Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   2   3   4   5   6   7   8   9   ...   17

4.0.33.  bədən  tərbiyəsi  və  idman  sahəsində  idarəetmənin  və  sahələrarası 

əlaqələndirmənin həyata keçirilməsi;

 

4

.0.34.  kütləvi  və  peşəkar  idmanın,  yüksək  nailiyyətlər  idmanının  inkişafının 



dəstəklənməsi;

 

4.0.35. beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılar hazırlayan idman 



təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması;

 

4.0.36.  bədən  tərbiyəsi  və  idman  sahəsində  sponsorluq  və  xeyriyyəçilik 



fəaliyyətlərinin dəstəklənməsi;

 

4.0.37.  beynəlxalq  yarışlarda  yüksək  nailiyyətlər  qazanmış  idmançılar  və  onların 



məşqçiləri  (o  cümlədən  idmançının  yetişdirilməsində  böyük  rolu  olan  əvvəlki 

məşqçiləri)  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  xüsusi 

mükafatların təyin edilməsi;

 

4.0.38. milli yığma komandaların təlim



-

məşq prosesinin keçirildiyi idman bazalarının 

və obyektlərinin saxlanılması, təchizatı və inkişafının təmin edilməsi;

 

4.0.39.  idman 



yönümlü  təşkilatların,  o  cümlədən  bütün  tipli  uşaq

-

gənclər  idman 



məktəblərinin,  yaşayış  yerləri  üzrə  məhəlli  uşaq

-

idman  klublarının,  uşaq



-idman 

şəhərciklərinin, 

idman

-

sağlamlıq 



düşərgələrinin, 

tibbi


-

bədən 


tərbiyəsi 

dispanserlərinin,  idman  obyektləri  və  bazalarının  əhalinin  demoqrafik  inkişafına 

uyğun sayda artırılması və maddi

-

texniki bazalarının möhkəmləndirilməsi;



 

4.0.40.  bədən  tərbiyəsi  və  idman  sahəsində  elmi

-

tədqiqat  işlərinin  aparılmasının 



təşkili, elmi

-

texniki siyasətin formalaşdırılması və həyata keçirilməsi.



 

Maddə 5. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri

 

5.0. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:



 

5.0.1.  yerli  şərait  və  imkanlar  nəzərə  alınmaqla,  bədən  tərbiyəsi  və  idmanın 

inkişafının  istiqamətlərinin  müəyyən  edilməsi,  bədən  tərbiyəsi  və  idmanın  inkişafı 

üzrə yerli proqramların hazırlanması və həyata keçirilməsi;

 

5.0.2. bədən tərbiyəsi və idmanın kütləvi inkişafı, bədən tərbiyəsi



-

sağlamlıq və idman 

tədbirlərinin  keçirilməsinin  təmin  edilməsi  ilə  bağlı  yerli  əhəmiyyətli  məsələlərin 

həllində bilavasitə iştirak edilməsi;

 

5.0.3.  əhalinin  bütün  qrupları  arasında  bədən  tərbiyəsi  və  idmanın  təbliğinin  və 



maarifləndirmə işlərinin aparılması;

 

5.0.4.  bədən  tərbiyəsi



-

sağlamlıq  tədbirlərinin  və  idman  yarışlarının,  həmçinin 

vətəndaşların  iş  və  yaşayış  yeri  üzrə  kütləvi  bədən  tərbiyəsi

-

sağlamlıq  və  idman 



tədbirlərinin təşkili;

 

5.0.5.  bələdiyyələrin  bədən  tərbiyəsi



-

sağlamlıq  və  idman  tədbirlərinin  təqvim 

planlarının təsdiqi və icrası;

 



5.0.6. bələdiyyələrin bədən tərbiyəsi

-

sağlamlıq və idman tədbirlərinin tibbi təminatının 



təşkili;

 

5.0.7.  bələdiyyələrin  bədən  tərbiyəsi



-

sağlamlıq  və  idman  tədbirlərinin  keçirilməsi 

zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edilməsi;

 

5.0.8.  bələdiyyələrin  yığma  idman  komandalarının  formalaşdırılması  qaydalarının 



təsdiqi, onların maddi

-

texniki təminatı məsələlərinin həll edilməsi;



 

5.0.9.  bələdiyyə  ərazisində  keçirilən  bələdiyyələrarası,  rayon,  şəhər,  regional, 

respublika,  beynəlxalq  idman  yarışlarının  və  milli  yığma  komandaların  təlim

-

məşq 



toplanışlarının təşkili və keçirilməsində iştirak edilməsi;

 

5.0.10. bədən tərbiyəsi və idmanın inkişafına müvafiq maddi dəstək verilməsi;



 

5.0.11.  bələdiyyə  mülkiyyətində  olan  idman  obyektlərinin,  bədən

 

tərbiyəsi



-

sağlamlıq 

obyektlərinin  saxlanılmasının,  təchizatının,  təmirinin  və  səmərəli  istifadəsinin  təmin 

edilməsi;

 

5.0.12.  bələdiyyələrin  nəzdində  olan  bədən  tərbiyəsi



-

idman  təşkilatlarının 

formalaşdırılması, yenidən təşkili və ləğvi, onların maliyyələşdirilməsi və tam miqyaslı 

fəaliyyəti üçün şəraitin yaradılması;

 

5.0.13.  sağlamlıq  imkanları  məhdud  uşaqlar  və  əlillər  arasında  bədən  tərbiyəsi  və 



idmanın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;

 

5.0.14.  müvafiq  normativ  hüquqi  aktlar  və  proqramlar  əsasında  əhalinin  müxtəlif 



qruplarının  əmək,  tədris  və  istirahət  rejiminə  bədən  tərbiyəsi  və  idmanın  daxil 

edilməsi;

 

5.0.15.  bələdiyyə  ərazisində  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  üzrə  Dövlət 



proqramlarının icrasında iştirak edilməsi;

 

5.0.16.  bələdiyyə  ərazisində  yaşayan  əhalinin  fiziki  hazırlıq  səviyyəsinin 



monitorinqinin keçirilməsi;

 

5.0.17.  bələdiyyə  ərazisində  fəaliyyət  göstərən  bədən  tərbiyəsi  və  idman 



subyektlərinə dəstək verilməsi;

 

5.0.18.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  digər 



səlahiyyətlərin həyata keçirilməsi.

 

Maddə 6. Bədən tərbiyəsi və idman sahəsində vətəndaşların hüquqları

 

6.0. Azərbaycan Respublikasında vətəndaşların bədən tərbiyəsi və idman sahəsində 



hüquqları aşağıdakılardır:

 

6.0.1. bədən tərbiyəsi və idmanla, o cümlədən peşəkar idmanla məşğul olmaq;



 


Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə