Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   2   3   4   5   6   7   8   9   ...   17

Qanunun  tələbləri  nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericiliyinə əsasən həyata keçirilir.

 

10.2.  Azərbaycan  Respublikasının  ərazisində  bir  idman  növü  üzrə  yalnız  bir  ictimai 



birlik respublika idman federasiy

ası qismində akkreditasiya oluna bilər.

 

10.3.  İctimai  birliklərə  respublika  idman  federasiyası  statusunun  verilməsi  üçün 



onların  dövlət  akkreditasiyası  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən  olunur.  İctimai  birlik  Milli  Olimpiya  Komitəsinin  rəyi  nəzərə  alınmaqla 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  dövlət  akkreditasiyasından  keçdikdən 

sonra  respublika  idman  federasiyası  statusunu  alır  və  respublika  idman 

federasiyalarının dövlət reyestrinə daxil edilir.

 

10.4. Olimpiya, paralimpiya, 



deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına 

daxil  olunmuş  idman  növləri  üzrə  respublika  idman  federasiyaları  idmançıların 

olimpiya  oyunlarına  hazırlığı  və  iştirakı  prosesində  Milli  Olimpiya,  Paralimpiya, 

Deflimpiya və Xüsusi Olimpiya komitələri ilə əməkdaşlıq edirlər.

 

Maddə 11. Respublika idman federasiyalarının hüquqları və vəzifələri

 

11.1. Respublika idman federasiyaları aşağıdakı hüquqlara malikdir:



 

11.1.1.  öz  səlahiyyətləri  çərçivəsində  bədən  tərbiyəsi  və  idman  sahəsində  normativ 

hüquqi aktların və idman növlərinin inkişafı proqramlarının işlənib hazırlanmasında və 

həyata keçməsində iştirak etmək;

 

11.1.2.  müvafiq  idman  növü  üzrə  müxtəlif  səviyyəli  yarışların  keçirilməsi  sistemini 



təkmilləşdirmək,  ölkə  ərazisində  idman  növü  üzrə  çempionatları,  birincilikləri,  kubok 

yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil etmək və 

keçirmək;

 

11.1.3.  müvafiq  idman  növündə  məşqçilərin,  hakimlərin,  bədən  tərbiyəsi



-idman 

sahəsində  digər  mütəxəssislərin  hazırlanması,  yenidən  hazırlanması,  ixtisaslarının 

artırılması və attestasiyası üzrə tədbirlər həyata keçirmək;

 

11.1.4.  idmançıların  bir  bədən  tərbiyəsi



-

idman  təşkilatından  digərinə  keçməsi 

məsələlərinin təşkilində iştirak etmək;

 

11.1.5.  beynəlxalq  idman  təşkilatlarının  reqlamentləri  və  bu  Qanunun  müddəaları 



əsasında idman növü üzrə idman klublarının fəaliyyətinin əlaqələndirilməsində iştirak 

etmək;


 

11.1.6. öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq 

idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək.

 

11.2. Respublika idman federasiyaları aşağıdakı vəzifələri yerinə yetirir:



 

11.2.1. idman növlərini inkişaf etdirmək və təbliğ etmək;

 



11.2.2.  öz  səlahiyyətləri  çərçivəsində  milli  yığma  komandaları  formalaşdırmaq  və 

idman n


övü üzrə beynəlxalq yarışlarda iştirakını təmin etmək;

 

11.2.3.  idman  növü  üzrə  yüksək  səviyyəli  idmançıların  hazırlığı  sistemini 



təkmilləşdirmək;

 

11.2.4.  idmançıların,  məşqçilərin,  idman  sahəsində  çalışan  digər  mütəxəssislərin 



sosial  müdafiəsi  üçün  şəraitin  yaradılmasında  iştirak  etmək,  idman  veteranlarının 

qayğısına qalmaq;

 

11.2.5.  beynəlxalq  idman  federasiyaları  tərəfindən  təsdiq  olunmuş  qaydalar  nəzərə 



alınmaqla müvafiq idman növləri üçün qaydaları işləyib hazırlamaq;

 

11.2.6.  idmanda  dopinq  vasitələri  və



 

(və  ya)  metodlarından  istifadəyə,  eləcə  də 

idmanda ayrı

-

seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq;



 

11.2.7. müəyyən edilmiş qaydada müvafiq idman növlərinin respublika Vahid idman 

təsnifatına  daxil  edilməsi  məqsədi  ilə  idman  növləri  üçün  tələblər  və  normalar, 

həmçinin  idman  hakimlərinə  müvafiq  kateqoriyalar  üzrə  təsnifat  tələblərini  işləyib 

hazırlamaq.

 

11.3.  Respublika  idman  federasiyaları  uşaq



-

gənclər  idmanının  inkişafına,  idman 

məktəblərinin,  olimpiya  ehtiyatı  məktəblərinin  və  olimpiya  mərkəzlərinin  fəaliyyətinə 

kömək göstərirlər.

 

11.4.  Respublika  idman  federasiyaları  sağlamlıq  imkanları  məhdud  uşaqların  və 



əlillərin  maraq  göstərdikləri,  xüsusilə  paralimpiya,  deflimpiya  və  xüsusi  olimpiya 

oyunlarının proqramlarına daxil edilmiş idman növlərinin  ölkədə geniş inkişafı və bu 

idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərirlər.

 

11.5.  Respublika  idman  federasiyaları  beynəlxalq  idman  təşkilatlarına  üzv  ola, 



beynəlxalq  idman  təşkilatlarının  üzvü  statusuna  uyğun

 

şəkildə  qanunvericiliyə  zidd 



olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.

 

Maddə 12. İdman klubları

 

12.1.  İdman  klubu  təlim



-

məşq,  yarış,  bədən  tərbiyəsi

-

sağlamlıq  fəaliyyətini  həyata 



keçirən təşkilatdır.

 

12.2.  Təşkilati



-

hüquqi  formasından  asılı  olmayaraq  idman  klubları  qanunvericilikdə 

müəyyən  edilmiş  qaydada  yaradılır  və  nizamnamələrinə  (əsasnamələrinə)  uyğun 

fəaliyyət  göstərirlər.  Hüquqi  şəxs  statusu  olmayan  idman  klubu  haqqında  nümunəvi 

əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdi

q olunur. 

12.3. İdman klubları hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilərlər.

 

12.4.  İdman klubları fəaliyyət  istiqamətlərinə görə  ayrı



-

ayrı idman növləri ilə məşğul 

olan  kompleks  idman  klublarına,  həvəskar,  peşəkar  və  digər  istiqamətli  idman 

klubla


rına bölünürlər.

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə