və  Xüsusi  Olimpiya  komitələri  aşağıdakıları  həyata 



keçirirlər:

 

16.6.1.  Beynəlxalq  Paralimpiya  Komitəsinin,  Deflimpiya  və  Xüsusi  Olimpiya 



təşkilatlarının  hamiliyi  (rəhbərliyi)  altında  keçirilən  paralimpiya,  deflimpiya  və  xüsusi 

olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda ölkəni təmsil edir, bu tədbirlərdə 

iştirak  edən  milli  yığma  komandaları  formalaşdırır,  onların  hazırlığını  və  texniki 

təchizatını təmin edir;

 

16.6.2.  sağlamlıq  imkanları  məhdud  uşaqları  və  əlilləri  bədən  tərbiyəsi  və  idmanla 



məşğul  olmağa

 

cəlb  edir,  onların  reabilitasiyası  və  cəmiyyətə  inteqrasiyası 



məsələlərinin  həlli  ilə  məşğul  olan  strukturlar  (şöbələr,  filiallar,  adaptiv  idman 

məktəbləri və sair) yaradır;

 

16.6.3.  paralimpiya,  deflimpiya  və  xüsusi  olimpiya  idman  növlərinin  yerlərdə 



inki

şafının  təmin  edilməsi  üçün  dövlət  orqanlarının  və  bələdiyyələrin  xüsusi  idman 

obyektləri  və  bazalarının  inşa  edilməsi,  mövcud  idman  obyektlərində  şərait  və 

imkanların yaradılması tədbirlərinin hazırlanmasında və icrasında iştirak edir;

 

16.6.4.  ölkə  ərazisində  qəbul  olunan  və  inkişaf  etdirilən  paralimpiya,  deflimpiya  və 



xüsusi olimpiya idman növlərinin idman təsnifatını, şərtlərini və ardıcıllığını müəyyən 

edir və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir;

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə